İnsanlar fitrətən pak yaradılıb, yoxsa günahkar?


Əllamə Təbatəbainin nəzərinə görə, fitrət və insan təbiəti ilə bağlı hədislər müxtəlif nəzərlərin meydana gəlməsinə səbəb olmuşdur. O cümlədən:
1. Bəziləri Quran ayələrinə istinad edərək, deyirlər ki, Allah insanı elə əvvəldən səadətli və bədbəxt yaratmışdır.
2. Bəzilərinin nəzərinə görə, insanların bir hissəsi behişt gilindən yaradıldığı üçün behiştə, cəhənnəm gilindən yaradıldığı üçün cəhənnəmə gedəcəkdir.
3. Bəzi hədislər insan fitrətini şirin və bəziləri də acı suya nisbət verirlər... Mərhum Əllamə Təbatəbai bütün bu nəzərləri bəyan etdikdən sonra, buyurmuşdur: “Əlbəttə, bu mənbələr, insanın zati səadət və xoşbəxtliyini sübut etmir. Çünki əgər belə olsaydı, Allahın ədalətinə zidd olardı. Çünki ağıl bu kimi nəzərlərlə müxalifdir.
Bu ayələrdən göründüyü kimi, hər bir insan pak fitrətə malikdir və pak gildən yaradılmışdır. Allah hər bir insana təqvanı və günahı tanıtmışdır. Bu insandır ki, hansı yolla gedəcəyini özü müəyyən edər”.



Söyüş söymək heç bir halda olmaz. Bəs lənət necə?


... Bəs lənət nədir? Quranın nəzərinə görə, lənət heç də söyüş kimi məzəmmət olmamışdır. Düzgün və yerində olarsa, insan lənət vasitəsilə haqqı batildən ayırar, lənət ibrətə səbəb olar və zalımla mübarizə etməyin yollarından biridir. “Əbu Ləhəbin hər iki əli kəsilsin, ziyana uğrasın və ölüm olsun ona!”. (“Məsəd” 1).
Qurani-Kərim Həzrət İbrahimin (ə) dilindən buyurur: “Və (yada sal) o zaman(ı) ki, İbrahim atasına (qayınatasına və yaxud əmisinə) və öz qövmünə dedi: “Şübhəsiz, mən sizin ibadət etdiklərinizdən tamamilə bezaram””. (“Zuxruf” 26). “Ölüm olsun o «xəndək» sahiblərinə (onlara qarşı çıxan möminləri odla dolu xəndəyə atan kafir və zalım şaha və onun köməkçilərinə)!”. (“Buruc” 4). “Odur ki, Allahın lənəti olsun kafirlərə!”. (“Bəqərə” 89). “Həqiqətən (Həzrət Muhəmmədin (s) peyğəmbərliyi və Kitabı barəsində) nazil etdiyimiz aydın dəlillər və hidayətləri kitabda (Tövrat və İncildə) insanlara bəyan etməyimizdən sonra, (onları) gizlədən kəslər, məhz onlardır Allahın lənətlədiyi və həmçinin (bütün) lənət oxuyanların lənətlədiyi kəslər!”. (“Bəqərə” 159). Ona görə də söyüş söymək başqa bir şeydir, lənət etmək tamamilə başqa bir şey.




Niyə rəhmətə gedənlər üçün “Fatihə” surəsini oxuyuruq?


Niyə rəhmətə gedənlər üçün “Fatihə” surəsini oxuyuruq? “Həmd” – “Fatihə” surəsində 7 sirr vardır. Ozamankı Roma imperatoru, Bəni Abbas xəlifəsinə yazdığı məktubda bildirir: “Biz İncil kitabında görmüşük ki, hər kim həqiqət üzündən bu 7 hərfi olmayan surəni oxuyarsa, Allah onun cəsədini atəşə haram edər. O yeddi hərf bunlardan ibarətdir: s,c, x, z, ş, z, f. Biz hər nə qədər tədqiq etdiksə, İncil və Tövratda belə bir surə tapmadıq. Sizin səma kitabınızda belə bir surə vardırmı?”.
Abbasi xəlifəsi alimləri toplayır və bu məsələni onlarla müzakirə edir. Onlar bu suala cavab verməkdən aciz qalırlar. Nəhayət bu sualı Həzrət İmam Hadidən (ə) soruşurlar...


Cinlərin peyğəmbəri də insandırmı?


“Cin və insanları yalnız Mənə ibadət etmələri üçün yaratmışam”. (“Zariyat” 56). Quran ayələrindən belə başa düşmək olur ki, onların da İslam Peyğəmbərindən (s) savayı peyğəmbərləri yoxdur. İbni Abbas nəql edir: “Peyğəmbər (s) sübh namazını qılırdı. Orada Quran tilavət edirdi və bu ayələri deyirdi ki, bir qrup cinlər Quranın səsini eşidirlər və öz qəbiləsinə qayıdıb, onları İslama dəvət edirlər. Quran nəql edir ki, onlar deyirlər ki, bu Quran hamını düz yola hidayət edir, ona görə də biz də ona iman gətirdik. Heç bir zaman heç nəyi Allahımıza şərik qoşmayacağıq”. Bu hədisdən görmək olur ki, cinlər də insanlar kimi Qurana və İslam Peyğəmbərinə (s) iman gətirmişdilər...


Cini öldürmək həqiqətdirmi?


... Cinlər insan kimi deyildir və onlar gözdən gizli məxluqlardırlar və bir şəkildən başqasına düşə bilirlər. Ağıl və dərkə malikdirlər. Güc tələb edən işləri görməyə qadirdirlər.
Allah Təala insanları cinlərdən üstün yaratmışdır. Cinlər də insanlar kimi mükəlləfdirlər və onların da içində möminlər və kafirlər vardır. Bu varlıqların bəzisi insanlarla rabitə qura bilir. Bəzi sirləri onlara çatdırırlar. Cinlərin arasında böyük qüdrətə malik olan cinlər vardır. “Cinlərin çox zehinli və nəhəng olanı (ifrit) dedi: «Mən onu sən məclisdən qalxmamış sənin yanına gətirərəm və əlbəttə, mən bu iş üçün qüvvətli və etibarlıyam!»”. (“Nəml” 39). Avam insanlar bu məxluqlar haqqında çox sayda xurafi şayiələr yaymışdılar. Avam insanlar belə hesab edirlər ki, oddan yaranmış bu varlıqlar çox təhlükəlidirlər, insana əziyyət verir, kinli və pis rəftarlı varlıqlardırlar. Onları öldürmək də bu xurafi şayiələrdən biridir. Bizim anlamda fiziki varlığı olmayan bu varlığı axı necə öldürmək olar ki? Onların ümumi anlamda fiziki cismi yoxdur və atəşdəndirlər. Beləliklə, deyə bilərik ki, Quran və hədislərimiz cinin var olduğunu bəyan edirlər. Ancaq cinlə bağlı deyilən bütün xurafi şayiələr ki, Quran və hədislərdə onlara rast gəlinmir – avam insanların qurmasıdır.


Niyə bəzən dindar ailələrdən dinsiz uşaqlar çıxar?


Dindar olan ailədə böyüyən uşaqlarn dindən uzaq gəzməsinin səbəblərini əsasən iki məsələdə görmək olur:
1. Məcburiyyət və həddən artıq təzyiq göstərmək. Bildiyimiz kimi, İslam dini mehribanlıq və etidal dinidir. Heç bir zaman ifrat və təfritə getmir. Əksinə, öz davamçılarına buyurur ki, ixtiyar sahibisiniz, özünüz gərək öz yolunuzu ixtiyarınızla seçəsiniz...
2. Vacib olmayan əməlləri yerinə yetirməyə vadar edərlər. Onu istəklə yerinə yetirməsən, heç bir fayda görməzsən. Yəni, bu valideynlər öz vəzifələrində ifrat edərlər və nəticədə də övladlarını hər bir şeydən məhrum etmiş olarlar.
Hədislərimiz buyurur: “Ürəklərin halı olar: üz çevirən və arxa çevirən. Ona görə də ürəklərinizi o zaman işə salın ki, istəyir və işə üz çevirmişdir. Əgər ürək istəməyərəkdən işə vadar edilərsə, kor olar”. Əlbəttə ki, vacibatlar hər bir halda yerinə yetirilməlidir...


Allah-Taala (c.c) kafirlərə möhlət verməsinin hikməti nədir?!


\"Kafirlər elə güman etməsinlər ki, Bizim onlara möhlət verməyimiz xeyirlərinədir\" \"Kafirlər elə güman etməsinlər ki, Bizim onlara möhlət verməyimiz xeyirlərinədir. Biz onlara ona görə möhlət veririk ki, günahlarını daha da artırsınlar. Onlar üçün alçaldıcı bir əzab hazırlanmışdır .\"(Ali-İmran, 178).
İzah: Ötən mətləbdə kafirlərin dünya rifahından daha çox faydalanmasının dəlillərindən biri olaraq tədricilik ənənəsindən söhbət açdıq. Bu sahədə Allahın digər ənənəsi isə möhlət verməkdir. Belə ki, Allah bütün insanlara, o cümlədən kafirlərə möhlət verir ki, bəlkə yanlış yoldan dönər, tövbə edər və ya günahını artırar və daha çox azğınlığa qərq olar. Bu, Allahın rəhmət nümunələrindəndir...


Allah-Taala (c.c)-nın çətin tutduğu məsələlərin məsləhəti nədədir?!


Bəzi çətinliklər bəndələrin xeyrinədir! Məlumdur ki, insanın kainatın sirləri və onların öz taleyinə təsiri haqqında məlumatı çox azdır.
\"Sizin xoşunuza gəlməsə də, cihad sizə vacib edildi. Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə (bunu) bilmirsiniz.\" (Bəqərə, 216).
Hədis: İmam Əli (ə): “Allah Öz ərşindən səsləyir: “Ey bəndələrim! Dediyim hər şeyə əməl edin. Öz məsləhətlərinizi mənə deməyin. Mən Özüm sizin məsləhətinizdən xəbərdaram və onu sizdən əsirgəmərəm.” (İmam Həsən Əsgəriyə (ə) isnad olunan təfsir, səh. 327, hədis: 176).


Niyə günahkarların əzabı bəzən təxirə düşür?


Bu şübhəni 4 cürə başa düşmək olar:
1. Birincisi ona görə ki, əgər hər günahkar dərhal və tez bir zamanda cəza alsaydı, onda seçim ixtiyarını əldən verər, sərbəst və müstəqil durumunu itirərdi. Belə ki, cəza təhdidi ilə hamı vacibatları yerinə yetirər və haramlardan çəkinərdi. Bu zaman insan muxtar olmazdı, yəni ixtiyar sahibi olmazdı. Lakin Allah insanı muxtar yaratdığı üçün, insan seçim azadlığına malikdir və o, günah da edə bilər, dürüst həyat da sürə bilər, günah etdikdə səmimi tövbə edərək, geriyə qayıda da bilər.
2. İkincisi isə bəzi günahkarlar o qədər günah dənizində qərq olublar ki, onları xilas etmək artıq mümkünsüz hala gələr və Allah Təala onları daha dərin günahlarda qərq edər...(“Ali-İmran” 178).


Ruhların Zərr aləmində “bəli” deməsi və Nəhl surəsinin 78-ci ayəsindən yaranan şübhəyə cavab?!


Cavab: Qurani-kərim iki növ bilgi bizə tanıdır: 1. Hüzuri elm. Bu elm kəsb yolu ilə deyil, insanın fitrəti yolu olmuşdur və var. 2. Hüsuli elm. Bu elm təhsil yolu ilə əldə olunur... Qeyd etdiyiniz ayə hüsuli elmə işarə edir və “Nəhl” surəsində buyurur: “Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz (dərk etmədiyiniz) halda çıxartdı.” (“Nəhl” surəsi, ayə 78) Hüzuri və fitri elm isə Allahın rübubiyyəti və insanı öz bəndəliyi əsasındadır və həmişə insanın yanındadır.
Mütəal Allah “Nəhl” surəsində “Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz (dərk etmədiyiniz) halda çıxartdı” buyurur, amma “Rum” surəsində “Batildən haqqa tapınaraq (pak bir müvəhhid, xalis təkallahlı kimi) üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (islama) tərəf tut”-deyə buyurur. (“Rum” surəsi, ayə 30)...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter