İmam Hüseynin (ə) bəşəriyyətə verdiyi 6 dəyərli dərs nələrdir?!


İmam Hüseyn (ə) hər bir Məsum İmam (ə) kimi bizlərə dəyərli dərslər və ibrətlər vermişdir. İmamın (ə) bizə verdiyi altı ibrətli dərsi ilə tanış olaq:
1. Aşura günü haqq ordusu ilə batil ordusu vuruşurdu. Əziz İmam Hüseyn (ə) əvvəldən axıradək haqqı bəyan edir və batili ifşa edirdi. İmamın (ə) bəzi buyuruşlarına diqqət edək: «Heyhat, zillət bizdən çox-çox uzaqdır».
2. Namazın əhəmiyyəti. Döyüşün ən alovlu yerində namaz vaxtı gəlib çatır. Ancaq düşmən namaz qılmağa fürsət vermir. İmam Hüseyn (ə) Zuheyr ibni Qeynə və Səyid ibni Abdullaha əmr edir ki, namazqılanların qabağında dayanıb, özlərini qalxan etsinlər. Həzrət (ə) bu halda namazını qılır.
3. Sadiqlik. Bir gün Hatəm Tayinin oğlu Ədi İmam Hüseynin (ə) yanına gəlir və deyir: “Ey Əba Abdullah! Zillətlə izzəti mübadilə etdiniz (İmam Həsənlə (ə) Müaviyyənin (lən) müqaviləsini nəzərdə tutur) və öz əzəmətinizi əldən verdiniz. Bizlərin hamısı sizin vasitənizlə müti olduq və bir ömür gərək müxaliflik edək. Gəl qardaşın Həsəni (ə) və sülh müqaviləsini burax, davamçılarını Kufədən və başqa şəhərlərdən topla...


Həzrət Peyğəmbər (s) qızı Fatiməyə (ə.s) yatmaqdan əvvəl hansı əməlləri tövsiyə etdi?


Övladın xoşbəxt olması hər bir ata və ananın arzusudur. Xüsusilə də o zaman valideyn özünü xoşbəxt hiss edir ki, övladı mənəvi kamala çatır.
Həzrət Fatimə (s.ə) nəql edir: “Yatağımı sərən zaman Rəsullah (ə) mənə buyurdu: “Ey Fatimə! Gecə dörd əməli görməmiş yatma!
1. Quranı xətm et! 2. Bütün peyğəmbərləri (ə) öz şəfaətçin qərar ver. 3. Bütün möminləri özündən razı sal. 4. Həcc və ümrəni yerin yetir”.
Çox təəccübləndim. Həzrət (s) bunu buyurdu və namaz qılmağa başladı. Səbir etdim ki, namazı bitsin. Dedim: “Ya Rəsulallah! Mənə dörd şeyi əmr etmisən, ancaq mən onlara qadir deyiləm”. Həzrət (s) gülümsədi və buyurdu:
-“İxlas” surəsini üç dəfə oxusan, Quranı xətm etmiş kimi olarsan. -Mənə və məndən əvvəlki peyğəmbərlərə (ə) salavat göndərsən, Qiyamət günü sənin şəfaətçin olarıq. -Möminlər üçün istiğfar etsən, onların hamısı səndən razı olarlar. - “Təsbihati-ərbəəni” desən, həcc və ümrəni yerinə yetirmiş olarsan”.


Bu cümləni deməklə, İmam Əli (ə) düşmənlərə qalib gəlirdi?!


İmam Hüseyn (ə) buyurur: “Atam nəql edir: “Bədr döyüşünə bir gecə qalmış Xızr peyğəmbəri (ə) yuxuda gördüm və ona dedim: “Mənə elə şey öyrət ki, onunla düşmənə qalib gəlim”. O, mənə dedi: “De: یا هُوَ یا مَن لا هُوَ إلاّ هُوَ، ”
O zaman ki, səhər açıldı, onu Peyğəmbərə (s) danışdım. Buyurdu: “Ey Əli! Allahın əzəmətli adı sənə öyrədilmişdir”. Bədr günü bu cümlə davamlı olaraq dilimdə idi””.
İmam Əli (ə) bu cümlələrdən sonra “Tövhid” surəsini oxuyurdu. Sonra yenə həmin cümləni deyir və buyururdu: “Məni bağışla və kafir dəstəyə qalib et!”...


İmam Rzaya (ə) zəhərli qılıncla hücum edən zalımlar, nəyin şahidi oldular?


Əbu Həbib Hərsəmə - Məmunun işçilərindən idi. Amma həm də İmam Rzanı (ə) sevənlərdən idi. O, nəql edir: “Məmunun sarayında şayiə yayılır ki, İmamı (ə) öldürüblər. Ancaq bu xəbərin doğruluğunda şəkkim var idi. Saraya getdim. Məmunun nökərləri arasında Səbih Diləmi adlı bir nəfər var idi və o, məni görən kimi, bir kənara çəkib dedi: “Keçən gecə Məmun bizi yanına çağırmışdı. Sarayında o qədər şam yandırmışdı ki, elə bil gündüz idi. Zəhərə batılrılmış qılıncları gördük. O, bizdən əhd aldı ki, ona itaət edəcəyik və dediklərini yerinə yetirəcəyik. Bizə əmr etdi ki, hər birimiz bu qılınclardan birini götürək və İmamın (ə) evinə gedək. Onu əhatəyə alıb, qılıncla tikə-tikə edək. Əgər bu işi görsək, Məmun bizə on kisə pul və on mülk hədiyyə edəcəkdir. Biz də onun əmr etdiyi kimi İmamın (ə) evinə getdik və İmam (ə) yataqda idi. Onu qılınclarımızla tikə-tikə etdik və qanını yatağın örtüyü ilə silib, saraya qayıtdıq. And verdik ki, Məmunun əmrini yerinə yetirmişik. Məmun çox şad oldu...


Bu insanın əxlaqını İmam Hüseyn (ə) islah etdi!


Hədislərimiz buyurur ki, insanı başqaları yanında sevimli və məhbub edən sifətlərdən ən mühüm olanı – xoş əxlaqa və xoş xasiyyətə malik olmaqdır. Xoş əxlaqlı insan başqalarını özünə maqnit kimi çəkər. Əbul-Qasim Şəhbaz adlı bir yazar, öz dostu haqqında yazır: “Dostum o qədər gözəl əxlaqa malikdir ki, onun nuraniliyini bütün insanlar hiss edirlər. O yerdə ki, əyləşir, insanlar onu dövrəyə alırlar. Ona görə də adını “İmamzadəyi-səyyar” qoyublar. Bütün bu ehtirama baxmayaraq, çox sadə insandır.
Həzrət Peyğəmbərdən (s) belə bir hədis vardır ki, buyurur: “Həqiqətən də xoş xasiyyət – dostluq və məhəbbəti təmin edəndir. Xoş üzlü olmaq – kini aradan aparandır”...


İmamətliyin nişanəsi sayılan Mushəfi-Fatimə nədir?


Mushəfi-Fatimə o kitabın adıdır ki, İmam Əlinin (ə) vasitəsilə yazılmışdır. Bu kitabın içində olanlar isə vəhy mələyi vasitəsilə Xanıma (s.ə) təlqin edilmişdir. Bu kitabda qeyb hadisələri və Ali-Muhəmmədin (ə) sirləri bəyan edilmişdir. Bu kitab İmamətliyin nişanəsi sayılır və İmamların (ə) yanında əldən-ələ ötürülür. Hal-hazırda İmam Zaman ağanın (ə.f) əlindədir. Əksər hədislərə görə, Peyğəmbərdən (s) sonra nəşr edilmişdir. Həzrət Peyğəmbər (s) onun haqqında məlumat verməmişdir. Lakin bu, o demək deyildir, ki, Həzrət (s) həmin kitabdan xəbərsiz idi. Bizim əqidəmiz belədir ki, Allahın izni ilə onun gələcəkdən xəbəri var idi. Bu kitab İmamətliyin nişanəsi olduğu üçün, tərkibində olanlar insanlara açıqlanmamışdır. Ona görə də ümumi insanların ondan xəbərləri yoxdur və onların ixtiyarına qoyulmamışdır.


Peyğəmbərimiz (ə) bütün ayələri İmam Əliyə (ə) təfsir və mənaları ilə imla etmişdirmi?!


... Həzrət Əli (ə) buyurur: “Peyğəmbərə (s) elə bir ayə nazil olmamışdır, məgər o halda ki, Həzrət (s) mənim üçün qiraət və imla edərdi və mən də onu yazardım. Təfsirini, izahatını, nəsxi və mənsuxu, möhkəm və mütəşabih ayələri mənə öyrədərdi. Peyğəmbərin (s) mənə öyrətdiyi heç bir elmi unutmadım və yazdım”.
Ona görə də deyə bilərik ki, hal-hazırda mövcud olan Quranın ayələrinin sayı və mətni ilə bu mushəf arasında fərq yoxdur. Fərqi təfsir və izahatındadır, yəni Quranın batinində. Əlbəttə, o Quranı ki, İmam Əli (ə) təfsir etmişdir, şübhəsiz ki, başqa təfsirlərdən daha kamil və daha dəyərlidir. İbni Cəbri deyir: “Əgər Əlinin (ə) mushəfi tapılsaydı, onda mütləq böyük elmlər də tapılardı”.


Hansı namazı Peyğəmbər (s) namaz hesab etmirdi?


Əbu Hüreyrə rəvayət edir ki, bir gün Peyğəmbər məsciddə idi. Bir nəfər də məscidə daxil olub namaz qılmağa başladı. Peyğəmbər kənardan ona baxırdı.
Həmin adam namazı çox tələsik və başdansovdu qılırdı. Qılıb qurtarandan sonra çıxıb getmək istəyəndə Peyğəmbərə salam verdi (yəni Onunla sağollaşdı) , Peyğəmbər onun salamının cavabını alıb buyurdu: \"Get, namazını bir də başdan qıl. Çünki sən namaz qılmadın\". O adam yenə həmin şəkildə namazını təzədən qıldı. Peyğəmbərə salam verib getmək istəyəndə o, həzrət yenə buyurdu: \"Namazını başdan qıl, çünki sən namaz qılmadın\". Üçüncü dəfə də bu hadisə təkrar oldu...


Türmə rəislərini ibadəti ilə heyran edən hansı imam idi?!


İsa bir müddət sonra Haruna məktub yazır və xəbər verir ki, İmam Kazım (ə) zindanda ancaq ibadətlə məşğul olur. Ya kimisə göndərsin ki, onu azad etsin, ya da mən özüm onu azad edəcəyəm. Harun bundan sonra İmamı (ə) Bağdada gətirir və onu Fəzl ibni Rəbihə tapşırır. Bir müddət sonra ona əmr edir ki, İmama (ə) işgəncə versin, ancaq Fəzl qəbul etmir. Ona görə də Harun İmamı (ə) Fəzl ibni Yəhyaya tapşırır. İmam (ə), Fəzlin evində də ancaq ibadətlə məşğul olur və Harun bu xəbəri eşidən zaman qəzəblənir. Nəhayət Yəhya İmamı (ə) Səndi ibni Şahəkə tapşırır. Səndi də İmamı (ə) zindanda zəhərləyir. Səndi İmamı (ə) şəhid etdikdən sonra, mübarək cənazəsini şəhər fəqihlərinə göstərib deyir ki, baxın, o, özü ölübdür. Mübarək cismində heç bir yara izi yoxdur...


İmam Hüseyn (ə) niyə zəvvar cavana “Əhsəntu” dedi?


Ayətullah Muhəmmədrza Birucerdi nəql edir: “Məşkur ağa yuxuda görür ki, İmam Hüseynin (ə) hərəminə getmişdir. Orada olanların hamısı ziyarətlə məşğul idilər. Bir neçə nəfərdən başqa ki, onlar heyvan simasında idilər. Bu zaman hərəmə bir cavan daxil olur və deyir: “Əssəlamu əleykə, ya Əba Abdullah!”. O Həzrət (ə) cavab verir: “Əleykə səlam, əhsəntu”. Məşkur ağa yuxudan oyanır və hərəmə tərəf yollanır. O, deyir: “Hərəmin mənzərəsini yuxumda olduğu kimi gördüm. Əlbəttə, hamı insan qiyafəsində idilər. Ancaq insanlar o insanlar idi ki, yuxuda görmüşdüm...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter