Allahı unudan insan haqqında Qurani Kərmin 8 ayəsində nələr buyurulur?


Allahı unudan insan haqqında Qurani Kərmin  8 ayəsində nələr buyurulur? Zalım, nadan, nankor, asi, hövsələsiz, xəsis... Həqiqətdə Allahı unutmuş və Qurani kərim bu haqda buyurur:
-O [insan] çox zalım və nadandır (Əhzab, 72).
-Həqiqətən insan [Allahına qarşı] çox nankordur (Həcc, 66).
-Özünün dövlətli olduğunu [bir şeyə ehtiyacı olmadığını] gördüyü zaman tüğyan edir (Ələq, 6-7).
- Həqiqətən insan [sərvətə] çox həris, tamahkar və kəmhövsələ yaradılmışdır! Ona bir pislik üz verdikdə fəryad qopardar. Ona bir xeyir nəsib olduqda isə xəsis olar (Məaric, 19-21)...


İrfani məqamlara çatanların ibadətdə uca məqamlara çatmaq üçün hansı tapşırıqları var?


İnsanın özünü tərbiyədə müvəffəqiyyətə çatması üçün əxlaq alimlərinin bir sıra tövsiyələri vardır. Onlardan bəziləri ilə tanış olaq:
-Daim dəstəmazlı olmaq. İslam peyğəmbərindən nəql olunur ki, Allah-təala buyurmuşdur: “Dəstəmazı batil olandan sonra onu təzələməyən, dəstəmazını təzələdikdən sonra iki rəkət namaz qılmayan mənə cəfa etmişdir...
-“Ya həyyu, ya qəyyum, ya mən la ilahə illa əntə” zikrini daim vird etmək -Gündə bir dəfə uzun səcdə -Hər gün bir qədər Quran oxuyub, mənaları düşünmək -Gecə namazı qılmaq Qeyd olunmuş tövsiyələrə 40 gün ardıcıl əməl edən insan nəticəsini hiss edir, qəlbində əhəmiyyətli dəyişikliklər baş verir.


Ramazan ayında qida rasionunda nələrə diqqət edilməlidir?


Mübarək Ramazan ayında gün ərzində oruclu olduqdan sonra, iftar vaxtı birdən-birə​ çoxlu yemək qəbul etmək mədə və bağırsaq sisteminə mənfi təsir edir.
Necə gəldi yemək qəbul etmək də mədə pozğunluğu və qaz problemi ilə nəticələnir. Belə bir vəziyyətlə qarşılaşmamaq üçün nə etmək lazımdır?
1. İftarlıq yeməklər dadmaq üçün istehlak edilməlidir​. 2. Orucu açdıqdan sonra, yeməklər 2 və ya 3 paya bölünməlidir. 3. Həddindən artıq isti və soyuq yemək istehlak edilməməlidir. 4. Yemək yavaş-yavaş çeynənməlidir. 5. Qazlı içkilərdən uzaq durmaq lazımdır...


10 min manat qarşısında yalandan şahidlik edərsənmi?


10 min manat qarşısında yalandan şahidlik edərsənmi? Ayətullah əl-üzma Şübeyr Zəncani nəfsi istəklər haqqında qısa bir hekayə danışaraq deyir: Seyid Əbdülməcid Gorusi böyük təqlid mərcəsi Mirzə Həsən Şirazinin tanınmış şagirdlərindən idi. O, elm, ağıl və bəyan baxımından yetkinlik dərəcəsinə çatmışdı və seyri-sülukda məqamları var idi. Eşitdim ki, günlərin birində bir nəfər onun evinə gedir. Seyid Əbdülməcid ona deyir: - Gəldin, mənim vəziyyətimi bir-birinə vurdun. Mən öz nəfsimlə müsahibə edirdim. Nəfsimə dedim ki, əgər yüz tümən sənə versələr, nahaq şahidlik edərsənmi? Dedi: - Etmərəm. Mən yavaş-yavaş məbləği artırdım və nəfsim o məbləğlərin qarşısında yalandan şahidlik etməyə razı olmadı. Nəhayət, məbləği on minə çatdırdım. Məbləğ bura çatanda nəfsim dayanıb fikirləşirdi. Bu vaxt sən gəldin və onun mənə nə cavab verəcəyini bilmədim...


Mübarək üç aylardan ikincisi olan Şaban-ı Şərifin 14 xüsusiyyəti hansılardır?


Mübarək üç aylardan ikincisi olan Şaban-ı Şərifin 14 xüsusiyyəti  hansılardır? Şəban ayının fəzilət və xasiyyətləri:
1- Şaban-ı Şerif, mübarək üç ayların ikincisidir. \"Allahummə barik ləna fi Şaban və belligna Ramazan\" duasını hər gün ən az bir dəfə oxumalı.
2- Rəsuli-i Əkrəm -səllallahu əleyhi və səlləm- Peyğəmbərimiz: \"Şaban mənim ayım, Rəcəb Allah Te âlâ\'nın ayı, Ramazan ümmətimin ayıdır.\" Buyurmuşdur.
3- Rəsuli-i zişan -səllallahu əleyhi və səlləm- Peyğəmbərimiz, Ramazandan sonra ən çox bu ayda oruc çəkirdi.
4- Əshabi-kiram, Şaban ayparasını görüncə, özlərini Quran oxumağa verərdilər. Bu ayda bol-bol, mənasını düşünərək Quran-ı Kərim oxumalıyıq...


Xuzu və xuşu halı nə deməkdir?


Xuzu və xuşu halı nə deməkdir? Cavab: Xuzu elə bir haldır ki, bəndə Allahın qarşısında bu halı duymalı və bu halın içində olmalıdır. Xuzu bəndənin Allah qarşısında təzim etdiyini bütün bədən üzvləri ilə göstərməsidir. Xuzu halında olan bəndə Allahla müqayisədə nə qədər aşağı və zəif olduğunu anlayır, bunu öz duruşu, səsi ilə nümayiş etdirir. Xuşu Allahın böyüklüyünü tam dərk etməyi, Onun əzabından qorxmağı ifadə edir. Xüsusilə, namaz zamanı xuzu və xuşu halında olmaq tövsiyə olunur. Bu iki anlayış çox yaxın olsa da, aralarında bəzi fərqlərin olduğunu söyləyənlər var. Əllamə Təbatəbai qeyd edirdi ki, xuzu insanın bədən üzvlərinə, xuşu isə qəlbinə bağlıdır...


Şəhid Mütəhhəri Şəhadətindən öncə nə yuxu görmüşdü?


Şəhid Mütəhhəri Şəhadətindən öncə nə yuxu görmüşdü? Bir gün Ustad Şəhid Mütəhhəri yuxudan elə sıcradı ki, həyat yoldaşını yuxudan ayıltdı. Soruşdu: “Nə olub?”. Dedi: “Yuxu gördüm”. Soruşdu: “Nə yuxusu?”. Dedi: “Peyğəmbəri (s) gördüm. Mən və rəhmətlik İmam (r) Məkkəyə getmişdik. Təvaf edirdim və Hz Peyğəmbəri (s) gördüm ki, bizə tərəf gəlir. Özümü kənara çəkib dedim: “Ya Rəsulallah, müəllimim sizin övladlarınızdandır”. Peyğəmbər (s) Ağanı öpdü və sonra isə mənim üzümdən öpdü. Sonra isə mən yuxudan durdum. Hələ də Peyğəmbərin (s) dodaqlarının istisini hiss edirəm”. Bu hadisə şəhadətinə üç gün qalmış olmuşdu. Şəhid tələbəliyində yuxu görür. Yuxuda görür ki, yatmışdır və bir nəfər gəlib onu ayıltmaq istəyir. Soruşur ki, sən kimsən? Deyir: “Mən Osman ibni Hənifəm. İmam Əlinin (ə) şəhər valisi”. Soruşur: “Mənimlə nə işin var?”. Deyir: “Məni İmam (ə) göndərmişdir ki, sənə deyim ki, gecə namazı qılasan”.


Müsəlmanın əsl düşməni kimdir?


Müsəlmanın əsl düşməni kimdir? İmam Sadiqin (ə) nəsihətlərindən: İnsanların dünya həyatına nəzər salsaq hamının nəticə ardınca gəzdiyini görərik. Əgər bir şəxs bütün günü işləyib günün sonunda aldığı zəhmət haqqını çölə atarsa, onun bu hərəkətini məntiqi adlandırmaq olmaz. İnsan hökmən işə başlayarkən hansısa məqsəd güdür; o, zəhmətinin qazancını Allahının razılığını qazanmaq məqsədi ilə bir başqasına da verə bilər. Amma xəsis və paxıl insanlarda çox maraqlı bir hal müşahidə olunur. Onlar min bir zəhmətlə qazandıqları pulu ailə-övladları və öz boğazlarından kəsərək xəzinə toplayır, nəhayət, dünyada qoyub gedirlər. Bəzən bu xəzinələr elə adamların əlinə düşür ki, cəmiyyət üçün zərərli işlərə xərclənir... Onlardan «nə üçün düşmənə qulaq asırsan?» -deyə soruşsan təəccüb edərlər. Bu insanlar anlamır ki, insanın ən böyük düşməni nəfsdir.


Özünü kiminləsə müqayisə etmək niyə pisdir?


Özünü kiminləsə müqayisə etmək niyə pisdir? ...İnsanın bilik öyrənməsinə səbəb olan yollardan biri də müşahidə yoludur. Ancaq insan əgər müşahidə zamanı təfəkkürdən uzaq olarsa, o zaman təcrübə əldə etmək yerinə, ziyana uğrayanlardan olar. Həsəd, kin, həqarət hissi varlığını bürüyər və depresiyyaya düşər. Öz istedad və qabiliyyətlərini görməməzliyə vurar.
İmam Sadiq (ə) buyurub: «Qardaşlar öz aralarında üç şeyə möhtacdırlar ki, əgər onları yerinə yetirsələr, dostluqları davamlı olacaq, əks halda isə bir-birlərindən ayrılacaq və düşmən olacaqlar. Həmin üç şey bunlardır: bir-birinə qarşı insaflı olmaq, bir-birinə qarşı mehriban olmaq və bir-birinə paxıllıq etməmək».


İmam Sadiqin (ə) hədisndə Möminin digər mömin üzərində olan 7 haqqı hansılardır?


İmam Sadiqin (ə) hədisndə Möminin digər mömin üzərində olan 7 haqqı hansılardır? İmam Sadiq (ə) buyurur: “Möminin başqa möminin boynunda 7 haqqı vardır ki, Allah Təala tərəfindən ona vacib edilmişdir:
1. Onu öz nəzərində böyük hesab etmək.
2. Qəlbində sevmək.
3. Onun xeyirinə maddi güzəşt etmək.
4. O şeyi ki, özü üçün bəyənir, onun üçün də bəyənmək.
5. Onun haqqında pis danışmağı rəva bilməsin.
6. Xəstə olan zaman yanında hazır olmaq və (ölərsə) cənazəsi ardınca getmək.
7. Öləndən sonra isə yaxşılıqdan savayı onun barəsində bir şey deməsin”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter