Nə üçün peyğəmbərlərin dövründə ümumdünya ədalət hökuməti qurulmayıb?


Deyə bilərik ki, fərdin təkamülü və nəticədə ədalətli hökumətin qurulması üçün iki əsas amil gerçəkləşməlidir:
1. Xarici amil: Cəmiyyətin hər bir üzvü yaranış məqsədi olan ədalət və kamalın mənasını anlamalıdır. Eləcə də, bu məqsədə aparan yol tapılmalıdır. Nə qədər ki, bəşər düşüncəsi bu həqiqətləri anlamır, düzgün məqsədə çatmaq üçün peyğəmbərlərə möhtacdır.
2. Daxili amil: Bu böyük məsuliyyət və hədəfi dərk edəcək düşüncə. Belə bir məqsədə çatmaq üçün insan vücudunda şüur yetkinləşməlidir. Şüurun yetkinləşməsi üçün isə növbəti şərtlər ödənməlidir:
a) Ağıl, Allaha itaətin, Allaha münasibətdə xüzu və xüşunun (mütiliyin) əhəmiyyətini dərk etməlidir;
v) İnsan ədalət və onun təsirlərini bilməlidir...


On ikinci İmam (ə.f) zühur vaxtı hansı əlamətlərlə tanınacaq? – Hədis


Ayətullah Seyyid Əli Sistaninin dəftərxanasına elektron məktubda suala belə cavab verilmişdir: İmam (ə.f) əsasən nə ilə tanınacaq?
Cavab: “Haris ibn Muğeyrə deyir: İmam Sadiqdən (ə) soruşdum: Qaim İmam (ə.f) nə ilə tanınacaq? İmam Sadiq (ə) : Təmkinlik, aramlıq, ruhu rahatlıq, əzəmət və vüqarla. Haris ibn Muğeyrə: Necə?
İmam Sadiq (ə): İnsanların ona (ə.f) (elminə) ehtiyaclı olmasından və halal-haramlara olan diqətindən tanıyacaqsan. Onun (ə.f) heç bir kəsə (heç bir kəsin köməyinə) ehtiyacı olmayacaq. Onda (ə.f) Peyğəmbərin (s) silahı olacaq. O (ə.f) yalnız vəsidir və vəsi övladıdır. (İmamın nəsəbinə işarə olunur).” Qeyd edək ki, İmamın (ə.f) bir çox əlamətləri də qeyd edilib ki, burada yalnız İmam Sadiqin (ə) bir hədisində gələn əlamətləri təqdim etdik.


Zəmanə İmamını (ə.f) öz əməllərimizlə Necə cür yad edək?! – Dəyərli bir nəsihət


Əgər biz öz məhəbbətmizi İmam Zamanın (ə.f) qəlbində çoxaltmaq istəyiriksə, bunu bir neçə yolla edə bilərik:
1-ci bütün xeyir əməllərimizi İmamın (ə.f) pak vücudunə hədiyyə edək... Sədəqə vermək istəyirik, xeyir iş görmək istəyirik, valideynlərimizin ruhuna hədiyyə etmək üçün iş görmək istəyirik. Bunların hamısını o Həzrətin (ə.f) yolunda edək! Cümə gecəsində ata-analarımızın ruhuna ehsan vermək istəyirik. Bütün bunları İmama (ə.f) hədiyyə etməklə edək və deyək: “Ağacan vəfat edən ata-analarımıza nəzər elə!” Övladın xəsdədirsə, ona qan vermək istəyirsənsə və ya qurban ehsan etmək istəyirsənsə, bunları Höccətin niyyətinə elə və de: \"Ağacan! Övladımıza nəzər elə!”
İmam Sadiq (ə) buyurub: “Hər kəs Höccətin yolunda bir dirhəm xərcləsə, bu öz yolunda xərclədiyi 2 milyon dirhəmdən əfzəldir...”


İmam Məhdinin (ə.f) qeybinin möminlər üçün hansı müsbət təsirləri vardır?


İmam Zamanın (ə) qeybdə olması nə qədər üzüntülü və dərdverən olsa da, Uca Allah bunda da səmərələr qoymuşdur. Bu müsbət təsirlərin bəziləri ilə tanış olaq:
1. İman və təqvanın güclənməsi. Belə ki, insan o zaman bilir və etiqad bəsləyir ki, dahi bir şəxsiyyətin intizarındadır və həmin şəxsiyyət onun rəftar və əməllərinə diqqət edir – özünü kamil şəkildə kontrol etməyə çalışacaqdır.
2. Haqla batil bir-birindən ayrılacaqdır. İmamın (ə.f) qeybi göstərir ki, kim həqiqi Əhli-Beyt (ə) davamçısıdır!
3. Ədalətə susuzlamaq. İnsanlar İmamın (ə.f) qeybi zamanında artıq zalımların zülmündən o qədər əziyyət çəkirlər ki, ədalətə susuzlayıblar.
4. Möminlərin savabı artar. Peyğəmbər (s) buyurur: “Tezliklə sizdən sonra elə bir dəstə gələcəkdir ki, onların bir nəfərində sizin 50 nəfərin əcr və savabı olacaqdır”.


Sual: Dövrümüzdə məhdəviyyət mövzusunun hansı təsir və faydaları var?


Cavab: Bəziləri elə düşünürlər ki, məhdəviyyət mövzusunun araşdırılması hazırkı dövr üçün faydasızdır. Bir halda ki, Məhdəviyyət mövzusunun bu günümüz üçün bir sıra faydaları var və həmin faydalardan bəzilərini nəzərdən keçiririk:
1. Həzrət Mehdinin (ə) qiyamı mövzusu böyük bir ictimai və İslami fəlsəfəyə malikdir. Bu mövzu ilahamverici ideya olmaqdan əlavə İslam ideallarının tanınmasında çox münasib bir vasitədir. (Şəhid Mutəhhəri)
2. Bütün yer üzünü əhatə edəcək İslam hökumətinin qurulması vədi müxtəlif təsirlərə malikdir. İnsan həzrət Mehdinin (ə) əhatəli proqramlarından faydalanmaqla İslamın gerçək ideallarına yaxınlaşa bilər...


Həzrət Mehdinin (ə.f) qurduğu cəmiyyətdə hansı özəlliklər olacaqdır?


Həzrət Mehdinin (ə.f) qurduğu cəmiyyətdə hansı özəlliklər olacaqdır? Quran və hədislərimizin nəzərinə görə, Həzrət Mehdinin (ə.f) quracağı cəmiyyət ən kamil bir cəmiyyət olacaqdır. Bu cəmiyyətin ən bariz üç sifətləri nə olacaqdır?
1. Ədalət. Mübarək Ramazan ayının duasında oxuyuruq: “Məhdəvi ədaləti sayəsində heç bir insan qul olaraq qalmayacaqdır və hər kəsin haqqı ona veriləcəkdir”.
2. Rifah və rahatlıq. Hz Peyğəmbər (s) buyurur: “Mənim Əhli-Beytimdən (ə) olan kişi qiyam edəcəkdir və səmadan ona bərəkət nazil olacaqdır. Torpaq öz bərəkətlərini onun üçün üzə çıxardacaqdır”...


İmam Məhdinin (ə.f) zühurundan sonra kasıblar olacaqmı?


Həzrət Peyğəmbər (s) buyurur: “Mənim ümmətim, Məhdinin (ə.f) zühuru zamanında elə nemətlər əldə edəcəklər ki, ondan əvvəl heç bir dövrdə əldə etməmişdilər. O ruzigarda səma çoxlu yağış yağdıracaqdır. Torpaq heç bir cücərəni qəlbində saxlamayacaqdır”. İmam Zamanın (ə.f) ədaləti hər yerə yayılacaqdır, o yerə qədər ki, carçıya əmr veriləcəkdir ki, cəmiyyət içində car çəksin: “Hər kimin nəyə ehtiyacı vardırsa, gəlib götürsün. Bir nəfər ayağa qalxacaq, gəlib maldan götürəcəkdir. Ancaq sonra peşman olacaqdır ki, (bu malla) nə etmək istəyirəm. Onu geri qaytaracaqdır”...


Həzrət Məhdi (ə.f), zühur zamanı neçə yaşında görünəcəkdir?


Yer üzü hüccətdən boş olmaz. İmam Zaman ağa (ə.f) buyurur: “Yer, heç bir zaman hüccətdən boş olmayacaqdır – istər o hüccət zahir olsun, istərsə də gizli”.
Əba Sələt İmam Rzadan (ə) nəql edir ki, buyurub: “Bizim Qaimin (ə.f) nişanəsi budur ki, qoca kişi yaşında olan bir cavandır. Belə ki, hər kim o Həzrəti (ə.f) görər, onu 40 yaşında və daha az hesab edər”. Mövla (ə.f), yollarda addım atar və insanlara salam verər. Əmirəl-möminin (ə) buyurur: “Əlinin (ə) Pərvərdigarına and olsun ki, Allahın hüccəti (ə) insanların arasındadır. Yollarında (küçələrində) addım atar, onlara salam verər, ancaq müəyyən vaxta və İlahi vədəyə qədər tanınmaz”...


İmam Zamanın (ə.f) bulud arxasında olan günəşlə müqayisəsi nə məna daşıyır?


Həzrət (ə) buyurur: “Necə ki, günəşdən bəhrələnərlər, o halda ki, bulud arxasında olar”. Günəşin bulud arxasında olmasının hansı faydaları vardır?
1. Onun nurunun sayəsində insanlar quyuya, dərəyə düşmürlər. Əgər İmam Zaman ağa (ə.f) olmasaydı, insanlar əməllərinə görə əzaba düçar olardılar.
2. O zaman ki, günəş bulud arxasında olar, insanlar onun çıxmasının intizarını çəkərlər. İmamın (ə.f) qeybi insanlara intizar halını aşılayır.
3. Bəzən günəşin bulud arxasında olması insanlar üçün faydalı olar. Bu yolla münafiqlər və kafirlər tanınar.


Zühur əsrində Allahın qeybi yardımları nələr olacaq?


Zühur əsrində Allahın qeybi yardımları nələr olacaq? İmam Zaman ağanın (ə) idarəçiliyinin zəminələri əsrlər boyu hazırlanar və onun qurulması isə zühurun baş verməsinin ardınca həyata keçər. Bu ardıcıllıqlarla tanış olaq:
1. Qiyamın ani olması. İmam Məhdi (ə.f) o zaman zühur edər ki, düşmən qəflətdə qərar tutacaqdır. Ani qiyamın baş verməsi onları heyrətə salar və Həzrətin (ə.f) qələbəsi tez baş verər. Həzrət (ə.f) buyurur: “Həqiqətən, bizim məsələmiz ani şəkildə olacaqdır”. 2. Qeyb yardımının vasitəsilə işlər islah olacaqdır. Hədislərimizin buyurduğu kimi, İmam (ə.f) qiyam edən zaman Allah ona qeyb yardımları edəcəkdir. Qələbəsini asan və işlərini islah edəcəkdir. Həzrət Peyğəmbər (s) buyurur: “Məhdi (ə.f) – biz Əhli-Beytdəndir (ə). Allah onun (məsələsini) bir gecədə islah edəcəkdir”. Allahın qeyb yardımları bunlardır:
a). Düşmənin qəlbində qorxu yaratmaq. Allah düşmənin qəlbində elə qorxu yaradacaqdır ki, öz qüdrətlərini göstərə bilməyəcəklər.
b). Mələklər yardım edəcəkdir. Hədislərdə oxuyuruq: “Allah ona üç min mələklə yardım edəcəkdir”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter