Ölü yerlərində şəriət baxımından bəyənilən əməllər hansılardır?


Ölü yerlərində şəriət baxımından bəyənilən əməllər hansılardır? Ölü yerlərində şəriət baxımından bəyənilən əməllər:
1-Əzada kədərli olmaq, valideynin üstündə Allah-Taaldan hacət istəmək, və qəbrləri möhkəm düzəltmək ki tez xarab olmasın,
2-Matəmli olan şəxs gərək özünə zərər yetirəcək əməllərdən çəkinsin,
3-Müsətəhəbdir ki, ölən müsəlman olarsa onun üçün şəraiət kitablarında qeyd olunan vəhşət namazı qılınsın,
4-Müstəhəbdir ki, ölən üçün dua və Allahdan bağışlanma tələb olunsun və eləcə də Quran oxunsun,
5-Müstəhəbdir ki, əza məclisində iştirak edənlər, ev sahibinə baş sağlığı versinlər.
6-Müstəhəbdir ki, əza sahiblərinə müsəlmanlar üç gün yeməklərində köməkçi olsunlar. Matəmli olanlarla birlikdə və onların evində ehsan yemək məkruhdur. Mənbə: Ayətullah Sistani, Tövzihul-Məsail, Məsələ: 603-619.


Dəstəmazın düzgün sayılması üçün hansı şərtlər var?


Dəstəmazın düzgün sayılması üçün hansı şərtlər var? Dəstəmazın düzgün sayılması üçün on üç şərt var.
1. Dəstəmaz suyu pak olmalıdır;
2. Dəstəmaz suyu mütləq saf olmalıdır;
3. Dəstəmaz suyu mübah, halal olmalıdır;
4. Dəstəmaz suyunun qabı halal olmalıdır;
5. Dəstəmaz suyunun qabı qızıl və gümüş olmamalıdır;
6. Dəstəmaz zamanı dəstəmaz üzvləri və məsh yeri pak olmalıdır;...


Dini terminlərdə tez-tez üzləşdiyimiz \"İstihalə\" nədir?


Dini terminlərdə tez-tez üzləşdiyimiz "İstihalə" nədir? “İstihalə” şəriətdə 10 paklanma yollarından biridir. İstihalə sözünün lüğti mənası halını dəyişmək, yaxud haldan-hala düşmək mənasındadır. Şəriətdə isə nəcis (napak) bir şeyin öz təbiətini dəyişərək paklanmasına deyilir. Məsələn: Nəcis olmuş bir su buxarlanaraq öz təbiətini dəyişir və buxara çevrilir. Bu çevrilmədən sonra həmin nəcis suyun buxarı artıq pak olur. Yaxud nəcis (napak) olmuş bir ağac yanaraq kül olur. Baxmayaraq ağac nəcis idi. Yanıb kül olduqdan sonra yerdə qalan kül pak olur. Yaxud şərab kimi nəcis bir içki qalaraq öz-özünə, yaxud hər hansı vasitələrlə sirkəyə çevrilirsə, artıq sirkə olduğu üçün pakdır...


Ölümdən öncə hansı məsələlər haqda vəsiyyət etmək yaxşıdır?


Ölümdən öncə hansı məsələlər haqda vəsiyyət etmək yaxşıdır?Allahın Rəsulu (s) buyurur: “Vəsiyyət etmək - hər bir müsəlmanın vəzifəsidir”. Həzrət (s) başqa yerdə buyurur: “Yaxşı deyildir ki, müsəlman kişi başının altına vəsiyyətini qoymadan gecəni səhər etsin”. Başqa yerdə buyurur: “O kəs ki, vəsiyyət yazmadan ölərsə, dünyadan nadan getmiş deməkdir”. Vəsiyyətdə bunları qeyd etmək yaxşı olardı: 1. Dəfn yeri. 2. Vəhşət namazı. 3. Xüms. 4. Zəkat. 5. Kəffarə.


Zəruri hallarda hicab əvəzinə süni saçlardan istifadə etmək nə dərəcədə düzgündür?


Zəruri hallarda hicab əvəzinə süni saçlardan istifadə etmək nə dərəcədə düzgündür? Bəzi cəmiyyətlərdə hicabla bağlı maneələrə rast gəlininr. Bu kimi halları xüsusən bəzi təhsil ocaqlarında, iş yerlərində, sənədlər üçün şəkil çəkdirildikdə və sair müşahidə etmək olur. Təəssüf ki, dinsiz və materialis dünyagörüşlü müəssisə rəhbərləri humaniz, torelatlıq, insan haqları və bu kimi baxışlara sahib olduqlarını iddia etmələrinə baxmayaraq hicaba menə yaradırlar. Lakin bəzi zəruri hallarda, məcbur olduğu hallarda süni saçların örtülməməsinə də icazə verilir. Baxmayaraq süni saçlar özü də bir örtükdür, lakin cazibə və təbii saçlara oxşarlıq xüsusiyyətləri olduğu üçün örtülməlidir. (Ayətullah Məkarim və Mehdi Tehrani) Süni saçlar da təbi saçlar kimidir, gərək örtülsün. (Ayətullah Sistani)...


Sual: Ölümdən sonra bədən üzvlərinin elmi təhqiqatlarda istifadə edilməsinin hökmü nədir?


Sual: Ölümdən sonra bədən üzvlərinin elmi təhqiqatlarda istifadə edilməsinin hökmü nədir? Cavab: Ayətullah uzma Xamenei: Əgər insan həyatının xilası, cəmiyyətin ehtiyac duyduğu elmi təhqiqatlar və bəşər övladının mübtəla olduğu xəstəliklərin aşkara çıxardılması və mübarizəsi üçün meyyitin bədən üzvlərinə ehtiyac duyularsa bu yolda istifadə edilməsi caizdir. Şəxsin belə bir vəsiyyət etməsinin də heç bir maneəsi yoxdur. Lakin bir şərtlə ki, meyyitin üzvlərini çıxartmaq camaat arasında hörmətsizlik və meyyitə qarşı təhqir hesab olunmasın. Hər bir halda mümkün olduğu qədər qeyri müsəlman meyyiti olduğu halda müsəlman meyyitin üzvlərindən istifadə edilməsin...


Ayət namazını vaxtında qılmayanlar hansı niyyətə qılmalıdır?


Ayət namazı hadisə baş verdiyi vaxtda qılınmalıdır. Məsələn zəlzələ baş verdikdən sonar, yaxud günəş və ay tutulmağa başladığı andan açılan vaxta kimi. Bu zaman ayət namazı əda niyyəti ilə qılınır.
Sual: Əgər ayət namazı günəş, ay tutlması ilə, yaxud zəlzələ və digər səbələr vasitəsi ilə vacib ola, amma zamanında qılınmaya. Biz öhdəmizdə olan bu namazı hansı niyyətlə qılmalıyıq?
Cavab: Suala əsasən ayət namazı günəş və ay tutulması üçün qəza, zəlzələ üçün əda niyyəti ilə qılınacaq. /Xamenei, Sistani -
Qeyd edək ki, hadisə vaxtı şəri üzrü olan qadınlara bu namazın qəzası vacib deyil.


Kişi hansı halda qadına meyit qüslu verə bilər?


... Elə isə kişinin qadına, qadının kişiyə meyit qüslu verməsi icazəlidirmi?
Cavab: 1- Kişinin qadına, qadının kişiyə meyit qüslu verməsi icazəli deyil, qüsul batildir.
2- Yalnız ər öz arvadına, arvad öz ərinə meyit qüslu verə bilər. Lakin ehtiyat müstəhəb budur ki, meyitlə eyni cinsdən olan varsa bu tərk olunsun.
3- Yalnız 3 yaşından aşağı qızlara kişi, yaxud 3 yaşdan aşağı oğlana qadın qüsul verə bilər.
Qeyd: Yalnız zəruri hallarda, eyni cinsin nümayəndəsi tapılmadıqda əks cinsdən olan birisi meyitə qüsl verə bilər. Bu şərtlə ki, parçanın üstündən və əlinə əlcək geyməklə olsun.


Qüsulda hansı ardıcıllığa riayət olunmalıdır?


Sual: Mən qüsu alar kən öncə sağ tərəfimi çiyindən ayaqların ucuna qədər, sonra baş, boyun-boğaz hissəmi, daha sonra sol tərəfi çiyindən ayaqların ucuna qədər yudum. Namazlarımın hökmü nədir?
Cavab: Ayətullah Xamenei: Deyilən şəkildə olan qüsul batildir (düzgün deyil). Hədəsi (qüslu) aradan aparmır. Bu növ batil qüsulla qılınan namazların qəzası yerinə yetirilməlidir. Lakin oruca gəlincə cənabətli (qüsullu) qalmaq qəsdən olmadığı üçün oruc səhihdir (düzgün). Qeyd: Demək olar ki, təqlid mərəcələrin böyük əksəriyyəti qüsulların öncə baş, boyun-boğaz, sonra sağ tərəfin yuyulması, sonra isə sol tərəfin yuyulması tərtibi (ardıcıllığı) ilə yerinə yetirilməsinə fətva verirlər.


Gecikmiş məğrib və işa namazlarımızı hansı niyyətlə qılaq?


Namaz qılın, zəkat verin! Özünüzdən ötrü etdiyiniz xeyri Allah yanında taparsınız. ( Bəqərə-110)
Sual: Gecə yarısını keçdikdən sonra məğrib və işa namazlarının niyyəti necə olmalıdır?
(Qeyd edək ki, gecə yarısı namaz təqvimlərdə qeyd olunun. Qışda təxminən 00:00 da, yayda isə 01:00 radələrində olur)
Cavab: Vacibdir ki, insan şam və işa namazlarını gecə yarısından əvvəl qılsın. Əgər gecə yarısından sonra qılarsa Allaha ümüd qəsdi ilə əda və qəza niyyəti etmədən qılsın. (Ayətullah Xamenei)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter