Əxlaq ustadları valideynə hörmətin təsiri haqda nə buyururlar?


Əxlaq ustadları valideynə hörmətin təsiri haqda nə buyururlar? Tehranın əzəmətli əxlaq və hövzə ustadı olan mərhum Ayətullah Muctehidi Tehrani həzrətləri valideynin dəyəri haqda belə buyurmuşdu:
\"Diqqətli olun ki, valideynin üzünə qayıtmayın! Ata-ana sizlərə nifrin etməsinlər. Heç zaman onlara qarşı pis baxışla baxmayın. Bəzən mümkündür ki, atanızın əsəbi narahat olmuş ola və sizin üstünüzə çığırsınlar. Siz gedin onun əlindən öpün və üzr istəyin ki, onu narahat etməkdə nəsə etmiş olarsınız. Baxmıyaraq ki, onun səhv olduğunu bilirsiniz. Siz elə təsəvvür yaradın ki, siz günahkarsınız və deyin: Atacan, anacan, mənim gunahımdan keçin. ... Bu əməlinizlə sizlərə böyük ilahi lütflər nazil olar. O dəstə insanlar ki, valideyinləri onlardan razı olmuşdu əllərini nələr vurmuşlar qızıla çevrilmişdir! Və o dəstə insanlar ki, valideyinləri onlardan naraza qalmışdı əllərini hər nə işə uzatsalar da qaplar üzlərinə bağlı qalmışdı! Mümkündür ki, diriliklərində sizlərdən razı olmuşlar, indiki dünyadan getmişlər onlar üçün xeyir və ehsanat edirsinizmi?! Hər gecə-gündüz vaxtında bir dəfə belə olsa əlləri xeyir əməldən üzülmüş valideyninizi quranla yad edin! (Bu əməlin ki xərci yoxdur). Əgər onları yadd edəsən və ziyarətlərini unutmayasan işlərin xeyirli və bərəkətli olar!


Başqalarının abrını tökmək Allahla muharibə deməkdir!


Başqalarının abrını tökmək Allahla muharibə deməkdir! İnsanların abrı ilə oynamaq Allahın qəzəbinə səbəb olar!
Ayətullah Məzahiri buyurur: Təhqir etmək və insanların abrı ilə oynamaq, Allahla müharibəyə başlamaq deməkdir.
Quranın maariflərində deyilir: 5 məkan Allah dərgahında çox dəyərli və hörmətlidir hər kəs ona qarşı təhqiramiz hərəkət etsə Allahın qəzəbinə düçar olmuş şəxs olar:
1-Allahın Rəsulu (s) və bütün peyğəmbərlərin (ə) məqamına hörmətsizlik, 2-Allah Rəsulunun (s) Əhli-Beytinə (ə) hörmətsizlik, 3-Allahın kitablarına və qanunlarına hörmətsizlik xüsusən də Qurani Kərimə. 4-Allahın müqəddəs evləri arasında seçilmiş Kəbə evinin məqamına hörmətsizlik, 5-Möminin şəxsiyyəti və abrı ilə oynamaq bağışlanmayan gunah və Allahın qəzəbinin nazil olmasına səbəb olandır.


Paxıllığın yaranmasına səbəb olan amillər nələrdir?


Paxıllığın yaranmasına səbəb olan amillər nələrdir? Paxıl insan şeytandan (lən) və Firondan da daha pisdir. Belə ki, şeytanla Fironun söhbətinə nəzər salanda görmək olur ki, şeytan paxıl insanı Firondan və özündən də pis adlandırır. Firon şeytana sual verir: “Məndən və səndən də pisini yer üzündə tanıyırsanmi?”. Şeytan (lən) deyir: “Paxıl insan məndən və səndən də pisdir. Çünki paxıllıq insanın yaxşı əməllərini yeyər, necə ki, atəş odunu yeyər və yandırar”. (Tebyan)
Paxıllıq o qədər təhlükəli bir xəstəlikdir ki, sahibini həm zahirdə və həm də batində yeyib bitirər. Həm bu dünyasını və həm də axirətini məhv edər. İmam Sadiq (ə) buyurur: “Paxıl insanın üç nişanəsi vardır: insanın arxasınca qeybət edər, üzləşən zaman yaltaqlanar, başqalarının çətinliyə düşməsindən şad olar”. Paxıl insan həyatda heç bir zaman müvəffəq ola bilməz. İmam Əli (ə) buyurur: “Paxıl insan alicənab olmaz”. Həzrət Əli (ə) başqa yerdə buyurur: “Paxıllıq insanı qəm və qüssəyə düçar edər”. Bəs paxıllığı yaradan amillər hansılardır? 1. Düşmənçilik. 2. Təkəbbür. 3. Məqsədə çatmaq qorxusu. 4. Rəhbərlik etmək istəyi. 5. Zati paxıllıq.


