Səbr çox mühümdür, xüsusən bu yerlərdə - Həzrət peyğəmbər
Allah rəsulundan (s) nəql olunan hədisdə insana səbrli olmağ tövsiyə olunur. Xüsusən 3 yerdə:
-Müsibət zamanı -İtaət zamanı -Günah qarşısında
Bu 3 hal demək olar ki, həyatının bütün mərhələlərini ümumi şəkildə özündə əks etdirir. Müsibət dedikdə hər cür agır bəlalar, insanın xoşlamadığı hər cür həyati “sürprizlər” nəzərdə tutulur. İnsan gərək səbrli olsun ki, üzləşdiyi bu hadisənin təsirindən çıxa bilsin. Digəri isə itaət qarşısında səbrdir. İnsan bu istiqamətdə səbrli olmalıdır ki, Allahın ona vacib buyurduğu bütün əməlləri icra edə bilsin...
İnsanı yoldan azdıran Şeytandır, yoxsa onun öz nəfsi?
Elə isə insanın günaha mürtəkib olmasında və əzaba düçür olmasında ən başlıca amın hansıdır? Şeytanmı, yoxsa nəfsimi? Çünki Quranda Şeytanın dilindən belə bir ayə zikr olunur: (İblis) dedi: \'Sənin izzətinə-qüdrətinə and olsun ki, onların (Adəm övladının) hamısını (haqq yoldan) azdıracağam (Sad-82).
Ayənin təfsirində deyilir, Şeytanın insan üzərində hökmranlığı yoxdur. Şeytan yalnız vəsfəsə edib, hər hansı qəbahətli bir şeyi bəzəyib gözəl göstərə bilir. Yəni insanı aldada bilir. Aldanan isə insanın nəfsidir. Bu səbəbdən əsl günahkar Şeytan yox insan özüdür. Şeytan yalnız “pisliyədəvət edən”dir! Çünki Quran Şeytanın dilindən zikr edir: “İş bitdikdə Şeytan belə deyəcək: \'Allah sizə doğru vəd vermişdi. Mən də sizə vəd vermişdim, amma sonra vədimə xilaf çıxdım. Əslində mənim sizin üzərinizdə heç bir hökmüm yox idi. Lakin mən sizi çağırdım, siz də mənə uydunuz. İndi məni yox, özünüzü qınayın. Nə mən sizin dadınıza çata bilərəm, nə də siz mənim dadıma.” (İbrahim-14)
Hz Peyğəmbər (s) insanların ən şərrini hansı əməl sahibi olaraq tanıtdırır?
“Həqiqətən, kitab əhlindən kafir olanların və müşriklərin yeri cəhənnəm odudur. Onlar orada əbədi qalacaqlar. Onlar yaradılmışların ən pisidirlər. İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır.” (Bəyyinə-6-7)Qurana əsasən yaxşı və pisin meyarı iman və iman əsasında olan əməldir. Peyğəmbər (s) və İmamların (ə) hədislərində də bunun izahını və müfəssəl şəkildə açıqlamalarını görmək olur. Hədis və müqəddəs kəlamlarda insanlar daima xeyir əməllərə dəvət edilir, şərr işlərdən, şərr dəstəsindən olmaqdan çəkindirilir. Şərrin pisliyi barədə olan hədis və dəyərli kəlamlar o qədər incəlik və açıqlıqla bəyan olunur ki, hətta Həzrət peyğəmbər (s) şərri də qismlərə ayırır . Peyğəmbər (s) şərr əqidəli insanlarla, ən pis insanları belə ayırır:“İnsanların ən şərri (pisi) axirətini dünyasına satandır, bundan da daha şərr (pis) olanı isə axirətini başqasının dünyasına satandır.” (Mən la yəhzuruhul-fəqih. 4/353)
Övladın düzgün formalaşmasında İslam dininin mühüm göstərişləri varmı?
“Hawzahnews.com” agentliyi müfəssir, böyük İslam alimlərindən Şeyx Qiraətinin bu barədə tövsiyələrinə diqqət çəkib. Ustad övlad tərbiyəsində mühüm mətləblərə işarə edərək: -Günahlardan uzaq olmaqda ən mühüm amillər ilk öncə Allaha inam, axirətə (məada) inam və günahın insanda qoyduğu təsirlərə olan ahahlığının yaranmasıdır.
Həmçinin bunlarla yanaşı nəfsini çirkinlikdən qoruyan yaxşı dosta sahib olmaqdır. Bu yolda insanın özünə, öz nəfsinə agahlığı da ən önəmli məsələdir və insanı günahdan qoruyan ən mühüm amildir. Çünki Allahu sübhan Qurani Kərimdə insanın yetişə biləcəyi məqamın əzəmətini dəfələrlə xatırladıb. Allah Təala Quranda aləmi, varlığı insan üçün yaratdığını bildiriri. Əgər insan öz qiymətini, dəyərini, şənini və əzəmətini anlasa nə üçün günah etsin?...
İstiğfar edən mütləq gərək ümidli olsun, yoxsa günaha batar?!
... Hər kim istiğfar edərsə, qətiyyən gərək naümid olmasın. Çünki ümidsizlik böyük günahlardandır. Ancaq istiğfar və tövbə dedikdə, həqiqi tövbəni nəzərdə tuturuq. Dildə deyilən, amma ürəkdə inkar olunan tövbəni deyil. Bunu da qeyd etməliyik ki, İlahi övliyalar günahdan uzaq olmaqlarına baxmayaraq, istiğfarı heç bir zaman əldən verməmişdilər. Çünki onun nicat kəndiri olduğunu həmişə dərk etmişdilər. Bu kəndir biz adi insanlara əlbəttə ki, daha çox lazımlıdır. Ona görə də tövbələrin geri qayıtmadığı bu mübarək ayda istiğfar etməyi və peşman olmağı əldən verməyək və Allaha doğru pak şəkildə qayıdaq.
İnsanın özünü islah etməsinə mane olan 7 amil hansılardır?
İmam Baqir (ə): “Heç bir üstünlik və fəzilət cihad qədər deyildir. Heç bir chad da qədr və məqam baxımından nəfsi cihadla bərabər deyildir”. İnsanın özünü islah etməsinə mane olan amillərlə tanış olaq:
1. Nəfsin qabiliyyətinin olmaması. İmam Sadiq (ə): “O zaman ki, insan günaha düçar olar, ürəyində bir qara nöqtə əmələ gələr. Əgər günahından tövbə edərsə, qara nöqtə məhv olar. Əgər günaha davam edərsə, qara nöqtə tədricən böyüyər və nəhayət ürəyin hər tərəfinə qələbə çalar. Bu halda heç bir zaman nicata çatmaz”.
2. Dünyaya bağlanmaq. İnsanı Allahdan uzaqlaşdıran amildən biri də dünya sevgisidir. Bura mal-dövlətə, ailəyə, arvad-uşağa, vəzifəyə olan bağlılıq aiddir.
3. Havayinəfsin ardınca getmək. İnsan nəfsini islah etməzdən əvvəl, gərək onu yaxşı tanısın. Nəfsani istəklər nəfsi daima o tərəf-bu tərəfə sürükləyər. Allahdan qafil edər. İmam Əli (ə) buyurur: “Yaxşı olar ki, insan özünə qarşı kübar olsun, həmişə ürəyinə nəzarət etsin və və dilini qorusun”...
Həzrət Loğmandan (ə) hər kəsə faydalı olacaq dəyərli nəsihət nələr olmuşdur?
Həzrət Loğman (ə) oğluna buyurdu:
Ey oğul! Ədəbi kiçiklikdə öyrənsən, böyüyəndə faydasın görərsən!
Hər kəs ədəb kimi bir dəyərə diqqət yetirərsə, onun əhəmiyyətli olduğunu görər.
Kim ədəbə əhəmiyyət verərsə, elmə mükəlləf olar.
Kimdə elmə mükəlləf olarsa, onda elm tələbi, elm susuzluğu yaranar.
Kimdə elmə tələb artarsa, elmin faydasını idrak edər. - Elə isə daim ədəbli ol! Bunu özünə adət et!
Rəsuli-Əkrəmə (ə) bənzəmək istəyənlər üçün keçilməli 4 mərhələ hansılardır?
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kimdə (bu) dörd sifət olarsa, mənə bənzəmiş olar.
1. Xoş əxlaq. Rəsuli-Əkrəm (s): “Fərq etməz – qocadır, yoxsa cavan, qadındır, yoxsa kişi, alimdir, yoxsa qeyri-alimdir – əgər mənə bənzəmək istəyirsə bilməlidir ki, sizlərin ən xoş əxlaqlı olanı – mənə ən çox bənzəyənədir”.
2. Mülayimlik və səbir. Əgər insan hər şeyə tez əsəbiləşməzsə və öz qəzəbini kontrolu altına ala bilərsə, o zaman ikinci mərhələni keçmiş olacaqdır.
3. Qohumlarına qarşı yaxşı insan olmaq. Əmirəl-möminin (ə) buyurur: “Hər kim Allah tərəfindən sərvət əldə edər, gərək qohumlarına onunla dəstək olsun”. Ona görə də deyə bilərik ki, Peyğəmbərə (s) bənzəməyin üçüncü mərhələsi – qohumlara yaxşılıq etmək və sileyi-rəhmin haqqını verməkdir...
Hansı amillər insanı fədakarlıq etməyə vadar edir?
İnsanı fədakar olmağa vadar edən amillər vardır ki, onlarla tanış olaq:
1. Haqqa, hüquqa dəyər vermək. Belə düşünər ki, əgər fədakarlıq məqamına çatmasa, hüquqa lazım olan kimi riayət etməmiş olar. Ona görə də əsil vəzifəsi hüquqa nəzarət etmək olar.
2. Simicliyə nifrət etmək. Bu nifrətin qarşısını ancaq fədakarlıq ilə ala bilər.
3. Məkarim əxlaqa meyilli olmaq. İmam Sadiq (ə) buyurur: “Kamil insanlar çətinlik zamanı başqalarını özündən üstün bilərlər”./Deyerler.
Hədislərdə Nadanlıq insanın axirət həyatını xarab etməsi haqda nə buyurulmuşdur?
Nadanlıq haqqında olan hədislərə İmam Sadiqdən (ə) nəql olunan gözəl bir hədislə yekun vururuq. O həzrət buyurur: «Bəni-Üməyyə xəlifələri xalqa, Allaha imanın necə olmasını öyrənməyə icazə verdilər, lakin camaata Allaha müşrik olmağın necəliyini öyrətmədilər ki, camaatı müşrik olmağa dəvət etdikdə onlar bunu anlamasınlar (Üsuli-kafi, 2-ci cild, 415-416-cı səh.) və asanlıqla müşrik olsunlar.» Bu hədisdən aydın olur ki, Bəni-Üməyyə xəlifələri xalqı, Allaha müşrik olmaq və onun növlərini tanımaqdan çəkindirirdilər. Çünki əgər camaat bunu başa düşsəydi, müşriklik bataqlığında batmış Bəni-Üməyyə xəlifələrindən üz döndərib Əhli-beyt məktəbinə tərəf yönələcəkdilər. Deməli, zalım padşahlar həmişə xalqı müqəddəs islam dininin yatmış kütlələri oyadan qayda və qanunlarından xəbərsiz qoyub onların haqq yoldan uzaq düşmələrinə şərait yaradırdılar.