Hz Peyğəmbər (s) yemək yeyən zamanı necə dua edərdi?!


O zaman ki, Peyğəmbərimiz (s) yemək yeyərdi, bu duanı oxuyardı: “Allahım! Onda bizim üçün bərəkət qərar ver və ondan da yaxşısını ruzimiz buyur”.
İmam Əli (ə) buyurur: “Peyğəmbər (s) üçün yemək gətirdilər. O Həzrət (s) barmağını yeməyin ortasına salır və qaynar olduğunu görəndə buyurardı: “Qoyun soyusun ki, bərəkəti çox olsun. Allah bizə qaynar yemək verməmişdir”.
İmam Hüseyn (ə) buyurur: “O zaman ki, Allahın Rəsulu (s) yemək yeyərdi, buyuraradı: “Allahım! Onda bizim üçün bərəkət qərar ver və ondan da yaxşısını ruzimiz buyur”. O zaman ki, süd içərdi, buyurardı: “Allahım! Onda bizim üçün bərəkət qərar ver və ruzimiz qərar ver”.
İmam Sadiq (ə) buyurur: “Allahın Rəsulu (s) besətdən ömrünün axırına qədər heç bir zaman söykənərək, yemək yeməzdi. Davamlı olaraq, qul kimi yemək yeyərdi və qul kimi əyləşərdi. O, bunu təvazökarlığına görə edərdi”. Həmçinin buyurur: “Peyğəmbəri-Əkrəm (s) sol əli ilə yeməyi, içməyi və nəyisə götürməyi bəyənməzdi”


Bəni İsraildə Həzrət Yəsə (ə) kim olmuşdur?


Yəsə ibni Əxtub ibni Əcuz – Bəni-İsrayil peyğəmbərlərinin birinin adıdır ki, İlyas peyğəmbərin (ə) canişini və şagirdi olmuşdur. Tövratda onun adı Yəşə kimi qeyd edilmişdir.
Belə nəql edilir ki, İliya, yəni İlyas (ə) peyğəmbər səfər edən zaman Yəsə ilə rastlaşır ki, o, öz tarlasını becərirdi. Onu öz dininə dəvət edir və Yəsə də ata və anasından icazə alaraq, İliyaya qoşulur.Tövratın nəql etdiyinə görə, İliya onu xəlifə təyin edir.
Başqa yerdə nəql edilir ki, İlyas bir qul qadının evində qalırdı ki, əri ölmüşdü və oğlu Yəsə ağır bir xəstəlik tutmuşdu. İlyas ona şəfa verir və Yəsə də onun dininə daxil olur. İlyasdan sonra nəbi olur və Bəni-İsrayil onu qəbul edir. İmam Rza (ə) onun haqqında buyurur: “Yəsə də, İsa (ə) kimi işlər görür. Yəsə də İsa (ə) kimi suyun üzərində yol gedirdi, ölünü dirildirdi. Anadan gəlmə korları və cüzam xəstələrini sağaldırdı”.


Zulkifl peyğəmbərin (ə) adı və xüsusiyyəti nə olmuşdur?!


Mərhum Qətəbələddin, Həzrət Əbdül-Əzimdən nəql edir ki, buyurub: “Bir gün İmam Cavada (ə) məktub yazdım və sual verdim: “Həzrət Zulkifl ki, peyğəmbərlərdən olmuşdur, adı nə idi? O mürsəl peyğəmbərlərdən olmuşdur?”. İmam (ə) yazdığı məktubda belə cavab verir: “Allah, Öz bəndələrini hidayət etmək üçün 124 min peyğəmbər göndərmişdir. Onların 313 nəfəri mürsəl peyğəmbər olmuşdur. Zulkifl peyğəmbər də mursəl peyğəmbərlərdən idi. O, Süleymandan (ə) sonra zühur edir. Həzrət Davud (ə) kimi insanların arasında bürhan olmadan hökm verərdi. Heç bir zaman qəzəblənməmişdir, məgər Allah rizası üçün. Zulkiflin adı Uvidiyə olmuşdur...


Həzrət Peyğəmbərin (s) bərəkətli köynəyi hansı nəticələrlə sonuclandı?!


