Qadın yalnız hansı halda imam-camaat ola bilər? – Ayətullah Xamenei
Adətən camaat namazlarında İmam-camaat kişilərdən ibarət olur. Qadın İmam camaat ola bilərmi?
Bu barədə Hawzahnews.com xəbər agentliyi Ayətullah Seyyid Əli Xamneinin dəftərxanasına sual ünvanlayıb:
Sual: Qadın hansı halda camaat namazında İmam-camaat ola bilər?
Cavab: Qadının İmam-camaat olması yalnız qadınlardan təşkil olunmuş camaat namazında icazəlidir.
Hər namazdan sonra 3 dəfə Allahu-Əkbər deməyin hikməti nədir?
İslam alimləri bu əməli müstəhəb hesab etmişlər. Hədislərdə bu əməlin əhəmiyyəti haqda İmam Sadiqdən (ə) belə bir hədis nəql olunur: “Allahın Rəsulu (s) Məkkəni fəth etdikdə səhabələri ilə birgə, Həcərul-əsvədin yanında camaat namazı qıldı. Həzrət namazı qurtaran kimi, namazın salamlarından dərhal sonra əllərini 3 dəfə qaldırdı və hər dəfəsində təkbir dedi və sonra dua oxudu. Sonra üzünü əshabına tutub buyurdu: -Bu dua və təkbirləri vacib namazlardan sonra tərk etməyin. Beləki bu dua və təkbirlər Allah Təalanın müsəlmanlara kafirlər üzərində verdiyi qələbəyə şükranlıq nişanəsidir. “ (Vəsailuş-şiə 6/452) Mərhum İmam Xomeyni (r) bu üç təkbiri belə mənalandırıb: “Bunlar bir bəndənin, yaradan Mütəal Allah qarşısında öz zəlilliyini, nöqsanını, acizliyini, günahlarını etiraf etməsi mənasındadır.”(Adabe namaz)
Hədiyyənin xumsunu vermək vacibdirmi?
Xums (beşdə bir) zəmanə İmamının (ə.f) və fəqir, kasıb seyidlərin haqqıdır. Xums, xums yığmaq səlahiyyətləri olan kəslərə verilməlidir. Həmin pul müsəlmanların rifahı yolunda xərclənməlidir.
Sual -1: Elə isə hədiyyə və mükafatların da xumsu varmı?
Cavab: Hədiyyə və mükafatların xumsu yoxdur. Hərçənd ehtiyat budur ki, həmin hədyyə illik xərclərdən artıq olarsa xumsu verilsin. (Ayətullah Xamenei)
Sual 2- Xums verməyən bir kəs hədiyyə verərsə, o hədiyyəni qəbul edənə həmin hədiyyənin xumsu vacibdirmi?
Cavab: Bəli alana vacibdir xumsu versin. (Bütün müctəhidlər) (Yalnız Ayətullah Sistani və Təbrizi buyurur belə halda hədiyyəni qəbul edənə xums vermək vacib deyi, hədiyyə edənə vacibdir)
Məcazi fəzada (internet) naməhrəmlə söhbət etmək olar? Ayətullah Cavadi Amulinin cavabı
Ayətullah Cavadi Amuli: Biz düşmənin caynağından, onun əhrimən planlarından qurtulmaq üçün böyük baha ödəmişik. Bu yolda:
Böyük Peyğəmbərlər (ə) çox əzab çəkib... Məsum İmamlar (ə) çox əzab çəkib... Pak insanlar, təqvalı insanlar, iffətli-hicablı xanımlar çox əzab çəkib... Təqvalı alimlər, ariflər, Əhli-beyt təbliğatçıları çox əzab çəkib... İslam mücahidləri, yüksək məqamlı şəhidlər çox əzab çəkib... Belə rabitələr barədə hədislər çoxdur... Ləzzət məqsədi olmasa belə naməhrəmlə söhbətə kimsə icazə verməyib. Qadınlarımız və qızlarımız özlərini naməhrəmdən qorumalı, iffət gövhərini puça çıxarmamalıdır...
Quranda vacib səcdə ayələri və bununla bağlı mühüm şəri məsələlər!
Səcdə namazda vacib olur, bir də yalnız Quran Kərimdə 4 ədəd vacibi səcdə ayələrini oxuduqdan və ya eşitdikdən sonra vacib olur. Beləki insan bu ayələri oxuduqda və eşitdikdə gərək səcdəyə getsin. Bunlar: Ələq/19 Səcdə/15 Fussilət/37 və Nəcm- 62 Bu barədə bir neçə mətləb:
1-İnsan bu ayələri oxuyub, yaxud dinlədikdə səcdə vacib olur, eşitdikdə isə ehtiyata görə vacibdir.
2- Səcdənin vacib olması üçün insan gərək ayəni tam dinləsin. Bir qismini dinlədiyi halda səcdə ehtiyata görə vacib olur.
3- İnsan gərək ayəni eşidən kimi dərhal səcdə etsin. Əgər təxirə salınarsa ilk fürsətdə yerinə yetirməlidir.
4- Gərək yeyilməsi və geyilməsi mümkün olmayan şeylərin üzərinə səcdə etsin. (Namazda olduğu kimi)...
Müstəhəb əməlləri qadağan etdiyi halda valideynə itaət vacibdirmi?
... Müstəhəb əməllərə gəlincə isə valideynin icazəsi nəzərə alınmalı, onların icazəsinə uyğun davranmaq tövsiyə olunur. Bu kimi müstəhəb əməllərdə valideynlərdən icazə almağın vacibliyinə gəlincə isə “hawzahnews.com” xəbər saytı Ayətullah Seyyid Muhəmməd Həkimin dəftərxanasına sual ünvanlayıb: Sual: Əgər valideynlər övladlarının müstəhəb əməllərin icrasına narazı olarlarsa, onlara itaət etmək vacibdirmi?
Cavab: Evdə səfa-səmimiyyət, xoş yaşam ona bağlıdırsa bu miqdar icazə vacibdir. Həmçinin Ayətullah Məkarim Şirazi buyurub:
“Bu kimi işlərdə onlarla muxalifətçilik etmək onların əziyyətə düşməsinə səbəb olarsa gərək müxalifət edilməsin. Müstəhəb əməllərdə valideynlərə tabe olmamaq onların əziyyətə düşməsinə səbəb olarsa, gərək onların sözü önə keçsin. Bu halda (müstəhəb əməllərdə) onların sözü vacib olur.”
Namaz qılmayan insan kafir olurmu?
Kafir - o kəsdir ki, Allahın varlığını, ya Qiyamət gününü, ya peyğəmbərlərin (ə) risalətini, ya da dini zərurətlərindən birini inkar edər. Bu cür insan dinin nəzərində xüsusi hökmlərə malikdir. Lakin insan əgər namaz qılmırsa, kafir sayılmaz. O zaman kafir sayılar ki, bilərəkdən və agah şəkildə bu vacibatı inkar edər, onu tərk edər. Lakin o insan ki, cahil və ya tənbəl olduğu üçün namazı qılmaz və ya tərk edər - kafir deyildir. Gərək tövbə edib bu vacibatı yenidən yerinə yetirsin. Belə ki, Ayətullahül-üzma Xameneyi buyurur: “Namazı, orucu və başqa vacibatları tərk etmək müsəlmanın kafir və nəcis olması demək deyildir. O zamana qədər ki, kafirliyi sübut olmayıb, başqa müsəlmanların hökmündə sayılır”...
Ayaq və ayaqqabının altını təkcə torpaq üzərində yeriməklə paklamaq olar yoxsa asfalt, çəmənlik və s. kimi zəminlərdə də yeriməklə paklanarmı?
Cavab 1: Yerin səthi torpaq, daş, kərpic və bu qəbildən olan şeylər olmalıdır. Buna əsasən, xalça, həsir, ot və bu kimi şeylərin üzərində yeriməklə nəcasətli ayaq və ayaqqabı altı pak olmur. Vacib ehtiyata əsasən, nəcasətli ayaq və ayaqqabı altı asfaltın üzərində və taxta döşəmənin üstündə yeriməklə, həmçinin,divara sürtməklə pak olmur. Ayətullahul-uzma Seyid Əli Sistani, \"İzahlı şəriət hökmləri\",məs.177-178 Cavab 2: Yerin torpaq, daş, kərpic və ya beton olması lazımdır. Xalça, həsir, çəmənlik üzərində yeriməklə ayaqqabının və ya ayağın altı paklanmaz... Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, \"Şəriət hökmlərinin izahı\",məs.200-201
Nə üçün məscidlərə ehtiram göstərilir?
İmam Sadiqdən (ə) soruşdular: Məscidlərin əzəmətli tutulmasının illəti nədir? Həzrət buyurdu, Allah məscidlərin əzəmətli tutulmasını ona görə əmr etmişdir ki, onlar yer üzərində Allahın evləri olsun. Habelə həzrət Əbu Abdullahın (ə) belə buyurduğu nəql olunmuşdur: Tövratda yazılmışdır: Mənim evlərim yer üzərində məscidlər olar. Buna görə də, xoş olsun o kəsin halına ki, evində özünü pak və pakizə etmiş olsun. Sonra isə Məni Öz evimdə ziyarət etsin. Ziyarət olunanın haqqı isə odur ki, ziyarət edənə ikram etsin...
\"Allah\" yazılmış boyunbağıdan istifadə etməyin hökmü nədir?
...Məsələ boyunbağıdan istifadə etməklə bağlıdır. Bədənin onunla təmasından söz getmir. Qadağan olunan təkcə ona təharətsiz toxunmaqdır. İstifadə etmək deyil. Buna əsasən, əgər bir nəfər libasının üzərindən taxsa, təharətsiz olsa belə, bir problemi yoxdur. Çünki bədənə toxunmur. Yaxud indi elə boyunbağılar hazırlanır ki, “Ləfzi-Cəlalə” plastmas, yaxud şüşəyə yapışdırılmış olur. Bu halda da toxunmağın maneəsi yoxdur. Lakin yazının əslinə təharətsiz toxunulmamalıdır.