Üzüyü sağ əlin barmağına taxaq, yoxsa, sol əlin?


Əhli-beyt hədislərinə əsasən, üzüyü sağ ələ taxmaq daha yaxşıdır. Bəzi hədislərdə Peyğəmbər (s) bu barədə İmam Əliyə (ə) vəsiyyət edərək buyurmuşdur ki, bu iş, yəni üzüyü sağ əlin barmağına taxmaq insanı müqərrəb mələklərlə bir edər. (“İləluş-şəraye”, Şeyx Səduq, c.1, s.525.)
Hədislərdən belə anlaşılır ki, Peyğəmbər və İmamlarımızın sünnəsi bu məsələdə üzüyü sağ ələ taxmaq olub. Çünki o həzrətlərin üzükləri həm də onların “möhür”ü (peçat) olub ki, çox vaxt üzüklərinin qaşlarında Quran ayələri və Allah adı olub. Buna görə də, heç vaxt sol əldə istifadə edilməyib. Səbəbi də budur ki, insanlar adətən “təharət” zamanı sol əldən istifadə edir və bu halda Allah adı və Quran ayəsinə hörmətsizlik olacaq deyə üzüyün sol əlin barmağında olması haramdır. (“Əl-kafi”, “əl-xəvatim” bölməsi; “Müstədrəkul-vəsail”, Mühəddis Nuri, c.3, “əbvabu əhkamil-məlabis” bölməsi.)


İslam şəriətinə görə Həccin vacib olmasının 3 əsas şərti nələrdir?!


Həccin lüğətdəki mənası – hansısa bir şeyə qərar vermək və niyyət etməkdir. İslam dinində isə həcc xüsusi vacib ibadətdir ki, müəyyən zaman və məkanda yerinə yetirilər.
Həcc – Allah evini ziyarət etmək, həccə aid əməlləri yerinə yetirmək və paklanmaqdır. Boynuna həcc düşən insanlar, bu xüsusiyyətə malik olanlardır:
1. Həddi-büluğa çatanlar. 2. Aqil və azad olanlar. 3. Maddi imkana malik olanlar. Bu bəndin özünün də şərtləri vardır.
O cümlədən:
a). Səfərə çıxmaq üçün miniyinin, ərzağının və maddi imkanının olması.
b) Məkkəyə getmək üçün kifayət qədər sağlamlığa malik olması...


Valideynlər öz övladlarının günahlarına şərikdirlərmi?


Dinimizdə belə qanun da vardır ki, əgər bir insan başqa insanın günah etməsində hansısa rola malikdirsə, onunla həmin günahda şərik olar.
“Nəhayət onlar Qiyamət günü özlərinin günah yüklərini tamamilə və həmçinin nadanlıqlarına görə yoldan azdırdıqları kəslərin günah yüklərinin bir hissəsini (bunların vasitəsilə baş vermiş miqdarını) götürərlər. Bilin, onların götürdükləri pis bir yükdür!”. (“Nəhl” 25).
İmam Baqirdən (ə) gələn hədisdə oxuyuruq ki, buyurmuşdur: “Allah bəndələrindən hər kim özündən sonra yaxşı sünnət qoyub gedərsə, savabı bu sünnətə əməl edənin savabı ilə bərabər olar. Allah bəndələrindən hər kim özündən sonra bəyənilməyən iş qoyub gedərsə, günahı o bidətə əməl edənlərin günahı qədər olar”.
Bu səbəbdən əgər valideyn övladının günahında ona yardım edər və dəstəkləyərsə, onun etdiyi günaha şərik olar. Həmçinin əgər onun tərbiyəsində səhlənkarlıq etmiş olarsa da, övladının günahında şərik olar.


Əhli Beyt (ə) həccə getməyin savabı haqda nə buyurmuşlar?!


İmam Baqirdən (ə) soruşurlar ki, niyə Allah evinin ziyarətini həcc adlandırıblar? Əziz İmam (ə) buyurur: “Filankəs həcci yerinə yetirdi, yəni nicat tapanlardan oldu”.
İmam Səccad (ə) buyurur: “Həcc və ümrəni yerinə yetirin ki, bədəniniz salamat olsun. Ruziniz çoxalsın”.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim dünya və axirət istəyir – Allah evinə getsin”.
İmam Səccad (ə) buyurur: “Beytullahın zəvvarı bağışlanar və behişt ona vacib olar. Əməllərinə əvvəldən başlayar və malı qorunmuş olar”.
İmam Sadiqdən (ə) soruşurlar ki, çoxlu borcumuz vardır və həccə getməyə imkanımız yoxdur. Ona görə də bizə dua öyrədin. İmam (ə) buyurur: “Hər vacib namazdan sonra bu duanı oxuyun: “Allahım, Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) salavat göndər və mənim dünya və axirət dinimi əda et!”.


Körpənin qulağına azan və iqamə oxunmasının nə faydası vardır?


Həzrət Peyğəmbər (s) buyurur: “Ey Əli! Nə zaman oğlun və ya qızın olsa, sağ qulağına azan və sol qulağına iqamə oxu. Bu halda şeytan ona heç bir zaman ziyan vurmaz”.
İmam Sadiq (ə) Əbu Yəhyada soruşur: “Övladlarınız dünyaya gələn zaman onlarla nə edirsiniz?”. Deyir: “Bilmirik nə edək”.
Buyurur: “Bir mərci boyda inək südündən götür və onu suda həll et. Sonra ondan iki damcısını (övladın) burnunun sağ deşiyinə və bir damcısını sol deşiyinə tök.
Sağ qulağına azan və sol qulağına iqamə oxu. Bu işi körpənin doğum bağı kəsilməmişdən əvvəl yerinə yetir. Çünki belə olan zaman heç bir vaxt pərişanlıq görməz, cin vurmağa düçar olmaz”. -Deyerler.


Övladlarımıza gözəl ad qoymaq valideyinlik vəzifəsidirmi?!


Rəsulu Əkrəm (s) buyurur ki, uşağın, ata üzərində üç haqqı vardır: 1. Ona yaxşı bir ad seçməlidir. 2. Oxuma-yazmağı öyrətməlidir. 3. Həyat yoldaş tapmalıdır. \"
İmam Musa Kazim (ə) belə buyurur: \"Atanın, övladına edə biləcəyi ilk yaxşılıq ona gözəl bir ad seçməsidir. \" Şüurlu ata ilə ananın ad qoymasından, onların fikir və hədəflərini anlamaq mümkündür. Ata və ana əgər bir şairə qarşı simpatiyaları varsa uşaqları üçün onun adını seçərlər. Əgər elmə həvəsləri varsa, alimlərin adlarını seçərlər və əgər dindardırlarsa peyğəmbərlərin, İmamların və dini öndərlərinin adlarını seçərlər.
Əgər din yolundakı fədakarlıq və zalımlar qarşısında mübarizə etməyə həvəslidirlərsə, Hüseyn, Əbəlfəzl, Abbas, Əli, Məhəmməd, Həsən, Əbuzər, Əmmar, Həmzə, Cəfər, Səid kimi fədakar şəxsiyyətlərin adlarını seçərlər.
Hər ata və ana, seçdiyi adla özünü və uşağını sevdiyi bir qrupa bağlamaqdadır. Bu ad bağlılığı ictimai fikirlərdə təsir buraxdığı kimi ümumiyyətlə ad sahibinin də düşüncə tərzində təsirsiz olmayacaq.


Ramazan ayından sonra gələn Şəvval ayının fəzilətləri və orucu


\"Ramazandan sonra Şəvval ayında 6 günü oruc tutan insan elə bil bütün zamanı oruc tutub\" Son zamanlar gündəmdə Peyğəmbərdən nəql olunan belə bir hədis dolaşır, məzmunu belədir ki, kim Ramazanda oruc tutsa, Şəvvaldan altı günü də ona qoşsa (ardınca tutsa), sanki (bütün) dövrü oruc tutmuşdur”. (Müslim, Əbu Davud, Tirmizi, Nisai, Əbu Macə)
Bu altı günlük oruc haqqında sual oluna bilər ki bunun İmamiyyə məzhəbilə müvafiq olub-olmaması necədir? Şəvval ayı qəməri aylarının onuncusudur. Ramazan ayından sonra gəlir. Onunla əlaqəli hökmlər barədə oruc və həcc babında söz açmışlar.
Müqəddəs şəriətdə bəzi günlər və aylar üçün, o cümlədən Şəvval ayı üçün xüsusi hökmlər bəyan olunmuşdur.