Həzrət Peyğəmbərin (s) köynəyi çox köhnəlmişdi və 12 dirhəmdən çox pulu yox idi. Bir qədər köhnə köynəyinə nəzər saldı və pulu İmam Əliyə (ə) verib buyurdu: “Ya Əli! Bu on iki dirhəmi al və mənim üçün köynək al”. Həzrət Əli (ə) buyurdu: “Baş üstə”. Bazara gedir və Peyğəmbər (s) üçün gözəl bir köynək alır. Peyğəmbər (s) bu köynəyi görəndə qiymətini başa düşür. Əliyə (ə) buyurur: “Ürəyim istəyirdi ki, daha ucuz köynək alasan. Görəsən satıcı onu geri qaytarar?” Həzrət Əli (ə) buyurdu: “Bilmirəm”. O, bazara gedir və köynəyi qaytarır və pulunu da Peyğəmbərə (s) qaytarır. Peyğəmbər (s) bu dəfə kürəkəni ilə bir yerdə bazara gedir. Birdən yolda bir kəniz görür. Bu kəniz yolun kənarında oturub ağlayırdı və Peyğəmbərin (s) ürəyi sızıldadı. Qabağa gedib, salam verdi və buyurdu: “Qızım niyə ağlayırsan?” Kəniz dedi: “Ey Allahın Rəsulu! Ağam mənə dörd dirhəm vermişdi ki, bazara gedim, ancaq bura çatanda başa düşdüm ki, pul yoxdur. Bilmirəm harada itirmişəm, indi də geri qayıtmağa qorxuram”. Peyğəmbər (s) buyurdu: “Narahat olma”...


Həzrət Muhəmmədə (s) kim Rəsulallah ləqəbini vermişdir?


Hədislərdə oxuyuruq ki, ilk dəfə Cəbrayil Əmin (ə) Həzrət Muhəmmədə (s) Rəsulallah deyə xitab etmişdir. Hədislərimizin buyurduğuna görə, İslam Peyğəmbəri (s) besətdən əvvəl, 37 yaşında olanda yuxuda görür ki, çobanlıq edir və bir nəfər yanına gəlib deyir: “Ya Rəsulallah!”. Həzrət (s) ondan soruşur: “Sən kimsən?”. Deyir: “Mən Cəbrayiləm. Allah məni göndərmişdir ki, səni Rəsul ünvanında qərar verim”. Həzrət Peyğəmbər (s) bu yuxunu heç kəsə danışmırdı. Bu hədisə əsasən, Peyğəmbərə (s) ilk Rəsulallah deyən kəs Cəbrayil (ə) olmuşdur. Həzrət (s) məbus olduqdan sonra isə bütün müsəlmanlar, o cümlədən İmam Əli (ə) və başqa səhabələr ona “Rəsulallah” deyə xitab etdilər. Ancaq bəzi müsəlmanlar Peyğəmbərin (s) qədrini bilmirdilər və onu ədəbli şəkildə çağırmırdılar. Sanki özləri ilə eyni sırada olan insanı çağırırmış kimi, Həzrəti, “Muhəmməd (s)” deyə səsləyirdilər. Allah Təala onların bu ədəbsizliyinin qarşısını almaq üçün buyurdu: “Peyğəmbərin sizin aranızdakı (hər hansı bir din və dünya işindəki) dəvət və çağırışını sizdən birinin digərini dəvət və çağırması kimi hesab etməyin (və onu əhəmiyyətsiz saymayın)...


Həzrət İsanın (ə) ardınca suyun üzərində yeriyən insanın əhvalatı


İmam Sadiq (ə) nəql edir: “İsanın (ə) təbliğatdakı yolu bu idi ki, səfərə çıxardı. Bir gün səfər niyyətilə şəhərdən çıxdı və səhabələrin arasında qısa boya malik olan bir nəfər var idi. İsa (ə) dənizə çatan zaman yəqinliklə Allahın adını çəkir və suyun üzərində yeriməyə başlayır. Bunu görən həmin kişi də İsa kimi Allahın adını yəqinliklə çəkir və İsanın ardınca suyun üzərində yeriməyə başlayır. Bu zaman təkəbbür ona qalib gəlir və öz-özünə deyir: “Bu, İsa (ə) Ruhullahdır və suyun üzərində yeriyə bilir, mən də onun kimi yeriyirəm. Onun məndən üstünlüyü nədədir ki?””. İmam Sadiq (ə) davamında buyurur: “Elə ki, belə düşünür – suya düşür və İsanı ona yardım etməsi üçün çağırır. İsa onu sudan çıxardır və o, düşüncələrini İsaya (ə) danışır və deyir ki, təkəbbürə düçar olmuşdur”. İsa buyurur: “Allahın qəzəbinə düçar olmusan və dediklərinə görə Allah dərgahında tövbə et”.
İmam Sadiq (ə) sonda buyurur: “O kişi tövbə edir və Allahın ona verdiyi məqama geri qayıdır”.


Mömin sevincli olmalıdır, yoxsa kədərli? Hz İsa (ə) ilə Yəhyanın müzakirəsi


Həzrət Yəhya (ə) görür ki, Həzrət İsa (ə) gülümsəyir. Ona xitab edərək, deyir: “Niyə səni qafil insanların simasında görürəm? Sanki İlahi əzabdan amandasan?”.
Həzrət İsa (ə) cavabında Həzrət Yəhyaya (ə) buyurur: “Nə səbəbdən səni nigaran və narahat görürəm? Sanki İlahi rəhmətdən ümidsiz olmusan?”.
Hər ikisi bu mövzular haqqında müzakirələr etməyə başladılar. Ancaq bir yerə gəlib çata bilmədilər. Ona görə də İlahi vəhyin enməsini gözlədilər.
Allah Təala onlara belə bir vəhy göndərdi: “Siz iki nəfərin arasından Mənim üçün ən sevimlisi o kəsdir ki, üzü gülür və Mənə qarşı hüsnü-zənni daha çoxdur”.
Bu mövzuda İmam Əlinin (ə) dəyərli bir kəlamı yada düşür: “Möminin şadlığı üzündə, qəmi isə qəlbindədir”.


Həzrət Zəkəriyyə (ə) Aşura hadisəsi ilə necə tanış olur?


Həzrət Zəkəriyyə (ə) Allahdan istəyir ki, Ali-Əbanın adlarını ona təlim versin. Cəbrayil (ə) bu adları öyrətmək üçün nazil olur.
Zəkəriyyə (ə) nə zaman Həzrət Muhəmmədin (s), Həzrət Əlinin (ə), Həzrət Fatimənin (s.ə), Həzrət Həsənin (ə) adlarını çəkərdi, qəm və qüssəsi aradan gedərdi. Ancaq nə zaman İmam Hüseynin (ə) adını çəkərdi, qəhər onu basardı. Bir gün Zəkəriyyə (ə) bununla bağlı Allaha buyurur: “Allahım! Nə üçün mən o dörd nəfərin adını çəkən zaman qəm və qüssəm aradan gedir, ancaq o zaman ki, İmam Hüseynin (ə) adını çəkirəm, gözlərim yaşla dolur?”. Allah Təala da İmam Hüseynin (ə) başına gələcəklərini ona şərh edir. Uca Allah buyurur ki, K – yəni, İmam Hüseynin (ə) Kərbəlası. H – yəni, həlakət. Y – yəni, Yezid (lən). Ə – yəni, İmam Hüseynin (ə) ətşi (susuzluğu). S – yəni, səbir mənasındadır.
Bu macəradan sonra Həzrət Zəkəriyyə (ə) çox təsirlənir. Üç gün məsciddən çıxmır və o günləri heç kimə icazə vermir ki, məscidə daxil olsun. Ağlamaq və nalə çəkməklə məşğul olur.


Həzrət Peyğəmbəri (s) niyə öz evində dəfn etdilər?


Həzrət Peyğəmbər (s) vəfat edəndən sonra müsəlmanlar onu harada dəfn etməklə bağlı müxtəlif təkliflər verdilər. Bəziləri dedi ki, məsciddə dəfn olunsun, bəziləri dedi ki, səhabələri ilə birgə dəfn olunsun... Nəhayət Əmirəl-möminin (ə) buyurur: “Allah Peyğəmbəri (s) ən pak yerdə qəbzi-ruh etmişdir, ona görə də yaxşı olar ki, vəfat etdiyi otaqda da dəfn olunsun”. Müsəlmanlar İmam Əlinin (ə) bu sözünü qəbul etdilər. Ona görə də Peyğəmbəri (s) o yerdə dəfn etdiər ki, orada Allaha pərəstiş edir və Onu yada salırdı.


İmam Hüseyn (ə) ilə Həzrət Yəhyanın (ə) hansı 10 oxşar cəhəti vardlr?!


Həzrət Zəkəriyyə (ə) Allaha dua edir ki, ona İmam Hüseyn (ə) kimi bir övlad əta etsin. Allah da ona, ahıl yaşında olmasına baxmayaraq, Həzrət Yəhyanı (ə) verir. Yəhyanın (ə) da sonradan İmam Hüseyn (ə) kimi başını kəsib, şəhid edirlər. Əgər bu müqəddəs insanların həyatına nəzər salsaq, görərik ki, aralarında çox oxşarlıqlar vardır. O cümlədən:
1. Allah Zəkəriyyəyə (ə) Yəhyanın doğulacağı müjdəsini verir. Həmçinin Allah Həzrət Muhəmmədə (s) İmam Hüseynin (ə) dünyaya gələcəyi müjdəsini vermişdir. Cəbrayil Muhəmmədə (s) buyurmuşdur: “Allah sənə Fatimədən (s.ə) doğulacaq körpənin müjdəsini verir”.
2. Hər iki dahi insan 6 aylıq olan zaman dünyaya gəlmişdilər. 3. Hər ikisinin adını Allah qoymuşdur. 4. Hər ikisi süd içməmişdir. 5. Hər ikisinin alnı parıldayardı...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter