Hansı 3 əməli kənara qoyaq ki, qəlbimiz sərtləşməsin?! Hz Peyğəmbərin (s) hədisi


Həzrət Peyğəmbər (s) buyurur: “Üç şey qəlbi sərtləşdirir:
1. Yersiz sözlər eşitmək. 2. Ov etmək. 3. Sultanın sarayına gedib-gəlmək”.
O kəs ki, yersiz sözlər eşidər – zaman keçdikcə onlara adət edər və qəlbi daşlaşmağa başlayar. Artıq nəsihət və bəlağətli sözlər eşitməyə taqəti olmaz.
O kəsin ki, peşəsi heyvan öldürmək olar – onda rəhm hissi azalar. Nəticədə qəlbi daşlaşar.
O kəs ki, sultanın sarayına gedib-gələr, gözləri ilə görər ki, necə sultan insanlara zülm edir. Get-gedə bu hal onun üçün adiləşər və qəlbi daşlaşar...


Əhli-Beytin (ə) hədislərinə əsasən İnsan nə üçün ölümü sevmir?!


Bir nəfər Həzrət Peyğəmbərin (s) yanına gəlir və soruşur: “Mən ölümü sevmirəm”. Həzrət (s) buyurur: “Malın vardır?”. Deyir: “Bəli”.
Buyurur: “Onu ölümdən qabaq göndərmisənmi?”. Deyir: “Xeyr”. Buyurur: “Bu səbəbdəndir ki, ölümü sevmirsən”.
İnsan ölümün həqiqətini dərk edərsə, ona hazır olar. Onun gələcəyindən əmin olar və bilər ki, bu həyat fanidir. Bu həyatda olan hər şey fanidir və bir gün gələcəkdir ki, bu dünyaya vida deyəcəkdir.
Ölüm – bəzi Məsumların (ə) nəzərinə görə, yeni paltar geyinmək, bəzi Məsumların (ə) nəzərinə görə isə yuxudur. Ölüm o həqiqətdir ki, bizi dünyadan, sevdiklərimizdən, həyat ləzzətlərindən ayıracaq və əməllərimizin qulu edəcəkdir.
Hər kim mömin olarsa – dünyası da, axirəti də abad olar. Yox, əgər kafir olarsa – axirətinin abad olması mümkünsüzdür


İLAHİ VƏDƏLƏRƏ Yəqin əhli olmaq, insana hansı nemətləri gətirir?


Yəqin – imanın ən üstün kamal dərəcəsi və ən üstün insani fəzilətdir. O kəs ki, yəqin qalasına çatar, başqa kamal və fəzilətləri əldə etmək onun üçün asan olar.
Yəqinin insan həyatına təsirləri vardır ki, onlarla tanış olaq:
1. Ruhi aramlıq. O kəs ki, yəqin sahibi olar – bir növ ruhi aramlığa malik olar. Həyatda baş verən müsibətlər onu nigaran etməz. Çünki bu müsibətlər onun nəzərində kiçik olar.
2. Səbir. Yəqinin insan həyatına təsirlərindən biri səbirli olmaqdır. İmam Əli (ə) buyurur: “Səbir – yəqinin səmərəsidir”.
3. İxlas. İmam Əli (ə) buyurur: “Yəqinin ən son dərəcəsi – ixlasdır”.
4. Zahidlik. İmam Əli (ə) buyurur: “Zahidlik – yəqinin səmərəsidir”...


BİRİNCİ İLAHİ PEYĞƏMBƏRDƏ OLAN Həzrət Adəm (ə) hansı dində idi?


