Namazın müxtəlif vaxtlarda qılınmasının fəlsəfəsini necə açıqlamaq olar?


Namazın müxtəlif vaxtlarda qılınmasının fəlsəfəsini necə açıqlamaq olar? Sual: Nə üçün gündəlik beş vacib namazı birdəfəyə ardıcıl qılmaq olmaz?
Cavab: Namazın əsl hədəfi zikrdir və zikr günahların tərk olunması, həmçinin ibadi əməllərin yerinə yetirilməsi ilə bağlıdır. Bu cəhətdən də vacib namazlar üçün günün müxtəlif vaxtları təyin edilmişdir ki, beş vaxtda Allahı yad etməklə dünyaya və həvayi-nəfsimizə bağlılıqdan nicat tapaq.
Sübh çağı yuxudan oyanıb namaz vasitəsilə bizi Yaradanı yad edirik. Sonra dünyəvi işlərə başımız qarışır. Get-gedə qəlbimiz Allahı yad etməkdən uzaqlaşır, şeytan və nəfsi istəklər bizə üz tutur. Günorta vaxtı çatdıqda mömin yenidən namaz vasitəsilə qəlbə daxil olmuş həvayi-həvəsi və şeytanın torlarını parçalayır, onları qəlbindən çölə atır və qəlbini Allaha ev qərar verir...


Bir kəsin rastına ailə quracağı şəxsin çıxmasını alın yazısı kimi yozmaq olar?


Bir kəsin rastına ailə quracağı şəxsin çıxmasını alın yazısı kimi yozmaq olar? Cavab: İnsanların bir-birinə rast gəlməsi onların öz iradəsi ilə də baş verə bilər, özlərindən asılı olmadan da baş tuta bilər. Bu mənada bir kəsin öz gələcək həyat yoldaşı ilə heç özünün xəbəri olmadan, təsadüf kimi görünən bir vəziyyətdə rastlaşması mümkündür. Lakin bu, onların məsuliyyətini qətiyyən azaltmaz. İnsanlar özlərindən asılı olmadan bir-birinə rast gəlsələr də, öz istəkləri əsasında ailə qurmalıdırlar. Bir-birinə rast gələn şəxslər ailə qurduqdan sonra uğursuzluqla üzləşsələr, bunun məsuliyyətini taledə və ya başqa adamlarda deyil, özlərində axtarmalıdırlar. Çünki ailə qurmazdan əvvəl yaxşıca düşünməli, bütün müsbət və mənfi cəhətləri ölçüb-biçməli idilər. Əksinə, əgər qurulan ailə uğurlu alınırsa, bunun da səbəbini özlərində görməli və düzgün qərar qəbul etmələrinə şərait yaratdığı üçün Allaha şükür etməlidirlər.


Müsəlmanla mömin arasında nə kimi fərq var?


Müsəlmanla mömin arasında nə kimi fərq var? Quran buyurur: “Allah İbrahimə “Rəbbinə təslim ol” buyurduqda, İbrahim “aləmlərin Rəbbinə təslim oldum ” deyə cavab verdi. (“Bəqərə”, 131) Ayədən göründüyü kimi Allahın əmrləri qarşısında təslim olan insan müsəlman olur. Amma müsəlmanlığın dərəcələri vardır. “Hucurat”/14-cü ayədə oxuyuruq: “Bədəvilər “biz iman gətirdik”, dedilər. De ki, siz iman gətirmədiniz “Biz islamı qəbul etdik”, deyin. Çünki hələ iman qəlblərinizə daxil olmamışdır.” Demək, İslamın ilkin dərəcəsi onu dil ilə qəbul edib, şəhadət kəlməsini deməkdir. İslamın ikinci dərəcəsində olanlar onu dil ilə qəbul edib, xeyir iş görənlərdir. İnsanın Allaha qəlbən itaəti İslamın üçüncü dərəcəsinə aiddir. Dördüncü dərəcədə olan insanlar isə bütün varlığını Allahın ixtiyarında görən övliyalardır. İmam Sadiq (ə) buyurur: “Çox vaxt bəndələr sadəcə müsəlman olaraq qalır, möminliyə yol tapa bilmirlər. Allahın qadağan etdiyi günahlara yol verən şəxsi mömin yox, müsəlman kimi qəbul etmək lazımdır.


Nə üçün zalım və günahkar insanlardan bir hissəsi nemətlər içində qərq olmuşdur?


Nə üçün zalım və günahkar insanlardan bir hissəsi nemətlər içində qərq olmuşdur? Yuxarıdakı sual çoxlarını düşündürür. Qurani-kərimin ayələrinə əsasən, belələri islahedilməz olduqlarından, yaranış qanunları və iradə azadlığına əsasən öz başına buraxılmışlar. Allah tərəfindən verilmiş bu möhlət, əslində onları uçuruma aparır. «Ali-imran» 178-ci ayə, Bəzən Allah zalım və günahkarlara verdiyi nemətləri hədsiz dərəcədə artırır və onlar ləzzət içində xumarlandıqları zaman, qəfildən onları bütün nemətlərdən məhrum edir. Misilsiz firavanlıqdan sonra qəfil səfalət və zəlalət həmin insanlar üçün böyük əzaba çevirilir. «Ənam» 44-cü ayə: «Onlar edilmiş xəbərdarlıqları unutduqları bir an bütün nemət qapılarını onların üzünə açdıq ki, şadlansınlar. Sonra isə qəfildən bütün verdiklərimizi geri aldıq. Bununla da, onlar hədsiz narahatlığa düçar oldular»...


İmam Huseynin ə.s. Matəm Mərasimlərində Üzə-Sinəyə Vurmaq Düzdürmü?


İmam Huseynin ə.s. Matəm Mərasimlərində Üzə-Sinəyə Vurmaq Düzdürmü? İmam Huseynin ə.s.Müsibəti Kimi Böyük Bir Matəmdə Başa və Sinəyə Vurmaq Adi və Təbii Bir Məsələdir. Adətən İnsanlar Öz Ən Əziz Adamları Dünyadan Köçəndə Öz Üz-Başlarına Vururlar. Sözsüz ki, Dini Gözdən Salan Yanlış İşlərdən Çəkinmək Lazımdır. Təəssüf ki, Bəzi Avam İnsanlar İmam Mərasiminin Əzəmət və Təntənəsinə Mənfi Təsir Qoyan İşlərə Əl Atırlar. Böyüklər Onları Nəzakətlə Belə Nalayiq Addımlardan Çəkindirməlidir. Nəql Olunur ki, Bəni-Haşimdən Qadın-uşaqları Şam Şəhərindən Mədinəyə Sarı Hərəkət Edərkən Yol Əsnasında Qafilə Bələdçisindən Onları Kərbəlaya Aparmasını İstədilər. Kərbəla Şəhidlərini Ziyarət Etmək Onların Arzusu İdi. Kərbəla Torpağına Çatanda Cabir İbn Abdullah Ənsarinin və Bəni-Haşimdən Bir Dəstənin Kərbəlada Olduğunu Gördülər. Onlar da İm. Huseynin ə.s.Məzarını Ziyarət Etmək Üçün Gəlmişdilər. Bu iki Karvan Qəm-Kədər İçində Bir-Biri ilə Görüşdü. Onlar Hüznlə Ağlayır, Başlarına və Üzlərinə Vururdular. Beləliklə, Kərbəla Düzündə Matəm Quruldu. Hədislərdə - Axtarış Apardığımız Qədər – Əhli-beyt ə.s. Matəmlərində Sinə Vurmaq Haqqında Bir Şey Tapmasaq da “Lətm” İfadəsi Zahirən Sinə Vurmağa da Şamil Olur.


Doğrudurmu ki, qapıdan nal asmaq adəti aşura faciəsindən sonra yaranıb?


Doğrudurmu ki, qapıdan nal asmaq adəti aşura faciəsindən sonra yaranıb? Cavab: Həqiqətən, bəzi mənbələrdə bu cür məlumatlara rast gəlirik. Məsələn, məşhur cəfəri alimi Kəracüki “əl-Təəccüb” kitabında bunu qısa şəkildə qeyd edib. İbn Ziyadın 10 əsgərinin Kərbəla şəhidlərinin cəsədi üzərindən tərsinə nallanmış atları sürməsi həqiqətən baş vermiş hadisədir. Həmin nalların Əhli-beyt düşmənləri tərəfindən təbərrük kimi götürülməsi də mümkündür. Lakin zənnimizcə, at nalının qapılara vurulmasının səbəbini bununla məhdudlaşdırmaq doğru deyil. Bu ənənə Kərbəla hadisəsindən çox-çox əvvəl türk xalqlarında mövcud idi. Türklər atı uğurlu heyvan sayırdılar (ərəb üçün dəvə nə qədər qiymətli və mühümdürsə, türk üçün at da o cür idi). Ona görə də at nalının uğur gətirəcəyinə inanır və qapıdan asırdılar. Çox güman ki, bu ənənə türklərin vasitəsilə müsəlmanların həyatına daxil olmuşdur...


At nalı xeyir-bərəkət gətirirmi ?


At nalı xeyir-bərəkət gətirirmi ? At nalının evlərin qapısına vurulmasının tarixi haradandır? İmam Hüseyn (ə) şəhid edildikdən sonra ibni Ziyad (lən) əmr verdi ki, süvarilər Hüseynin cəsədini tapdalasalar böyük ənam alacaqlar. Ömər Səd bu əmri icra edib hədiyyə qazanacağı ümidi ilə qoşuna üz tutub dedi : Könüllülər bu işi görsə,hədiyyə alacaqlar. Şimr hamıdan qabağa düşdü.Arxası ilə 10 nəfərə yaxın süvari atlı İmamın mübarək cəsədini öz atları altına aldılar. Amma ibni Ziyad verdiyi sözün əksinə olaraq çox az bir miqdarda bu şəxslərə pul verdi. Onlar da əllərinə bir şey gəlmədiyi üçün atlarının nallarını çıxarıb baha qiymətə camaata satdılar (10 at × 4 nal = 40 nal). Camaat da həmin nalları öz evlərini qapısının üzərinə vurub,iftixar edirdilər. Ət-Təəccüb,Kəracəki,s.45 Bəzi insanlar bu həqiqətdən xəbərsiz halda illərdir ki,at nalının xoşbəxtlik gətirəcəyi ümidi ilə,onu qapılarının üzərinə vururlar.Halbuki bu işin haradan gəldiyi yuxarıda aydın oldu...


Sual: Мütləq ehtiyacsız olan Allah nə üçün günahkarları cəhənnəмdə oda çəkir?


Sual: Мütləq ehtiyacsız olan Allah nə üçün günahkarları cəhənnəмdə oda çəkir? Cavab: Bir çox ayə və rəvayətlərin bildirdiyi kiмi, qiyaмət gününün мükafat və cəzaları insanların dünyadakı əмəllərinin nəticəsidir. İnsan öz əмəllərinin cəzasını çəkмəyə borcludur. Yaşadığıмız dünyada əмəlləriмizin təbii və zəruri sonluğu var. Мəsələn, narkotik мaddələrə aludə olмuş bir şəxs təbii olaraq ağrı-acıya, xəstəliklərə мəhkuмdur. Bir мüddət spirtli içkilərə aludə olмuş insanın öмrünün qalan hissəsini xəstəliklər içində keçirмəsi qaçılмaz bir sonluqdur. Aммa elə əмəllər də var ki, onların nəticəsi qiyaмət günü ortaya çıxır. Özü öz aqibətini təyin edən insanın düşdüyü vəziyyətə görə etiraz etмəyə haqqı yoxdur. Həyatını düzgün proqraмla yaşayan insan öz xoşbəxtliyini təмin edir. Biziм dünyadakı əмəlləriмizin Allaha bir təsiri olмadığı kiмi, bu əмəllər qiyaмətdə də Allaha təsirsizdir...


Sual: İmam Hüseyn (ə) şəhadətə yetəcəyini bildiyi halda, nə üçün ailəsini özü ilə apardı?


Cavab: İmam Hüseyn (ə) qiyamı iki məsələni işıqlandırırdı: şəhadət və həqiqətin bəyanı. Bu qiyamda qadınların vəzifəsi həqiqəti işıqlandırmaq idi. İmam Hüseyn (ə) həzrət Peyğəmbəri (s) yuxuda gördükdən sonra ona aydın oldu ki, ailəsinin əsarəti Allahın istəyidir...
Aşura günü günortadan sonra həzrət Zeynəb (ə) mübarizə sükanını öz əlinə alır. Artıq işin davamı onun öhdəsindədir. Həzrət Zeynəb (ə) İmamın cənazəsi üstə düşmənləri də ağladan ilk əzadarlıq məclisini qurur. O, İmam Səccada, karvandakı qadınlara və uşaqlara himayədarlıq edir. Kufə darvazası qarşısında Əlinin şücaətindən, Fatimənin həyasından danışıb, Kufə camaatını ittiham edən Zeynəbdir. Budur İslamın istədiyi qadın obrazı − ictimai şəxsiyyəti inkişaf etmiş, həyalı bir qadın!


Sual: Ağıl və şəriət qəbul edirmi ki, insan bilərəkdən özünü və ailəsini təhlükəyə atsın?


Sual: Ağıl və şəriət qəbul edirmi ki, insan bilərəkdən özünü və ailəsini təhlükəyə atsın? Cavab: Özünü təhlükəyə atmaq şəraitdən asılı olaraq bəzən haram, bəzən isə vacibdir. Əgər İslam dininin varlığı təhlükədədirsə və insan öz canından keçməklə bu işin qarşısını ala bilərsə, meydana atılmaq vacibdir. Kimə icazə verilir ki, canını qurtarmaq üçün İslamın məhvinə \"hə\" desin. Məmləkəti düşməndən qorumaq üçün ordunun bir hissəsi şəhid olmalıdırsa, can barədə düşünmək olmaz.
Bəli, İslamda canı təhlükədən qorumaq barədə göstəriş var. Amma bəzən bir insanın ölümü bir xalqa həyat verir. Demək, can o vaxt qorunmalıdır ki, həyat ölümdən faydalı olsun... İmam Hüseyn (ə) hamıdan elmli və məsum olduğu üçün səhvə yol verə bilməzdi. Digər bir tərəfdən, İmamı şəhadətə yetirmək qərarında olan Bəni-üməyyə var idi. İmam Hüseynin (ə) qarşısında dinini və imanını qorumaq üçün şəhadətdən başqa yol qalmamışdı./sibtayn.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter