DİN NƏDİR?


Din – peyğəmbərlərin Allah tərəfindən bəşəriyyəti hidayət etmək və onlara yol göstərmək üçün gətirdiyi bir sıra elmi, əxlaqi və əqidəvi göstərişlərdən ibarətdir. Bu əqidələrə etiqad bəsləyib onun göstərişlərini yerinə yetirmək insanın hər iki dünyada səadət və xoşbəxtliyini təmin edir...


Zİyarətlərİn fəlsəfəsİ nədİr?


Şübhə yoxdur ki, qəbirləri ziyarət etmək insanı qəflət yuxusundan oyadır, onu axirət barədə düşünməyə vadar edir. Buna görə də, Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan bir çox sünni və şiə hədislərində möminlərə qəbirləri ziyarət etmək tövsiyə olunmuşdur. Nümunə üçün onlardan ikisini qeyd edirik.


Tibb elmİnə İslamın münasİbətİ necədİr?


- Peyğəmbər (s) buyurdu: Elm iki növdür: Dinlərin elmi və bədənlərin elmi.
- Peyğəmbər (s) buyurdu: Elmlər dörd növdür: Fiqh dinlər üçün, Tibb bədənlər üçün, Nəhv (sintaksis) dil üçün və astaronomiya zamanları tanımaq üçün.


MÜSƏLMANLARI İKİ MƏZHƏBƏ BÖLƏN İLK HADİSƏ


Bu hadisə Allah Peyğəmbəri (s)-nin “sizə məktub yazmağım üçün mürəkkəb və qələm gətirin. Siz bu məktubun vasitəsilə heç vaxt haqdan azmazsınız” – sözü qarşısında Ömər ibni Xəttab və bir çox səhabələrin mane olmasına qayıdır....


ZÖHD NƏDİR?


Zöhd o demək deyil ki, insan dünya ne’mətlərindən faydalanmasın. Çünki bu ne’mətlərdən düzgün istifadə qorxulu deyil. Allah bu ne’mətləri insan üçün yaratmışdır. Amma bu ne’mətlərdən düzgün istifadə etmədikdə Allah zikrinin unudulmasına səbəb olur və insan əbədi axirət həyatından xəbərsiz qalır. ...


Allah Zikrinin faydası nədİr?


“Zikr zamanı mənə e’timadın olsun, mənə e’timadı olan insanın diqqətini mənim zikrimə yönəlt.”
Allah zikri imanlı rəftarı gücləndirir, insan xoşbəxtliyini tə’min edir. Həyatdakı bir çox qərarlar və rəftarlar istər-istəməz insanın e’tiqadlarından qaynaqlanır. Hətta öncədən e’tiqadını yada salmamış şəxs addım atdıqda uyğun e’tiqaddan tə’sirlənir. İlahi e’tiqadlar mö’min insanın rəftarlarının mənbəyidir.


NECƏ İBADƏT EDƏK?


Agah ibadət
Hədisdə deyilir: “Alimin iki rəkət namazı cahilin yetmiş rəkət namazından üstündür.”
Allahın rəsulu (s.a.v.v.) buyurur: “Namazın düşüncə və agahlıqla qılınan hissəsi qəbuldur.”


İman zəİflİyİ xəstəlİyİnİn əlamətlərİ NƏDİR?


Həqiqətən, iman zəifliyi xəstəliyinin bir çox əlamətləri və təzahürləri vardır. Onlardan:
1. Günaha düşmək və haram işlər görmək: günahkarlar günah işlədərkən gah bu günahda israrlı olar, gah da cürbəcür günahlar edərlər.
2. Qəlbin sərtliyini və kobudluğunu hiss etmək : Sərt qəlbli insana ölüm barədə söhbət, hətta meyitləri və cənazələri görmək belə təsir etməz.


İMAN ZƏİFLİYİNİN SƏBƏBLƏRİ NƏDİR?


Əlbəttə, hər bir xəstəliyi müalicə etmək üçün əvvəlcə xəstəliyin səbəblərini araşdırmaq lazımdır. Həmçinin, qəlb xəstəliklərinin də öz səbəbləri və müalicəsi var. İnşallah hər kəs öz qəlbinin həkimi olmağı bacarar. Əvvəlcə səbəbləri öyrənək:


ALLAHA YAXINLIQ NECƏ OLUR?


İnsan özünü Allahdan ehtiyacsız bilib, ehtiyaclarını müstəqil şəkildə tə’min etməyə çalışdıqca, daha da nadanlaşır və Allahdan uzaq düşür. Əksinə, özünü Allahdan ehtiyaclı bilən insan, təkamül yolu keçib elə bir mərhələyə çatır ki, artıq özünü müstəqil varlıq kimi hiss etmir. Allahın sevimli bəndələrinin nail olduğu bu məqamda bəndə ilə mə’bud arasında heç bir hicab qalmır....


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter