İmanın “başı” hesab olunan xislət hansı əxlaqi xasiyyətdir?
Həzərəti Əli kəlamları bu qəbil kəlamlardandır. Daim öz ecazkarlığı və kəskinliyi ilə seçilən Hz. Əli kəlamları insanı düşünməyə vadar edir. Əli (ə) imana və imanın əsas, ayrılmaz hissəsi ola səbrə işarə edərək buyurur: Səbrin imana olan nisbəti başın bədənə olan nisbəti kimidir. Başı olmayan bədənin xeyri olmadığı kim səbr olmayan imanda da xeyir olmaz. Səbr demək olar kı, imanın əməl şəklində göstəricisidir. Çünki iman və bu kimi şeyləri zahirdə görmək və ya göstərmək olmur. İman yalnız öz sahibinin əməllərində və əxlaqında təzahür edir. Səbr də bu növ təzahürlərdəndir. Hətta Əli (ə) səbri imanın əsas göstəricisi olaraq tanıtmış və imanın başı adlandırmışdır...
Nəfs dedikdə nə nəzərdə tutulur? Hansı nəfs şər və mənfiliklərə meyillidir?
Bəzən nəfs dedikdə ruh nəzərdə tutulur. Ancaq əxlaqi bəhslərdə nəfs dedikdə onu kontrol etmək, nəfsin istəkləri və xahişləri şərh edilir. İnsan nəfsinin mərtəbələri vardır. Onun ən alçaq dərəcəsi - əmmarə nəfsdir. Bu nəfs insanın nöqsanlı hallarına və daxili ifrati meyllərinə aid edilir. Bu nəfsin şər və pisliklərə meyli vardır və insanı xeyir yolundan azdıra bilir.
Nəfsin ikinci mərtəbəsi kamal və insanın özünü tərbiyə etməsinə aid edilir. Ona ləvvamə nəfs deyirlər. İnsan nəfsin bu mərtəbəsində ən çox xeyir və gözəl əməllərə tərəf meyl edir və insan günah işlədən zaman bu nəfs onu danlayır və məzəmmət edir. Onu xeyirxahlığa tərəf dəvət edir.
Nəfsin üçüncü mərtəbəsi mütməin nəfsdir. İnsan mütməin nəfsə çatarsa kamalı, səadət və həqiqi hüzuru tapar. Raziyyə və mərziyyə nəfsinə sahib olar. Yəni, həm o, Allahdan razıdır və həm də Allah ondan razıdır...
Kəbirə günahı necə tanımaq olar?
Mərhum Şeyx Ənsari ədalət risaləsində beş yol göstərir:
Birinci yol: Mötəbər rəvayət; bu rəvayətdə bildirilməlidir ki, günah böyük günahdır. (Həmin kitabın ikinci fəslində müəyyən rəvayətlər və onların tərcüməsi verilmişdir.)
İkinci yol: Аyə və ya mötəbər rəvayət; məsələn, bir günah haqqında deyilir ki, Allah-tәala bu günaha yol verən üçün cəhənnəm əzabını vacib etmişdir.
Üçüncü yol: Allah-tәala Qurani-məciddə müəyyən günaha yol verən üçün əzabın qəti olduğunu bildirir. Həzrət Əbdül-Əzimdən ikinci rəvayətdə həmin ayələrə işarə olunur.
Dördüncü yol: Ağıl və nəql yolu; ağıl və ya nəql təsdiqləyir ki, bir günah hansısa böyük günahdan daha ağırdır...
Hz ƏyyubPeyğəmbərin (s) səbrinin savabını qazandıran əməl hansı əməldir?
İslam Peyğəmbəri (s) buyurur: “Hər kim Allah-Taaladan (c.c) əcr almaq niyyəti ilə həyat yoldaşının tünd əxlaqına qarşı səbr edərsə Allah-Taala (c.c) hər dəfə səbr etdiyinə görə elə bir savab verər ki, əcrinin dəyəri Hz Əyyubun (ə) bəla qarşısında aldığı savaba bərabər olar”. Mənbə: Biharul-Ənvar kitabı, cild: 7, səh: 216 və 117)
İman belə olmalı, təvəkkül belə başa düşülməli və ümidvarlıq isə belə edilməlidir!
-Xalis imanı uşaq hiss edər! Bir gün kəndlilər qıtlıqdan əziyyət çəkirdilər! Qərara gəldilər ki, yağış yağmasına görə Allah-Taalaya (c.c) dua etsinlər.
Dua edəcəkləri gün bir yerə toplandılar içilərində isə bir uşaq var idi və yalnız o idi ki, özü ilə çətir gətirmişdi!!
-Təvəkkül etməyi ən yaxşı örgədən atadır ki, uşağını göylərə atar! Bir yaşlı uşağı təsəvvür edin ki, o zaman ki, siz onu yuxarı atıb tutmaq oyunu oynayırsınız! O isə böyük həvəslə gülür. Çünki təvəkkülü budur ki, siz onu tutacaqsınız! ...
Əxlaq ustadlarından tövsiyələr! hansı üç məsələyə daha çox diqqət olunmalıdır?
Həmişə gərək üç məsələyə diqqətli olaq!
1-Tək olan zaman düşüncələrimizi günahlardan qoruyaq, (Başqalarının haqqında sui-zən ... etmək qadağandır)
2-Ailə ilə olan zaman əxlaqımızın tünd olmamasına çalışmaq, (Qohumlarla yaxşı rəftar etmək insanın ruzisinə bərəkət və ömrünün uzanmasına səbəb olar)
3-Cəmiyyətlə birlikdə olan zaman dilimizə sahib çıxaq. (İnsanların onun dilindən amanda olmayan şəxs islam maarifinə əsasən müsəlman hesab edilmir.)
Bədgümanlıq, sui-zənn nədir?
Həzrət Əli (ə) İmam Həsənə (ə) vəsiyyətnaməsində buyurur: “Sui-zənn və bədgümanlığa təslim olma.” (“Bədgümanlıq sənə qalib gəlməsin”)
Əvvəlcə bilməliyik ki, bu ifadələrdə nəzərdə tutulan nədir? Bu barədə iki ehtimal var: 1. Bu sayaq təbirlər, adətlər, o zaman işlədilir ki, bir sifət insanda sabit şəkil alıb, onun xarakterində möhkəmlənsin. Ərəblərin “ğələbə ələyhil-kərəm” deyiminin mənası budur ki, hansısa sifət (burada “kərəm”) insanda sabitləşmişdir. Bu baxımdan, Həzrətin (ə) buyuruğundan belə anlaşılır ki, sui-zənn əhli olma, bədgümanlıqdan çəkin...
Ədəb-ərkanın kamilliyini göstərən 7 xüsusiyyət hansılardır?
İslaminSesi.info - Müstədrək əl-Vəsail əsərində (cild-9, səh-38) ədəb-ərkanın şərtləri və göstəriciləri haqda İmam Sadiqdən (ə) maraqlı bir hədis nəql edilib. İmam buyurur: “Ədəb-ərkanın və mürüvvətin yeddi xisləti var:
1-Ağıl (Məntiqli olmaq, məntiqli düşünmək və məntiqli danışmaq)
2-Helm (Cahil və nadanlar qarşısında səbirli olmaq, düşmənin fitnələrinə uymayıb təmkinli davranmaq)
3-Səbr (Baş verən hadislərdə, gələn xəstəlik və bəlalarda səbirli olmaq və naşükürlük edib, fəryad salmamaq)
4- Yoldaşlıq ( Dost qazanmaq, kin-küdürət və düşmənçilikdən uzaq durmaq)...
Şeyx Ənsarinin baxışında kəbirə günahı necə tanımaq olar?
Mərhum Şeyx Ənsari ədalət risaləsində beş yol göstərir: Birinci yol: Mötəbər rəvayət; bu rəvayətdə bildirilməlidir ki, günah böyük günahdır.
İkinci yol: Аyə və ya mötəbər rəvayət; məsələn, bir günah haqqında deyilir ki, Allah-tәala bu günaha yol verən üçün cəhənnəm əzabını vacib etmişdir. Üçüncü yol: Allah-tәala Qurani-məciddə müəyyən günaha yol verən üçün əzabın qəti olduğunu bildirir. Həzrət Əbdül-Əzimdən ikinci rəvayətdə həmin ayələrə işarə olunur. Dördüncü yol: Ağıl və nəql yolu; ağıl və ya nəql təsdiqləyir ki, bir günah hansısa böyük günahdan daha ağırdır. Məsələn bildirilir ki, möminin arxasınca danışmaq, onun qeybətini etmək zinadan ağırdır. Uyğun bəyanatdan anlaşılır ki, möminin arxasınca danışmaq da kəbirə günahdır...
Qiyamət günü Allah-Taala (c.c) hansı əməl sahiblərindən rəhmətini kəsər?
Hz Peyğəmbər (s) buyurdu: “Dörd dəstə insanlar var ki, qiyamət günü Allah-Taala (c.c) rəhmət baxışını onlardan kəsər:
1-Valideynin üzünə qayıtmaq, rəftarlarla ata-anaya əziyyət edə. Allahın hökmlərindən başqa yerdə valideynə qulaq asmaq vacibdir!
2-Yaxşı əməllərini kömək etdiyi şəxsin başına qalxmaq, (Saleh əməl edəndən sonra minnətçilik etmək)
3-Allahın insanların xoşbxətliyi üçün yazdığı həyat tərzinə sui-zənni olan insanlar,
4-Haram içkilərdən istifadə edən şəxs qiyamət günü Allahın rəhmət və köməyindən məhrum olar. İçki bütün çirkinliklərin açarı və bəlaların başlanğıcıdır.