Əmr-be-mərufu nə zaman etməmək olar?


... Həzrət Peyğəmbər (s) buyurur: “Əmr-be-məruf və nəhy-əz-munkər edin. Ancaq o zaman görsəniz ki, insanlar dünyanı üstün tuturlar və nəfsani istəklər onlara hakim olmuşdur və hər kəs ancaq öz rəyini bəyənir – özünüzlə məşğul olun və avamı boş buraxın”.
Yuxarıdakı ayə o kəslər haqqında nazil olmuşdur ki, cəmiyyəti islah etmək üçün səy edirdilər, ancaq heç bir nəticə vermirdi və bu işdə də özlərini qınayırdılar. Allah da həmin ayədə buyurur ki, sən öz vəzifəni yerinə yetir, qalanı ilə işin olmasın. Hər bir halda müsəlman çalışmalıdır ki, bu İlahi vəzifəni layiqincə yerinə yetirsin, çünki bu İlahi vəzifə İslam dininin sütunlarından biridir. Gərək möhkəm və ayaqda olsun ki, dinimiz də sarsılmasın. Ancaq iki halda bu vəzifədən əldə çəkə bilərik. Biri budur ki, onun təsir etməsinə ümidimiz olmaz.


Günah məclisində iştirak etmək olarmı? İmam Sadiqin (ə) hədisi


İmam Sadiq (ə) buyurur: “Layiqli deyildir ki, imanlı insan elə məclisdə əyləşsin ki, orada günah olur və onu dəyişdirməyə qüdrəti yoxdur”.
Günah məclisində iştirak etmək günahdır, baxmayaraq ki, insan özü günah etməsə belə. Belə məclisdə iştirak etmək artıq insanın özünə günah damğasını vurar. (Həvzəh)
Əgər insan bu məclisdəki ab-havanı dəyişməyə qadir olsa, gərək əmr-be-məruf və nəhy-əz-munkər etsin. Günahın qarşısını alsın. Əks halda, belə məclisdə iştirak etməkdən çəkinmək lazımdır...


İftar vermək – gözəl savabdır, amma israf olmasa!


İmam Sadiq (ə) buyurur: “Ey Sədir! Bilirsənmi ki, bu nə gecələrdir?”. Sədir deyir: “Bəli, qurban olum. Bu gecələr Ramazan ayının gecələridir”. İmam (ə) buyurur: “Qüdrətin vardırmı ki, bu gecələrin hər birində İsmayil (ə) övladlarından olan on qulu azad edəsən?”. Sədir deyir: “Atam-anam sənə fəda olsun. Sərvətim kifayət etməz”. İmam (ə) qulların sayını azaltmağa başlayır və gəlib çatır 1 qul azad etməyə. Sədir yenə deyir ki, qüdrətim yoxdur. İmam (ə) ona buyurur: “Qüdrətin yoxdurmu ki, hər gecə 1 oruc tutan müsəlmana iftar verəsən?”. Deyir: “Bəli, on nəfərə də iftar verərəm”. İmam (ə) buyurur: “Ey Sədir! Sənin iradə etdiyin kimidir. On oruc tutana iftar verərək, İsmayil (ə) övladlarından olan on qulu azad etməyin savabına nail olarsan”
Ramazan ayında iftar süfrəsi hər bir Allah qonağının üzünə açıq olar. Quran ayələri və hədislərimiz bu mübarək ayda oruc tutanlara iftar verməyimizi tövsiyə edir. Ancaq bu süfrələr israf xarakteri daşımamalıdır. Çünki israf etmək bu iftar süfrəsinin dəyirini aradan aparar. İsraf elə bir əməldir ki, Quran 20 ayəsində onu məzəmmət etmişdir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter