Peyğəmbərimiz (s.ə) nə buyurdu ki, Həzrət Zəhra (s.ə) əvvəlcə ağladı, sonra şad oldu?
Allah dərgahında insanların dəyəri təbii ki, bərabər deyildir. Bəziləri Allahın yaxın mələklərindən belə üstündürlər, bəziləri isə vəhşi heyvandan da alçaqdırlar.
İnsana dəyər verən şey – elm, iman, təqva və üstün əxlaqi fəzilətlərə bəzənməkdir.
Bu meyarlara əsasən, iki cahan xanımı olan Həzrət Fatimə (s.ə) ən ütsün insan idi. O zaman ki, Peyğəmbər (s) ölüm ayağında idi, qızı taqətsizliq edirdi.
Həzrət (s) onun bu halını görən zaman buyurmuşdu: “Ey Fatimə! Məgər razı deyilsənmi ki, sən dünya qadınlarının ən üstün banusu, bu ümmət qadınlarının banusu, imanlı qadınların banusu olasan?”. Bu hədisdə Həzrət (s) qızının malik olduğu üstün məqamları bir-bir sayır və onun nə qədər üstün olduğunu bəyan edir...
Hz Peyğəmbər (s) qızı Fatimənin başına gələcək müsibətlər haqda nələr buyurmuşdur?!
Peyğəmbər (s) Xanım Zəhra (ə.s) və onun başına gətiriləcək müsibətlərdən danışır! Peyğəmbəri-Əkrəmin (s) öz sevimli qızı xanım Fatimeyi-Zəhraya (ə.s.) məhəbbət və ehtiramı yalnız atalıq hisslərindən qaynaqlanmırdı. O həzrət qızına böyük gözlə baxır, böyük məqam sahibi bilirdı. Çünki onda bir çox məziyyət və fəzilətlər müşahidə etmişdi.
Peyğəmbəri-Əkrəmin (s) qızı Fatimeyi-Zəhraya (ə.s.) olan məhəbbətini öz dilinə gətirməsi və “Fatimətu əhəbbul-xəlqi iləyyə! Fatimətu əəzzun-nasi ələyyə!” (Mənim üçün ən sevimli və ən əziz kəs Fatimədir!) – deyə buyurması ilə onun uca məqamını insanlara tanıtdırmaq istəyirdi. Çünki o həzrət özündən az sonra əziz qızının başına olmazın zülmlərinin gətiriləcəyini yaxşı bilirdi. Peyğəmbər (s) insanlara höccəti tamamlamaq istəyirdi ki, heç kim bəhanə gətirə bilməsin, heç kim deyə bilməsin ki, Zəhranı (ə.s.) tanımadıq...
Həzrət Əli (ə) Fədək bağının Əhli-Beytə (ə) aid olmasını demişdirmi?!
Qəsbkarların Fədəyin qəsb etməmişdən qabaq Əli (ə)-a sual verməsi: Əbubəkr və Ömər Fədəyi qəsb etməmişdən qabaq, öz zahiri rəftarlarını tənzimləmək üçün Əli (ə)-ın yanına gəlib, dedilər:Peyğəmbərdən qalan mülk barəsində nə deyirsən? Əli (ə) buyurdu: Biz, Peyğəmbərdən qalan mülkə yiyələnməyə daha da layiqiq.
Dedilər: Hətta Xeybərdə olanlara da yiyələnməyə layiqsiz? Həzrət buyurdu: Bəli, hətta Xeybərdə olanlara da yiyələnməyə layiqiq.
Dedilər: Hətta, Fədəkdə olanlara da? Həzrət buyurdu: Hətta Fədəkdə olanlara da. Onlar Əli (ə)-ın bu sözlərini eşitməklə narahat oldular və dedilər: ...
Əmirəlmömininin (ə) bütün dövrlərdə bütün nəsillərə vəsiyyəti nə olmuşdur?!
Vəsiyyətin sonrakı cümlələrini Əmirəlmöminin (ə) ümumi şəkildə buyurur: \"Siz iki oğluma, bütün övladlarıma, ailəmə və bu vəsiyyətnamənin çatdığı hər bir kəsə vəsiyyət edirəm\". Buna əsasən, burada əyləşən sizlər və bu vəsiyyətnaməni oxuyan mən də Əmirəlmömininin (ə) müraciət tərəfi sayılırıq. Buyurur ki, sizin hamınıza vəsiyyət edirəm. Nəyi? Yenə Allah təqvasını - yenə təqva! Əmirəlmömininin (ə) birinci və axırıncı sözü təqvadır. Onun ardınca buyurur: \"Və işinizdə nizam-intizamlı olmağı vəsiyyət edirəm\". Bu nə deməkdir? Yəni həyatda gördüyünüz bütün işlər nizam-intizamlı olsun? Mənası budur? Bu da ola bilər, amma buyurmadı ki, \"işlərinizi\" nizam-intizama salasınız, buyurdu ki, \"işinizi\". Yəni nizam-intizama salınmalı məsələ bir şeydir. Bunu cəm formasında deməmişdir. İnsan anlayır ki, bu iş hamı üçün müştərək bir məsələdir. Mənim fikrimcə, burada məqsəd İslam quruluşu, İslam hakimiyyətidir. Yəni hökumət və quruluş məsələsində nizam-intizamlı və planlı rəftar edin...
Həzrəti Zəhra (ə.s) İmam Əliyə (ə) hansı məsələni deməkdən utandı?!
Əbu Səid Xudradan nəql olunur: Bir gün həzrəti-Əli(ə.s) acımışdı. Evə gəlib xanımından yemək istədi. Fatimə (s.ə) ərz etdi:
–Atamı Peyğəmbər, səni isə onun vəlisi qərar verən Allaha and olsun ki, evdə yeməyə bir şey yoxdur. İki gündür, yeməyimiz qurtarıb. Əgər olsaydı, onu özümdən və oğullarım Həsənlə Hüseyndən qabaq sənin üçün saxlayardım.
Əli(ə.s) buyurdu: – Fatimə, bəs niyə mənə xəbər verməmisən ki, sizin üçün yemək tapım?
Fatimə (s.ə) belə cavab verdi: – Ey Əbülhəsən, mən Allahımdan utanıram ki, səndən qüdrətində olmayan bir şeyi tələb edim. Ev və çöl işlərinin bölünməsi.
İmam Əli (ə) Oğlu İmama Həsənə (ə) hansı hikmətli nəsihətləri buyurdu?!
İmam Əli (ə) buyurub: \"Oğulcan, hər yerdə, hər bir şəxsdə hikmət olsa (nəsihət, yaxşı, ibrətli söz) öyrən. Necə ki, münafiqin də qəlbində hikmət olar, amma onun sinəsində rahat qalmaz, ta o zaman ki, onun sinəsindən çıxıb, möminin qəlbində yerləşəndən sonra aram olar.\"
Ey sadəlövh insan!Ayıq ol, ömrün faydasız sonra yetişməmiş əməllərini pisliklərdən islah et. Onu bil ki, bu ömür insana bir dəfə verilir. Etdiyin günah işlərə görə Allah qarşısında xilasanə tövbə et. Keçirtdiyin vacib olan əməlləri yerinə yetir. Qohum-əqrəban üzünü torpağa qoymamış özün öz ixtiyarınla üzünü torpağa qoy. Ölməmiş öz hesabını çəkib axirətə özün üçün azuqə hazırla.İmam Əli (ə) həzrət Musa (ə)-ın buyurduğu fərmayişlərindən birini belə bəyan edir: \"Ey Adəm övladı!Özün üçün çoxlu azuqə götür. Ona görə ki, gedəcəyin yol çox uzaqdır-uzaq. Minəcəyin gəminin təmir edib təzələ. Ona görə ki, dərya çox dərindir-dərin...
Yəhidi Hz Peyğəmbərdə (s) Hansı Tövrat əxlaqını görərək İslamı qəbul etdi?!
İmam Musa Kazim (ə) cəddi Əmirəl-möminindən (ə) belə nəql edir: Bir yəhudinin Peyğəmbərdən (s) bir neçə dinar alacağı vardı. Peyğəmbərdən borcunu istədi.
Peyğəmbər (s) buyurdu: \"Borcunu ödəyə bilmirəm.” Yəhudi dedi: \"Əgər verməsən səni buraxmayacağam.” Həzrət buyurdu: \"Onda qoy yanında əyləşim.” Peyğəmbər (s) günorta və əsr, məğrib və işa, sübh namazını həmin yerdə qıldı.
Peyğəmbərin səhabələri hadisədən xəbər tutub yəhudini cəzalandırmaq istədilər. Həzrət buyurdu: \"Nə etmək istəyirsiniz?” Dedilər: \"Ey Allahın rəsulu, bir yəhudi səni həbs etsinmi?” Həzrət buyurdu: \"Rəbbim məni zimmə əhlinə sitəm üçün göndərməyib.” Gün başa çatanda yəhudi dedi: \"Əşhədu ənla ilahə illəllah və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh.” O öz sərvətinin bir hissəsini din yolunda bağışladı...
İmam Əli (ə) namaz qılarkən özünü Haqq Təala (c.c) qarşısında necə hiss edərdi?!
İlahi əmanət yükünü daşımaq bəşər üçün ən böyük iftixardır.
Şair deyir: Səma götürmədi bu əmanəti, İnsana yazdılar bu ləyaqəti.
Həzrət Əli (ə) Siffeyn döyüşündə günəşi izləyir, arabir səmaya baxırdı. İbn Abbas bu işin səbəbini soruşdu. O həzrət buyurdu: \"İstəmirəm ki, ilkin vaxtın namazını əldən çıxaram.” İbn Abbas dedi: \"İndi?” Həzrət (ə) buyurdu: Bəli! (\"Səfinətul-bihar”, 2-ci cild, səh.44)
Bəli! Balıqlar üzməkdən yorulmadığı kimi ilahi övliyalar da ibadət və namazdan yorulmur, əksinə, hər ibadətdən sonra Allah dərgahında bəndəlik üçün daha da həvəslənirlər.
İmam Səccad (ə) namazda \"maliki yəvmid-din” cümləsini o qədər təkrar edirdi ki, baxanlar onun can verdiyini düşünürdülər. (bax: \"Bihar”, 84-cü cild, səh.274)...
Məsumların hədislərində Peyğəmbər (s.v.s) və onun Əhli beytinə salavat göndərməyin savabları haqda hansı müjdələr verilmişdir?!
... İmam Sadiq (ə) buyurmuşdur: Dan yeri söküldükdən sonra 100 dəfə de: \"Əllahummə səlli əla Muhəmmədin və Ali – Muhəmməd.” Bunun vasitəsi ilə Allah səni Cəhənnəm odundan qoruyar.
=Mələklər bu salavatın savabını yazmaqdan yorulur. \"Cəzallahü anna Muhammədin Sallallahü Aleyhi və Səlləmə ma hüvə əhlüh”.
Bu salavatı oxuyan kimsəyə yazıcı mələklərdən yetmiş mələk, min sabah və min axşam savab yazmaq üçün çətinlik çəkərək yorulur və ancaq yaza bilir.
\"Allahümmə Rabbəl əşihüril harami vəlməşarilharami vəlbəytilharami vərrükni vəlməkani və Rabbilhilli vəlharami ikra, Muhammədən minnissəlamə”.
=Kim gündə 70 dəfə bu salavatı oxuyarsa, Peyğəmbər (s.v.s)–nı yuxusunda görər.
”Allahümmə Səlli əla Kuhi səydina Muhammədin filərvahi və səlli əla cəsədi səydina Muhammədin filəcsadi və səlli əla kabri səydina Muhammədin filkuburi. Allahummə bəllic minni təhliyyətən və səlama.”
Hz.Əli (ə) kimdir? Hədislərdən çıxarılmış 14 cümlə
Əli (ə) - Kəbənin içində doğulan yeganə şəxsdir.
Əli (ə) - kamillik zirvəsini fəth edən ilk İmamdır.
Əli (ə) - Peyğəmbərin (s) elm şəhərinin qapısıdır.
Əli (ə) - o kəsdir ki, Qurani-Kərimdə haqqında ayələr nazil olmuşdur.
Əli (ə) - o kəsdir ki, ona məhəbbət - Allaha imanın nişanəsidir.
Əli (ə) - hicrət gecəsi Peyğəmbərin (s) yatağında canını fəda edən kəsdir.
Əli (ə) – o kəsdir ki, Xeybərin fəthi məhz onun əli ilə gerçəkləşdi...