Niyə insan öləndən sonra torpaqda dəfn olunmalıdır?
Meyitə qüsl verilməsi ilə bağlı gələn hədislərdə oxuyuruq ki, insan ölən zaman xəlq olduğu nütfə bədənindən xaric olar. Ona görə də ona qüsl verilməsi vacibdir. Başqa hədisdə oxuyuruq ki, insan ölən zaman mələklə görüşdüyü üçün gərək pak və pakizə olsun. İmam Sadiqə (ə) kəfənlə bağlı sual verirlər və Həzrət (ə) buyurur: “Ölülərinizi kəfənləyin və çalışın ki, yaxşı kəfən olsun. Çünki kəfən meyitə zinət verər”. Kəfən meyitin bədənini örtər və ona ehtiramın bir növü sayılar. Qiyamət günü mümkündür ki, həmin kəfənlə məhşur olsun. Bundan əlavə, meyitin torpağa basdırılması gigiyena baxımından lazımlı məsələdir. Belə olan halda heyvanlar ona hücum etməz.
Eyni zamanda, dəfn edilmiş yerdə müəyyən əlamətlər qoyulur ki, ölənin yaxınları gəlib onu ziyarət edə bilsinlər. Bir sözlə, meyitin dəfn edilməsi həm ehtiram, həm yaddaş, həm gigiyena – bir sözlə, bütün cəhətlərdən üstün variantdır.
Ölüyə niyə qüsl vermək lazımdır? Imam Rzadan (ə) hədis
Əhkamda meyitlə bağlı olan ən mühüm məsələ – ona qüsl verməkdir. Belə görünür ki, bu işin hikməti vardır. Bəzi hədislər bizləri bu hikmət ilə tanış etmişdir ki, onlara müraciət edək. İmam Rzaya (ə) bu sualı verən zaman buyurmuşdur: “Meyitə qüsl verməyin səbəbi budur ki, bu yolla pak və nəzif olar. Xəstəliyin çirklərindən və xəstə zamanı ona olanlardan paklanar. İnsan öləndən sonra mələklər və axirət əhli ilə görüşər. Ona görə də müstəhəbdir ki, Allah Təala ilə görüşən zaman pak və nəzif olsun. Təharətli halda Allaha diqqət etsin. Allahdan arzusunu istəsin. İstəsin ki, onun haqqında şəfaət verənlərin şəfaətini qəbul etsin”. İnsanın ruhu bədənini tərk edən zaman xəstəliyi ilə bağlı bir çox şeylər ona bulaşar. Ona görə də onu təharətli etmək üçün qüsl verirlər. Onunla təmasda olan insan da bu çirklərdən uzaq olmaq üçün qüsl almalıdır./Deyerler.
Üz qırıxmaq din və Avropa alimlərinin düşüncəsində necə dəyərləndirilir?!
Üz qırxmaq məşhur fəqihlərin nəzərində düzgün hesab edilmir. Üz qırxmaqda icazəli hədd isə, xalqın baxarkən \"fülankəsin saqqalı var\" deməsidir. Üzü qırxarkən isə, maşınla və ya ülgüclə qırxmaq arasında heç bir fərq yoxdur. Üz tükünün xeyirləri haqda həkimlərin söylədikləri
Tanınmış doktor \"Finkor Corc\" deyir: Saqqal bir çox xeyirlərə malikdir, o cümlədən: ağızın qorunması, ağız boşluğunda əlavə rütubətin qarşısının alınması, dişlərin və selikli vəzlərin sağlamlığı.
\"Gigiyenik cəhətdən üzün qırxılması\" kitabının müəllifi yazır: Mimika və rəng dəyişkənliyi, bir sıra boğaz və ağız xəstəliklərinin yaranması, baş, üz və boğaz soyuqdəyməsi, yanaqların kənarında bitən xüsusi səpkilər, bəzən ağır dişağrıları, qripləmələr müasir elmi kəşflərə əsasən, bir çox hallarda üz tükünün qırxılması nəticəsində baş verir...
Namazın vacib olmasının sirri haqda İmam Sadiqin (ə) izahı ?!
Hişam ibni Həkəm İmam Sadiqdən (ə) soruşur: “Bu ibadət insanların ehtiyaclarını yerinə yetirməkdən məşğul edir və bədənlərini əziyyətə salır, necə ola bilər ki, Allah Təala onu vacib etsin?”. Həzrət (ə) buyurdu: “Onun sirləri və səbəbləri vardır. Əgər insanlar öz hallarına buraxılsaydı və Peyğəmbər (s) tərəfindən heç bir tənbeh və təzəkkür olunmasaydılar, Allahın Kitabı əllərində qalar və halları əvvəlki insanların halları kimi olardı. Baxmayaraq ki, onlar din əldə etdilər, insanları öz dinlərinə dəvət etdilər və onlarla mübarizə etdilər, ancaq bu dünyadan gedəndən sonra adları da yadlardan silindi. Əmrləri köhnə oldu. Sanki onlar bu dünyada heç olmayıblar. Allah Təala iradə etmişdir ki, Muhəmmədin (s) dini, əmrləri unudulmasın. Ona görə də ümmətinə namazı vacib etdi. Bu namazda insanlar hər gün beş dəfə yüksək səslə Peyğəmbərin (s) adını çəkir və namaz əməlini yerinə yetirərək, Allaha ibadət edərlər və Onu yada salarlar. Bu yolla o Həzrətdən (s) qafil olmaz və onu unutmazlar. Nəticədə də zikri köhnəlməz””.
Allahın adı yazılan kağızları nə edək?
Bir çox hallarda bu məsələ ilə qarşılaşırıq. Müəyyən qəzet vərəqlərində, bukletlərdə, dəvətnamələrdə və başqa vərəqlərdə Allahın adının yazılması \"bu vərəqləri nə edək?\" sualını yaradır. Tövsiyyə edilir ki, bu cür vərəqləri basdırmaq lazımdır. Amma şəhər həyatı yaşayan insanlar bəzən vərəqləri basdırmaq üçün münasib yer tapa bilmir. Belə olduğu təqdirdə hörmətsizlik hesab olunmayacaq şəkildə “Allah” sözünü aradan aparmaq (pozmaq) lazımdır. Qeyd etmək lazımdır ki, Allah sözünün yazılışına yalnız ərəb deyil, bütün dillərdə ehtiram olunmalıdır.
Alverlə bağlı bir neçə şəri suallara cavablar!
Sual: Ticarətdə satılan maldan nə qədər qazanc əldə еtməyə icazə vеrilir?
Cavab: Qazanc əldə еtməyin müəyyən bir həddi yoxdur. Buna görə də zülm və insafsızlıq həddinə çatmayınca və dövlət qayda-qanunlarının ziddinə olmayınca işkalı yoxdur. Amma yaxşı olar ki, hətta müstəhəbdir ki, satıcı öz dolanışıq xərclərini çıxarmaq miqdarında qazanc əldə еtməklə kifayətlənsin.
Sual: Bir nəfər öz mülkiyyətində olan sudan ayrı-ayrı şəxslərə müxtəlif qiymətlərlə satır. Bu suların hamısının bir quyu və arxdan olmasını nəzərə almaqla, qiymətlərin müxtəlif olmasına öz е`tirazımızı bildirməyə haqqımız varmı?
Cavab: Əgər satıcı həmin suyun həqiqi sahibidirsə və ya şər`i nöqtеyi-nəzərdən onu satmaq səlahiyyəti vardırsa, digərlərinin qiymətin müxtəlif olmasına е`tiraz еtməsinə haqqı yoxdur...
Uduşlu kağızlar(lotoreya) ilə bağlı şəri hökmlərə cavablar!
Uduşlu kağızlar(lotoreya) ilə bağlı müxtəlif məsələlər:
Sual: Lotorеya bilеtlərini alıb-satmaq və mükəlləfin udduğu mükafatı götürməsinin hökmü nədir?
Cavab: Lotorеya bilеtlərini alıb-satmaq düzgün dеyil və mükafatı (uduşu) alan bir şəxs onun (şəri) maliki olmur və onu almağa haqqı yoxdur.
Sual: Camaat arasında “еkoloji hədiyyə”, yaxud “rəhmət hüması” adları ilə hazırlanıb yayılan vərəqələri hazırlamaq, onlar üçün pul vеrmək və bu vərəqələr vasitəsilə püşkdə iştirak еtməyin hökmü nədir?
Cavab: Xеyriyyə işlərində sərf olunmaq, xеyriyyəçiləri püşk atmaq yolu ilə bu işə sövq еdib rəğbətləndirmək məqsədi ilə xеyriyyə vərəqələrinin hazırlanıb yayılmasının öz-özlüyündə şəri işkalı yoxdur. Еləcə də xеyriyyə işlərində iştirak еtmək məqsədi ilə bu vərəqləri hazırlamaq üçün pul vеrməyin еybi yoxdur...
Günahı fikirləşmək günahdırmı?
Əmirəl-möminin (ə) buyurur: “O kəs ki, günah haqqında çox düşünər, (bu iş) onu günaha tərəf çəkər”. Günah haqqında çox düşünmək insanı günaha dəvət edər. İnsanda günah etmək üçün stimul yaradar. O zamana qədər ki, günah etməmişik, bizə günah yazılmaz. Ancaq insan üçün elə qaranlıq və zülmət gətirər ki, onu günah yoluna çəkər.
Ona görə də insan günah fikirlərini özündən dua, təvəssül və bacardığı hər bir vasitə ilə qovmalıdır. Bu cür fikirlərin qarşısını almaq üçün insan xəlvətdə qalmaqdan çəkinməlidir. Əgər görsək ki, xəlvət edən zaman günah haqqında düşünürük, Allaha təvəkkül edək və başqa yaxşı şeyləri düşünməyə çalışaq. Allahdan aşkarda və xəlvətdə yardım istəyək. Sonra isə hər gün Əhli-Beytə (ə) 100 salavat hədiyyə etməyi unutmayaq.
Kafir üçün xeyir dua etmək şəriət baxımından düzdürmü?!
Əgər kafirin hidayət olması üçün ümid olarsa, onun üçün xeyir duası etmək olar. Ancaq o zaman ki, yəqinlik əldə olunar ki, bu insan geri qayıdası deyildir, hüccətin tamamlanmasından sonra belə iman gətirmir, onun üçün xeyir duası etmək məsləhət deyildir.
Allah Təala buyurur: “Peyğəmbərə və iman gətirənlərə müşriklərin Cəhənnəm əhli olduqları onlara bəlli olduqdan sonra onlar üçün, hətta qohumları(ndan) olsalar belə, bağışlanma istəmək yaraşmaz (və bu, şəriət baxımından caiz və ağıl baxımından düzgün olmaz)”. (”Tövbə” 113).
Qurani-Kərimin sonrakı ayəsində buyurulur: “İbrahimin atası (əmisi Azər) üçün bağışlanmaq istəməsi (istiğfar etməsi) yalnız ona verdiyi vədə (onun üçün istiğfar edəcəyini vəd etməsinə) görə idi. Buna görə də elə ki, (onun küfrdə israrlı olmasından, ya küfr halında ölməsindən) ona (İbrahimə) onun (əmisinin) Allahın düşməni olması aydın oldu, ondan uzaqlaşdı (çünki əfv diləmək Allahla düşmən olan kəs üçün deyil, Allahın düşmən olduğu kəs üçündür). Həqiqətən İbrahim haqdan qorxan, günahdan qəmgin olan, (Allah dərgahına) ürəkdən çox ah çəkən və həlim idi”. (“Tövbə” 114)...
Kimlərə salam vermək məkruhdur? Nə vaxt salam vermək olmaz?
Salam vermək İslam dininin müstəhəb əməllərindən hesab olunur. Ancaq bəzi hallarda bu əməl müstəhəbliyini əldən verir, məkruh və hətta haram olur. Salam verməyin məkruh olduğu hallar:
1. Naməhrəm kişinin naməhrəm cavan qadına salam verməsi. İmam Əli (ə) də Peyğəmbər (s) kimi cavan qadınlara salam verməkdən çəkinərmiş.
2. Namaz qılana salam vermək. Bəzi fəqihlərin nəzərinə görə, namaz qılan insana salam vermək məkruhdur. Ancaq bəzi fəqihlər belə hesab etmir.
3. Cənazəni müşayiət edənlərə.
4. Cümə namazına tələsən insana. Çünki onu vacibatını yerinə yetirməkdən saxlamış olarsan.
5. Hamamda olan insana. Bu insana salam vermək onun xoşuna gəlməz, çünki hansı halda olduğundan xəbər tutmağın onun xoşuna gəlməz.