Şeytan (lən) sədəqənin əhəmiyyəti barədə nələri dedi?!
Bir zaman Peyğəmbər (s) şeytana bir neçə sual verir. O da həmin sualların cavabını verir. Həzrətin (s) suallarından biri bu idi: “Ey Məlun! Mənim ümmətimin sədəqə verməsi sənin üçün necədir və sədəqənin faydası nədir?”. Şeytan cavab verir: “Ya Rəsulallah! Sənin ümmətinin sədəqə verməsində altı xüsusiyyət və mənfəət vardır.
Əvvəl budur ki, sədəqə və bəxşiş etməklə nəinki insanın malı azalmaz, əslində sədəqə verənin malı hər gün artar.
İkincisi budur ki, sədəqə verməklə ömür uzanar və ani ölümlər və xoşagəlməz hadisələr aradan qalxar. Bu haqda gələn hədisdə oxuyuruq ki, sədəqə insanı 70 növ bəladan qoruyar.
Üçüncüsü budur ki, sədəqə verməklə insan zəngin olar və yoxsulluğu aradan gedər.
Dördüncüsü – sədəqə, onu verənə bədən sağlamlığı verər, müxtəlif dərd və ağrılardan nicat tapar...
Rəcəbəli Xəyyat naməhrəmi görən zaman günaha düşməmək üçün hansı zikri tövsiyə edirdi?
Rəcəbəli Xəyyat naməhrəmi görən zaman (belə ki, təsiri dəf etmək üçün) təsirli olan zikrlərdən birini tövsiyə etmişdir. Alim bu zikrin işə yaradığını bildirmiş və onu bütün yaxınlarına tövsiyə etmişdir. O, deyir: “Gözün naməhrəmə dəyən zaman, gözünü bağla və başını aşağı salıb de: یا خَیرَحَبیبٍ و مَحبوبٍ صَلِّ عَلی مُحمّدٍ و آلِه Ya xəyra Həbibi və Məhbubi, səlli əla Muhəmməd və alih.
Mahiyyəti budur ki, ey Allahım, mən səni sevirəm, Səni istəyirəm. Bu gördüklərim heç də sevimli deyildir (belə ki, sevən və sevilənlərin ən xeyirlisi sənsən), onlara (Səndən başqasına) bel bağlamağa dəyməz...
İbadət əhlindən hansı 7 dəst təkəbbürlük xüsusiyyətinə tutula bilərlər?
Mərhum Nəraqi ibadət əhli arasında da təkəbbürə düçar olanları 7 dəstəyə bölərək, bizə tanıtmışdır.
1. Dəstəmazda təkəbbür. Bu insanlar namazın müqəddiməsi olan dəstəmazda nəcasəti aradan aparmaq mövzularında vəsvəsə edərlər. Ona görə də suyu israf edib, günaha düçar olarlar. Bu insanların ehtiyat və vəsvəsələri dəstəmazlarına ziyan vurar. Belə düşünərlər ki, bu iş onların nicat tapması üçün kifayətdir.
2. Namazda təkəbbür. Namazın niyyətində vəsvəsə edərlər və şeytan qoymaz ki, düzgün niyyət etsinlər. O qədər vəsvəsə edərlər ki, namazın fəzilətini əldən verərlər. Bəzən namazın təkbirində, bəzən qiraətin düzgünlüyündə şəkk edərlər. Ona görə də namazın sonuna qədər onun məzmununa diqqət etməkdən qafil olarlar. O qədər qiraətə diqqət edərlər ki, qəlb hüzuru yaddan çıxar. Belə düşünələr ki, namazları ancaq o zaman qəbul olar ki, qiraətləri səhih olsun. Bu, təkəbbürün ən çirkin formalarındandır...
Hz Peyğəmbər (s) hədis: Hansı nemətlərin daha çox qədrini bilmək lazımdır?
Həzrəti Peyğəmbər (s) buyurur: Hər nemətin qədrini bilmək lazımdır. Beş nemətin qədrini əldən verməzdən öncə bilmək daha zəruridir:
1-Cavanlığın qədrini bilin qocalıqdan öncə,
2-Can sağlamlığınızın qədrini bilin xəstələnmədən öncə,
3-İmkanlılığınızın qədrini bilin kasıblıq üz gətirəndən öncə,
4-Fürsətli günlərinizin qədrini bilin işlər sizi özünə bağlayandan öncə,....
Hansı 4 dəstə insanlara tövbə etmək az qismət ola bilər?
Böyük islam alimlərindən biri qeyd edir ki, ustadımdan soruşdum ki, hansı əməllər Allah Təala tərəfindən bağışlanılmır? Belə cavab vedi:
Ey oğul Allah şahiddir ki, indi insanlar abır aparmaqdan heç çəkinmirlər. Bir neçə günah var ki, Allah onları bağışlamır, hətta bu işi görənlər tövbəyə belə müyəssər olmurlar:
Birincisi namazı tərk etməkdir. (Bu iş insanı Allahdan və dinin hökümlərinə diqətli olmaqdan saxlayır. Nəticədə din onun nəzərində lazımsız olur).
İkincisi ağvalideyn olmaqdır. (Bu əməl ailə əməllərini sarsıdır. Nəticədə ictimai əxlaqsızlıq və pozğunluq geniş vüsət alır).
Üçüncüsü haqsız yerə adam öldürmək. (Bunun nəticəsində insan ölümü adiləşir. Nəticədə oğurluq, zülm, qan tökmək adiləşir)...
Hansı namaza tövbə düşür?!
Allahla danışarkən diqqətin yayınması ədəbsizlikdir ...Allahla danışarkən diqqətin yayınması ədəbsizlikdir. Əgər sizinlə söhbət edən bir şəxs üzünü başqa tərəfə tutarsa bunu necə qiymətdəndirərsiniz? Namaz zamanı diqqətin Allahdan qeyri bir istiqamətə yönəldilməsi Ona arxa çevirməyə bərabərdir. Allah cism olmadığından Ona cismən yox, ruhən üz tutmaq zəruridir. Belə namazı dinin sütunu hesab etmək olarmı? İnsanı digər canlılardan fərqləndirən onun diqqətli olmasıdır. Danışana diqqət göstərməyib arxa çevirmək heyvanlara məxsus xüsusiyyətdir. Həzrət Peyğəmbər (s) buyurur: «Namaz zamanı Allahdan qeyrisini düşünən kəs heyvana çevrilməkdən qorxmurmu?». («Biharul-ənvar», cild 84.) Uca məqam sahibləri olanlar ibadət zamanı diqqətli olar, fikirlərini Allaha yönəldərlər. «Namaz, dua, Qurana məşğul olarkən fikrim haradaydı» deyə düşünər, hər zaman nöqsana yol verdikləri üçün tövbə edərlər.
İnsan hansı yolla qəlbini ilahi məhəbbətlə işıqlandıra bilər?
İnsan Allahın nemətlərini düşündükcə Ona sevgisi artır. Hər bir məhəbbət insana verilən nemət və ona göstərilən xidmətə diqqətdən asılıdır. İnsan Allahın nemətlərini düşündükcə Ona sevgisi artır. Külək, yağış, günəş, dağlar, çəmənlər, qidalar, ailə, övlad, əql, elm, dil, göz, qulaq, gecə, gündüz, ayıqlıq, yuxu, azadlıq, seçim imkanı, yaxşılığa meyl, pisliyə nifrət insan ömrünü iflic vəziyyətdən çıxaran ümumi nemətlərdir. Bilirsinizmi iki-üç gün susuz, yuxusuz, ac qalan insan nə vəziyyətə düşür?!...
Hansı dost insanı xoşbəxt edə bilər?
İnsanın dostlarını üç dəstəyə bölürlər: 1. Vəfasız dostdur ki, öləndən sonra sizi tək qoyar.
2. O dostdur ki, qəbrə qədər sizinlədir, ancaq o zaman ki, dəfn olunarsınız, sorağınıza gəlməz.
3. O dostdur ki, hər yerdə sizinlədir, istər dünyada olsun, istər qəbirdə, istərsə də qiyamətdə.
Birinci dost – insanın mal-dövlətidir. İnsan öləndən sonra varislərinə çatır. İkinci dost insanın dostları və ailəsidir ki, onu qəbrə qoyandan sonra unudurlar. Üçüncü dost isə əməllərinizdir ki, həmişə sizinlədir və sizi tərk etmir. Allah Təala Qiyamət günü bəzi zalımların halını belə təsvir edir: «Vay olsun mənə! Kaş (mənim azmağıma səbəb olan) filankəsi (özümə) dost tutmayaydım». (“Furqan” 28)...
Bütün keçmiş günahların bağışlanmasına səbəb olan əməl hansıdır?
İmam Sadiq (ə) Hüseyn ibni Suyərə buyurur: “Ey Hüseyn! Hər kim evindən çıxar və niyyəti Həzrət Hüseyn ibni Əlinin (ə) qəbrinin ziyarəti olar, əgər piyada gedərsə, Mənnan Allah hər atdığı addıma görə onun üçün bir həsənə yazar və bir günahını məhv edər, o zamana qədər ki, hərəmə çatar. O şərif məkana çatandan sonra Allah Təala onu xilasolanlardan qərar verər, o zamana qədər ki, ziyarətin əməl və mərasimlərini sona çatdırar. Bu zaman onu faizinlərdən qərar verər, o zamana qədər ki, qayıtmaq üçün iradə edər. Bu vaxt mələk onun yanına gələr və deyər: “Allahın Peyğəmbəri (s) sənə salam göndərir və buyurur: Əməllərinə əvvəldən başla, bütün keçmişgünahların bağışlanmışdır”.
Bir dəqiqə ərzində edə biləcəyimiz əbədi işlər! Bilirdinizmi?
Bir dəqiqədə beş dəfə «Fatihə» surəsini səlis oxuya bilərik. O «Fatihə» surəsi ki, bir dəfə oxunmasına 1400 savab verilir. Beş dəfə oxumaqla, 7000 savab qazanmış olarıq.
Bir dəqiqədə on dəfə «İxlas» surəsini oxuya bilərik. On dəfə «İxlas» surəsini ixlasla oxumaqla, üç dəfə Quranı xətm etmiş olarıq. Hər gün bir dəqiqə «İxlas» surəsinə ayırsaq, ayda üç yüz, ildə isə 3600 savab qazanmış olarıq ki, bu da 1200 Quran xətminə bərabərdir.
Bir dəqiqədə 24 dəfə Allah peyğəmbərinə və onun ailəsinə salam və salavat göndərə bilərik. O salavat ki, Allah onun bir dəfə iqrar olunmasına 250 savab yazar və məqamımızı 250 dəfə artırar. O salavat ki, onun sayəsində insan Muhəmməd (s) və onun ailəsinin şəfaətinə nail olar...