Hz Peyğəmbərin (s) səhabəsi Əbu Dərda balalarını haram tikədən qorumaq üçün hansı məsələyə diqqət edərdi?!
ÖZÜNÜ VƏ AİLƏNİ HARAM TİKƏDƏN QORUMAQ BARƏDƏ:
...-Ya Əbu Dərba, bir çətinliyin-filan yoxdur ki? Əvvəllər məscidə hər kəsdən əvvəl gələr, hər kəsdən sonra gedərdin. İndisə sübh namazını bitirər-bitirməz, məscidi tərk edirsən. Bunun səbəbi nədir?
Əbu Dərba: -Anam-atam sənə qurban, ya Rəsulullah (s), narahatçılıq üçün bir əsas yoxdur. Məsələ ondadır ki, qonşunun böyük bir xurma ağacı var. Ağac o qədər böyükdür ki, qol-budağından bəziləri bizim həyətə uzanır. Ağac yaxşı bar gətirib. Hər gün yetişmiş xurmalar həyətimizə düşür. Tələsirəm ki, tez evə gedib uşaqlar yuxudan durmamış onları yığıb, qonşunun həyətinə atım. Qorxuram belə etməsəm, uşaqlardan biri nəfsinə güc gələ bilməyə, o xurmadan yeyə və boğazından haram tikə keçə...
Hz Peyğəmbərin (s) Əbuzər Qəffariyə yeddi vəsiyyəti ...
Əbuzər deyir: Peyğəmbər (s.) mənə yeddi vəsiyyət etdi:
1. Həmişə özümdən aşağı səviyyəli şəxslərə diqqət edəm.
2. (Maddi cəhətdən) məndən yuxarı olan şəxslərə diqqət etməyəm.
3. Məzlumları sevəm və onlara kömək edəm.
4. Acı olsa da həmişə haqq söz deyəm.
5. Məndən üz çevirsələr də qohumlarımla əlaqələrimi kəsməyəm...
Zəhhak ibn Abdullah Məşriqi Kərbəlada aşura günü hansı səbəbdən İmam Hüseyni (ə) tək qoyaraq qaçdı?!
... Zəhhak ibn Abdullah Məşriqi: Zəhhak Kərbəla yolunda İmam Hüseynlə (ə) görüşərək qısa danışıqdan sonra İmam Hüsyenin (ə) karvanına qoşuldu.
Aşura günü İmam Hüseynin (ə) cərgəsində şücaətcəsinə döyüşdü. İmam Hüseyn (ə) onun haqqında dua etdi: “Zəifləməyəsən, əllərin kəsilməsin. Allah Təala (c.c) Əhli-Beytə (ə) görə sənə böyük mükafatlar verəcək.”
Zəhhak Aşura gününün zöhr namazını İmamla birlikdə qıldı. Amma İmam Hüseynin (ə) səhabələrinin mübarək bədənlərini yerdə görərkən İmamın hüzuruna gələrək dedi: “Ey Allah Rəsulunun (s) oğlu! Xatırlayırsınız sizinlə mənim aramda hansı şərt var idi?! Ey mənim mövlam! Mənim ailəm var və insanlara borcum var. -ahlolbait
Qərarımız bu idi ki, sizinlə birlikdə müharibədə iştirak edim o zamana kimi ki sizin köməkləriniz var və mənim döyüşməyim sizə faydalı olsun.
İndi ki, sizin dostlarınız qalmayıb və mənim müharibə etməyimin heç bir faydası yoxdur!”...
İmam Səccad (ə) səcdədə hansı duanı oxuyardı?!
Cаvаb: Tаvus Yəmаni dеyir: Bir gеcə Kə`bənin kənаrındаn kеçirdim, gördüm ki, Imаm Zеynəlаbidin əlеyhissаlаm Hifzi Ismаil məkаnınа dахil оlub nаmаz qılmаğа bаşlаdı. Sоnrа səcdəyə gеtdi. Mən еşitdim ki, о Həzrət səcdədə buyurur: Sənin kiçik bəndən, Sənin biçаrə bəndən, Sənin yохsul bəndən və Sənin хаhiş еdən bəndən еvinə gəlibdir. Tаvus Yəmаni dеyir: Mən də bu duаnı öyrəndim və mənə üz gətirən qəm-qüssə zаmаnı оnu охuyurdum. Bеləliklə qəm-qüssə mənim üzərimdən götürülürdü.
Imаm Zеynəlаbidin (ə)-ın dünyа və ахirət hаqqındа öz dоstlаrınа еtdiyi vəsiyyət nə idi?!
Cаvаb: Həzrət buyurdu: Mənim dоstlаrım! Həqiqətən, mən sizə dünyа üçün dеyil, ахirət еvi üçün tədаrük görməyi vəsiyyət еdirəm. Çünki siz ахirətə qаyıdаcаqsınız. Məgər хəbəriniz yохdurmu ki, Həzrət Isа əlеyhissаlаm həvаrilərə buyurdu: Dünyа bir körpüdür və gərək bu körpüdən kеçəsiniz. Bunа görə də dünyаnın imаrəti üçün çаlışmаyın. Yəni gərək körpüdən kеçəsən, nəinki оrаdа оturmаq аrzusu ilə gününü kеçirdib qаlаsаn.
Sizin dünyаnız dəryаdаkı ləpələr və dаlğаlаr kimidir. Dünyаdа еv tikmək, dəryа ləpələri üzərində еv tikməyə bənzəyir. Bəs bеlə bir əsаssız süst məkаnı özünüz üçün sаkitlik və dincəlmək yеri bilməyin...
Imаm Hüsеyn əlеyhissаlаmın qаrdаşı Həzrət Əbülfəzl Аbbаsın ləqəbləri hаnsılаrdır?!
Cаvаb: Həzrət Əbülfəzl Аbbаsın bir nеçə ləqəbi vаr. Оnlаrın hər biri оnun yüksək məqаmını bəyаn еdir. Оnlаr ibаrətdir:
1) Əbülfəzl, çünki fəzilətlərlə bəzənmişdi və yа Fəzl аdındа оğlu vаr idi?
2) Əbul-qirbə, çünki susuz dоdаqlаrа su vеrən idi (qirbənin mə`nаsı su qаbı dеməkdir).
3) Qəməri-Bəni-Hаşim (Bəni-Hаşim tаyfаsının аyı), çünki Bəni-Hаşim qəbiləsinin içərisində аy kimi pаrıldаyırdı, gözəl və nurаni çöhrsi vаr idi?
4) Əbdu sаlеh. 5) Isgər. 6) Əlfаdi (fədаkаr). 7) Əlhаmi (himаyə еdən). 8) Əlvаqi (kеşikçi). 9) Əssаi (çаlışqаn.)...
Hz Peyğəmbərin (s) dəyərli səhabələrindən olan Salman Farsi İslama necə gəldi?!
Cavab: Həzrəti Məhəmməd (s) «Salman bizdəndir» buyurmaqla, Onun hansı iman mərtəbəsində olduğunu ən sadə şəkildə ifadə etmişdir. Bəs İranda doğulub boya-başa çatmış Səlman necə oldu ki, Peyğəmbərin (s) ən yaxın adamlarından birinə çevrildi? Hələ gənc ikən, Salman yaşadığı şəhərin hakiminin oğlu ilə dostluq edirdi. Bir gün öz dostu ilə səhraya ova çıxan Salman, İncil oxuyan rahiblə rastlaşdı. Rahib gənclərə İncil haqqında danışıb, Allaha itaətə, günahdan uzaqlığa çağıran təsirli kəlamlar oxudu. Rahib onlara dedi ki, doğru dində olmayanların kəsdikləri heyvanların əti haramdır. Nəhayət, onlar sağollaşıb ayrıldılar. Amma gənclər tez-tez səhraya gedib, rahibin söylədiyi ilahi kəlamlardan feyz aparardılar. Bir gün hakimin oğlu süfrəyə oturmaqdan imtina edib, süfrədəki yeməklərin haram olduğunu bildirdi. Hakim vəziyyətin nə yerdə olduğunu öyrənib, rahibi öz əyalətindən çıxardı. Salmanla hakimin oğlu rahiblə getmək qərarına gəlsələr də, dostunun yubandığını görən Salman, yola düşdü...
Peyğəmbərin (s) oğulluğa götürdüyü Zeyd yetim idi yoxsa valideynləri vardı?
Zeydin əsl atasının adı Harisə idi. Peyğəmbərimiz (s) onu oğulluğa götürsə də, heç zaman “Mühəmmədin oğlu” çağırılmasına razı olmamış, onu atasının övladı kimi tanıtdırmışdır. Zeyd ibn Harisə ibn Şürahil Kəlbi İslamdan əvvəlki qəbilə müharibələri nəticəsində əsir alınıb Məkkədə kölə bazarında satışa çıxa-rılmışdı. Xədiceyi-kübranın qardaşı oğlu onu satın alıb öz bibisinə (Xədicəyə) bağışladı, Xədicə də Zeydi Həzrət Mühəmmədə (s) hədiyyə etdi...
Cənab Salmanın ölən zaman hansı 3 tövsiyəni etmişdir?!
Salman Peyğəmbərin (s) ən yaxın səhabələrindən olmuşdur və imanı, təqvası, iffəti və başqa fəzilətləri başqa səhabələrin dilində əzbər idi. Peyğəmbər (s) onu çox sevərdi. O da Peyğəmbəri (s) hər bir şeydən üstün tutardı və onun əmrlərini sorğu-sualsız yerinə yetirərdi.Nəql olunur ki, Salman can verən zaman müsəlmanlara üç tövsiyə vermişdir:
Üç yerdə Allahı yada salın: 1. Nə zaman bir işdə qərar vermək istəsəniz. 2. Nə zaman bir məsələdə hökm vermək istəsəniz. 3. Nə zaman bir şeyi bölmək istəyərkən”. (Beytutə)
Necə oldu ki, Salman hər gecə bir Quran xətm edib, bütün ömrü boyu oruc tuturdu?
Bir gün Peyğəmbər (s) səhabələrinə buyurur: “Sizlərdən kim bütün ömrü boyu oruc tutmuşdur?”. Salman deyir: “Mən”. Həzrət (s) buyurur: “Sizlərdən kim bütün ömrü boyu gecə ibadəti etmişdir?”. Salman deyir: “Mən”. Həzrət (s) buyurur: “Sizlərdən kim hər gecə bir Quran xətm edir?”. Salman deyir: “Mən”. Bu sözlərdən sonra səhabələrdən biri çox qəzəblənir və Həzrət Peyğəmbərə (s) deyir: Ya Rəsulallah (s)! Salman – bir əcəmdir və biz Qureyş tayfasının qarşısında fəxrlənmək istəyir. Siz buyurdunuz ki, kim bütün ömrü boyu oruc olmuşdur, halbuki Salman günlərin çoxunda yemək yeyir. Siz buyurdunuz ki, kim gecə oyaq qalır, Salman dedi mən. Halbuki o, gecənin çox hissəsini yatır.
Buyurdunuz ki, kim gecəni bir Quran xətm edir, Salman dedi mən. Halbuki günün çox hissəsində sakit durur. (Yəni, heç bir iş görmür). Həzrət (s) buyurur: “Sükut et! Sən hara, Loğman Həkim hara? Salmanın özündən soruş, səni agah etsin”. Bu zaman həmin kişi üzünü Salmana çevirir və deyir: “Ey Salman! Sən demədimmi ki, bütün günləri oruc olursan?...