Hədislərə əsasən dil insanı xoşbəxt, və həlak edə bilər?!
«DİL NİCАT VӘ HӘLАKӘT ÜZVÜ» “Dеdiyi hәr sözü (yаzmаq üçün) insаnın yаnındа hаzır durub gözlәyәn (iki mәlәk) vаrdır.” (“Qаf” surәsi, аyә: 18. )
Hz Әli (ә) buyurur: “Çох dаnışаnın хәtаlаrı çох оlаr. Hәyаsı аz оlаnın tәqvаsı аz оlаr. Tәqvаsı аz оlаnın qәlbi ölәr. Qәlbi ölәn isә cәhәnnәmlik оlаr.” (“Şәrhi Nәhcül-bәlаğә”, c. 19, sәh. 264.)
İmаm Sәccаd (ә) buyurub: “Üç şеy möminin nicаtınа sәbәb оlаr: Dilini cаmааtı incitmәkdәn vә qеybәtdәn qоrumаq, dünyаsı vә ахirәti üçün fаydаlı оlаn işlә mәşğul оlmаq, günаhlаrı vә хәtаlаrı üçün çохlu аğlаmаq.” (“Bihаrul-әnvаr”, c. 75, sәh. 140.)
Allahın xüsusi bəndələrinin 5 xüsusiyyəti HANSILARDIR?!
Və o kəslər ki, Allahla birgə başqa məbud çağırmır, Allahın möhtərəm və toxunulmaz etdiyi canı (qisas, şəri cəza və sairə kimi) haqq (qətllər) istisna olmaqla, öldürmür və zina etmirlər. Kim bunları etsə, (ağır) bir cəza ilə qarşılaşar”. (“Furqan” 63-68). bu mübarək ayələrdə Allahın xüsusi bəndələrinin 5 xüsusiyyəti bəyan edilmişdir ki, onlara diqqət edək və özümüzdə bu sifətləri gücləndirək:
1. Yer üzündə təkəbbürlə yol getməz və təvazökar olarlar. Allahın xüsusi bəndələri özlərini əxlaqın rəzil sifətlərindən pak edir və nəfslərinin islahı ilə məşğul olurlar. Ona görə də heç bir zaman təkəbbür etməz və lovğalanmazlar. Əksinə, çox təvazökar və sadə insanlar olarlar.
2. Başqaları ilə yaxşı rəftar edərlər. Allahın xüsusi bəndələri çalışarlar ki, hamı ilə yaxşı münasibətdə olsunlar. O zaman ki, nadanla rastlaşarlar, onlarla da səbir və alicənablıqla rəftar edərlər...
Xoş əxlaqın və bəd əxlaqın gətirdiyi nəticələr – İmam Cəfər Sadiqin (ə) nəzərində!
Məsum İmamlarımız (ə) ömürləri boyu öz davamçılarını gözəl əxlaqa dəvət edib, pis əxlaqdan çəkindirmişdilər. bu İmamlardan (ə) biri də İmam Sadiqdir (ə).
İmamın (ə) nəzərində gözəl əxlaqın gətirdiyi nəticələr:
1. Ruzini artırar. İmam Sadiq (ə) buyurur: “Gözəl əxlaq ruzinin artmasına səbəb olar”.
2. Abadlıq və uzun ömür. İmam Sadiq (ə) buyurur: “Həqiqətən də gözəl əxlaq torpağın abadlığına və ömürlərin çoxalmasına səbəb olur”.
3. Günahları pak olar. İmam (ə) buyurur: “Gözəl əxlaq günahları əridər, necə ki, Günəş buzu suya çevirər”.
4. Dünyanın və axirətin zinəti olar. İmam (ə) buyurur: “Yaxşı əxlaq dünyada gözəlliyə, axirətdə isə genişliyə səbəb olar. Dində kamala çatmağın və Allaha yaxınlaşmağın mənbəyidir”...
Şükür edənin və nankorun dəqiq əlamətləri nələrdir?!
Eyni sualı İmam Sadiqə (ə) Zərarə də verir və İmam (ə) ona belə cavab verir: “(Allah) yolu ona nişan vermişdir və əgər o, həmin yolu gedərsə - bu halda şakir olar. Ya o yolu tərk edərsə, bu halda kafir olar”. Digər tərəfdən, mübarək dinimiz insanlara təşəkkür etməməyi də naşükürlük kimi səciyyələndirir. Həzrət Peyğəmbər (s) buyurur: “Üç dəstə günahın cəzası tezləşər və Qiyamətə qədər çəkilməz.
1. Ata və ana üçün narahatlıq yaratmaq. 2. İnsanlara zülm etmək. 3. Başqalarının yaxşı əməli qarşılığında naşükürlük etmək”.
İnsanın kamala doğru hərəkətində əxlaq ustadlarının rolu nədən ibarətdir?
Sözsüz ki, insanın təkamülündə əxlaq ustadları və tərbiyəçilərinin mühüm rolu vardır. Ustad, ya bələdçi külliyyatı tanımaqdan əlavə, yaxşı psixoloq da olmalıdır ki, müxtəlif insanların xüsusiyyətlərini dərk edə bilsin. Çünki bəzi əməllər bəziləri üçün yaxşı, bir başqaları üçün isə pisdir. Məsələn, bütün dərmanlar bütün şəxslər üçün yaxşı deyil. Biri üçün şəfa olan dərman, digər birisi üçün zəhərdir. Tibb təhqiqatçıları bir neçə il bundan əvvəl bildirmişdilər ki, 2500 növ baş ağrısı kəşf edilmişdir. Bəlkə də bu rəqəm indi 5000-ə çatmışdır. Bu yalnız bizim cismimizin bir hissəsinə aiddir. Amma ruh çox heyrətli sirlərə malikdir...
Dostluğu uzun müddət saxlamaq üçün nə edək?
Dostluq etmək, dost tapmaq – insanın ictimai ehtiyaclarındandır. Ancaq mühüm olan budur ki, başqa sahələrdə olduğu kimi, bu sahədə də etidala riayət olunsun. Sizin dostunuza qarşı hissiniz lətif və pakdır. Ancaq daima ağıl tərəfindən kontrol olunmalıdır. Yaxşı dost – insana Allah tərəfindən verilən nemətlərdən biridir. Ona görə də insan gərək bu neməti əldən verməsin. Ona görə də başqa nemətlər kimi onu əziz tutub, onu incitməsin. Sizinlə dostluq etmək istəməyən insanlardan uzaq olun, çünki bu insan dost olmayacaq, məcburi şəkildə yanınızda saxlamaq istədiyiniz insan olacaqdır ki, onun sizə heç bir faydası olmayacaqdır.
İmam Əli (ə) yenə buyurur: “Allaha xatir dostluq edən kəslərin dostluğu davam edər. Çünki o dostluğun amili daimidir. (Ancaq) dünyaya görə dostluq edən kəslərin dostluğu qət olar, çünki o dostluğun amilləri tez aradan gedər”.
Sui-zənni (Başqalarının haqqında pis düşünməni) müalicə etmək olarmı?
Sui-zənni tərk etmək istəmək – əslində müalicənin yarısı deməkdir. Çünki insan bu əxlaqi xəstəliyini dərk edər və onu aradan qaldırmaq əzminə malik olar. Artıq bu yolda ilk addımı atmış sayılar. Sui-zənni müalicə etmək üçün bəzi tövsiyələr verilir ki, onlara nəzər salaq:
1. Sui-zənni məzəmmət edən ayə və hədisləri oxumaq və onlar haqqında təfəkkür etmək.
2. Nə zaman kiməsə sui-zənn etdiniz, çalışın bu sui-zənni hüsnü-zənnə çevirib, rəftarınızı o şəxsə qarşı yaxşı edəsiniz. Nəticədə bu rəzil sifət zəifləyəcək və sizi tərk edəcəkdir.
3. Nə zaman sui-zənn etsəniz, Allaha pənah aparın, istiğfar və tövbə ilə Ondan yardım istəyin.
Hiyləgərlik və başqasına quyu qazamağın əsl səbəbi insanda hansı nöqsanın olmasına görədir?!
\"Yaramaz hiylələr isə ancaq öz sahibinin başında çatlayar.\" (Fatir, 43). Hədis: İmam Əli (ə): “Kim xalqa hiylə işlətsə, Allah onun hiyləsini öz başında çatladar.”
İzah: Məkr başqa bir fərdə daha tez və gizli zərbə vurulmasına səbəb olan zirəklik və fərasətdir. Məkr öz-özlüyündə pis hal deyil və Allaha da isnad edilmişdir. Amma pis məkr – yəni xoşagəlməz məqsədlər üçün həyata keçən məkr – ən çirkin əxlaqi qəbahətlərdən və rəzilliklərdəndir. Bu növ məkr həqarət nişanəsidir və onun səbəbi acizlikdir. Quran münafiqləri dində məkr və hiylə işlətdiklərinə görə qınamaqla yanaşı təkid edir ki, məkr və hiylə sonda insanın özünə qayıdır. Bu ilahi ənənə tarix boyu xalq tərəfindən o qədər müşahidə olunmuşdur ki, onun haqqında bir çox zərbi-məsəllər də formalaşmışdır.
Sükut yaxşıdır, yoxsa danışmaq? İmam Səccadın (ə) cavabı!
İmam Səccaddan (ə) soruşurlar: “Sükutun və kəlamın hansı daha yaxşıdır?
Həzrət (ə) buyurur: “Hər birinin bəlası vardır. O zaman ki, hər ikisi bəladan sağlam olar, danışmaq sükutdan daha yaxşıdır”.
Soruşurlar: “Necə?”. Buyurur: “Allah Təala peyğəmbərləri (ə) və vəsiləri sükut etmək üçün göndərməmişdir. Gəliblər ki, desinlər. Behişt sükutla olmur, haqq vilayəti sükutun məhsulu deyildir. Sükutla cəhənnəmdən xilas olmağın mənası olmaz. Behişti və əzabdan azadlığı, haqq vilıayətini əldə etmək – danışmaqladır”./Deyerler.
Nəfsi tərbiyə etmək üçün hansı 7 amili nəzarətə almaq lazımdır?!
Nəfsi tərbiyə etmək insanı kamala çatdırar. Ancaq bu yolda bəzi maneələr vardır ki, onlar aradan qalxmazsa, insanın özünü tərbiyə etməsinə çətinliklər yaradar. Bu amillər hansılardır?
1. Günah. İnsanın özünü tərbiyə etməsinə mane olan amillərdən birincisi – qəlbinin günah sayəsində qaralmasıdır. O zaman ki, qəlb günah sayəsində qaralar, İlahi mələklər ora enə bilməzlər.
2. Dünya məşğuliyyətləri. Dünya nemətləri insanı axirət işlərindən saxlayan amillərdən biridir. Dünya nemətlərinə olan məhəbbət, insanı nəfsini tərbiyə etməkdən saxlayar. Həzrət Peyğəmbər (s) buyurur: “İnsan, imanın şirinliyini dadmaz, məgər o zaman ki, yediyinə etinasız olar”. Ona görə də Allah yolunun yolçusu gərək dünya nemətlərinə məhəbbəti qəlbindən çıxarda bilsin ki, imanın şirinliyini dada bilsin.
3. Havayi-nəfsin ardınca getmək. Havayi-nəfs qatı tüstü kimidir ki, evin bütün divarlarını qaraldar. Bu evdən nur saçmaz. Nəfsani istəklər aima qəlbi qaraldar və bu ev kimi zülmətli edər. Əmirəl-möminin (ə) buyurur: “Ən şücaətli kəs o kəsdir ki, nəfsi istəklərinə qələbə çalar”...