İmam Əli (ə) kimin tərəfindən \"Əmirəlmöminin\" adlandırılmışdır?


İmam Əli (ə) kimin tərəfindən "Əmirəlmöminin" adlandırılmışdır?İmam Əli (ə) buyurur: “Allahın Rəsulu (s) buyurub: “Merac gecəsində ki, məni səmaya apardılar, Allah mənə vəhy edib, buyurdu: “Ey Muhəmməd! Əli ibni Əbi Talibi (ə) Əmirəl-möminin (ə) çağır, Mən ondan əvvəl heç kimi bu adla adlandırmamışam. Ondan sonra da heç kim bu adla adlandırılmayacaqdır”.
Hz Peyğəmbər (s) minbər başında insanlara buyurur: “Ey insanlar! Allah məni Rəsulu kimi sizə göndərmişdir. Mənə əmr etmişdir ki, Əlini (ə) sizə əmir qoyam. Ona görə də mən hər kimin ki, peyğəmbəriyəm, Əli (ə) onun əmiridir. Əlinin (ə) əmir olması Allah tərəfindəndir. Allah mənə əmr etmişdir ki, bu xəbəri sizə elan edəm ki, ona itaət edəsiniz. Nə zaman sizə əmr etsə, qulaq asasınız...


İmam Əlinin (ə) üzüyünün üzərinə nə yazılmışdı?


İmam Əlinin (ə) üzüyünün üzərinə nə yazılmışdı?İmam Əlinin (ə) üzüyünün üstündə اللّه الملك yazılmışdı. Xilafəti Həzrətə (ə) qaytaran zaman, o, üzüyünün üstünə bu sözləri yazdırır: الملك للّه الواحد القهار Qaşı firuzədən idi və bu üzük insana vəhşi heyvanlardan nicat verir və müharibədə zəfər çalmağa səbəb olur.
Safi nəql edir ki, ziyarətə getdim və İmamın (ə) buyurduğu yerdə bir şir bizə hücum etdi və mən İmamın (ə) buyurduğu kimi etdim və şir çıxıb getdi.
Ziyarətdən qayıdan zaman olanları Həzrətə (ə) danışdım və Həzrət (ə) mənə buyurdu: \"Bir şey qaldı ki, onu demədin”. Dedim: \"Yəqin ki, unutmuşam”. İmam (ə) buyurdu: \"Tusda gecə vaxtı qəbrin kənarında olan zaman cinlər qəbri ziyarət etmək üçün gəlmişdilər...


Bir kişi üçün ən ağır zərbə və əlacsızlığı nə zamandır?


Bir kişi üçün ən ağır zərbə və əlacsızlığı nə zamandır?Cox ibretlik yasanmis bir heyat hekayesi!!! Türkiyәli bir gülәşci öz xatirәlәrindә qeyd edir: \"Mәn yarışda Cahan Pәhlivan Tәxti (İranlı mәhşur gülәşci) ilә gülәşmәli oldum vә o çox güclü idi. Yarışın mәnim üçün çәtin olacağını bilirdim vә udma şansım çox az idi. Gülәşdәn öncә görüşdük! Soruşdu: -Ailәndә burdadı? Dedim: - Bәli Dedi: - Gәrәk uduzam. Dedim: - Axi niyә? Sәbәb nәdi? Cavan Pәhlivan mәnә bu hadisәni danışdı. Dedi: -Hәzrәti Әli (ә) bir gün mәscidә girdi. Gördü kişilәr nәyisә müzakirә edirlәr. İbn Abbasda (r.ә) orda idi. Hz Әli (ә) İbn Abbasdan soruşdu nә olub? İbn Abbas dedi: - Kişinin әn ağır, әn әlacsız vaxtı nә vaxtdır, onu müzakirә edirlәr. Biri deyir ailәsi xәstә olanda, biri deyir övladı olmayanda vә s. Ardınca İbn Abbas dedi: - Ya Әli sәnin fikrin nәdi? Gördülәr Әlinin gözlәri yaşla doldu. Әli (ә) dedi: - Kişinin әn ağır vәziyyәti odur ki, Xeybәrin qapısını sındıran әllәr onda ola, Zülfiqar kimi qılınca sahib ola amma yoldaşı qapı ilә divar arasında qala heçnә edә bilmәyә.


Mərhum Qazi namazı kimdən öyrənib?


Mərhum Qazi namazı kimdən öyrənib?Ayətullah Xamenei mərhum Ayətullah Seyid Əli Qazi haqqında buyurur: Cənab Mirza Əli Qazi böyük şəxsiyyətlər arasında nadir insanlardandır... O, xeyli şagird yetişdirib və bu iş çox dəyərlidir... Mərhum Təbatəbai, Şeyx Abbas Quçani, Behcət kimi yetirmələri olub... Mərhum Qazi Nəcəfə gələnə qədər atası Asid Hüseynin elmindən bəhrələnib. Sonra Seyid Mürtəza Kəşmirinin şagirdi olub. Maraqlı nöqtədir ki, Qazi namazı Kəşmiridən öyrəndiyini deyir!. Mükaşifələrini kiməsə hiss etdirməyə marağı olmayıb. Amma onun mükaşifələri çoxdur. Şagirdlərinə tapşırıb ki, özünüzdə qeyri-adi hal görəndə etina göstərməyin, işinizə davam edin...


Ayətullah Cəvadi Amuli ruhanilərin vəziyyəti haqda nələr buyurdu?


Ayətullah Cəvadi Amuli ruhanilərin vəziyyəti haqda nələr buyurdu?Ayətullah Cavadi Amulinin ruhanilərin vəzifəsi və vəziyyəti haqda buyuruqları: -Hövzə cəmiyyətin suallarını, ehtiyaclarını cavablandırmaq üçün çıxış yolu göstərməlidir... -Hövzə cəmiyyətin ehtiyaclarına cavab verməsə cəmiyyətdən uzaqlaşacaq...
İslam hökumətində bizim üçün nümunə Əmirəlmöminindir. Bazara əlində qamçı daxil olar, xəbərdarlıq edərdi ki, möhtəkirlik, baha satmaq, sələmçilik olmaz! Həzrət buyurur ki, suyu və torpağı olan məmləkət ehtiyac içində yaşasa, Allahın mərhəmətindən uzaqlaşar... Dəllallıq, qiymətlərin süni qaldırılması, malı yığıb bahalaşma gözləmək olmaz, bunun qarşısı alınmalıdır. Xalq əsil İslam iqtisadiyyatı istəyir...


İmam Kazim (ə) səcdədə hansı duanı oxuyub?


İmam Kazim (ə) səcdədə hansı duanı oxuyub?Ustad Qəraətinin söhbətlərindən: Allah-Taala dünyanı insan, insanı ibadət üçün yaradıb. İbadətlərin üstünü namazdır. Namazın mühüm məqamı səcdədir. Gör bizə səcdədə Allahdan nə istəmək tapşırılır: İlahi, arvad-uşağımın xərcini yetir!! (وارزق لي و لعيالي) Çünki hər bir kişi ailə-övladın qarnını doyurmağa borcludur. İmam Kazim (ə) səcdədə necə dua edirdi? Deyirdi: İlahi, ölüm zamanı rahat can verim... (اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الرَّاحَةَ عِنْدَ الْمَوْتِ)


İtin nəcisindən murdar olan hansı nəfsani istəkdir?


İtin nəcisindən murdar olan hansı nəfsani istəkdir? Bir padşah vəzirinə deyir: - Sənin fikrincə, itin nəcisindən də pis bir şey vardırmı? Vəzir bir az düşünür amma cavab tapa bilmir. Suala cavab tapmaq üçün padşahdan möhlət istəyir. O, şəhərdən qırağa çıxır. Səhrada qoyun otaran bir çobana rast gəlir. Vəzir çobandan hal-əhval soruşur, onunla bir az söhbər edir. O, çobanın düşüncəli bir insan olduğunu görür. Ona görə də ürəyini çobana açır, şahın verdiyi sualı çobandan soruşmaq qərarına gəlir və əhvalatı ona danışıb deyir: - İndi mən alim bir insan axtarıram ki, şahın bu sualına cavab verə bilsin. Çoban deyir: - Ey vəzir! Şah və onun cavabı o qədər də mühüm deyil. Səninlə daha önəmli bir məsələ haqqında danışmaq istəyirəm. Mən bu təpənin arxasında böyük bir xəzinə tapmışam. Gəl bir yerdə onu ələ keçirək və burada bir qəsr tikdirək. Ordu toplayaq...


Yezidin oğlu nə üçün hökuməti qəbul etmədi


Yezidin oğlu nə üçün hökuməti qəbul etmədi Yezidin Müaviyə oğlu dedi:- Camaat! Mənim sizə rəhbərlik etməyə meylim yoxdur və sizin narahatlığınıza görə mən əmin-amanlıq hiss etmirəm. Biz sizə, siz də bizim hakimiyyətimizə düçar olmusunuz. Babam Müaviyə, İslamı ilk qəbul edənlərdən olan və xilafətə ən layiqli şəxs Əli ibn Əbi Talib ilə xilafət üstündə müharibəyə qalxdı və hansı çirkin əmələ mürtəkib olduğunu özü də yaxşı başa düşürdü. Siz də bilirsiniz ki, onunla ilə birlikdə hansı çirkin əməllərə düçar olmusunuz. Nəhayət, o, öz əməllərinin cəzasını gördü və qəbrə getdi. Sonra xilafət atam Yezidə yetişdi. Atam xilafəti qəbul etməməli idi. Çünki buna layiq deyildi. O da xoşagəlməz işlərə mürtəkib oldu və öz əməllərini yaxşı hesab etdi. Onun hakimiyyət müddəti qısa oldu və çox tez bütün əsərləri məhv oldu, fəsadının şöləsi söndü. İndi onun əməllərinin çirkinliyi ölümünün qəmini bizə unutdurmuşdur. İndi də mən, bu ailədən üçüncü şəxsəm. Mənim xəlifə olmağımı istəməyənlər, xəlifə olmağımı istəyənlərdən daha çoxdur. Mən heç vaxt sizin günah yükünüzü öz üzərimə götürmərəm. Necə istəyirsiniz elə də əməl edin və xilafəti də istədiyiniz adama verin...


Həzrət Əbu Talib (ə) İmam Əlinin (ə) adını nəyə əsasən qoymuşdur?


Həzrət Əbu Talib (ə) İmam Əlinin (ə) adını nəyə əsasən qoymuşdur?Əhli-təsənnün və Əhli-Beyt (ə) hədis mənbələrinə görə, İmam Əlinin (ə) adı xilqətdən əvvəl Allah Təala tərəfindən təyin edilmişdir. Cabir Həzrət Peyğəmbərdən (s) nəql edir ki, Həzrət (s) buyurmuşdur ki, İmam Əlinin (ə) adı səma və yer xəlq olmazdan iki min əvvəl behiştin qapısında həkk olmuşdur: “Allah təkdir, Muhəmməd (s) onun peyğəmbəri və Əli (ə) Allahın vəlisidir”.
Bu hədislərə nəzər salan insan belə qənaətə gəlib çata bilər ki, İmamın (ə) adı onun doğumundan əvvəl artıq məlum idi. Ancaq qayda belədir ki, övladın adını qoymaq atasının vəzifəsidir. Belə görünə bilər ki, Həzrət Əbu Talibin (ə) oğluna ad qoymaqda heç bir rolu olmamışdır? Lakin belə deyildir...


Rəcəb ayında İslam təqvimə görə hansı tarixi hadisələr baş vermişdir?


Rəcəb ayında İslam təqvimə görə hansı tarixi hadisələr baş vermişdir? Rəcəb ayının ən mühüm hadisələri:
1-rəcəb 57-ci hicrət ili: İmam Məhəmməd Baqirin (ə) mübarək mövludu.
3-rəcəb 254-cü hicrət ili: İmam əli əl-Nəqi Hadinin(ə) şəhadəti
10-rəcəb 159-cu hicri qəməri ili: İmam Məhəmmədtəqi “Cavadüləimmə”(ə)-ın mübarək mövludu.
13-rəcəb hicrətdən 23 il qabaq: İmam əlinin(ə) mübarək mövludu.
25-rəcəb 183-cü hicrət ili: Hz. İmam Musa Kazimin (ə) şəhadəti.
27-rəcəb 13 il hicrətdən əvvəl: Hz. Məhəmməd Müstafanın (s) peyğəmbərliyə məbus olması...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter