Siffeyn döyüşündə Fəratın yolunu bağlamış düşməni kim əzdi?


Abdullah ibni Qeys, İmam Əli (ə) haqqında deyir: “Siffeyn döyüşündə İmam Əlinin (ə) ordusunda idim. Əbu Əyyub Sələmi, Müaviyyənin (lən) ordu rəhbərlərindən idi ki, Fərat çayının qarşısını bağlayır. Ordudakılar susuzluqdan İmama (ə) şikayət edirlər. İmam (ə) da su gətirmək üçün bir neçə dəstə göndərir, ancaq onlar ümidsiz qayıdırlar. Bu zaman atasını nigaran görən İmam Hüseyn (ə) buyurdu: “Atacan! Mən su yolunu açmaq üçün gedimmi?”. İmam Əli (ə) buyurdu: “Bəli, oğlum get!”. İmam Hüseyn (ə) bir dəstə götürüb, su yolunu açmaq üçün düşmənə hücum çəkdi. Düşmən əsgərlərini Fəratın kənarından qovdu və orada xeymə qurdu. Bir neçə adamı oranı qorumaq üçün vəzifələndirdi. Sonra atasının yanına gəldi və qələbəsini ona müldə verdi. İmam (ə) bu xəbərdən ağladı. İmama (ə) deyirlər: “Ey Əli! Niyə ağlayırsan? Bu, döyüşdə əldə etdiyimiz ilk qələbədir!”. İmam (ə) buyurdu: “Bəli, doğrudur. Ancaq mən Aşura gününü yada saldım ki, Hüseynim (ə) dodağı susuz halda şəhid olacaqdır.


İmam Həsənin (ə) qatilləri – İmam Hüseyn (ə) niyə qatilə qarşı qisas icra etmədi?


Şeyx Mufid “əl-İrşad” kitabında İmam Həsənin (ə) şəhadəti barədə yazır: İmam Həsən (ə) şəhadətinə yaxın vaxtlarda qardaşı İmam Hüseyni (ə) yanına çağırıb buyurur: “Qardaşım, yaxın günlərdə mən sizin aranızdan ayrılacam. Məni zəhərləyəcəklər, zəhər ciyərimi parçalayacaq. Bunu kimin edəcəyini və kimin sifarişi olduğunu bilirəm. Mən özüm Allahın hüzurunda onlarla hesabımı görəcəm. Səni, üzərində olan haqqıma ad verirəm ki, sən yalnız baş verənləri izlə və Allahın haqqımda olan qəza-qədərini gözlə.” Tarixçilərin bildirdiyinə görə İmamın (ə) şəhadətindən sonra Müaviyyə vəd etdiyi 50min dirhəmi Cudəyə göndərir, lakin Yezidlə evlənməyinə etiraz edərək deyir: Allah rəsulunun (s) övladını zəhərləyən birisini öz övladıma rəva görmürəm.” Bəzi tarixçilər bildirir ki, Cudə İmamın (ə) şəhadətindən sonra uzun müddət yaşayır, iki dəfə ailə həyatı qurur, hətta övladları da olur. Lakin bu qara ləkə onda heç vaxt təmizlənmir. Buna görə həmişə onun övladlarına “ərini zəhərləyənin uşaqları” deyərdilər...


İmam Rzanın (ə) bacısı Həzrət Məsumə (s.ə) niyə Quma səfər edir?


... Xanımın Quma səfəri ilə bağlı qeyd edilir ki, o xanım, İrana məcburi gətirilən əziz qardaşı Həzrət Rzanı (ə) görmək üçün gəlmişdir. Təəssüf ki, bu görüş baş tutmamışdır. Xanım Məsumə (s.ə) Savəyə çatan zaman xəstələnir və göstəriş verir ki, onu Qum şəhərinə aparsınlar. O Xanım (s.ə) bu şəhərdə də vəfat edir. Əgər Xanımın (s.ə) yüksək ictimai məqamını nəzərə alsaq, görərik ki, onun İrana gəlməsi Məmunun (lən) hökumətini narahat etmişdir. Çox təəssüf ki, Həzrət Məsumə (s.ə) bu səfərdə möhkəm xəstələnir və qardaşı ilə görüşü baş tutmayandan sonra Quma getməyi qərara alır. Çünki bu şəhərin gələcək mövqeyindən xəbərdar idi. Yaxşı bilirdi ki, bu şəhər gələcəkdə dini maarifin mərkəzinə çevriləcəkdir. Xanımın (s.ə) ləqəblərindən biri Mühəddisə idi və bu da onun qeyb elmindən xəbərdar olmasını bir daha təsdiq edir. Ona görə də deyə bilərik ki, xanımın İrana səfərinin əsil məqsədi – qardaşı ilə görüşüb, ona Məmunun zülmündən yardım etmək olmuşdur.


Kərbəlada ZEYNƏBİ ÜZƏN XƏBƏR hansı hadisədən ibarət idi?


İmam Səccad (ə) buyurur: Atam şəhid olan günün gecəsi mən xəstə idim. Bibim Zeynəb mənimlə məşğul idi. Atam öz xeyməsinə getdi. Əbuzərin azad etdiyi qul Con onun yanında qılıncını tə`mir edirdi. Atam neçə dəfə bu şe`ri oxuyurdu: «Ey ruzigar bezmişəm səndən. Sən nə pis dostsan! nə vaxtacan səhər və axşam qanına qəltan olmuş (insan) arzu edəcəksən? Ruzigar heç kimi başqasının yerinə qəbul etmir. ölüm Allahın əlindədir və hamı ölüm yolu keçəcəkdir.» ...
İmam Hüseyn (ə) Zeynəbə baxıb buyurdu: «Əziz bacım! Sə`y et ki, Şeytan səbrini əlindən almasın.» Sonra isə gözləri dolmuş halda bu məsəli dedi: «Əgər ovçu Qəta quşunu rahat qoysaydı, yuvasında yatardı.» (Yə`ni düşmən bizdən əl çəkməyəcək.) Sonra bibim dilləndi: «Bizi daha çox ağrıdan odur ki, sənin üçün çıxış yolu olmaya və çarəsiz ölüm şərbətini içəsən.» Bunu deyəndən sonra o, huşunu itirib yerə yıxıldı.


İmam Hüseynin (ə) qızı Fatimənin qılıncdan kəskin sözü Yəzidin məclisini bir-birinə vurdu?!


Əsirlər saraya daxil olduqda Yezid öz “qalibiyyətini” nümayiş etdirmək məqsədi ilə İmamaın (ə) mübarək başını gətirməyi tələb edir. Saraydakı hər kəs Yezidi qələbəsinə görə təbrik edirdi. Lakin İmam Hüseynin (ə) böyük qızı Fatimənin öz əməli ilə qürrələnən yezidə və ordakılara üzünü tutub “Ey Yezid! Sən peyğəmbər ailəsini əsir etmisən!?” deməsi orda olanların sanki əhvalını dəyişdi. Hər kəs bir birinə qarışdırdı. Yezid taxtan enərək əlindəki əsa ilə İmamın (ə) mübarək başına vurmağa başladı. Bu zaman qadınları naləsi qalxdı. Hətta saray əyyanları belə dözə bilməyib etiraz etdilər. Vəziyyətin çətinləşməsini görən Yezid qorxaraq bu kimi alçaq hərəkətlərinə son verdi. Qorxaraq taxtına oturdu. Bu qorxu Yezidin Aşuradan sonrakı ilk qorxusu idi. Həmçinin bu, Müaviyyə və Yezid sülaləsi hakimiyyətinin məğlubiyyətinin başlanğıcı, Kərbəla hərakatının hədəflərinə doğru aparan ilk qələbə idi.


Aşurada hamı şəhid oldusa, Kərbəla hadisəsini dünyaya kimlər bəyan etmişdir?


... Bu faciəni nəql edən simalar ilə tanış olaq:
1. İlk növbədə - İmam Səccad (ə) və Həzrət Zeynəb (s.ə). O zaman 4 yaşı olan İmam Baqir (ə) də bu hadisəni nəql edən Məsumlar (ə) sırasındadır.
2. Həmid ibni Müslim Əzədi. Bu şəxs Ubeydullah ibn Ziyad (lən) ordusunun hadisələrini yazan şəxs olmuşdur. Nəql edilir ki, bu şəxs İmam Səccadın (ə) qətl edilməsinin qarşısını alan insan olmuşdur. Ona görə də Muxtar Kufəni ələ keçirən zaman ona aman vermişdi.
3. Düşmən ordusunun cinayətkarları. Kərbəla hadisəsinin bir çox cinayətkarları Muxtarın qiyamından əvvəl etdikləri əməllər ilə fəxr edir və onu insanlara iftixarla nəql edirdilər. Muxtar bu insanların bir-bir sorağına gedib, onları qətl etmişdi.


Kufə əhlinin Üç imama xəyanətinin səbəbi nə idi?


...Kufəlilərin rəftarlarının sözləri ilə uyğun gəlmədiyini tarix də etiraf edir. Belə ki, İmam Hüseyn (ə) Kufə əhlinin halı ilə maraqlanan zaman ona deyirlər: “Qəbləri səninlədir, ancaq qılıncları sənin əleyhinə çevrilmişdir”. Bu insanların ən zəif cəhətlərindən biri də budur ki, sözə tez inanan və düşməndən qorxan idilər. Ona görə də Müaviyyə (lən) onların bu sifətlərini işə salıb İmam Əliyə (ə) qarşı silah kimi çevirmişdi. Nəticədə İmamın (ə) ordusu qalib gəlməmişdi. Siffeyn döyüşü ilə bağlı yazırlar ki, o zaman ki, Müaviyyənin (lən) ordusu məğlub olmaq üzrə idi, Quranı nizələrə taxıb bu məğlubiyyətdən qaça bilmişdilər. Kufə əhli heç bir dövrdə öz rəhbərləri ilə bağladıqları əhdə vəfa etməmişdilər. Kufə əhlinin tarixini araşdıran zaman götürməli olduğumuz dərslərdən biri budur ki, səadət və xoşbəxtlik – vilayəti qəbul edib ona itaət etməkdədir. Cürətlə deyə bilərik ki, bəsirətsizlik Kufə əhlinin tənəzzül etməsinə səbəb oldu. Məhz bəsirətsizliyə görə bu cəmiyyət öz rəhbərinə yardım etmədi və düşməndən qorxdu.


İmam Hüseynə (ə) xəyanət edən ilk şəxs kim olmuşdur?


Şəbəs, İmam Hüseyn (ə) qiyamı haqqında eşidən zaman məktubu imzalayan son kəslərdən olmuşdur. Ancaq o zaman ki, Ubeydullah Kufəyə gəlir, o, İmam Hüseynə (ə) xəyanət edən ilk insan olur. İbni Ziyadın yanına gedir və Müslimə qarşı olan dəstəyə başçılıq edir.
Şəbəs, Peyğəmbər (s) nəsli ilə vuruşmağın aqibətindən xəbərdar olduğu üçün Kərbəlaya getmir və özünü xəstəliyə vurur. Ancaq İbni Ziyad onu getməyə məcbur edir. O, Aşura günü Yezid (lən) ordusunun piyadalarına rəhbərlik edir. Aşura hadisəsindən sonra öz məscidini bərpa edir və Muxtarın qiyamı zamanı gizlincə Kufədən qaçır. Bəsrəyə gedir və Muxtara qarşı çıxır. Muxtarın şəhadətindən sonra Zubeyrlilər ilə əlbir olur. Sonra Bəni-Üməyyəyə qoşulur. Nəhayət Kufədə cəhənnəmə vasil olur.


İmam Hüseynə (ə) xəyanət edən ilk şəxs kim olmuşdur?


Şəbəs, İmam Hüseyn (ə) qiyamı haqqında eşidən zaman məktubu imzalayan son kəslərdən olmuşdur. Ancaq o zaman ki, Ubeydullah Kufəyə gəlir, o, İmam Hüseynə (ə) xəyanət edən ilk insan olur. İbni Ziyadın yanına gedir və Müslimə qarşı olan dəstəyə başçılıq edir.
Şəbəs, Peyğəmbər (s) nəsli ilə vuruşmağın aqibətindən xəbərdar olduğu üçün Kərbəlaya getmir və özünü xəstəliyə vurur. Ancaq İbni Ziyad onu getməyə məcbur edir. O, Aşura günü Yezid (lən) ordusunun piyadalarına rəhbərlik edir. Aşura hadisəsindən sonra öz məscidini bərpa edir və Muxtarın qiyamı zamanı gizlincə Kufədən qaçır. Bəsrəyə gedir və Muxtara qarşı çıxır. Muxtarın şəhadətindən sonra Zubeyrlilər ilə əlbir olur. Sonra Bəni-Üməyyəyə qoşulur. Nəhayət Kufədə cəhənnəmə vasil olur.


Aşura qiyamının qalıcı olmasına təsir edən 3 amili hansılardır?


Bu inqilaba təsir qoyan amillər – iradə və İlahi təqdir idi. Allah bu hadisənin vasitəsilə dünya azadilərinə insanlığın, məhəbbətin, səbir və müqavimətin, izzət və şərəfin nümunələrini nümayiş etdirməyə çalışmışdır. Allah günəşin qarşısını alan maneələri aradan qaldırdı və Öz nurunu qalib etdi. İmam Hüseyn (ə) Allah nurundan idi və Allahın nuru qalıcı oldu.
-İmam Hüseynin (ə) ixlas və bəsirəti Aşura qiyamının ikinci amili olmuşdur. Bu iki amil sayəsində Kərbəla hadisəsi qalıcı və cavidan oldu. Bəsirət odur ki, hədəfini itirməyəsən və Kərbəla hadisəsi buna bariz nümunədir. Əslində Aşura hadisəsi bəsirət və ixlasın təcəllisi idi. (Tebyan)
-Aşura qiyamının qalıcı olmasına səbəb olan üçüncü amil isə bu qiyamın nicat verən olması idi. İmamın (ə) hədəfi – ümmətini zalımın əlindən xilas edib, ona nicat vermək olmuşdur. Hər kim nicat gəmisinə minər, xoşbəxt olar.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter