Əməl insana təklikdə kifayət etmir dedikdə möminin nəyə ehtiyacı var?


Allah onlardan razıdır, onlar da Allahdan. Bu Rəbbindən qorxanlar üçündür! (Bəyyinə-8) Qurani Kərimin bütün ayələri insanı düşündürən ilahi kəlamlardır. Qeyd etdiyimiz bu ayə də digər ayələr kimi insanı düşünməyə, təhlil etməyə çağıran ayələrdəndir. İlahi rizayət insanın yetişə biləcəyi ən son zirvədir ki, insandan da istənilən məhz budur. Bütün iş və əməllər bu istiqamətdə olarsa dəyər tapır. Yox əgər əməlin arxasında bu həssas məsələ durmursa, o zaman görülən iş dəyər tapmaz. İş ancaq öz əhatəsi çərçivəsində faydalı ola bilər. Çox işlər vardır ki, zahirən bir-birinə bənzəyir. Məsələn zalımın zülmünü ifşa etmək kimi. Biri bu işi görür ki, cəmiyyətdə zülmün, istibdadın (diktatura) kökü kəsilsin...


Özümüzə ölüm arzulaya bilərikmi?


Şeyx Səduq Əmali kitabında Peyğəmbər (s)dan belə nəql edir: Bir gün Allah Rəsulu (s) ibadət edən bir kişinin yanından keçəndə onun halın soruşur. Kişi xəstəliklərindən şikayət edib gileylənir və özünə ölüm arzulayır. Allah Rəsulu (s) kişiyə etiraz edib buyurur: Ölüm arzulama! Əgər yaxşı əməl sahibisənsə yaşadıqca əməlin çox olar. Yox əgər pis əməl sahibisənsə tövbə etməyin üçün fürsət yaranar. Ölüm arzulama! (Əmali -385). Hz Əli (ə) buyurur: Möminin qalan ömrünün onunüçün hesaba gəlməzdir. O yaşadıqca dərk edir. Yaşadıqca əlindən verdiyi fürsətləri dəyərləndirir ( Əd-Dəəvat. Qutbuddin Ravəndi.səh-120)...


İmam Sadiqdən (ə) sual... Namazları birləşdirib qılmaq olarmı?


Bir kişi iki namazı bir-birinin ardınca, səbəb olmadan belə, qılınması haqqda İmam Sadiqdən (ə) soruşdu. İmam belə cavab verdi: “Rəsulullah artıq bunu etmişdir və istəyi də bu oluşdur ki, ümmətini bu əməllə rahat etsin” (“Vəsailüş-şiə”, c- 2, səh-161).
İmam Əli (ə) buyurmuşdur: “Bəzi şeylər kasıblığa səbəb olar, bəzi işlər isə sərvət gətirər... Kasıblığa səbəb olan işlər... şam və xiftən namazları arasında yatmaq... və sairədir. Amma var-dövlət və ruzi gətirən işlər isə... zöhrlə əsr, məğriblə xiftən namazlarını birlikdə qılmaq və sairədir”


Namazı gündə 3 dəfə qılmaq olarmı ?


Namazin 3 vaxt qilinmasi ehli sunne menbelerinde:
“Səhih Müslim” 1154-cü hədis, həmçinin “Müsnədi Əhməd”in 2156-ci hədisində Abdullah ibn Şəqiq deyir ki, “Bir gün İbn Abbas əsr namazından sonra sözünü uzatdı və günəş batıb ulduzlar görünməyə başlayanda insanlar (digər rəvayətdə Bəni Təmim qəbiləsindən bir şəxs) ona “Namaz, namaz” deyə çar çəkdi. İbn Abbas bunu görüb hirsləndi və “Mənə sünnətimi öyrədəcəksən? Mən Peyğəmbərin (s) zöhrlə əsr və məğriblə işa namazlarını birlikdə qıldığını gördüm”...


Niyə bəzi namazlar səsli bəziləri səssiz qılınır?


Fəzl ibni Şəzzan, bəzi namazların səsli, bəzilərinində səssiz qılınması haqqında İmam Rzanın (ə) belə buyurduğunu rəvayət edir: “Səsli qılınan namazlar hava qaraldığı zaman qılınan namazlardır. Səbəbi budur ki, ətrafdan keçən bir nəfərin camaat namazının fərqinə varması və camaata qatıla bilməsi üçün namazda səsin yüksəldilməsi lazımdır. Çünki qaranlığa görə namaz qılanları görməsə belə onların səsini eşidərək camaat namazının qılındığını başa düşər...


Niyə ancaq İmam Hüseynin (ə) 40 məclisi qeyd edilir?


Niyə ancaq İmam Hüseynin (ə) 40 məclisi qeyd edilir? İmam Hüseynin (ə) Ərbəini qeyd edilir, qalan İmamların (ə) və hətta Peyğəmbərin (s) ərbəini qeyd edilmir? Çünki: 1. İmam Hüseynin (ə) fədakarlığı ilə İslam dini dirçəldi. İslam dininin dirçəldilməsində onun rolu əvəzsizdir. Ona görə də bu fədakarlıqları canlı saxlamaq lazımdır. Çünki onları canlı saxlamaq İslam dinini canlı saxlamaq deməkdir. Aşura gününü və Ərbəini əziz tutmaq İslam dininin düşmənləri ilə mübarizə aparmaq deməkdir. Və ümumilikdə Peyğəmbər (s) və Əhli-beytinin (ə) müsibətini diqqətdə saxlamaq deməkdir. 2. Hz İmam Hüseyn (ə) müsibəti heç bir İmamın (ə) və Peyğəmbərin (s) başına gəlməmişdir. Onun müsibəti bütün müsibətlərdən daha böyük və ağrılıdır. 3. 61-ci hicri ilinin Məhərrəm ayında İmam Hüseyni (ə), övladlarını və səhabələrini öldürdülər. Əhli-beytini (ə) əsir götürdülər, Kufəyə və Şama apardılar. Bu dağ görmüş karvan İmamın (ə) Ərbəinində Kərbəlaya gəldi və Aşura gününün acısı təzələndi. Həzrət Peyğəmbər (s) ailəsi üçün ağır günlər idi.


Kafir üçün xeyir duası etmək olarmı?


Kafir üçün xeyir duası etmək olarmı? Əgər kafirin hidayət olması üçün ümid olarsa, onun üçün xeyir duası etmək olar. Ancaq o zaman ki, yəqinlik əldə olunar ki, bu insan geri qayıdası deyildir, hüccətin tamamlanmasından sonra belə iman gətirmir, onun üçün xeyir duası etmək məsləhət deyildir. Allah Təala buyurur: “Peyğəmbərə və iman gətirənlərə müşriklərin Cəhənnəm əhli olduqları onlara bəlli olduqdan sonra onlar üçün, hətta qohumları(ndan) olsalar belə, bağışlanma istəmək yaraşmaz (və bu, şəriət baxımından caiz və ağıl baxımından düzgün olmaz)”. (”Tövbə” 113)... İmam Kazım (ə) buyurur: “Bir xristian üçün (o zamana qədər ki, hidayət olması üçün ümidiniz vardır) dua etməyinizin maneəsi yoxdur. (Ancaq əgər o xristian bilərəkdən haqq və həqiqətlə müxalifətlik edərsə) sizin onun üçün duanızın faydası olmaz və Allah onu yerinə yetirməz”...


Namazda Həmddən sonra amin demək olar?


Namazda Həmddən sonra amin demək olar? Namazda Həmd surəsindən sonra amin demək təkcə şiə ilə sünni məzhbləri arasında ixtilaflı məsələ olması ilə yanaşı sünni məzhəbinin firqələri arasında da bu məsələyə eyni cür yanaşılmır. Bu onların əllərində səhih hədisin olmaması ilə əlaqədardır. Onlar Həmd surəsindən sonra amin deməyi Əbi Hüreyranın nəql etdiyi hədisə əsasən düyirlər. Amma şiə bu növ hədisləri etibarlı hədis hesab etmir.( Tarixil İslam, Əl Zəhəbi, cild 4, səh 356 və Əl bədayə vəl nəhayyə, İbn Kəsir, cild 8, səh 121) Mənbələrinə əsasən Əbi Hüreyra Ömər Xəttab tərəfindən Allahın kitabının düşməni və oğru hesab edir. Əlidə (ə) Nəhcül bəlağə kitabında Əbi Hüreyrə barəsində heç də xoş sözlər söyləməmişdir və onu yalançı hədis söyləyən hesab etmişdir. Bu barədə İmam Sadiq (ə) belə buyurur: Hər vaxt İmamın arxasında namaz qılarsansa, Həmd surəsindən sonra “ ƏlHəmdulillahir Rabbil Aləmin” de! Amin söyləmə! ( Əli Ətai İsfəhani)...


Şeytan həqiqidir, yoxsa xəyali? - O insanı necə aldadır?


Şeytan həqiqidir, yoxsa xəyali? - O insanı necə aldadır? İnsan dünyaya gələndən hey çarpışır. Özüylə(nəfsi ilə), dünya ilə, xəstəliklərlə, maddi çətinliklərlə və sair: Bunlar azmış kimi bir yandan da şeytan var. Şeytanın canlı, müstəqil bir varlığ olduğunu bəziləri qəbul etmir. Hətta onu mənəvi bilənlər də vardır. Amma kimin necə bilməyindən aslı olmayaraq Allah-Təala onu bir varlıq kimi təqdim etmiş və onu insanın açıq aşkar düşməni olduğunu buyurmuşdur: Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı ki, şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir (Yasın-60). Qurani-Kərim ayələrinə əsasən şeytan insanın aşkar düşmənidir. O insanları azdıracağına, onları həlakətə, məhvə sürükləyib, cəhənnəmə tökdürəcəyinə and içib. Özü də Allah Təala qarşısında. (İblis) dedi: \'Sənin izzətinə-qüdrətinə and olsun ki, onların hamısını azdıracağam (Sad-82).


Niyə şərab içənin namazı 40 gün qəbul olmur?


Hüseyn ibni Xalid nəql edir: “Həzrət Rzanın (ə) xidmətində ərz etdim: “Bizim üçün nəql edilibdir ki, Peyğəmbər (s) buyurmuşdur: “O kəs ki, şərab içər, namazı 40 gün qəbul olunmaz”. Bu hədis doğrudurmu?”. İmam (ə) buyurdu: “Hədisi nəql edənlər doğru nəql ediblər”. Ərz etdim: “Bəs niyə namazı 40 gün qəbul olmaz, nə az və nə də çox vaxtda deyil?”. Həzrət (ə) buyurdu: “Ona görə ki, Allah Təala insanın xilqətini bu cür təqdir etmişdir: nütfəni 40 gündən sonra icad edər və sonra onu sonrakı mərhələyə keçirər. 40 gündən sonra ələqəyə (qan laxtasına) çevirər və sonrakı mərhələyə keçirər. 40 gün sonra muzğəfəyə (ət parçasıdır ki, üzərində yaşıl damarları olar) çevirər və bu cür son mərhələsinə qədər...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter