Qurani-Kərimin nəzərinə görə Səadət-xoşbəxtliyin 6 açarı hansı əməllərdir?!
Quran səadətə çatan insanların bəzi sifətlərini bəyan etmişdir ki, təvqa əhli üçün onu bilmək çox mühümdür. Hər kim bu 6 sifətə malik olarsa, səadət əhlindən olar:
1. İbadət və xalis namaz. Quranın nəzərinə görə, o kəslər ki, həyatda olan zaman Allaha xaliscəsinə ibadət edə biliblərsə, onlar səadət əhlidirlər. “Həqiqətən (İslamın əqidə əsaslarına) iman gətirənlər nicat tapdılar (sanki onlar artıq axirətdə əməllərinin bütün mükafatlarını alıblar). O kəslər ki, namazlarında (həm ürəkləri, həm də bədənləri ilə) itaətkardırlar”. (“Muminun” 1-2
2. Yersiz işlərdən çəkinmək. “Və o kəslər ki, bütün pis və çirkin (iş)lərdən üz döndərirlər”. (“Muminun” 3). İnsanın kamala çatmasına mane olan amillərdən biri də yersiz işlərlə məşğul olmaqdır. Bura yersiz və faydasız fikirlər də daxildir.
3. Zəkat vermək. “Və o kəslər ki, zəkat verir və nəfslərini təmizləyirlər”. (“Muminun” 4). Hər kim dünya həyatında boynuna düşən Allah haqqını ödəyərsə, səadət əhlindən olar...
Allah-Taala (c.c)-nın möminlərə salavat göndərməsinin mənası nədir?!
Allahın möminlərə salavat göndərməsi – qəlblərində nuraniyyət yaratmaqdır! Qurani-Kərimin nəzərinə görə, salavat ancaq Həzrət Peyğəmbərə (s) aid deyildir. Bəlkə Allaha, mələklərə və insanlara da aiddir. Quranda gələn salavatın növləri ilə tanış olaq:
1. Allahın Peyğəmbərə (s) salavat göndərməsi. “Həqiqətən, Allah və Onun mələkləri daim Peyğəmbərə salam (salavat)göndərirlər (Allah ona Öz xüsusi rəhmətini bəxş edir və mələklər onu vəsf və təqdis edirlər). Ey iman gətirənlər, ona salam (salavat) göndərin və tamamilə (onun əmrinə) təslim olun”. (“Əhzab” 56).
2. Allahın möminlərə salavat göndərməsi. “Sizi (cəhalət, küfr və fisq) zülmətindən (elm, iman və təqva) nuruna çıxarmaq üçün mələkləri ilə birlikdə (mələkləri sizin üçün bağışlanmaq diləyirlər) salavat göndərən (məxsus mərhəmətini sizə nəsib edən)Odur. O, möminlərə daim rəhm edəndır”. (“Əhzab” 43).
Sadiqinlər kimlərdir ki, onlarla birgə olmaq lazımdır?
Qurani-Kərimdə buyurulur: “Ey iman gətirənlər, Allahdan qorxun və doğruçularla birgə olun”. (“Tövbə” 119). Bəs doğruçular, sadiqinlər deyildikdə kimlər nəzərdə tutulur? Sadiqinlər sözünün geniş mənaları vardır. Ancaq hədislərdən belə qənaətə gəlmək olur ki, sadiqinlər – məhz Məsumlardırlar (ə).
Səlim ibni Qeys nəql edir: “Bir gün Həzrət Peyğəmbər (s) insanlarla söhbət edirdi. O, buyurdu: “Sizləri Allaha and verirəm, Allahın (yuxarıda) nazil olan ayəsinin mənası nədir?”. Salman buyurur: “Ey Allahın Rəsulu! Bu ayənin mənası ümumidir, yoxsa xüsusi?”.
Həzrət (s) buyurur: “Bu əmrin məmurları – bütün möminlərdirlər. Ancaq sadiqin – qardaşım Əmirəl-mömininə (ə) aiddir”.
Bəs sadiqinlər ki, ancaq Məsumlara (ə) aid edilir, ayə sadəcə bir zamana işarə edir, yoxsa bütün zamanlara?...
Quran «hamı səcdədədir» buyurarkən, nəyi nəzərdə tutur?
... «Rəd» surəsinin 15-ci ayəsində belə buyurulur: «Göylərdə və yerdə kim varsa, özləri də, kölgələri də səhər-axşam, istər-istəməz Allaha səcdə edər». Ayədəki «istər-istəməz» kəlmələri aşkar göstərir ki, nəzərdə tutulan səcdə təşri´i yox, təkvinidir. Bəs bu hansı səcdədir?
Bu barədə təfsirçilər müxtəlif fikirdədirlər. Bir qrup təfsirçinin fikirincə, ayə bütün kainatda ilahi qanunların hökm sürdüyünə bir işarədir.
Digər bir qrup təfsirçi isə, ayədə bütün mövcudların kölgələrinin səcdəsindən danışıldığını bildirirlər. İstər insan, istər təbiətin hər hansı bir elementi kölgəyə malikdir. Səhərlər bir istiqamətdə kölgə günorta düzəlir, axşam isə əks istiqamətə yönəlir. Kölgənin bu hərəkəti səcdəni xatırladır./iman.ge
Yasin surəsinin 6 cı ayəsində deyilən \"Qorxut\" mənası nədir?!
... Nədən və nə üçün qorxu?! Müjdə xeyir xəbər haqqında, qorxu isə əzabın nazil olması haqda xəbər verir. Ümid və qorxu insan üçün iki uçuş qənədi kimi qəbul olunur. Quranda müjdə hərəkət demək, və qorxu isə bəzi əməllərdən çəkinmək deməkdir.
-İnsanda qorxu yəni: Azmaqdan qorxu, zərərə düşmək, xətərlə üzləşmə, dönüşü olmayan yola girmək, hesab vermək, cəhənnəmə düşərək ilahi qəzəbə düçar olmaq deməkdir! Qorxutmaq dedikdə əsas məsələ odur ki, bu düşüncə insanı və cəmiyyəti öz yerində durmağa məcbur edir! Necə ki, insan xəstələnməkdən qorxursa sağlamlığını qorumağa çalışır. Əgər cahillik, xurafat, yol azma, fəsad, zülm və cinayətin mənfi təsirlərindən qorxarsa əməllərində həddini aşmaqdan özünü qoruyar.
Necə ki, çoxlu hədis kitablarında deyilmişdir ki, insan və cəmiyyətlərin qorunması və islah olunması üçün ilahi qəzəblə qorxudun ki, qəflədə düçar olmasınlar.-
Gözdəymədən qoruyar, ruzini artırar – “Qul” ilə başlayan 4 surənin bərəkətləri!
Əziz Peyğəmbərimiz (s) və İmamlarımız (ə) bizə “Qul” ilə başlayan 4 surəni hər gün oxumağı tövsiyə edirlər və bu surələr ibarətdir: “Kafirun”, “Nas”, “Fələq”, “Tövhid” (“İxlas”).
Adətən bu dörd surəni göz dəyməsinin və sehrin qarşısını almaq üçün oxuyurlar. Ancaq bu surələr insanı hər bir bəladan qoruduğu kimi, həm də insana çoxlu bərəkətlər gətirir. Adət üzrə hər bir tacir dükanı açmazdan əvvəl bu dörd surəni oxuyur və Allahdan bərəkət istəyir. “Kafirun” surəsi o surələrdəndir ki, hər kim Peyğəmbəri (s) yuxuda görmək istəsə, o surəni oxuyaraq görə bilər. Belə ki, İmam Sadiq (ə) buyurur: “Hər kim bu surəni cümə gecəsində yüz dəfə oxuyarsa, Peyğəmbəri (s) yuxuda görər”. \"Tövhid” surəsini “İxlas” da adlandırırlar. Çünki Allahın yeganə olmasından xəbər verir və insanı şirkdən xilas edir. “Fələq” surəsi insana sehr və cadudan nicat verir. “Nas” surəsi daha çox vəsvəsə edənlərin ziyanından qoruyur.
Kimlər əbədi olaraq cəhənnəmdə qalmağa məhkumdurlar?! Quran ayələri
Müsəlman şəxs günahları qədər cəhənnəmdə qaldıqdan sonra, nəhayət, bir gün behiştə yollanacaq. Amma səkkiz zümrə istisnadır və Behişt əhli Behiştdə əbədi qalacağı kimi, onlar da Cəhənnəmdə əbədi qalacaqlar. Həmin zümrə aşağıdakılardır:
1. Kafirlər: “Kafir olan və Bizim nişanələrimizi təkzib edənlər isə Cəhənnəm əhlidirlər və onlar orada əbədi qalacaqlar.” (“Bəqərə” surəsi, ayə 39.)
2. Münafiqlər:“Allah münafiq kişilərə və qadınlara və kafirlərə əbədi qalacaqları Cəhənnəm odu vəd etmişdir. Onlara bu bəsdir və onlara Allah lənət etmişdir. Onlar üçün daimi bir əzab vardır.” (Tövbə- 68.)
3. Zinakarlar: “O kəslər ki, Allahla birgə başqa məbud çağırmır, Allahın möhtərəm və toxunulmaz etdiyi canı (qisas, şəri cəza tədbiri və s. kimi) haqq (qətllər) istisna olmaqla öldürmür və zina etmirlər. Kim bunları etsə, cəza ilə qarşılaşar. Qiyamət günü onun əzabı ikiqat olar və xarlıqla həmişəlik həmin əzabda qalar.” (“Furqan” surəsi, ayə 68-69.)
4. Sələmçilər: “Sələm yeyənlər şeytanla təmas təsirindən pərişan və divanə olmuş kəs kimi qalxarlar... Hər kəs Rəbbindən ona çatan moizəni eşidib çəkinsə, keçmişdəki mal onundur. Onun işi Allahın ixtiyarındadır. Amma yenidən qayıdanlar od əhli olacaqlar və onlar orada əbədi qalacaqlar.” (“Bəqərə” surəsi, ayə 275.)
Quran ayələrinə əsasən namaz əhli hansı 9 dərəcəyə çatmalıdır?!
Namaz əhlinin 9 dərəcəsi:
1. Bəziləri namazı “xüşu” ilə qılırlar: “(Möminlər) O kəslərdir ki, namazlarında xüşu əhlidirlər.” (“Muminun”/2.)
2. Bəziləri namazı layiqincə qoruyub saxlayır, onu vaxtlı-vaxtında qılırlar: “…Namazlarını qoruyub saxlayırlar.” (“Ənam”/92.)
3. Bəziləri namazı işdən üstün tutur, namaza görə işdən əl çəkirlər: “O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz…” (“Nur”/37.)
4. Bəziləri sevinclə namaza doğru tələsirlər: “...Allahı zikr etməyə tələsin...” (Cümə”/9.)...
İslam Peyğəmbərini (s) qocaldan ayə hansı ilahi qanuna tabe olmağa dəvət edir?!
Qurani-Kərimin bir neçə ayəsində Allah-Taala Öz Peyğəmbərini (s) “istiqamət”ə – möhkəmliyə, dözümlüyə və düzlüyə çağırır ki, həmin ayələrdən biri də “Hud-112-ci ayəsidir: “ sənə əmr edildiyi kimi möhkəm ol. Səninlə Allaha doğru gələnlər də.) Həddi aşmayın ki, O, etdiyiniz işləri görəndir.”
Rəvayətdə Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğu nəql edilir: “Hud” surəsinin bu ayəsi məni qocaltdı.” Bu ayənin ilk cümləsi eynilə başqa bir surədə – “Şura” surəsinin 15-ci ayəsində bəyan olunsa da, sözügedən ayənin davamı onu uyğun xüsusiyyətlə tanıtmışdır. Çünki bu ayədə həm Peyğəmbərin (s) özü, həm də ətrafındakılar səbat və möhkəmliyə dəvət olunur. Görünür ki, Peyğəmbəri-Əkrəmin (s) ətrafındakılardan ona vəfasız və səbirsiz olanlar da var imiş. Həzrət onların vəfasızlığı və səbirsizliyindən əziyyət çəkirmiş. Mərhum İmam Xomeyni öz söhbətlərində təkrar-təkrar bu hədisi xatırladaraq buyurarmış ki, insanı qocaldıb qəddini əyən həmin bu “istiqamət”dir – əqidədə, sözdə və əməldə doğruluq, möhkəmlikdir. (“Sireyi-İmam Xomeyni”, 5-ci cild, səh.187-188.)
Qurani-Kərimə görə hansı dəstə insanlar qiyamət günü unudulacaqlar?!
“Casiyə” surəsinin 34-cü ayəsində də belə oxuyuruq: “(Onlara belə) deyiləcəkdir: “Siz bu gününüzə qovuşacağınızı (dünyada) unutduğunuz kimi, Biz də bu gün sizi unudacağıq (əbədi əzab içində buraxacağıq). Sizin məskəniniz cəhənnəmdir. Sizə (Allahın əzabından qurtarmağa) kömək edənlər də olmayacaqdır!”
Bu o demək deyil ki, bəzi bəndələr Allahın yadından çıxacaq. Söhbət ləyaqətsiz insanların ilahi nemətlərdən məhrum ediləcəyindən gedir. Bəli, Allah Onunla görüşə inanmayanları Öz lütfündən məhrum edər. “Taha” surəsinin 124-126-cı ayələrində oxuyuruq: “Hər kəs Məni yad etməkdən üz döndərsə, həqiqətən, yaşayışı çətin olar və qiyamət günü onu kor məhşur edərik. O deyər: “Pərvərdigara, məni nə üçün kor məhşur etdin, axı mən görürdüm.” Ona buyurular: “Sənə ayələrimiz gəldikdə, onları unutduğun kimi sən də unudulursan.””