Allah zalımlara və günahkarlara nə üçün möhlət verir?
Yalan danışan lal edilsə... Su və elektrik enerjisi təchizatı idarələri bütün mənzillərə su və işıq verir. Kimi bundan düzgün istifadə edir, kimi qaydaları pozur. Allah insanı azad yaratmışdır və hər bir insanın təkamül imkanı vardır. Əgər insan doğru yolu seçmirsə, özü müqəssirdir. Bəs nə üçün Allah zalımın qarşısını almır? Çünki yalan danışan lal edilsə, məzluma sillə vuranın əli qurudulsa, xainin gözləri çıxarılsa, insanlar Allaha itaətə məcbur olar. Məcbur itaətin isə dəyəri yoxdur. Yalnız öz iradəsi ilə Allaha üz tutan insanlar sitayişə layiqdirlər. Naməhrəmə baxmadığına görə kor adamı imanlı hesab etmək məntiqsizdir. Allah insanların azad şəkildə yol seçməsini istəyir.
Ölüyə Quranın \'\'Yasin\'\' surəsini oxumaq olarmı? Şübhəyə cavab
Biz bu suala yenə məşhur əhli-sünnə alimlərinin topladığı hədislərlə cavab verəcəyik. Məhəmməd Həqqi həzrətləri \'\'Sirlər Xəzinəsi\'\' kitabında (\'\'Hazinətül-Esrar\'\' tərcüməsi Türk dilində səh.578) Tirmiz Mekat ibn Yaşardan nəql edir ki, (1038-ci hədis)
-Peyğəmbər(s) buyurub: \'\'Yasin\'\' surəsi Quranın qəlbidir. Axirət yurdunu diləyərək bunu oxuyan insan mütləq bağışlanar. O halda bu surəni ölüləriniz üzərində də oxuyun.\'\' \'\'İslami həqiqətlər\'\' kitabında Əhməd Salman (360-cı səhifə, türk dilində)
-Buxari ibni Ömərdən, Təbəri Əbu Hüreyradan nəql edir ki, (1040-cı hədis) Peyğəmbər(s) buyurub: \'\'Gecə sırf Allah rizası üçün \'\'Yasin\'\' surəsini oxuyan kimsənin günahları bağışlanar. O halda bu surəni ölülərinizə də oxuyun.\"
Allah-Taalaya (c.c) inam insanın həyatında nə rol oynayır?
Sahibsiz, nəzarətsiz, səliqə-səhmansız bir mənzilə daxil olan insan istədiyini edə bilər. Əgər o, könlündən keçəni etməsə, səbəbsiz olaraq ləzzətlərdən məhrum qalır. Amma sahibli, müxtəlif nöqtələrində kameralar quraşdırılmış, səliqə-səhmanlı evə daxil olan şəxs özünü evin qanunlarına uyğun aparmağa vəzifəli və məcburdur. Varlıq aləminin Allah kimi sahibi olduğuna, əməllərinə görə sorğu-suala çəkiləcəyinə inanan, başqa sözlə, iman gətirən insan nəfsini cilovlayaraq, Allahın qanunlarına tabe olacaq. İmanlı insan bütün əməllərinin nəzərdən keçiriləcəyinə əmin olduğu üçün Allahın bəyənmədiyi işlərə yol verməyəcək.
Əmr be məruf və nəhy əz münkərin təsiri yoxdursa, nə etməli?
Daha təsirli danışmaq qabiliyyəti olan şəxsdən xahiş edin ki, bu işi yerinə yetirsin. Allah-taala hz Musaya Fironun islahını əmr edəndə Musa daha üstün bəyanı olan qardaşı Harunu köməkçi istədi. (“Qəsəs”, 34.) Bəzən bir tərzdə deyilən söz təsirsiz olduqda başqa bir tərzdə təkrarlandığı vaxt təsir edir. Quru ağacı qırmaq üçün bir neçə balta zərbəsinə ehtiyac olur. Quranda buyurulur: “Təsirli olsun deyə, biz Quranda sözümüzü müxtəlif şəkillərdə bəyan etdik.” (“İsra”, 41.) Sözün təsirində deyim tərzinin rolu var. Əmr be məruf və nəhy əz münkərin şərtlərinə görə hər insana söz deməyin öz yolu var...
Həyat çətinliklərinin fəlsəfəsi nədir?
Bir çox çətinliklər insanın diqqətsizliyindən yaranır. Əgər bir şəxs öz iqtisadiyyatını düzgün tənzimləməyib iflasa uğrayırsa, özü müqəssirdir. Körpəni nəzarətsiz buraxdığımız üçün o, suda batırsa özümüz günahkarıq. Sağlamlığına biganə qalıb xəstələnən, yol hərəkəti qanunlarını pozub qəzaya uğrayan, özünü intizamlı apara bilmədiyi üçün təhqir olunan insanların hər biri özü təqsirkardır. Bir çox günahların kəffarəsi məhz acı hadisələrdir. Bu acı hadisələr insan ruhunu möhkəmləndirir. Hz Peyğəmbər (s) buyurmuşdur: “Xəstəlik, kasıblıq və ölüm olmasaydı, insanın qüruru sınmaz, o heç zaman baş əyməzdi.” (Bihar, c. 6, s-118.) Başına hadisə gəlmiş insanın kamalı artır ...
Həzrət Peyğəmbər (s) müsəlmanları ancaq dini elmlərə tərəf təşviq edirdimi?
Hz Peyğəmbər (s): “Alimin abiddən üstünlüyü – 70 mərtəbə və dərəcədir”. Bəs, Həzrətin (s) təşviq etdiyi elm ancaq dini elmlər olmuşdur, yoxsa başqa elmlərə də şamil olur? Ustad Mütəhhəri bu suala İmam Əlidən (ə) nəql edilən hədislə cavab vermişdir: “Hikmət möminin itirdiyidir, onu müşrikin yanında olsa belə axtarın! Çünki siz ona daha layiqsiniz və daha çox haqqınız çatır”. Bu ifadə onu göstərir ki, elmin mütləq dini olması vacib deyil. Çünki müşrik hara, dini elm hara? Həzrət Peyğəmbər (s) insan varlığına xeyir verəcək bütün elmləri öyrənməyə təşviq etmişdir. Çünki insanın dəyəri malik olduğu elmlə ölçülər...
Allah şeytanı nə üçün yaratdı?
Şeytanın varlığı imanlı insanlar üçün qorxulu deyildir!
İlk əvvəl onu qeyd edək ki, Allah-təala şeytanı alçaq yaratmamışdır. Lakin sonradan verilmiş azadlıqdan sui-istifadə edərək, tüğyan qoparmışdır.
İkinci bir tərəfdən, yaranış qanunlara əsasən, ziddiyyət olmayan yerdə tərəqqi də olmaz. Şeytanın varlığı imanlı insanlar üçün qorxulu deyildir. Əksinə, onun törətdiyi fitnə-fəsadlar, imanlı insanların təkamülü üçün mühüm şərtlərdəndir...
Allah bizi tanıyırsa, imtahana ehtiyac varmı?
Allah-Taala (c.c) insanları xəlq edib: İmtahan belələrini özünə tanıtdırır. Aramızda sinəsinə döyüb, özünü göyə qaldıranlar var. İmtahan belələrini özünə tanıtdırır. Quran buyurur: \"Biz sizi qorxu, aclıq, mal, can və qıtlıqla imtahana çəkərik. Səbr edənlərə müjdə ver.\" Bəqərə/155 - İnsanın mükafatlandırılması və ya cəzalandırılması üçün ortada hansısa bir əməl olmalıdır. Bir şəxs peşəkar oğru olsa da, nə qədər ki, oğurluq baş verməyib onu həbs etmək olmaz. Hz Əli (ə): “İnsanın imtahana çəkilməsinin fəlsəfəsi ona mükafat və cəza vermək üçün zəmin hazırlamaqdır. Bu imtahanlar olmasa da Allah öz bəndəsini tanıyır.
Dünya pisdirsə, Allah onu nə üçün yaradıb?
Dünyaya qul olan insan üçün halal-haramın fərqi yoxdur! Xeyr, dünya yox, dünyaya qul olmaq pislənilib. Dünyada gördüyümüz bütün nemətlər üçün var-dövlət qətiyyən qorxulu deyil. Əksinə, belə insan var-dövlətdən istifadə edərək öz axirəti üçün hazırlıq görür. Amma dünyaya qul olan insan üçün halal-haramın fərqi yoxdur. İslam Peyğəmbəri (s) buyurur: «İbadət yetmiş hissədir və onun ən üstünü halal ruzi axtarmaqdır». Rəvayətlərdə insanlar əkinçiliyə, ticarətə, bir sözlə, işə təşviq olunurlar. Məzəmmət olunmuş dünya haqqında isə həzrət Əli (ə) buyurur: «Məbada dünyaya gönül verəsən. Çünki bütün günahların kökü, bütün bəlaların əvvəli dünya məhəbbətidir»...
Səhih hədisi qeyri-səhih hədisdən necə fərqləndirmək olar?
Peyğəmbərin (s) dövründən başlayaraq saxta hədis qondaranların mövcudluğunu nəzərə almaqla, səhih hədisi qeyri-səhih hədisdən seçmək üçün bir sıra meyarlara ehtiyac duyulur. Həmin meyarlardan 3-ü qeyd edirik:
1. Quranla uyğunluq – İmam Sadiq (ə) Peyğəmbərdən (s) belə nəql etmişdir: “Həqiqətən, hər bir haqq üçün bir həqiqət və hər bir savab üçün bir nur var. Allahın kitabına uyğun gələni əxz edib, ona zidd olanı boşlayın”.
2. Məsumların buyuruqları ilə uyğunluq – Həsən ibn Cəhm deyib: (İmam) Rzaya (ə) dedim ki, sizin tərəfinizdən bizə fərqli hədislər çatır. (Həzrət) buyurdu: “Bizim tərəfdən sizə çatanı Allahın kitabı və bizim hədislərlə müqayisə edin. Əgər uyğun gəlsə, bizdəndir, uyğun gəlməsə, bizdən deyil”...