Müqəddəs Quranın buyurduğuna görə, Yer üzərində ilk din Həzrəti Nuhun (ə) gətirdiyi din olmuşdur. Bu zaman belə sual yaranır ki, bəs Həzrət Adəmdən (ə) Nuha (ə) qədər yer üzərində hansı din mövcud olmuşdur? Əllamə Təbatəbai Həzrət Adəmlə (ə) bağlı üç suala cavab vermişdir ki, bu sual və cavablarla tanış olaq:
Sual: Həzrət Adəmin (ə) dini nə olmuşdur?
Cavab: Din və şəriət Nuhun (ə) zamanından başlamışdır. Belə ki, bu ayə buyurur: “(Allah) sizin üçün (siz bəşər cəmiyyəti üçün səma) din(in)dən (ilk şəriət sahibi olan peyğəmbər) Nuha tövsiyə etdiyini, (son şəriət sahibi olan) sənə vəhy etdiyimizi və (aradakı şəriət sahibləri) İbrahim, Musa və İsaya tövsiyə etdiyimizi qanun etdi. (Bu qanundan məqsəd odur ki,) bu dini (hamılıqla və birliklə) bərqərar edəsiniz və onda parçalanmayasınız...


Qəlbdə imanı necə gücləndirmək olar?! İSLAM ALİMLƏRİNDƏN GÖSTƏRİŞLƏR


Qəlb imanın gücləndirmək üçün bir çox yollar tövsiyə olunur. Onlardan bəzisinə işarə edək:
1. Qəlb imanını gücləndirməyin yollarından biri – Allahı davamlı olaraq zikr etməkdir. Allahı yada salmaq qəlbin aramlığına səbəb olar. O zaman ki, insanın qəlbi aram olar, dini inancları da polad kimi möhkəm və qalıcı olar.
2. Qəlb imanını gücləndirməyin yollarından biri – dini düzgün tanımaqdır. İnsan hər nə qədər dini düzgün tanıyarsa, din haqqındakı inancı daha doğru formalaşar. Bu zaman vəsvəsələr qarşısında daha möhkəm şəkildə dayana bilər.
3. Qəlb imanın gücləndirməyin başqa yolu – Əhli-Beytə (ə) eşq və məhəbbət bəsləməkdir. Əhli-Beyt (ə) məktəbinin əsası məhəbbət üzərindən qurulmuşdur. Buna şahid – İmam Hüseyn (ə) dostlarının Kərbəlada göstərdikləri fədakarlıqlardır...


Ruzini artıran güclü əməl – Noxudəki ağadan hansı tövsiyələri edir?!


Nəql olunur ki, Rəhmətlik İmam (r) təxminən 40 yaşı olan zaman İmam Rzanın (ə) hərəmində Noxudəki ağa ilə qarşılaşır. Ona xitab edərək deyir: “Sizi bu İmam Rzaya (ə) and verirəm. Kimya elmini bizə də öyrədin”. Mərhum Noxudəki ağa buyurur: “O zaman ki, mən kimya elmini sənə öyrətsəm, söz verirsənmi ki, bu elmi yerində istifadə edəcəksən? Onu harada gəldi istifadə etməyəcəksən?”.
Rəhmətlik İmam (r) təvazökarcasına buyurur: “Xeyr. Sizə bu cür söz verə bilmərəm”.
Şeyx buyurur: “Onda o şey ki, sizə ziyan gətirə bilər, niyə onu öyrənmək üçün bu qədər təkid edirsiniz? İndi ki, kimya elmini öyrənə bilmirsiniz, mən ondan da üstününü sizə öyrədəcəyəm:
- “Ayətül-kürsü”nü 1 dəfə oxuyursunuz.
- Sonra Xanım Zəhranın (s.ə) təsbihini edirsiniz.
- Sonra 3 dəfə “Tövhid” (“İxlas”) surəsini oxuyursunuz.
- Sonra 3 dəfə salavat deyirsiniz.
- Sonra 3 dəfə bu ayəni oxuyursunuz:...


Qurani-Kərimdə kar və korlar deyildikdə, kimlər nəzərdə tutulur?


Əgər qəlb, daxilində olan rəzil sifətlərdən xilas ola bilməzsə, İlahi feyzdən məhrum qaldığı üçün möhürlənər. Bu cür qəlbin üzərində günahın qabarı və toz-torpağı əyləşər. Qəlbi kor və kar edər, nə görər və nə də eşidər. “Doğrudan da Biz cin və insanların çoxunu (sanki) Cəhənnəm üçün yaratmışıq. Çünki onların qəlbləri var, amma onunla (həqiqətləri) dərk etmirlər, onların gözləri var, lakin onunla (ibrət üçün) baxmırlar və onların qulaqları var, amma onunla (haqq maarifi) eşitmirlər.
Onlar heyvanlar kimi, bəlkə (onlardan) daha azğındırlar (çünki onlar inkişaf və təkamül istedadına malik olduqları halda, batil və puç yola gedirlər) və onlar həmin qafillərdirlər”. (“Əraf” 179).
Əlbəttə ki, burada kar və kor deyildikdə, zahiri cismin karlığı və korluğu nəzərdə tutulmur. Bunlar – batinə aid olan həqiqətdir. “Məgər onlar yer (üzün)də gəzib dolaşmayıblar ki, düşünən qəlbləri və ya eşidən qulaqları olsun?! Çünki əslində zahiri gözlər kor olmur, lakin sinələrdəki ürəklər kor olur”. (“Həcc” 46).
Həzrət Peyğəmbər (s) bu haqda buyurur: “Ən pis korluq – qəlb korluğudur”.


Heyvanların çıxartdığı səslərin mənası nədir?! İmam Hüseynin (ə) mükəmməl hədisi...


İmam Hüseyn (ə) kiçik olan zaman heyvanların çıxartdığı səslərin mənasını Həzrətdən (ə) soruşurlar. Çünki İmamətin nişanələrindən biri budur ki, İmam heyvanların dilini də bilməlidir. İmam (ə) da bir-bir heyvanların nə dediklərini bəyan etmişdir:
Kərkəs deyər: Ey Adəm övladı! Necə istəyirsənsə yaşa, ancaq bunu bil ki, aqibətin ölümdür.
Qızılquş deyər: Ey bəlaları aradan aparan!
Tovuzquşu deyər: Allahım! Özümə zülm etmişəm və bəzəyimlə məğrur olmuşam. Ona görə də məni bağışla.
Kirpi deyər: Allah öz ərşində qərar tutmuşdur.
Xoruz deyər: Hər kim Allahı tanısa, Onu unutmaz.
Toyuq deyər: Ey haqq olan Allah! Sən haqsan və sözlərin haqdır.
Qırğı deyər: Allaha və qiyamət gününə imanım vardır...


İnsanın dünyadakı son günündə malı, övladları və əməlləri ilə söhbəti haqda İmam Əli (ə) nə buyurmuşdu?!


İmam Əli (ə) buyurur: “O zaman ki, Adəm övladı dünyadakı son və axirətdəki ilk gününə çatır – malı, övladları və əməlləri gözünün önündə təcəssüm olar.
İlk olaraq malına diqqət edər və ona deyər: “Allaha and olsun ki, mən səni toplamaq və qorumaq üçün çox həris olmuşam və çoxlu simiclik etmişəm. İndi mənə nə yardım edə bilərsən?”.
Sərvəti ona deyər: “Məndən ancaq kəfənini ala bilərsən”.
O, övladlarına diqqət edər və onlara deyər: “Allaha and olsun ki, mən sizi çox sevmişəm və sizi davamlı olaraq himayə etmişəm. Mənə nə xidmət edə bilərsiniz?”.
Deyərlər: “Heç bir şey. Səni qəbrində dəfn edərik”...


Əməlin Allah üçün olub-olmamasını bilmək üçün asan necə test etmək olar?!


Murtəza Nəcəfi deyir: “Mən o zaman ki, Nəcəfdə Məsnəvini şərh etməyə başlamışdım, mərifət əhlindən biri mənə buyurdu: “Filankəs, əgər yazdığın bu şey bir gün başqa birinin adı ilə nəşr olunarsa, ya misal üçün desələr ki, filan dağın arxasından tapılmışdır və kimin tərəfindən yazıldığı məlum deyildir – daxilində narazı olarsanmı?
Əgər görsən ki, narazısan – o zaman bu vərəqləri yu və kənara at. Zəhmətin yersiz olmuşdur.
Ancaq görsən ki, sənin üçün fərqi yoxdur və səni narahat etmir – deməli bu işi Allah üçün etmisən”.
Mən də o gündən niyyət etdim ki, bu işi Allah üçün görürəm və əgər başqasının adı ilə nəşr edilərsə, məni narahat etməyəcəkdir”...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter