Peyğəmbər (s) səhabəsi Hz Səlman necə hidayət oldu! Əhvalat


Peyğəmbərin (s) gəlməsi xəbərini eşidir, bir boşqab xurma götürüb, Peyğəmbərin (s) qarşısına çıxır. Hz Peyğəmbər (s) soruşur: “Bunlar nədir? Səlman deyir: “Xurmaların sədəqəsidir. Bu şəhərə təzə gəlmisiniz və qəribsiniz. İstədim ki, sizi bu sədəqə ilə qarşılayam”. Hz Peyğəmbər (s) yanındakılara buyurur: ““Bismillah” deyin və yeyin”. Ancaq Həzrət özü ondan yemir. Səlman bir boşqab da xurma gətirir, Peyğəmbər (s) soruşur ki, bu nədir? Deyir: “Gördüm ki, sədəqə kimi gətirdiyim xurmadan yemədiniz. Bunları hədiyyə kimi hüzurunuza gətirdim”. Bu zaman Həzrət yanındakılara buyurur: ““Bismillah” deyin və yeyin”. Özü də yeməyə başlayır. Sonra Səlman yenə özünə bir işarə edir və deyir ki, bu da ikinci əlamət. Sonra Həzrətin (s) ətrafında fırlanmağa başlayır. Peyğəmbər (s) çiyninə atdığı parçanı götürür və Səlmanın gözü Həzrətin çiynində olan nübuvvət xalına dəyir, onu öpür. Peyğəmbər (s) soruşur: Sən kimsən? Deyir: “Mən əcəm əhalisindənəm”. Sonra da özü haqqında danışır. İslam dinini qəbul edir və Peyğəmbər (s) ona xoşbəxtlik müjdəsini verir.


Pak cənazəsi ətrafı xoş ətirə bürüyən qara dərili Kərbəla şəhidi – Cəun ibn Huva!


... Cəun Fəzl ibni Abbas ibni Əbdül-Mütəllibin nökəri idi. İmam Əli (ə) onu alıb, Əbuzəri Qəffariyə bağışlamışdı. Əbuzər üçüncü xəlifə tərəfindən Rəbəzəyə sürgün olunanda Cəun da onunla birgə idi. Əbuzər dünyasını dəyişdikdən sonra o, İmam Əlinin (ə) yanına qayıdır və ömrünün sonuna kimi Əhli-Beytdən (ə) ayrılmır. Cəun silah düzəltməkdə məharətli idi. Aşura gününün axşamında o silahları hazırlayırdı. Aşura günü o da Kərbəlada İmam Hüseynlə (ə) birgə şəhid olur. Deyilir ki, Cəun Aşura günündə döyüşə yollananda İmam əvvəl ona icazə vermədi. Lakin o İmama (ə) dedi: “Allaha and olsun istəyirəm mənim qanın sənin qanınla qarışsın”Cəun şəhid olanda İmam Hüseyn (ə) onun başı üstünə gəldi. İmam onun cansız cəsədinə baxıb dedi: “İlahi onun üzünü ağ elə! Onun bədənini ətirli elə! Onu yaxşılarla məhşur et!” Rəvayətlərə görə onun cəsədi on gündən sonra tapılanda ondan cəsəd xarab olmamışdı, əksinə şəhidin mübarək bədənindən qeyri adi, valehedici ətir iyi gəlirdi...


İmam Hüseyn (ə) səhabələrini fərqləndirən 6 xüsusiyyət hansılardır?


İmam Hüseynlə (ə) çiyin-çiyinə vuruşan səhabələrin sayı az olsa da, onların malik olduğu sifətlər hər kəsdə tapılmaz. Bu, elə sifətlərdir ki, onların adını tarixə həkk etmiş və başqa şəhidlərdən üstün etmişdir.
1. Ən yaxşı dost idilər. O zaman ki, Tasua gecəsi gəlib çatır, İmam (ə) əmr edir ki, çıraqları söndürsünlər və hər kim ki, bu döyüşdə iştirak etmək istəmir – çıxıb getsin. İşıqları yandıran zaman İmamın (ə) ancaq ən yaxın dostları yanında qalır. Ona görə də İmam (ə) buyurur: “Mən öz dostlarımdan daha yaxşı olanının sorağını almamışam”.
2. Yəqinlik qalasına qalxanlar. İmamın (ə) bu yaxın səhabələri kor-koranə deyil, məhz elm və agahlıq üzərindən İmama (ə) etiqad bəsləyir və onun ardınca gedirdilər. Çünki onlar yəqinlik dərəcəsinə çatmış insanlar idilər. Onlar öləcəklərini bilsələr də, bu yolda tərəddüd etmir və irəli gedirdilər...


İmam Sadiqin (ə) verdiyi 2 sadə nəsihət bu insanı dövlətli etdi!


Məkkəyə yollandım və ziyarəti yerinə yetirəndən sonra Mədinəyə getdim. Həzrət İmam Sadiqin (ə) xidmətində oldum. Həmin gün İmamın (ə) evində çox insan var idi və bir kənarda əyləşib gözlədim. Otaq xəlvət olan zaman İmam (ə) üzünü mənə çevirib buyurdu: “Mənimlə işin vardır?”
Dedim: “Mən Əbdülrəhman Siyabəyəm”. Həzrət (ə) məndən soruşdu: “Atan nə iş görür?”. Dedim: “O, dünyadan getmişdir”. İmam (ə) çox narahat oldu. Atama rəhmət oxudu və ona görə dua etdi. Məndən soruşdu: “Atan sənə irs qoyubdurmu?”. Dedim: “Xeyr”. Soruşdu: “Bəs Məkkəyə necə gəlmisən?”. Mən atamın dostunun mənə etdiyi yaxşılığı danışdım və hələ sözüm bitməmişdi ki, buyurdu: “O şəxsin min dirhəm əmanətini nə etdin?”. Dedim: “Qaytardım”. İmam (ə) sevincli halda buyurdu: “Əhsən sənə. Sənə nəsihət verimmi?”. Dedim: “Buyurun”. İmam (ə) buyurdu: “Düz danış və əmanətə vəfa et ki, bu zaman insanların malına şərik olarsan”.


Salman Farsini uca məqama qaldıran 3 xüsusiyyət hansılar idi?


Həzrət (ə) buyurdu: “Salman Farsi demə! Salman Muhəmmədi (de)! Bilirsənmi ki, niyə onu tez-tez yada salıram? Üç səbəbə görə...”.
1. İmam (ə) buyurur ki, Salman Farsinin İmamın (ə) yadında qalmasının səbəbi odur ki, o, həmişə İmam Əlinin (ə) istəklərini öz istəklərindən üstün hesab edərdi. O, yaxşı bilirdi ki, İmamı (ə) ondan nə istəyir.
2. Salman Farsi həmişə yoxsul və ehtiyaclı insanları zəngin insanlardan üstün tutmuşdur. Qohumları, rəfiqləri arasında hər kimin ehtiyacı vardırsa, əvvəl onlara yardım e edərdi, sonra zəngin olanlara. Yoxsulların məclisində iştirak etməyi zənginlərin məclisindən daha üstün bilərdi.
3. Elm öyrənmək aşiqi idi. Həmişə alimlərlə əyləşib-qalxardı. Elm əhli ilə dostluq edərdi.


Peyğəmbər (s) səhabəsi Bilal Həbəşi Əhli-Beytə (ə) qarşı etiqadı necə olmuşdu?


Bilal peyğəmbər (s) vəfatından sonra daima İmam Əlinin (ə) xilafətini müdafiə edir. Lakin tənələrdən uzaq olmaq üçün Şama hicrət edir. Bir daha heç bir döyüşdə iştirak etmədiyi bildirilir. İmam Sadiq (ə) Bilalı “Saleh bəndə və Əhli-beyt dostu” adlandırıb. İmam Səccad (ə) Bilalı mədh edərkən, onun İmam Əli (ə) barəsində müxaliflərlə bəhs edərkən gətirdiyi dəlillərə toxunub. İzzətli səhabə olan Bilal Həbəşi peyğəmbərin (s) vəfatından sonra heç bir Xəlifəyə beyət etmir və Şama hicrət edərək ömrünün sonunadək orada yaşayır. Hicrətin 20-ci ilində dünyasını dəyişən Bilal Həbəşi şamda (Dəməşq) vəfat edir və “Babus-səğir” məzarlığında dəfn edilir...


Xanım Zəhranın (s.) gizli dəfnində iştirak edən sədaqətli peyğəmbər səhabəsi - Miqdad ibn Əmr kim idi?


Peyğəmbər (s) Miqdad barəsində buyurub: “Miqdad bizdəndir! Allah, onu dost tutanı dost, düşmən tutanı düşmən bilər!” Həmçinin İmamlardan (ə) nəql olunmuş hədislərdə Miqdad fəzilət əhli kimi tanınmış, sonuncu İmamın (ə.f) zühuru zamanı rəcət edən şəxslərdən olacağı bildirilmişdir. O, daim İmam Əlinin (ə) haqqını var gücü ilə müdafiə edər, digər xəlifələrə qəti beyət etməzdi. Onu, Osman xilafitinin ən kəskin tənqidçisi kimi tanıyırdılar. O,ölüm ayağında olarkən ölümü barəsində Osmana xəbər veilməməsini vəsiyyət edir. İmam Sadiq (ə) buyurub: “Miqdadın bu ümmətin arasındakı məqamı Qurandakı Əlif hərfi kimidir ki, heç bir şey ona birləşmir”


Peyğəmbərdən (s) Əbuzərə hər kəs üçün faydalı olacaq mühüm bir tövsiyəsi nə haqda idi?


...Həzrət Peyğəmbər (s) əlində olana şükür etmək, nemətin qədirini bilmək, özündən də pis vəziyyətdə olanların halını görməməzlikdən gəlməmək üçün Əbuzərrə (r) qısa və hər zamanda keçərli olan tarixi tövsiyəsini edir: \"Özündən aşağıda olanlara bax, özündən yuxarıda olanlara baxma!” Həzrət peyğəmbər (s) bu hədisi ilə tövsiyə edir ki, yaşayışınızda, dolanışığınızda özünüzdən də ağır vəziyyətə olanlara baxıb, əlinizdə olana şükr edin, əlinizdə olanlın dəyərini bilin. Gözünün yuxarılarda olmasın. Bu, insanın şükranlıq halını aradan aparır. İnsanda həsəd və paxıllıq hissi oyadır. Bu o demək deyil ki, insan inkişaf haqqında düşünməsin. Yaxud həyatını yaxşılaşdırmaq üçün səy etməsin. Əksinə peyğəmbər (s) bu dəyərli kəlamı ilə insanlarda nemətə qarşı düzgün baxışın formalaşmasını istəyir, nəinki insanların fəqir halda yaşamalarını.


İmam Əli (ə) həqiqi Şiələri hansı xüsusiyyətləri ilə tanıtdırır?


İmam Əli (əleyhi səlam) həqiqi, Şiələrin xüsusiyyət və sifətlərini belə bəyan etdi:
1- Şiələr o kəslərdir ki, gecə Allaha ibadət etmək nəticəsində rəngləri saralmış və zəif bədənləri vardır.
2- Şiələr o kəslərdir ki, Allahdan uzaq düşmək və eləcə də cəhənnəm əzabından qorxmaq səbəbindən ağlayar və gözlərində qəmginlik görsənər.
3- Şiələri o kəslərdirlər ki, oruc tutmaq səbəbindən qarınları nəziklənmişdir.
4- Şiələr o kəslərdir ki, Allaha ruku etmək səbəbindən belləri əyilmiş görsənər və Allaha çox səcdə nəticəsində alınlarında nişanələr yaranar...


Biz Əhli-Beytin ardıcıllarını 3 qismdir – İmam Sadiq (ə)


Həzrət İmam Sadiq (ə) İslam ümmətini əməl və düşüncə baxımından qismlərə ayırır və buyurur: İnsanlar bizim barəmizdə 3 növ düşüncəyə, əqidəyə məxsusdurlar:
-Birincisi: Bizi dost tutarlar. Bizim sözlərimizi danışar, zühurumuzu gözləyər (İmamın ə.f. zühurun). Lakin göstərişlərimizə uyğun əməl etməzlər. Onlar cəhənnəm əhlidir!
-İkinci: Bizi dost tutarlar. Bizim sözlərimizi danışar, zühurumuzu gözləyər (İmamın ə.f. zühurun). Göstərişlərimizə uyğun əməl edərlər. Lakin onların bu istəyi dünya əldə etmək, insanları istismar etmək üçündür. Onlar cəhənnəm əhlidir!
-Üçüncüsü isə bizi sevərlər. Bizim sözlərimizi danışar, zühurumuzu gözləyər (İmamın ə.f. zühurun). Göstərişlərimizə uyğun əməl edərlər. Onların əməlləri Allah üçündür. Onlar bizdən, biz də onlardanıq. (Tuhəful-uqul. Səh-513)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter