Necə bilək ki, insan Allah bəndəsidir? Dəqiq nişanələr


Allah bəndəsi deyildikdə, o kəs nəzərdə tutulur ki, öz tutumu həddində Allahın əmrlərinə təslim olar. Misal üçün, əgər maddi imkanı yoxdursa həcc ona vacib olmur. Çünki bu vacibatı yerinə yetirmək üçün lazım olan şəraitə malik deyildir. Və ya bir nəfərin uzun sürən xəstəliyi vardır və həkimi buyurur ki, şəfa tapmağın üçün gərək oruc tutmayasan. Bu zaman oruc vacibatı onun boynundan götürülür. Əgər insan bütün bu göstərişlərə qulaq verib əməl edirsə, deməli Allah bəndəsidir.
Kəbirə günahlardan çəkinmək və özünü səğirə günahlara düçar olmaqdan qorumaq da bəndəliyin nişanələrindən biridir. O zaman ki, səğirə günahlarından çəkinir və kəbirə günahlarından qaçırıq, deməli Allah bəndəsiyik. Həzrət Peyğəmbər (s) bu cür insanı mələklərdən də dəyərli hesab etmişdir.


Bərəkət nədir? Hansı amillər bərəkəti artırır və azladar?!


Bərəkət xeyir deməkdir. Misal üçün nəslin bərəkəti deyildikdə, övladların sayının çox olması nəzərdə tutulur. Bərəkətdə olan xeyir, mənəvi xeyirlə sonlanar. Yəni, bərəkət mənəvi olsa da, maddi olsa da yenə də mənəvi xeyirlə sonlanar. Quran bərəkətli insanları bizlərə tanıtmışdır, o cümlədən:
Bərəkət gətirən amilləri tanıyaq: iman, şükür etmək, sədəqə vermək, Allaha itaət etmək, sileyi-rəhm, yaşlı insanların evdə olması, xoş rəftar,
Bərəkətdən məhrum edən amilləri tanıyaq: zəkatı verməmək, Allahı yada salmaqdan üz döndərmək, israf, elm öyrənən zaman özünü lovğalanmaq,
Möminlər. “(Allah tərəfindən) deyildi: «Ey Nuh, sənə və səninlə birgə olan dəstələrə Bizim tərəfimizdən olan salamatlıq, salam və bərəkətlərlə aşağı en. Və (tarix boyu onların övladlarından) tezliklə (dünya nemətlərindən) bəhrələndirəcəyimiz ümmətlər gələcəkdir””. (“Hud” 48).


`ALLAHDAN QORXMAQ` NƏ DEMƏKDİR?!


Allahdan qoruxmaq dedikdə iki mənanı başa düşmək olar:
1. Məqsəd Allahın gözətçi və nəzarətçi olmasıdır. Yəni Allahın həqiqi bəndələri o kəslərdir ki, Allahın daim onlara nəzarət etdiyini bilirlər. İmam Xomeyninin (r.h) sözü ilə desək: “Aləm Allahın hüzurundadır, Allahın hüzurunda günah etməyin.” Onlar Allahın nəzarətindən qorxurlar. Bu etiqadın insan tərbiyəsində böyük rolu vardır. Özünü daim möhtərəm bir baxış altında olduğunu hiss edən kəs heç vaxt əyri addım ata bilməz və bütün əməl və rəftarları ölçü əsasında olar.
2. Məqsəd Allah-Taalanın ədalət məqamıdır. İlahi bəndələr həqiqətdə Allahın ədalətindən qorxurlar. Onlar bilirlər ki, əgər Allah bizimlə sırf ədalətlə rəftar edərsə, heç kimin aman tapmağına ümid yoxdur. Təəssüf ki, biz çox vaxt incə məsələlərə diqqət yetirmir, həmişə ölçü əsasında hesab-kitab aparmırıq.


Müsəlman yoxsulluqla barışmamalıdır! İmam Əlinin (ə) tapşırıqları


İmam Əli (ə) də yoxsulluğu cəmiyyətin çirkin fenomeni kimi tanıtmışdır. Həzrət (ə) buyurur: “Qəbir - yoxsul olmaqdan daha yaxşıdır”. Yaxud: “İki şey insanı həlak edər: yoxsulluq qorxusu və şöhrət istəmək”.
İmam (ə) bu fenomenin gətirdiyi pis nəticələrə işarə edir və müxtəlif tövsiyələr verir. İmam (ə) Muhəmməd ibni Hənəfiyyəyə buyurur: “Oğlum! Sənin yoxsulluğuna görə qorxuram. Ondan Allaha pənah apar! Çünki yoxsulluq insanı naqis və ağıl və düşüncəsini səksəkəli, insanları ona qarşı və onu insanlara qarşı bədbin edər”.
İmam (ə) buyurduğu kimi yoxsulluq insana çox sayda ziyan vurur. Ağlına və dininə böyük zərbə vurur. Əgər bu iki sərmayəni insandan alsalar, dini və ictimai mövqesini əldən verər. Nəticədə faydasız bir fərdə çevrilir ki, bunun özü də bir növ ölümdür...


Evlənərkən istixarə necə və nə üçün olmalıdır?


Evlənərkən nə üçün, necə və hansı yolla istixarə edilməldir? Allah-Taala yaradılışın ən gözəl, ən üstün və ən qiymətli gövhər və ləl-cavahirini insana bəxş etmiş və bununla da, insana bütün izzət, şərafət və kəramət bağışlamışdır. Yəqin ki, söhbətin hansı ilahi nemətdən getdiyini bildiniz... Bəli, bu gövhərin adı “ağıl”dır, hansı ki, düşüncələrimizə günəş kimi saçır, qəlblərimizi nurlandırır və həyat yolumuzu işıqlandırır. İmam Əli (ə) buyurur: “Ağıl, insanın vücudunda evin ortasında sancılmış çıraq kimidir.”[1]
Biz bu qiymətli və ilahi gövhərin işığında ondan düzgün və faydalı istifadə etməklə xeyri, şəri, fayda və zərəri bir-birindən ayırıb ən xeyirli, ən faydalı işi seçirik.
Allahın Rəsulu (s) buyurur: “İnkişaf, məsləhət və xeyrinizi ağlınızdan soruşun. O inkişaf yolunu və məqsədyönlü bir yolu sizə göstərərsə, onda itaət edin, onun əmrindən boyun qaçırmayın ki, peşman olarsınız...


Dua etməzdən əvvəl Allahın hansı 8 adı deyilsə, dua qəbul olunar?!


Həzrət Peyğəmbər (s) buyurur: “Allahın səkkiz adı vardır ki, ərşin sütununda, günəşin qəlbində, behiştdə və Tuba ağacında yazılmışdır. Hər kim dua etməzdən əvvəl onları deyərsə, duası yerinə yetər. Bu səkkiz ad ibarətdir: یا دائِمُ ,یا حَیُّ, یا وتْرُ, یا فردُ, یا اَحدُ, یا قَویُّ, یاقَدیمُ, یا قاد
“Allah” adı Quranda 980 dəfə istifadə olunmuşdur. Allahın bütün camal və cəlal sifətləri bu adda cəm olmuşdur. Bu ad, Allahın müqəddəs zatına işarə edir. Ona görə də nə zaman “Allah” sözü deyilər, Allahın bütün gözəl adları deyilmiş olar.
İmam Əli (ə) buyurur: “Hər kim Qurandan Allahın 100 ayəsini hansı yerindən olursa-olsun oxuyarsa və ondan sonra yeddi dəfə “Ya Allah” deyərsə, əgər daşa oxuyarsa, Allah Təala onu parçalayar”.


Bizi Allahdan uzaqlaşdırmaq istəyən dörd qorxulu düşmən nələrdir?!


Ətrafımızda daim bizi rəngarəng tələləri ilə Allahdan uzaqlaşdırmaq istəyən qorxulu düşmənlərin təhlükəsi var. Bu düşmənlər aşağıdakılardan ibarətdir:
1. Nəfs: Peyğəmbəri-Əkrəm (s) buyurur: “Ən inadkar düşmən insanın öz şəhvani və şeytani istəkləridir. Bu istəklərlə məşğul olmaq ilahi yaxınlıq məqamından uzaqlaşmağa səbəb olur.” (“Biharul-ənvar”, c.67, səh.36.)
2. İnsan şeytanlar: Qurani-Kərimin “Ənam” surəsinin 112-ci ayəsinə əsasən, cin şeytanlar Adəm övladlarından şagirdlər yetişdirirlər. Bu şagirdlər onlardan geri qalmır və bəzən daha qüvvəli olurlar. “Nas” surəsində buyurulur: “De ki, pənah aparıram insanların Rəbbinə... cinlər və insanlardan.” (“Nas”, 1 və 6.)...


Hədis Elmində Əshabi icma kimlərdirlər?


Əshabi icma İmamiyə elmində müəyyən dərəcəyə malik olan hədis nəql edənlərə deyilir. Bu insanların sayının 18 nəfər olduğunu bəyan edirlər. İmam Baqirin (ə) səhabələrindən tutmuş, İmam Rzanın (ə) səhabələrinə qədər. Bütün Əhli-Beyt (ə) alimləri onları güvənilən insanlar kimi tanıyırlar. Əlbəttə, onlara etimad etmək dərəcəsi fərqlidir. Lakin əksər alimlər onları inanılmış insanlar hesab edir və nəql etdikləri hədisləri səhih hədis kimi qəbul edirlər. O hədis ki, sənəd baxımından bu 18 nəfərə gəlib çatarsa, deməli səhih hədisdir. Bu insanlar Məsum İmamlar (ə) tərəfindən tərbiyə edilmiş və onların elm bulağından su içmişdilər. İslam dinində Quran ayələrindən sonra ən güclü maarif mənbəyi – hədis elmidir. Hədis – Məsum İmamların (ə) dilindən bəyan olunmuş kəlamların və onların etdikləri əməllərin nəql edilməsidir...


Təsbihati-ərbəənin sirri və mənası nədir?


İmam Həsən Müctəba (ə) buyurur: “Bir neçə yəhudi Peyğəmbərin (s) xidmətinə gəlir və onların ən alim olanı Həzrətə (s) deyir: “Təsbihati ərbəənin təfsiri nədir?”.
Həzrət Peyğəmbər (s) buyurur: “Allah Təala bilir ki, bəni-Adəm Allaha yalan deyir, ona görə də buyurur: “Subhənallah”. Yəni, Allah insanların dediklərindən münəzzəh və pakdır.
Allah Təala bilir ki, bəndələri nemətinin şükrünü yerinə yetirmirlər, ona görə də bəndələrinin Onu həmd etməsindən əvvəl O, özünü mədh etmişdir. “Əlhəmdulillah”. Bu İlahi həmd və sitayiş – ilk kəlamdır ki, əgər olmasaydı, Allah heç bir zaman heç kəsə nemət verməzdi.
“Lə iləhə illəllah”, yəni Allahın vahid olmasına şəhadət verməkdir. Bəndələrin əməlləri qəbul olmaz, məgər onunla. Bu, təqva kəlməsidir ki, Qiyamət günü əməl tərəzisi onunla ağır olacaqdır...


İnsan Allahı sevib-sevmədiyini necə bilə bilər?


Həzrət Peyğəmbər (s) buyurur: “Allah Davuda (ə) buyurur: “Məni sev və Məni xəlqimin məhbubu et”.
Davud (ə) deyir: “Pərvərdigara! Mən səni sevirəm, ancaq Səni necə xəlqinin məhbubu edim?”.
Buyurur: “Nemətlərimi onların yadına sal. Çünki o zaman ki, nemətlərimi onlara sayarsan, Məni sevəcəklər””.
Həzrət Peyğəmbər (s) buyurur: “Allah sevgisinin nişanəsi – Allahı yada salmağı sevməklədir. Allahla düşmən olmağın əlaməti – Allahı yada salmağı düşmən bilməklədir”.
Həzrət Peyğəmbər (s) buyurur: “İman kamil olmaz, məgər biz Əhli-Beytin (ə) sevgisi ilə”.
Həzrət Peyğəmbər (s) buyurur: “Agah olun, hər kimin dostluğu Allah və düşmənçiliyi Allah üçün olarsa, ətası Allah üçün və qadağası Allah üçün olarsa – Allahın seçilmişlərindəndir”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter