Bu aləm sona çatandan sonra təzə yaradılış olacaq?
Allahın mütləq feyz verməsi daimi yaradılışı tələb edir və yaradılışa laiq olan hər bir şeyi yaradır. Nəticədə fəyyaz olmağın tələbi yaratmaqdır. Allah heç vaxt feyzindən maneçilik etməyib və etmir, bəlkə onun feyzi həmişə cərəyan edir. Çünki Allahın nə əvvəli var nədə sonu, bəlkə o həmişə olub və olacaq. Nəticədə Allahın feyzidə həmişə olub və olacaq. Allahın feyzi hər zamanda bir nəslin yaradılması ilədir. Hazırki nəsl Quran və rəvayətlərin sözünə əsasən bir adəmin zürriyəsindəndir ki, torpaqdan və sudan yaradılıbdır. Təfsiri Safidə Qaf/15: \"Biz ilk yaradılışda aciz qaldıq (ki, Qiyamət yaradılışına qadir olmayacaq)?!\"Amma onların bu qədər aydın dəlillərlə) yenə təzə yaradılışda şəkləri var\".
İmam Baqir (ə) nəzərdə tutulan sual haqda belə buyurur: \"O zaman ki, Allah bu Adəm nəslinin və bu aləmin ömrünü sona çatdırdı və cənnət əhlini cənnətdə çəhənnəmlikləri cəhənnəmdə sakin etdi təzə insanlar ki, heç bir Ata anadan dünyaya gəlməyiblər yəni bir dünya yaradacaq. Müvəhhid insanlar ki, Allaha ibadət edəcəklər. Onlar üçün bu yerdən başqa bir yer icad edəcək ki, onun üzərində sakin olsunlar və o göy ki, onun sayəsində sığınalar. Siz xəyal edirsiz ki, siz bəşərdən başqa yəni Adəm Əbul- bəşərin nəslindən başqa bəşər yaradılmayıbdır? Bəli and olsun Allaha Allah minlərlə Aləm və minlərlə Adəm yaradıbdır... Bu hədisin əvvəlinə əsasən bu dünya sona çatandan sonra, yaradılış bitməyəcək, bəlkə təzə yer və təzə göylə təzə insanlar yaradılacaq. ...
İnsan öz etİqadını hansı yollarla gücləndİrə bİlər?
Müsəlman fərd əqidə əsasları və dini prinsiplərə inamını o qədər gücləndirməlidir ki, uyğun sahədə müxaliflər tərəfindən hücuma məruz qaldıqda müqavimət göstərib, qəti dəlillərlə əqidəsini müdafiə edə bilsin.
Şəfaət nədİr, necədİr, kİmlərə aİddİr?
Şəfaət kəlməsinin mənası iki şeyin bir-birinin yanında qərar tutmasıdır. İslam dinində şəfaət İlahi seçilmişlərin vasitəçilik etməsidir.
Şəhid Mütəhhəri yazır: “Şəfaətin növləri vardır ki, bəziləri yanlış və zalımcasınadır. İlahi dərgahda belə biri yoxdur. Ancaq bəziləri isə düzgün və adilcəsinədir. Şəfaətin əqli və nəqli cəhətdən yanlış hesab edilən növü odur ki, günahkar vasitə tapar və onun vasitəsilə İlahi hökmə nüfuz edər. Ancaq düzgün şəfaət, qanunu təsdiq edər”.
Bİz Əhli-beytə (ə) nİyə təvəssül edİrİk?
“Təvəssül” sözü “vəsələ” sözündən götürülmüşdür və yaxınlaşmaq mənasını verir. Bu gün təvəssül sözü bizim Əhli-beytə (ə) münasibətdə etdiyimiz xüsusi əmələ şamil edilir. Həzrət Peyğəmbəri (s) və ya İmamlardan (ə) birini Allah dərgahında vasitə qərar veririk. Bu yolla Allahdan hacətimizi istəyir və onlara xatir günahlarımızın bağışlanmasını istəyirik. Onları Allah yanında öz şəfaətçimiz qərar veririk.
Nə üçün Allah haqqında araşdırmalar aparmalıyıq?!
Tarix boyunca bəşər övladının çoxu cahanın bir yaradanı olduğuna əqidə bəsləmiş, bu əqidə onların qədim və sarsılmaz inanclarından olmuşdur.Mədəni bir bəşərin meydana çıxmasında və elmlərin yaradılmasında layiqli rolları olan bir çox dəyərli alimlər, filosoflar, tədqiqatçılar, ixtiraçılar buna (cahanın bir yaradanı olduğuna) etiqad bəsləmiş və bəsləməkdədirlər.
Rəcət zamanı kİmlər bu dünyaya qayıdacaq?
Rəcət odur ki, İmam Zaman ağa (ə.f) zühur edəndən sonra iki qrup insanlar bu dünyaya yenidən qayıdacaq və yenidən yaşayacaqlar. Bu dəstədən biri möminlər və o biri isə kafirlərdir. Bəs rəcətin fəlsəfəsi nədir?
İLAHİ QƏZA VƏ İNSANIN İXTİYARI NECƏ İZAH OLUNUR?
“Qəza” sona çatmaq, işi qurtarmaq mənasını daşıyır və bir işin son mərhələsini “qəza” adlandırmaq olar. “Qəza”nın da “təqdir” kimi iki kateqoriyası var: “Elmi qəza” və “eyni qəza”. İşin sona çatmasını və sonuncu mərhələsini bilməyə “elmi qəza”, işin sona çatıb, həqiqətdə gerçəkləşməsinə isə “eyni qəza” deyilir.
RƏCƏT BARƏSİNDƏKİ ƏQİDƏMİZ NƏDİR?
On iki İmam şiələrinin Peyğəmbər (əleyhis-salam) Əhli-Beytindən gəlib çatan hədislərə əsaslanan əqidələrindən biri də budur ki, Allah-Taala ölüb dünyadan gedən bəzi şəxsləri dünyada olduqları bədən və surətlə dirildib onlardan bəzilərinə izzət bəxş edəcək, bəzilərini isə zəlil edəcəkdir. Haqqpərəstlərin haqqını batilpərəstlərdən, məzlumların haqqını zalımlardan alacaqdır. Bu hadisə Məhdi (əleyhis-salam)-ın qiyamı zamanı baş verəcəkdir.
Allahın «Cəmal» və «Cəlal» sİfətlərİ hansılardır?
Allahın «Cəmal» və «Cəlal» sifətləri (xüsusiyyətləri)
Biz inanırıq ki, Allahın Pak Zatı hər bir eyib və nöqsandan uzaqdır və O, bütün kamal sifətlərinin sahibidir. Həqiqətdə O, mütləq kamilliyin özü və kainatın yaradanıdır.