İmam Səccadın (ə) Ramazan ayına verdiyi 5 ad hansılardır?!
İmam Səccad (ə) “Səhifeyi-Səccadiyyə” kitabında Ramazan ayına 5 ad vermişdir ki, onlarla tanış olaq:
1. Ramazan ayı. İmamın (ə) bu müqəddəs ay üçün qərar verdiyi ilk ad – Ramazan ayıdır. Ramazan sözü “rəməz” sözündən götürülmüşdür ki, mənası günəşin yandırıcı nur saçmasıdır. Yəni, yüksək hərarət, yandırıcı hərarət nəzərdə tutulur. Peyğəmbərimiz (s) ona görə buyurur: “Bu ayın adını ona görə Ramazan ayı qoyublar ki, bu ayın nuraniliyi və hərarəti keçmiş günahları yandırar. Əməl dəftərinin qara səhifələrini ağardar”.
2. Orucluq ayı. Həzrət Peyğəmbər (s) buyurur: “Allah Təala buyurmuşdur: “Oruc – Mənim üçündür və Mən onun mükafatını verəcəyəm”. Oruc nəfsani istəkləri və şəhvəti aradan aparır və qəlbin səfasına səbəb olur. İnsanın həm zahirini və həm də batinini paklayır və zinətləndirir. İnsana Allahın nemətlərini göstərir və əvəzində də insan Allaha şakir olur.
İmam Rza (ə) iftar zamanı Allah-Taala (c.c) ilə necə münacat edərdi?!
... İmam Rzadan (ə) nəql edilir ki, buyurub: “Hər kim iftar zamanı desə: “Allahım! Sənin tövfiqinlə Sənə xatir oruc tutdum. Sənin əmrinlə verdiyin ruzi ilə iftar etdim. Ona görə onu bizdən qəbul et və bizi bağışla. Həqiqətən, Sən çox bağışlayan və mehribansan” - Allah da hər bir eyb və ya nöqsanına görə orucuna təsir edən günahları bağışlayar”. Muhəmməd ibni Sənan İmam Rzaya (ə) orucun fəlsəfəsi haqqında sual verir və Həzrət (ə) buyurur: “Orucun səbəbi - aclıq və susuzluq ağrısını dərk etməkdir ki, bəndə zəlil, yalvaran və səbirli olsun. Axirətin şiddətini başa düşsün. Bununla yanaşı, oruc zamanı nəfsani meyillər sınar. Axirət üçün bir moizədir və dünya və axirətdə yoxsul insanların halından agah olmaqdır”.
Əhli-Beyti (ə) ziyarət edə bilməsək kimlərin görüşünə gedək?! İmam Kazimin (ə) hədisi
Alimləri və seyyidləri ziyarət etmək – məkarim əxlaqdan hesab olunur. İmam Kazım (ə) buyurur: “O kəsin ki, bizi görməyə imkanı olmaz, bizim dostlarımızdan olan saleh bəndələrin görüşünə getsinlər ki, bizi görməyin savabı onun üçün yazılar.
O kəsin ki, bizi ziyarət etməyə imkanı olmaz, bizim dostlarımızdan olan saleh bəndələri ziyarət etsinlər ki, bizi ziyarət etməyin savabı onun üçün yazılar”.
Hz Peyğəmbərin (s) hədisinə əsasən İmam Əlinin (ə) ümmət üzərində əsas haqqı nədir?!
Həzrət Zəhra (s.ə) buyurur: “Həqiqətən də kamil və həqiqi xoşbəxt o kəsdir ki, İmam Əlini (ə) həyatda olan dövrdə və öləndən sonra sevər”.
Ata haqqı kimi olan haqq. Həzrət Peyğəmbər (s) buyurur: “Əlinin (ə) bu ümmət üzərində olan haqqı, atanın övladı üzərində olan haqqı kimidir”.
İmam Əli (ə) – hidayət qapısıdır. İmam Kazım (ə) buyurur: “Əli (ə) – hər an hidayət qapısıdır. Ona görə də hər kim bu qapıdan daxil olarsa, mömindir. Hər kim ondan çıxarsa, kafirdir. Hər kim ona daxil olmaz və xaric olmazsa – o təbəqədən olar ki, işi Allahladır”.
On ikinci İmamın adından sonra yazılan (ə.f) hərflərinin mənası nədir?
Müqəddəs adları yazdıqdan və söylədikdən sonra onlara olan hörmətimizi göstərməliyik. Məsələn, İmamların adlarından sonra “əleyhissalam” deyilir, yaxud bunun qısaldılmış şəkli olan (əs) və ya (ə) yazılır. Həzrət Mühəmməd Peyğəmbərin adı çəkiləndə və ya yazılanda isə salavat söyləmək, həzrətin özünə və nəslinə salam göndərmək az qala vacib səviyyəsində təkid edilən müstəhəb əməldir. On ikinci İmamın zühurunu gözləmək və buna hazırlaşmaq hər bir müsəlmanın vəzifəsidir. O həzrətin adı çəkilərkən ərəb dilində “Allah onun zühurunu tezləşdirsin” mənasını verən “əccəlallahu fərəcəhu” ifadəsi deyilir. Yazıda bunu qısa şəkildə baş hərfləri ilə (ə.f) formasında ifadə edirlər.
İmamlarımız (ə) son nəfəslərində bizlərə nə haqda vəsiyyət ediblər?!
Ayətullah Məzahiri insanları zülm etməkdən çəkinməyə dəvət edərək, onun aqibətlərindən danışmışdır. Alim buyurur: “Əgər Məsum İmamların (ə) həyatına nəzər salsaq – xüsusilə də İmam Səccadın (ə), İmam Hüseynin (ə), Əmirəl-möminin (ə) – görərik ki, şəhid olan zaman son vəsiyyətləri insanları zülmdən çəkindirmək olmuşdur. Halbuki, onlar özləri ən böyük zülmlərə məruz qalmışdırlar. Bu dünyadakı ən məzlum insan – İmam Hüseyn (ə) və o Həzrətin (ə) tərəfdaşları idi. Lakin, buna baxmayaraq, İmam (ə) son nəfəsini verən zaman vəsiyyəti bu idi ki, Allahdan başqa pənahı olmayan heç kəsə zülm edilməsin...
Xəstə olan zaman belə dua edək – İmam Səccaddan (ə) öyrənək
İmam Səccad (ə) buyurur: “Allahım! Bədənimin sağlamlığına görə ki, davamlı olaraq ona görə işlərimi görə bilirdim, sənə şükür edirəm. Bədənimə düçar etdiyin bu xəstəliyə görə sənə həmd edirəm. İndi, ey mənim Allahım, bu iki haldan hansının Sənə şükür etmək üçün daha layiqli olduğunu bilmirəm. Bu iki vaxtdan hansı birinin Sənə həmd etmək üçün layiqli olduğunu bilmirəm. Bədənim sağlam olanda Öz pak ruzilərini mənə xoş etmişdin. Mənə onlarla Sənin fəzl və razılığını axtarmaq üçün sevinc bəxş etmişdin. Onlardan faydalanaraq, itaətlərim üçün güclü etmişdin. (Hansı daha yaxşıdır? O zaman ki, sağlam idim...).
Yoxsa o zaman ki, xəstəliklə məni imtahana çəkmisən? Mənə elə nemətlər vermisən ki, onların vasitəsilə belimi ağırlaşdıran günahlarım yüngülləşmişdir. O günahlardan paklanmaq mənbəyi olmuşdur ki, ona qərq olmuşam...
Niyə İmamların (ə) nəsli Peyğəmbərdən (s) aparılır? – İmam Kazımın (ə) Haruna cavabı
Harun dedi: “Sənə bir sual verəcəyəm, əgər cavabını düzgün versən, səni azad edəcəyəm və bundan sonra heç kəsin sənin əleyhinə olan sözünə əhəmiyyət verməyəcəyəm. Hansı səbəblə siz bizdən üstünsünüz? Halbuki, bizlər və sizlər Əbdülmüttəlibin nəslindənik. Əmioğlanlarıyıq?”. İmam (ə) buyurdu: “Ona görədir ki, Abdullah və Əbu Talib bir ata və anadan olmuşdular. Ancaq Abbasın anası bu ikisinin anasından qeyrisi olmuşdur”. Harun dedi: “Özünüzə necə icazə verə bilirsiniz ki, sizi Peyğəmbərin (s) oğlanları kimi çağırsınlar? Halbuki, siz Əli ibn Əbitalibin (ə) övladlarısınız. İnsan atası tərəfindən əcdadlarına qoşular, anasının rolu olmaz?”. İmam (ə) buyurdu: “Əgər Peyğəmbər (s) sağ olsaydı və sənin qızını özünə elçilik etsəydi, qəbul edərdinmi?”. Harun dedi: “Bəli”. İmam (ə) buyurdu: “Ancaq əgər məndən elçilik etsələr, qəbul etmərəm”. Harun dedi: “Niyə?”. Buyurdu: “Çünki mən onun vasitəsilə dünyaya gəlmişəm, sən isə başqasından dünyaya gəlmisən. O zaman ki, Peyğəmbər (s) xristianlarla mübahilə edirdi, buyurmuşdu ki, ancaq oğlanlarımız, qadınlarımız və özümüz olaq. Bir-birimizə nifrin edək. (O,) ancaq Həsəni (ə), Hüseyni (ə), Əlini (ə) və Fatiməni (s.ə) özü ilə apardı.
Əhli-Beyt (ə) davamçıları son nəfəslərində kimləri görərlər?
Nəql edilir ki, bir dəstə İmam Sadiqin (ə) xidmətində idilər. Söhbət Əhli-Beyt (ə) davamçılarından düşdü. İmam Sadiq (ə) buyurdu:“Bizim davamçılarımız ömürlərinin sonunda elə şeyləri görürlər ki, gözləri o şeyləri görməklə aydın olur və şad olurlar”. Orada olanlardan biri soruşur: “Hansı şeyi görərlər?”, Bu sualı bir neçə dəfə təkrar edir, ancaq İmam (ə) hər dəfəsində buyurur: “Görərlər”. Nəhayət İmam (ə) həmin sual verən şəxsi yanına çağırır və buyurur: “Sanki nə gördüklərini bilmək üçün təkid edirsən?”. O, dedi: “Bəli”. Sonra ağladı. İmam (ə) onun halına diqqət etdi və buyurdu: “O, iki nəfəri görər”. Həmin adam yenə soruşur: “Hansı iki nəfəri?”...
Əhli-Beytə (ə) münasibətdə ifrat və təfrit nədir?
İmam Zaman ağa (ə.f) buyurur: “Əhli-Beyt (ə) ardıcıllarının nadanları və az ağıllı olanları və o kəslər ki, ağcaqanadın qanadı onların dindarlığından daha möhkəm və daha üstündür – bizə əziyyət verərlər”... Hədislərimizin bir çoxunda İmamların (ə) risalətinin hədəfləri aydın şəkildə bəyan edilmişdir. Onlara müraciət edərək, İmamlarla (ə) bağlı təfəkkürümüzü dəyişdirməliyik. Ğulatların (İmamları (ə) qüdrət baxımından Allaha yaxın tutan azğın firqə) etiqadı o qədər yanlışdır ki, müxalifləri ona görə Əhli-Beyt (ə) məktəbini təkfir etdilər. Hətta onların bir dəstəsini vacibul-qətl elan etdilər. Əmirəl-möminin (ə) buyurur: “İki kəs mənim barəmdə həlak olacaqdır: biri o kəsdir ki, məni sevməkdə ifrat yolunu gedər və o birisi o kəs ki, mənimlə düşmənçilikdə təfritə düşər”.