Hz. Zəhra (ə) qiyamət günü Allahdan nəyi istəyəcək?
Dəyərli bir rəvayətdə nəql olunur ki, İslam Peyğəmbəri (s) buyurdu: “Qiyamətdə Allah-təala tərəfindən xanım Fatiməyə (s.ə.) xitab olunur: “Ey Fatimə! Məndən istə, sənə əta edim, məndən istə səni razı salım.” Xanım Fatimə (s.ə) deyər: “Səndən istəyim budur ki, mənim və ailəmin dostlarını əzab oduna salmayasan.” Allah-təala buyurar: “Ey Fatimə! And olsun izzət və cəlalıma, mən göylərin və yerin yaranışından iki min il qabaq and içmişəm ki, sənin və ailənin dostlarına əzab odunu daddırmayım.” (“Təvilul-ayatul-zahirə”, 484; “Biharul-ənvar”, 28-139, bab 4, hədis144)
Niyə Peyğəmbərimizin adı Muhəmməd (s) idi?
Həzrət Peyğəmbər (s) anadan olduqdan 7 gün sonra babası Əbdülmüttəlib bir qoyun kəsib, ehsan verir. Bütün Queryşin iştirak etdiyi qonaqlıqda o, nəvəsinin adını Muhəmməd (s) qoyur. Ondan soruşurlar ki, ərəblər arasında Muhəmməd adı çox az işlədildiyi halda, nəyə görə uşağın adını Muhəmməd qoydun? Cavab olaraq bildirir ki, onun göydə və yerdə təriflənməsini istədiyim üçün belə ad qoydum.
Həzrət Peyğəmbərin (s) şairi olmuş Həssam ibn Sabit bu haqda deyir: “Allah Öz adından Peyğəmbəri (s) üçün bir ad seçdi: Allah Özü Mahmud idi, onu da Muhəmməd adlandırdı”. Hər iki sözün kökü də, mənası da eynidir. Sözsüz ki, Peyğəmbərin Muhəmməd (s) adlandırilmasında İlahi ilhamın təsiri olmuşdur. Bəzi tarixçilərin verdiyi statistik məlumata görə, o vaxtacan cəmi on alti nəfər Muhəmməd adlandırılıbmiş. Bir addan nə qədər az olsa, onun haqqında səhvə yol vermək bir o qədər azalar...
İmam Hüseyn (ə) bir küfəliyə hansı əməli ən xeyirli əməl olaraq tanıtdırdı?
İmam Hüseynin (ə.s) bir Kufəliyə ən xeyirli əməl haqqında tövsiyəsi:
İnsanın insanlarla münasibəti o zaman islah olar ki o ilk növbədə Allahla münasibətlərini islah etsin. Əksinə insanlar razı qalsın və bəyənsin deyə Allahın hökmünü m müxtəlif istiqamətlərə yozub, təhrif etmək və ya o hökmü tapdalamaq böyük günahdır.
Belə olan halda Allah da o insanı insanların ixtiyarına buraxar. İnsanın həyatında əsas meyar Allahın razı qalmasıdır. Allahın insandan razı qalması həm də axirət dünyasının ən böyük neməti hesab edilir.
Peyğəmbər və imam yanında hansı hörmətə malik olduğumuzu necə bilək?
Həsən ibn Cəhm adlı şəxs bir gün İmam Rzadan (ə) xahiş etdi ki, dualarında onu unutmasın (yəni onun barəsində də dua etsin). İmam onun xahişinə sualla cavab verdi:
“Məgər elə bilirsən ki, mən (dualarımda) səni unutmuşam?” Həsən düşündü ki, İmam öz tərəfdarlarından ötrü dua edir; o da İmamın tərəfdarlarından biridirsə, deməli, İmam onun da barəsində dua edir. Ona görə cavab verdi: “Xeyr, bilirəm ki, məni unutmursan”. Həsənin təəccübünə rəğmən İmam yenə ondan soruşdu: “Bunu haradan bildin?” Həsən söylədi: “Sən öz tərəfdarlarından ötrü dua edirsən, mən də sənin tərəfdarlarındanam”. İmam onu dinləyib yenə sual verdi: “Bu məsələdən başqa bir şey anladınmı?” Həsən dedi: “Xeyr”. Onda İmam belə söylədi: “Əgər mənim yanımda hansı yerə (məqama) sahib olduğunu bilmək istəyirsənsə, bax ki, sənin yanında mən hansı yerdəyəm”
Peyğəmbərə (s) salavat deyənə Allahın seçilmiş 4 mələyi hansı müjdəni vermişdir?
Həzrət Peyğəmbər (s) buyurdu: Bir gün Allahın seçilmiş 4 böyük mələyi mənim yanıma gəldi. Onlar mənimlə həmsöhbət olanda sözlərinin davamında belə dedilər: Ya Rəsulallah! Sənə salavat deyən müsəlmanlar bilməlidirlər ki biz onlar üçün bu müjdələri veririk:
1-Cəbrail (ə) dedi ki, Ya Rəsulallah! Sənə hər gün 10 salavat deyənin qiyamətdə əlindən tutar və onu küş sürəti ilə Allahın sirat körpüsündən keçirərəm, 2-Mikail (ə) dedi ki, Mən də ona behiştin kövsər suyundan bol bol içirərəm, 3-İsrafil (ə) dedi ki, Mən də onun günahlarının bağışlanması üçün başımı səcdəyə qoyub duaçı olaram, Allahım onu bağışlamayana qədər başımı səcdədən qaldırmaram, 4-Əzrail (ə) da dedi ki, Mən də onun ruhunu Peyğəmbərlər (ə) məqamında olaraq alaram,
Mələklərin salavat deyənə bu dərəcə məqam tanıması nəticəsində Peyğəmbər (s) da buyurdu bu insan nə böyük məqamda və dəyərli insandır İlahi!!
Peyğəmbər (s) hansı yeməkləri yemirdi?
Ayətullah əl-üzma Amuli, “Məfatehul-həyat” kitabı: Peyğəmbər (s) yeməyi isti-isti yemirdi və onun soyumasını gözləyirdi. Peyğəmbərin (s) qarşısına isti yemək qoyulduqda o həzrət (s) buyururdı: “Qoyun soyusun, Allah bizə od yedizdirmir, bərəkət soyuq yeməkdədir”.
Ənəs deyir: Peyğəmbər (s) heç vaxt yeməyi pisləmədi. Bir yeməyi bəyənirdisə, onu yeyirdi və əgər xoşlamırdısa, yemirdi.
Peyğəmbər (s) sarımsaq, soğan, kəvər, məğafir (ağacın axmış şirəsidir. Bu şirin dadlı olsa da, çox pis iyli şirədir. Botanikada buna \"kitrə\" deyilir) yemirdi. Çünki onun iyi ağızda qalır.
Peyğəmbər (s) çox sadə süfrələr başında əyləşirdi, heç vaxt gəyirmirdi, azad və qul insanların dəvətini qəbul edirdi, hətta ayaq və qarından hazırlanmış olsa da. Bir içim süd də olsa hədiyyəni qəbul edirdi və onu içirdi. Amma sədəqə qəbul etmirdi./nur-az
Orucluğun hər səhərində oxunan Əbu-Həmzə Sumali münacatı hansı duadır?
Bu dərin məzmunlu münacatın Əbu-Həmzə Sumali adlanması onu İmam Səccaddan (ə) eşidib nəql edən səhabənin adı ilə bağlıdır
İslaminSesi xəbər verir ki nəql olunub ku bu münacatı İmam Səccad (ə) ramazanın hər səhərində oxuyardı.
Şeyx Tusi bu münacatı qiymətli əsəri olan Misbahul-Müctəhiddə gətiribdir.
Bu dərin məzmunla münacatda Allah tanıma ilə bağlı ifadələr, insanın xilas yolunu göstərən frazalar və günahları tərk etmə barədə tövsiyələr yer alıb
Əhli-Beyti (ə) sevmək insana hansı 7 qorxulu yerdə dadına yetər?
Şeyx Səduq əl-Əmali səsərində Məhəmməd peyğəmbərdən (s) bu haqda nəql edilən hədisi gətiribdir: “Əhli-beytimə məhəbbət bəsləmək qorxusu böyük olan 7 məkanda insana fayda verər:
1- Ölüm anında
2- Qəbr evində
3- Qəbirdən qalxan zaman
4- Əməl dəftərçələrinin insanlara verildiyi anda
5- Hesab-kitab vaxtı
6- Mizan tərəzi vaxtı
7- Sirat körpüsündən keçən zaman.
İmam Riza (ə) imamətin fəlsəfəsi haqqında nə buyurmuşdur?
İmam Riza (ə) Mərvdə olarkən cümə günü “Came” məscidində camaatın qarşısında bir sıra məsələlərə toxunur. O cümlədən, buyurur:
“Şübhəsiz, İmamət peyğəmbərlərin məqamı və vəsilərin irsidir. İmamət Allahın nümayəndəliyi, Peyğəmbərin (s) xilafəti və canişinliyidir... İmam parlaq ay, işıqlı çıraq, şölələnən nur, zülmət və qaranlıqda hidayət ulduzu və süqutda xilaskardır... İmam yağış dolu bərəkətli bulud, ardıcıl (dirilik) yağış və parlaq günəşdir... İmam yaranmışlar arasında Allahın əmini, bəndələri üzərində Onun höccəti və canişinidir... İmamın vücudu ilə din nizamlanır, müsəlmanlar izzət qazanır, münafiqlər qeyzdən yanır və kafirlər həlakətə yetir.” (“Üsuli-kafi”, 1-ci cild, səh. 200.)
İmam Xomeyninin (r) baxışında Həzrət Əli (ə) kim idi?
Həzrət Rəsuli-Əkrəm və Həzrət Əli (ə) insanların müəllimi idilər. Mələklər qanadlarını Həzrət Əlinin (ə) ayaqları altına sərərdilər, çünki o İslam üçün çalışan, İslamı ucaldan biri idi. Həzrət Əlinin (ə) ləqəblərindən biri \"Zilullah\" idi. Yəni \"Allahın kölgəsi\" deməkdir. Onun bütün hərəkətləri Allahın əmrlərinə uyğun idi. Həzrət Əli (ə) özündə zidd sifətləri birləşdirə bilən nadir şəxsiyyətlərdən idi. Savasçı biri ibadət əhli ola bilməz. Bilək gücünə sahib olmaq istəyən biri zöhd əhli ola bilməz. Gündüzləri orucla, gecələri ibadətlə keçirərdi. Yediyi yemək ancaq çörək və sirkə, və ya çörək və duz idi. Buna baxmayaraq Xeybər qapısını yerindən çıxarıb onlarla metr uzaqlığa atmışdır. Minlərlə İslam düşmənini Allah yolunda gözünü qırpmadan öldürər, amma başqa bir diyarda bir müsəlmanın incidildiyini eşitsəydi, gecələr ağlamaqdan yata bilməzdi. Nəzərimcə İslam Peyğəmbəri (s) ondan başqasını yetişdirməmiş olsaydı belə, bu ona kifayət edərdi. Biz onun barəsində nə tərif deyə bilərik, nə də elmi və irfanı haqqında danışa bilmərik, heç buna gücümüz də çatmaz. Amma bir cümlə demək istəsək, deyə bilərik ki, Həzrət Əli (ə) Allahın qulu idi. Bu onun üçün ən iftixar etdiyi bir şey idi. \"İmam Ruhullah Xomeyni (r)\"