Allah-Taalanın (c.c) bizim ibadətlərimizə ehtiyacı varmı?
Hәzrәt Әli (ә) “Nәhcül-bәlаğә”dә buyurur: “Аllаh mәхluqu оnun ibаdәtindәn еhtiyаcsız, itаәtsizliyindәn аmаndа оlduğu hаldа yаrаtdı.”
Аllаh insаnın ibаdәtindәn lәzzәt аlmаdığı kimi, оnun üsyаnındаn dа әziyyәt çәkmir. Аllаhıtаnımа bәhslәrindә охuyuruq ki Аllаhın sifәtlәri özünәmәхsusdur. Yәni әgәr еyni bir sifәt Аllаhdа vә insаndа vаrsа bu sifәtlәr аrаsındа fәrq vаrdır. Mәsәlәn, Аllаhın еlmi insаnın еlmindәn fәrqlәnir. İnsаnın еlmi “hüsuli”, yәni öyrәnmәklә әldә еdilmişdir. Аmmа Аllаhın еlmi “hüzuri”dir, yәni Аllаh zаtәn аlimdir. İnsаnın qüdrәti, gücü inkişаf еtmiş әzәlәlәrdәn ibаrәtdirsә, cism оlmаyаn Аllаhın qüdrәti tаmаm bаşqа mәzmundаdır...
Niyə seyidlərin adlarının əvvəlinə “mir” əlavə edilir?
Məlum olur ki, “mir” ərəb dilindəki “əmir” sözündən götürülüb və mənası “başçı”, “rəhbər”, “əmr sahibi” və s. deməkdir. “Əmir” titulu Peyğəmbər (s) nəslinin nümayəndələrinin adlarına 11-13-cü əsrlərdən etibarən əlavə edilməyə başlayıb. Bu yolla bu mübarək nəsildən olmayanlar seyidlərə öz ehtiramlarını bildirmək istəyirdilər.
Sonradan söz ixtisarlanaraq, “mir” halını aldı və birbaşa adın əvvəlinə artırılmağa başladı. Məsələn, Seyyid Mirəbulfəth Gürgani (əllamə) və ya Seyyid Mirəli ibn Şəhab Həmədani (zamanın məşhur arifi) və s. Səfəvi dönəmində isə xüsusilə hörmətli seyidlərə hətta “Mir Miran”, yəni “əmirlərin əmiri” deyə müraciət olunurdu...
Nə üçün dini hökmlərdə müctəhidə təqlid edilməlidir?
Agah, adil, həva-həvəsdən uzaq alimlərə təqlid olunmalıdı. Həyatımızda elə bir sahə yoxdur ki, mütəxəssisə ehtiyac olmasın. Din bilicisi olan müctəhidlər özləri də xəstələndikləri vaxt həkimə müraciət edirlərsə, həkimin dini məsələdə müctəhidə təqlid etməsi nə üçün təəccüb doğurmalıdır.
Quran buyurur: “Bilmədiyinizi zikr əhlindən soruşun.” (“Nəhl”, 43.) Diqqət etməliyik ki, söhbət adi alimdən yox, təqva sahibi olan zikr əhlindən gedir.
Rəvayətlərə əsasən agah, adil, həva-həvəsdən uzaq alimlərə təqlid olunmalıdır. Sənədsiz ev, avtomobil qeyri-qanuni hesab olunduğu kimi, təqlidsiz əməl də batildir.
Namaz haqda Hz Əliyə (ə) nisbət verilən yalan hədisin araşdırılması?!
Bir namazla bütün namazların qəzasını ödəmək olarmı? Yayılmaqda olan bir şayiə və şübhəyə cavab!!!
Bir namazla bütün ömür qılınmamış namazların qəzasını ödəmək olarmı? Belə iddia edirlər ki, guya Peyğəmbər buyurmuşdur: Kimin boynunda qəza namazı varsa, Ramazanın axırıncı cümə gününün zöhründən öncə iki ikirəkətli namaz qılsa, \"Fatihə\"dən sonra bir \"Ayətül-Kürsi\"ni, habelə 15 dəfə \"Kövsər\" surəsini oxusa, dörd yüz illik qəza namazına əvəzdir?! İndi gəlin bir neçə şeyə diqqət edək:
1. Bu rəvayət və bunun mənasında olan bir əməl mötəbər şiə hədis qaynaqlarında mövcud deyil.
2. Hətta mövcud olduğunu fərz etsək belə, onun məfhumu varid olan digər rəvayətlərlə qəti surətdə ziddiyyət təşkil edir...
Nə üçün \"Vadiüs-salam\" məzarlığı müqəddəsdir?
Müqəddəs məkanlardan biri də Nəcəf şəhərində yerləşən və “Vadiüs-səlam” adlanan böyük məzarlıqdır. Burada Həzrət Əli ələyhis-salamın müqəddəs məzarı və çox sayda peyğəmbər və böyük şəxsiyyətlərin məzarı yerləşir. Bu məkanın necə bir müqəddəs məkana çevrilməsi haqqında Sahibi-Təfsiri-Əyyaşi belə yazır: Əmirəlmöminin buyurdu: “Yer üzərində Allaha ilk ibadət olunan yer, Kufənin arxasında yerləşir. Allah, mələklərə “Adəmə səcdə edin” əmrini verəndə, onlar Kufənin arxasına səcdə etdilər.\"
Əzadarlıqlarda tökdüyümüz göz yaşı günahlarımızı necə yuyur?
İmam Hüseyn (ə) əzasında göz yaşı tökülməsinə dair çox sayda fəzilət bəyan edilmişdir. Bunlardan biri də göz yaşlarının günahları yumasıdır. İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: “Hər kim İmam Hüseyn (ə) müsibətinə ağlayar, ya ağladar və ya özünü ağlatmağa çalışar, cəsədi atəşə haramdır. Behişt ona vacibdir”. Dəfələrlə özümüzə bu sualı vermişik ki, görəsən niyə məhz İmam Hüseynə (ə) görə ağlamağın bu qədər fəziləti vardır? Alimlər bu suala belə cavab verir: “Buradadır ki, Quran deyir: Yaxşılıqlar pislikləri aradan aparar. “Həqiqətən (namaz başda olmaqla) yaxşılıqlar günahları aradan aparır”. (Hud/114)...
Həqiqəti demək vacibdirmi?
Həqiqəti gizlətmək haramdır. Amma həqiqəti deməyin də şərtləri var. Münasib şərait olmadan deyilən həqiqət fəsad yaradır.Əksər insanlar həqiqəti birbaşa qəbul etmək iqtidarında deyillər. Hamamda başına vedrə ilə su tökən adamın başına küçədə bir stəkan su töksəniz, sözsüz ki, cırnayar.
Müsəlmanların alimlərə hörməti, xüms və zəkat ödəməsi onların bu dəyərlərə dərin inamına əsaslanır. Əziyyətli yollar keçib mə`sumların ziyarətinə gedənlər küçədə rastlaşdıqları hər adama salam verməyi zəruri hesab etmirlər. Çünki hər hansı bir münasibət üçün tanışlıq və münasib şəraitə ehtiyac var.
Aşura hadisəsi üçün nə üçün əzadarlıq etməliyik?
Cəmiyyətin İmam Hüseyn ruhunda tərbiyə olunub, bu hadisənin müsbət tərəflərini görmələri, bu növ işlərə təşviq olunmaları üçün, onların müvafiq hisslərinə təsir edən amillərin araşdırılması zəruri məsələlərdəndir. Amma burada diqqət edilməsi lazım olan digər bir mövzu da var. Görəsən bu hissləri təhrik etmək üçün əzadarlıq edib ağlamaq yeganə yoldurmu? Hətta bayram əhval-ruhiyyəli mərasimlərdə də insanların bu kimi duyğularına təsir edilməsi mümkündür. Biz İmamlarımızın mübarək doğum günü münasibətilə keçirilən şənlik mərasimlərində də xalqın daxili duyğularının həyacana gəldiyini dəfələrlə müşahidə etmişik...
Bəşəriyyət səma kitabına ehtiyaclıdırmı?
Bütün zavodlar istehsal etdikləri məhsulu satışa çıxararkən ona “istifadə qaydaları” adlı kitabça əlavə edirlər. İstehsalçıdan başqasının belə bir kitabça yazmağa ixtiyarı varmı? Əlbəttə ki, yox! İnsanın da yaradanı var və bu yaradan ona Quran adlı göstəriş kitabı göndərmişdir. Öz xəlq etdiyini və onun ehtiyaclarını, Yaradan hamıdan yaxşı bildiyi üçün başqaları bu xilqətə göstəriş verə bilməz. “Məgər yaradan bilməzmi?! Allah incəliyinə qədər xəbərdardır.” (“Mülk”, 14.) Allahın qanunlarını kənara qoyub öz qanunları ilə yaşamaq istəyən insan təyyarəni qırmancla sürmək fikrinə düşmüş çobana bənzəyir.
ٍElm (dini) öyrənmək vacibdirmi?
Həzrət Məhəmməd (s) buyurur: «Elm öyrənmək bütün müsəlmanlara vacibdir», «Beşikdən qəbrədək elm öyrənin», «Elm Çində də olmuş olsa, onu öyrənin», «Hikmət möminin itkisidir…». Cəhalət dövrünün insanı «elm faydasız bir şeydir» deyə bilərdi. Amma bu günkü insan elmə biganə qala bilərmi?! Ətrafımıza nəzər salaq;
Mexanikləşdirilmiş kənd təsərrüfatı, avtomatlaşdırılmış yüngül və ağır sənaye, kompüterləşdirilmiş tibbi diaqnostika, atom energetikası və s. Əgər «elm faydasız bir şeydir» deyən tapılsa, onu sadəcə bir neçə gün elektrik enerjisindən məhrum etmək lazımdır. Qoy bu insan qaranlıq dünyada cəmi bir neçə gün nəqliyyatsız, rabitəsiz, informasiyasız yaşasın. Onda elmin faydasını yaxşıca anlayar!...