Islam maarifinə əsasən ən yoxsul insan kimdir?
Bu dünyada ən yoxsul və ən fəqir insan – cahil insandır. Ona görə də deyə bilərik ki, yoxsulluqdan da pis bəla – cəhalətdir. O cahil ki, dini mərifətdən uzaqdır, o, ən yoxsul və ən bədbəxt insandır.
Allah Təala Quranda buyurur: “Onlar dünya həyatının zahirini bilirlər (hiss etdikləri və bəhrələndikləri şey onlar üçün məqsəddir və əsasdır) və axirətdən (dünya həyatının həqiqi nəticəsi olan axirət həyatından) isə olduqca xəbərsizdirlər”. (“Rum” 7).
Həzrət Peyğəmbər (s) Əmirəl-mömininə (ə) xitab edərək buyurur: “Ey Əli! Yoxsulluq və fəqirlik nadanlıqdan ağır deyildir”.
Nəfslə muraqibətin inanılmaz təsiri – “Muraqibət” nədir?
Ayətullah Bəşir Nəcəfi mənəvi mərhələləri yüksəlməkdə və Allahın rizasına yetişməkdə təqva və muraqibətin (nəfslə mübarizənin) əhəmiyyətinə toxunaraq. Həmçinin Hz. Abbası (ə) misal çəkib:“Muraqibənin bariz nümunəsini Hz. Abbasda (ə) görürük. O bunu öz zəmanə İmamına (ə) itaəti ilə göstərdi. Bunlar hamısı təqvanın nəticəsidir.” Həmçinin ustad buyurub: “Mömin gərək özündən hesab çəkməyə diqqətli və mütamadi olsun. Ən azı gündə bir dəfə bunu etsin. Gün ərzində etdiklərini gözdən keçirsin. Öz ibadət və tilavətlərini gözdən keçirib düzəltməyə çalışsın. Bunu etməklə, növbəti dəfə artıq öz xətalarını görəcək. Həmçinin insan gərək öz ağlını, qəlbini və buraxdığı boşluqları hesaba çəksin...
Allah-Taala (c.c) üç dəstəyə təəccüb edər?!
Müdrik alim danışırdı: Allah üç dəstəyə təəccüb edər:
O kəs ki, namaz qılır, kimin qarşısında durduğunu bilir, ancaq namazda hüzuri-qəlbi yoxdur. Hüzuri-qəlb odur ki, namazda həm də sənin qəlbin iştirak etsin. Hiss üzvlərin, fikrin namazda olsun.
O kəs ki, bir ömür Allahın ruzisini yeyib. Ancaq sabahın ruzisinin dərdini çəkir.
O kəs ki, gülür. Halbuki Allahın ondan razı qalıb-qalmadığının fərqində belə, deyil. Bu haqda heç düşünmür də!
Möminin həyatda ən böyük arzusu nə olmalıdır?
MÖMININ ƏN BÖYÜK ISTƏYI ALLAHIN RAZILIĞIDIR! Merac hədisində oxuyuruq: “Ürəyindən keçəni məndən istə, mən də əta edim. Mənim mərhəmət civarımda sakin ol.” Aşiq bir ömür təlaşdan sonra arzusuna çatmışdır. Görün yəqin əhli olan möminin ruhu hansı məqama çatmışdır ki, belə bir cavab verir: “Pərvərdigara, Sən özünü mənə tanıtdırdın və Səni tanımaqla bütün xilqətdən ehtiyacsız oldum.” Mömin bildirir ki, Allahın əzəmətini dərk etdiyindən, artıq onun behiştdə gözü yoxdur. O, Allahı tanımaqla hər şeydən ehtiyacsız olduğunu bildirir. Axı belə bir əzəmətin müqabilində nə istəmək olar?!
Qəlbdə həqiqətə şübhə doğuran kimdir?
Batilə arxa çevirib, həqiqətə üz tutan insan şeytanın hədəfinə çevrilir. Quran ayələrindən məlum olur ki, bu vəsvəsələrdən kimsə suğortalanmamışdır: «(Ya Məhəmməd) Səndən əvvəl də elə bir rəsul, elə bir nəbi göndərmədik ki, şeytan onun arzu-diləyinə bir xələl qatmasın. Lakin Allah şeytanın vəsvəsəsini batil edər». (Həcc/52.) Lakin şeytanın insana təlqini cavabsız da qala bilər. Agah və imanlı insanların həqiqəti batildən seçməkdə heç bir çətinliyi yoxdur. Quran oxuyan insanın qəlbində nüfuz edib ayələrə şübhə doğuran şeytan, daim iki münasibətlə üz-üzədir: o, agah və imanlı insandan rədd cavabı alır, cahil insanları tovlamağa nail olur. İslam düşmənləri şeytanın nüfuzunu təsdiq edən ayələrdən sui-istifadə edərək, hətta həzrət Peyğəmbərin (s) də tovlandığını iddia edirlər...
Üç Məsum İmamın (ə) müştərək vəsiyyəti nə haqda olmuşdur?
İmam Baqir (ə) buyurur: “O zaman ki, atam İmam Səccadın (ə) şəhadəti yaxınlaşdı, məni sinəsinə sıxdı və sonra buyurdu: “Oğlum! Sənə o vəsiyyəti edirəm ki, atam İmam Hüseyn (ə) şəhadəti zamanı mənə buyurmuşdu. Atası Əmirəl-möminin (ə) də ona etmişdi”. Buyurdu: “Allahdan savayı yavəri olmayan insana zülm etməkdən çəkin”.
Qənaət hissini gücləndirmək üçün nə edək?
Bəs nə edək ki, qənaət hissimizi gücləndirə bilək və etidal həddə qala bilək?
1. İnsanlıq əzəmətinə diqqət etmək. Əgər insan öz qiymətini bilsə, əlində olan neməti hərislik və tamahla zay etməz...
2. Əlimizdə olanlara şükür etməyi bacarmalıyıq. Əgər əlimizdə olan nemətləri görə bilsək və onlara görə şükür edə bilsək, başqalarının əlində olana diqqət etmərik...
3. Pak və qənaətcil insanlar haqqında mütaliə etmək. Bir gün bir nəfər İmam Sadiqi (ə) görür ki, əyninə yamanmış köynək geyinmişdir. Gözü həmin yamaq vurulan yerə baxır. İmam (ə) onu bu halda görəndə, soruşur: “Nə olub ki, mənə baxırsan?”...
Nə edək ki, həm Allahın və həm də insanların sevimlisi olaq?
Bir nəfər Peyğəmbərdən (s) soruşur ki, hansı şey insanlar arasında məhbub olmağa səbəb olar? Həzrət (s) buyurur: “İnsanların malik olduqlarında gözün olmasın ki, insanların məhbubu olasan”.Allahın və insanların məhbubu olmaq üçün bir neçə tövsiyə:
1. Zahiriniz həmişə təmiz və səliqəli olsun.
2. Daha çox sükut etməyə meyil edin.
3. Danışan zaman mülayim olun.
4. Hörmət qazanan insan olun.
5. Çox zarafat etməyin, ancaq çox gülümsəyin...
Allaha yaxınlaşmaq əzmində olanlar hansı üç yoldan birini seçməlidir?
Saleh insanlar və saleh cəmiyyətlə rabitənin zərurəti: İnsan ictimai bir varlıqdır. Onun həyatı başqaları ilə rabitələrsiz ötüşmür. Allah-təala insanı öz həmnövləri ilə maddi və mənəvi rabitələrə ehtiyaclı xəlq etmişdir. Tənha, cəmiyyətdən uzaq yaşamaq istəyən insan nə maddi, nə də mənəvi baxımdan inkişaf edə bilər. Çünki maddi həyat başqalarının elm və təcrübəsindən istifadə ilə davam edir. İnsan dini məclislərdə iştirak etmədən, moizə və nəsihətlərdən faydalanmadan mənəvi baxımdan inkişaf edə bilmir. Demək, mənəvi baxımdan təkamül üçün də ictimai rabitələrə ehtiyac var. İnsanlar ictimai rabitələri qırıb həmkarlıqdan çəkinsələr hansısa mənəvi təkamüldən danışmağa dəyməz. Şübhəsiz ki, əgər cəmiyyətdə saleh insanlar varsa ictimai rabitələr faydalıdır. Saleh insanlarla rabitələr gücləndikcə insan kamilləşir...
İlahi sünnətin neçə növü var? “Nəhcül-bəlağə”nin izahı
“Nəhcül-bəlağə” kitabı İlahi sünnəti iki hissəyə bölür: dünyaya aid olan sünnətlər, axirətə aid olan sünnətlər. Dünyaya aid olan sünnətləri də iki hissəyə bölmək olar:
Biri – ümumi dünya sünnətləridir; biri isə insanların rəftarından asılı olan sünnətlərdir. Ümumi dünya sünnətlərini də üç hissəyə bölürlər:
1. Varlıq aləminin hər bir yerində hakim olan ümumi sünnətlər.
2. İnsanların arasında hakim olan ümumi sünnətlər.
3. Fərdə hakim olan ümumi sünnətlər...