İrfan məktəbində din və siyasət arasında hansı əlaqə var?
Dinin üç əsası var: etiqad, əxlaq və əməl. Heç bir din bu üç əsas olmadan gerçəkləşə bilməz. Dini tanımaq üçün hər üç əsasla tanışlıq lazımdır. Bu üç əsasdan birinə diqqətsizlik göstərən şəxsin dini biliyi naqisdir. Amma insanların düşüncə tərzi və qavrayış tutumu müxtəlif olduğundan dinə münasibətdə baxışlar da fərqlidir. Tarixə nəzər salsaq əsasən üç baxışla rastlaşarıq: etiqadı əsas götürən fəlsəfi baxış, şəriəti əsas götürən fiqhi baxış və əxlaqı əsas götürən əxlaqi baxış. Sözsüz ki, dinə birtərəfli baxış yanlış nəticələrə gətirir. İrfan tarixi boyu çox ariflər sərvət və qüdrətdən çəkindikləri üçün dini siyasətdən ayırmışlar. Amma İslam Peyğəmbərindən (s) rişələnən həqiqi irfan siyasətdən ayrı deyil. Hz Peyğəmbərin (s) və Hz Əlinin (ə) həyatı ilə tanış olsaq, həqiqi dinin siyasətdən uzaq olmadığını təsdiqləyərik. Siyasət və hakimiyyət olmadan Allahın göstərişlərini icra etmək mümkünsüzdür. Özünü dindən ayırmayan irfan dini siyasətdən ayıra bilməz.
Duanın qəbul dedikdə necə başmək olar?
-Allahın cavabı, nəzəri və iltifatı: Allahın qəbul etməsi Onun cavabı, diqqəti və iltifatıdır. Mənim və sizin istəklərimizin bəzən bizim xeyrimizə olduğunu düşünürük, lakin bizim ziyanımıza olur və həyata keçmir. Amma sizin \"ya Allah!\" demənizin ardında, şübhəsiz, bir \"ləbbeyk\" vardır.
-ÜRƏKDƏ VÜCUDA GƏLƏN NUR: Əgər ünsiyyət qura bilsəniz, görəcəksəniz ki, cavabların çoxusu həmin anda sizə veriləndir. Yəni insan düşünməməlidir ki, duanın cavabı mütləq Allahdan istədiyi puldur və o çatmalıdır. Bəzən cavab həmin anda sizə veriləndir. Sizin qəlbinizdə elə nur yaranır ki, cavabınızı həmin saatda aldığınızı görürsünüz. İnsan bəzən hiss edir ki, duada malik olduğu haldan başqa bir şey istəmir...
Kişilərin yaxşı həyat yoldaşı olmasına yardım edən 6 nöqtə hansılardır?
O zaman ki, kişi ailə qurar, onun məsuliyyətlərini öhdəsinə götürər, artıq təkcə özünü düşünməz. Çünki artıq həyat yoldaşının da ehtiyaclarını və istəklərini düşünməlidir. Psixoloqlar kişilərə yaxşı həyat yoldaşı olmağın 6 yolunu tövsiyə edirlər ki, onlarla tanış olaq:
1. Yaxşı qulaq asmağı bacarın. O zaman ki, həyat yoldaşınız sizin yanınızda əyləşər və sizə öz çətinliklərindən danışar, ona o dəqiqə cavab verməyə tələsməyin...
2. Hörmət etmək. Yaxşı həyat yoldaşının ən bariz sifətlərindən biri budur ki, xanımına hörmət edər və xoş dəqiqələrini onun yanında keçirtməyə çalışar...
3. Yersiz hökm verməkdə çəkinin. Yersiz hökm verməklər müştərək həyatın rabitəsinə ziyan vurar. Heç kəs bədbin bir insanla yaşamaq istəməz...
Bu əmələ diqqət etməklə Allahdan istə nə arzu etsən?!
Başqalarına yardım etmək insanı elə bir ali məqama çatdırar ki, heç özü də onun intizarını çəkməmişdir. Bu bayram günlərində hər kəsin evində bir qazan qaynayır. Ancaq bəzi insanlar vardır ki, iqtisadi ağır zaman onlara daha çox təsir qoyduğu üçün bayram süfrələri boşdur və uşaqlarının yanında xəcalətlidirlər. Bu insanların ehtiyaclarına diqqət göstərsək və onlara maddi yardım etsək, necə də gözəl iş görmüş olarıq. Bu gözəl əməlin bərəkətləri ilə tanış olaq:
1. Behiştdə cavidan qalmaq. “Beləliklə, Allah bu sözlərinin müqabilində onları altından çaylar axan cənnətlərlə mükafatlandırdı ki, orada əbədi qalacaqlar... (“Maidə” 85).
2. Şirin həyat. “Etdiyiniz yaxşı əməllərin müqabilində mükafat olaraq yeyin və için, sizə nuş olsun!... (“Mursəlat” 43-44).
3. Hər nə istəsələr. “Onlar üçün Rəbblərinin yanında istədikləri şey vardır. Budur yaxşı əməl sahiblərinin mükafatı!”. (“Zumər” 34).
Ona görə də bu bayram günlərində ətrafımıza diqqət edək və ehtiyacı olanlara yardım etməyə çalışaq. Çünki bu əməl bizi insanlığın ən ali dərəcəsinə çatdıracaqdır./Deyerler.
Ayətullah Qazi yoxsula belə kömək edirdi?!
Tələbələrdən biri nəql edir: “Bir gün tərəvəz dükanına getmişdim və mərhum Qazini gördüm ki, əyilib göy seçir və iri yarpaqlı və kobud olanları seçirdi. O, kahuların pulunu verib yoluna davam etdi. Mən onun ardınca gedib dedim: “Ağa, mənim sualım vardır. Siz niyə hamının əksinə olaraq, kobud yarpaqlı kahuları aldınız?”. Mərhum Qazi buyurdu: “Ağacan, bu satıcı yoxsul adamdır. Mən də bəzən ona yardım edirəm. İstəmirəm ki, ona əvəzsiz bir şey verəm. Birincisi, onun izzət və abrını aradan aparar, ikincisi isə Allah eləməsin, adət edər ki, əvəzsiz alsın. Satış işlərində zəifləsin. Bizim üçün fərqi yoxdur ki, lətif yarpaqları olan kahu alaq, yoxsa kobud və qalın. Mən bilirəm ki, bu kahuları alan olmayacaqdır. Dükanını bağlayan zaman bu kahuları bayıra tökəcəkdir. Xəsarətin və ziyanın qarşısını almaq üçün bunları satın aldım”.
Namaz hansı əməllə birlikdə olunarsa qəbul olunar?
Namazın kamil olması: İmam Sadiq (ə) buyurdu: \"Orucun kamil olması zəkatı ödəməklədir; yəni fitrədir. Necə ki, Peyğəmbərə (s) salavat namazı kamil edər.” Salavat Peyğəmbəri (səlləllahu əleyhi və alihi) yuxuda görməyin rəmzidir – Salavatın bərəkəti Bir kişi İmam Cavad (əleyhis-səlam)-a ərz etdi: Atam ölüb və özünün var-dövlətini bir yerdə saxlayıb ki, (yerini) bilmirəm hardadır, mən ailəli və sizi sevənlərdənəm. İmam (ə) ona buyurdu: \"Gecə işa (xüftən) namazından sonra Muhəmməd və Ali Muhəmmədə (Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd) salavat göndər, atanı yuxuda görərsən, o malı qoyduğu yeri sənə göstərəcəkdir.” Kişi o Həzrət n göstərişinə əməl etdi. Atasını yuxuda gördü və ona dedi: Oğlum! Mal filan yerdədir. Allah Rəsulunun (s) övladına de ki, mal yerindən səni agah etmişəm. O, yuxudan oyandı, gedib malı həmin yerdən götürdü və sonra hadisəni İmam Cavad (ə)-a xəbər verdi. İmam (ə) buyurdu: \"Şükür Allaha olsun ki, səni əziz tutdu.”
Hansı dilənçiyə yardım etməliyik?
Şəhərdə gəzən zaman dilənçilərə hamımız rast gəlmişik. Ancaq bu insanların həqiqətən də ehtiyac içində olduğunu bilmək çox çətindir. Biri övladının xəstə olduğunu, o birisi nəzir etdiyini, biri əlil olduğunu bəhanə edərək, sizi yumşaltmağa çalışır. Bəs necə bilək ki, bu insanlar düz deyir? İ. Əli (ə) buyurur: “Ey Kumeyl! İstəyəni geri qaytarma, baxmayaraq ki, xurmanın yarısı və ya üzümün yarısı ilə olsa belə”. İ. Sadiq (ə) buyurur: “Əgər dilənçi bilsəydi ki, dilənçilik edərək hansı günah yükünü çiyninə alır, heç kəs başqasına dilənçilik etməzdi. Əgər istədiyi şəxs bilsəydi ki, rədd etmək nə qədər böyük yük gətirər, heç kəsi rədd etməzdi”. Başqa bir tərəfdən isə Quran bizə tövsiyə edir ki, sizə uzanan əli boş qaytarmayın. “Və onların mallarında əl açanlar və məhrumlar üçün bir haqq var idi”. (“Zariyat” 19)...
Qəbir ziyarəti üçün hər hansı məsləhətli vaxt varmı?
Qəbir ziyarətini ilin və həftənin hər hansı günündə və saatında yerinə yetirmək olar. Bunun üçün xüsusi gün və saat yoxdur. Milli ənənəmizə görə bayram günlərində və sair mübarək tarixlərdə insanlar öz ölülərinin qəbrini ziyarət edir, onların ruhuna dua oxuyurlar. Həftənin günləri içində cümə axşamı və cümə günlərində qəbir ziyarətinə getmək barədə dini mətnlərimizdə daha çox tövsiyələrə rast gəlirik. Günün hansı hissəsində məzarlığıa getmək məsələsinə gələndə isə bunu günün əvvəlində, səhər vaxtı etmək daha yaxşıdır. Ümumiyyətlə, günün işıqlı saatlarında qəbir ziyarətinə getmək məsləhətdir. Hava qaralandan sonra və ya gecə vaxtı məzarlığa getmək bəyənilmir.
Başqası üçün dua edərkən sənin qazandığın nədir?
Hər kim həmin an yanında olmayan mömin qardaşı üçün dua etdikdə səmadan bir mələk ona belə nida edər: Ey Allah bəndəsi! Duanın yüz min bərabəri sənin üçün olsun. İkinci mələk nida edər: Ey Allah bəndəsi! Bu duanın iki yüz min bərabəri sənin üçün olsun. Daha bir mələk deyər: Ey Allah bəndəsi! Etdiyin duanın üç yüz min bərabəri sənin olsun. Daha bir mələk deyər: Bu duanın dörd yüz min qatı sənin olsun. Beşinci mələk nida edər: Etdiyin duanın beş yüz min bərabəri sənin üçün olsun. Altıncı mələk deyər: Ey Allahın mömin bəndəsi, bu duanın altı yüz min bərabəri sənin üçün olsun. Yeddinci mələk xitab edər: Ey Allahın bəndəsi! Sənin etdiyin bu duanın yeddi yüz min qatı sənin olsun. Bu zaman Allah Taala o bəndəyə nida edər: Mən elə bir ehtiyacsızam ki, heç vaxt fəqir və möhtac olmaram. Ey Mənim bəndəm! Etdiyin duanın min-min (bir milyon) bərabərini sənin özün üçün verdim!
Elm arzusunda olan kəs gərək hansı beş şeyə ciddi riayət etsin?
Elm arzusunda olan kəs gərək beş şeyə ciddi riayət etsin:
1) Aşkarda da, gizlində də təqvalı və pəhrizkar olmaq.
2) “Ayətəl-kürsi” oxumaq.
3) Daim dəstəmazlı olmaq.
4) İki rəkət də olsa gecə namazı qılmaq.
5) Qarını doldurmaqdan ötrü deyil, yalnız qüvvətlənməkdən ötrü yemək.”