Təqvaya aparan 6 xüsusiyyət hansılardır?


Təqvaya aparan 6 xüsusiyyət hansılardır? Quran təqva əhli haqqında buyurur: “O kəslər ki, qeybə (Allah, vəhy, mələklər və məad kimi hissiyyatın dərk edə bilmədiyi şeylərə) inanır, namaz qılır (haqqın müqabilində boyun əyir) və ruzi olaraq verdiyimiz şeylərdən (Allah yolunda) xərcləyirlər. O kəslər ki, sənə nazil edilənə və səndən əvvəl (olub keçmiş peyğəmbərlərə) nazil edilənlərə imanları və axirət (Qiyamət) gününə yəqinlikləri vardır. Məhz onlar (Qur’anın hidayətindən qabaq) Allahları tərəfindən (fitri və əqli) bir hidayətdədirlər və nicat tapanlar da onlardır (və Qur’an onları bu məsələlərin arxasınca gələn kamilliklərə hidayət edir. Bu işləri inkar edən kəslərə isə müsbət təsir göstərmir)”. (“Bəqərə” 3-5). Bu ayədə təvqa əhlinin 6 xüsusiyyəti bəyan edilmişdir, yəni bu 6 sifət onun təqva əhli olmasına şərait yaratmışdır: 1. Qeybə olan imanı. 2. Namaz qılarlar. 3. Allah yolunda infaq etmək. 4, 5. Peyğəmbərə (s) və keçmiş peyğəmbərlərə (ə) iman gətirmək. 6. Axirətə iman bəsləmək.


Paxıl insanın nişanələri. Paxıllığı müalicə etməyin yolları hansılardır?


Paxıl insanın nişanələri. Paxıllığı müalicə etməyin yolları hansılardır? İslam təlimlərində həsəd, küfrün köklərindən biri kimi tanıdılmışdır. İmam Sadiq (ə) buyurur: “Şeytan öz ordusuna deyər: “İnsanların arasına həsəd və təcavüzkarlıq salın, çünki bu ikisi Allah yanında şirkə bərabərdir””. Qədimdən deyirdilər ki, paxıl insan heç bir zaman rahatlğı tapmaz. Bu, həqiqətən də belədir. Həsəd aparan insan həmişə öz həsədinin əzab və əziyyətini çəkir. (Tebyan)
Paxıl insanın nişanəsi: Loğman oğluna buyurur: “Paxılın üç nişanəsi vardır: insanın arxasından qeybət edər, yaltaqlıq edər, başqalarının çətinliyinə sevinər”.
Bu xəstəliyi müalicə etməyin yolları: 1. İnsan gərək həsədin ruha, cismə, dinə vurduğu ziyanları tanısın və öyrənsin. 2. Allah Təalaya olan elmini və mərifətini artırsın. 3. Həsədin əksinə olan rəftarlar nümayiş etdirsin. 4. Allah Təalaya dua etsin və şəfasını Ondan istəsin.


Ədəbsizliyin müalicə yolu nədir?


Ədəbsizliyin müalicə yolu nədir? Ədəb bir növ seçilmiş və xüsusi rəftardır (ki, böyük və kiçik, tanış və yadda) müsbət tərbiyədən qaynaqlanır. Ağılla yaşamaq, dildə mətanət və əməldə vüqarlı olmaq ədəbin nişanələrindəndir. Amma ağılsızlıq, pis danışıq, əxlaqsızlıq, əhanət, təəssüb və... ədəbsizliyin nişanələridir. Ədəb təlim alınmalı bir hünərdir ki, tərbiyəvi dəqiq nöqtələri əldə etmək və onlara əməl etmək lazımdır.
İslam göstərişləriylə tanışlıq və İslam Peyğəmbərinin (s) həyat tərzindən məlumatlanmaq və Əhli- beytin həyatından ülgü götürmək, gözəl ədəb və əxlaqa yiyələnməyin ən gözəl yoludur. O cümlədən digərlərinin gözəl əməlləri insanda müsbət təsir qoyur və insanların pis əməlləri və əxlaqı da öz mənfi təsirini qoyur. Böyük şəxsiyyətli insanlar digər insanların mənfi əməllərindən də ibrət və dərs alırlar. Cəmiyyətdə ədəbsizliyin ən yaxşı müalicə yolu, ədəbsiz insanların qiymətsiz və ədəbli insanların qiymətli olmalarına diqqət yetirməkdir. İslamda ədəb və əxlaq barəsində bir çox kitab və mənbələr vardır ki, ətraflı cavabda onlardan bəzilərinə işarə olunacaqdır.


Şəban ayının əməlləri nələrdir?


Şəban ayının əməlləri nələrdir? Şəban ayı Allahın seçdiyi bərəkətli əməl aylarından biridir ki, bu ayda çoxlu savablı əmələr dua kitablarında gəlmişdir o cümlədən: 1-hər gün 70 dəfə: “Əstəğfirullahə və əs’əluhut təubəh” demək. 2- Bu bir ay ərzində 1000 dəfə: “Lə ilahə illəllah və la nə’budu illə iyyəhu muxlisinə ləhud-dinə və ləv kərihəl-muşrikun” zikrini demək. 3- Bu ayın hər cümə axşamı günü 2 rükətli namaz qılınır, hər 2 rükətdə “Fatihə”dən sonra 100 dəfə “İxlas” surəsi oxunur. 4- Həzrət Peyğəmbərdən (s) nəql edirlər ki, Şəban ayının bazar ertəsi və cümə axşamı günü oruc tutanın Allah Təala 20 dünya və 20 axirət hacətini yerinə yetirər. 5- Bu ayda çoxlu salavat - “Əllahummə salli alə Muhəmmədin və ali-Muhəmməd” demək fəzilətlidir. 6-Həzrət Peyğəmbərə (s) nisbət verilən hədisdə buyurulub ki, kim Şaban ayının ilk 3 günü oruc tutub (həmin 3 günün) gecələri 2 rukət namaz qılsa, hər rukətdə bir dəfə “Fatihə”, 11 dəfə “İxlas” surələrini oxusa, böyük savablar əldə edəcəkdir.


Abırı aparan, ömrü qısaldan, duaları həbs edən günahlar nələrdir?


Abırı aparan, ömrü qısaldan, duaları həbs edən günahlar nələrdir? Yaxşı əməl insanın ürəyini və simasını nurlandırdığı halda, günah ürəyi qaraldar və başqalarının nifrətinə səbəb olar. (Tebyan) Sualimizin cavabı: A) Abırı aparan günahlar: 1. Qaytarmağa niyyəti olmadığı halda borc almaq. 2. İsraf etmək. 3. Ailəyə qarşı simiclik etmək. 4. Pis əxlaq. 5. Az səbir. 6. Tənbəllik. 7. Dindarlara xəyanət etmək.
B) Ömrü qısaldan günahlar. Bəzi günahlar ömrü qısaldar və onlar ibarətdir: 1. Qohumlarla əlaqəni kəsmək. 2. Yalandan and içmək. 3. Yalan danışmaq. 4. Zina. 5. Müsəlmanların yolunu bağlamaq. 6. Yalandan İmam olduğunu iddia etmək.
D) Duaları həbs edən günahlar. 1. Pis niyyət. 2. Batinin pis olması və xəbislik. 3. Din qardaşları ilə nifaq etmək və ikiüzlü olmaq. 4. Duaların qəbul olmasına iman bəsləməmək. 5. Namazı vaxtı keçənə qədər təxirə salmaq. 6. Sədəqə verməmək. 7. Söyüş söymək.


Sədəqə hansı şərtlərlə düzgün hesab olunur?


Sədəqə hansı şərtlərlə düzgün hesab olunur?Sədəqənin özünəməxsus şəraitləri vardır, ibarətdir: 1. Hər şeydən əvvəl sədəqə gərək halal və yaxşı maldan olsun. 2. Yaxşı olar ki, sədəqə və infaq gizli olsun. 3. Sədəqə və infaq əziyyət və minnətlə olmamalıdır. 4. Sədəqə və infaq gərək ixlas və xalis niyyətlə olsun. 5. Sədəqə elə maldan olmalıdır ki, onu sevirik və ona əlaqəmiz vardır.


Cəmiyyətdə yaxşı rabitənin lazım olan rəftarları hansılardır?


Cəmiyyətdə yaxşı rabitənin lazım olan rəftarları hansılardır?Cəmiyyət o zaman xoşbəxt və inkişaf edər ki, bir-biri ilə uyğun hədəf və məqsəd yolunda hərəkətdə olsun. Və bu yaxşı rabitə heç zaman ələ gəlməz əgər bu əxlaqi incəliklərə və yaxşı rəftara diqqət olunmasa. İslam maarifinə əsasən cəmiyyətdə yaxşı rabitəni bərqərar etmək üçün beş mühüm addımı atmaq gərəkir: 1-Düzgün və mərdanə rabitələr, 2-Gunahkar arxasınca olmayaq bəlkə çətinliyi həll etmək üçün gərəkli addımlar ataq. 3-Bağışlamağı bacarmalıyıq, (ədalət yolazmaların qarşısını alır amma bağışlamaq inkişaf gətirir). 4-Qarşı tərəf haqqında qəzavət və düşüncə irəli sürməzdən öncə hər iki tərəfin dediklərinə diqqətlə qulaq asmaq, 5-Yersiz və nəticəsiz çəkişmələrdən uzaq durmağın lazımlığı.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter