Hədislərə əsasən Həsədin paxıl insana vurduğu 6 ziyan !


Həsəd - o rəzil sifətlərdəndir ki, insanı uçuruma tərəf aparar və hətta dinindən döndərər. Həsəd başqalarına ziyan vurduğu kimi, sahibinə də dəhşətli ziyan vurar. Onlarla tanış olaq:
1. Həsəd imanı aradan aparar. Həzrət Peyğəmbər (s) buyurur: “Həsəd imanı məhv edər”. Bu cür insan belə hesab edər ki, Allah (nəuzubillah!) ədalətsizdir və başqalarına verdiklərindən ona verməmişdir. Ona görə də bu əqidədə olan insan imanını itirər.
2. Həsəd bütün yaxşılıqları aradan aparar. Həzrət Peyğəmbər (s) buyurur: “Həsəd yaxşılıqları yeyər və aradan aparar, necə ki, atəş odunu yeyər və aradan aparar”.
3. Həsəd insanı cismi və ruhi xəstəliklərə düçar edər. Belə bir insanın hüzuru olmaz. İmam Əli (ə) buyurur: “Həsəd bədəni suya çevirər”. “Həsəd aparan insan davamlı olaraq xəstə olar”.


Bu xüsusiyyət insana cəmiyyətdə güc əldə etdirər?!


Ədəb həqiqətən də insanı kamala çatdıran amillərdəndir. Belə ki, İmam Əli (ə) buyurur: “Bu, ədəbdir ki, insanı kamala çatdırar”.
Müsəlman gərək başqa insanlarla ədəb və ehtirama riayət edərək, danışsın. Özünə qoyduğu hörməti, başqalarına da qoysun. İmam Əli (ə) buyurur: “Mömin insanın həyatının əsas hissəsi – ağıldır. Doğruluq və düzlük onu yoluna hidayət edər. Ədəbi səbəb olar ki, cəmiyyətdə güc əldə etsin. Əgər İlahi nemətlərin şakiri olarsa, həyatı məntiqli və doğru olar”.
Müsəlman şəxsi təhqir etmək haramdır. Hətta ədəbsiz insanla belə, ədəblə rəftar etmək lazımdır ki, onun üçün örnək olsun.Bəzi insanlar düşünür ki, ədəbsiz insanla gərək onun səviyyəsində rəftar edəsən. Amma mübarək dinimiz buyurur ki, insana güc verən – onun ədəbidir. Qaba və sərt rəftar, insanı güclü edə bilməz – zahirən kiməsə başqa cür görünsə belə.


Kimdən nəyi gözləməyək?! İmam Hadinin (ə) hədisi


İmam Əli (ə) buyurur: “İnsanın ən heyrətli üzvü qəlbidir. Qəlb – hikmət və qeyri-hikmət mənbəyidir. Əgər arzu edərsə, tamah onu xar edər. Əgər tamah baş qaldırarsa, hərislik onu məhv edər. Əgər ümidsizlik ona hakim olarsa, qəm onu öldürər.
Hər bir səhlənkarlıq onun üçün ziyanlıdır. Hər bir həddini aşmaq onun üçün məhvedicidir”. (Avini)
İmam Baqir (ə) buyurur: «Qardaşının qəlbində sənə olan məhəbbətini, sənin öz qəlbində ona qarşı olan məhəbbətdən başa düş».
İmam Hadi (ə) buyurur: «İncitdiyin kəsdə səfa-səmimiyyət axtarma və bədbinlik oxun ilə nişan aldığın kəsdən xeyirxahlıq umma. Çünki, sənin qəlbin başqalarına münasibətdə necədirsə, başqalarının da qəlbi sənə qarşı elədir».


Həsəd aparan insanla necə rəftar etməliyik? İslamın baxışı


İslam dini həsəd aparan insanlarla necə rəftar etməyimizi bizə tövsiyələr və nəsihətlər şəklində öyrətmişdir ki, onlarla tanış olaq.
1. Həsəd aparan insanla yola getmək lazımdır. İmam Sadiq (ə) buyurur: “İnsan üç şeydən qaça bilməz: ürəyi yanan insanlarla məsləhət etməkdən, həsəd aparan insanla yola getməkdən, insanlarla dostluq etməkdən”.
2. Həsəd aparan insanın gözünün önündən nemətləri yığışdırmaq. Həzrət Peyğəmbər (s) buyurur: “Hacətlərinizin həyata keçməsi üçün gizlilikdən yardım alın. Çünki hər nemət sahibi həsəd oluna bilər”.
3. Allaha pənah aparın. Quran bizə öyrədir ki, hər bir həsəd aparanın şərindən Ona pənah aparaq. “Və paxıllıq etdiyi zaman paxılın şərindən”. (“Fələq” 5).


İnsanlarla necə rəftar edək? – Məsumların (ə) buyuruşu


İnsanlarla necə rəftar etməklə bağlı Məsumlardın (ə) mübarək buyuruşlarına diqqət edək.
Əmirəl-möminin (ə) buyurur: “Peyğəmbər (s) buyurmuşdur ki, Allaha imandan sonra ağlın başlanğıcı – insanlara məhəbbətlərini bildirib, onlarla dost olmaqdır”.
İmam Sadiq (ə) buyurur: “Hər kim Allaha görə qardaşı ilə görüşərsə, Allah Təala buyurar: “Mənimlə görüşmüsən və görüşməyinin savabı Məndəndir. Sənin üçün behiştdən başqa savaba razı olmaram””.
İmam Sadiq (ə) buyurur: “Həzrət İsa (ə) dostlarından bəzisinə buyurardı: “O şeyi ki, sənə qarşı etməklərini sevmirsən, başqalarına qarşı etmə””.
İmam Əli (ə) buyurur: “O zaman ki, qardaşınızla görüşürsünüz, əl verin. Onlarla gülərüzlə görüşün ki, bir-birinizdən ayrılan zaman günahlarınız bağışlansın”....


Hacətini üç nəfərdən qeyrisinə söyləmə?! İmam Hüseynin (ə) tapşırığı


Mədinəli olan bir nəfər İmam Hüseynə (ə) məktub yazaraq ərz edir: “Ey Hüseyn! Filankəsə 500 dinar borcluyam. Məndən borcumu verməsini istəyir. Onunla söhbət et ki, pulum olana qədər səbir etsin”. İmam Hüseyn (ə) bu məktubu oxuyan kimi evinə gedir və içərisində min dinar olan pul kisəsini götürür və onu həmin kişiyə verir və buyurur: “500 dinar ilə borcunu qaytar və qalan 500 dinar ilə həyatını sahmana sal. Hacətini üç nəfərdən qeyrisinə demə: 1. Dindar. 2. Səxavətli. 3. Ailə nəcibliyinə malik olan. Çünki dindar insanı dini qoruyar (Dini qoymaz ki, sənin abırını aparsın). Səxavətli insan səxavətinə görə həya edər. O kəsin ki, ailə nəcibliyi olar, ehtiyacına görə sənin abırını aparmaz. Sənin şəxsiyyətini qoruyar. Hacətini yerinə yetirməyincə, səni rədd etməz”.


Maddi sıxıntı və qəzəb probleminin həlli haqda Ayətullah Məzahiri hansı tövsiyəni edir?!


Böyük əxlaq və irfan ustadlarından olan Ayətullah Məzahiri iki mövzu barədə tövsiyələrini bildirib:
Ayətullah Məzahiri bildirib: “Təlaq surəsinin 2 və 3-cü ayəsində olan bu sözləri çox desin “Və mən yəttəqillahə yəccəllahu məxrəca və yərzuqhu min heysu la yəhtəsib) - (Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər). Bu zikrin günahdan çəkinmək şərti ilə çox köməyi olacaqdır.” Qəzəblənməklə bağlı suala isə Ayətullah Məzahiri cavab olaraq bildirib: “Qəzəb halınızın pis aqibətlərini özünüzə xatırladın. İmam Əlinin (ə) dediyi kimi: “Qəzəbin əvvəli dəlilik, sonu isə peşmançılıqdır. Bundan əlavə “La həvlə vəla quvvətə illə billəh” zikri də çox xeyirlidir.


İnsan nə zaman qəzəbli halətdə dünyadan gedər?


Ayətullah Şahabadi buyurur: “Əgər dünya məhəbbəti insan qəlbinin surətinə çevrilərsə və onunla əlaqəsi daha çox olarsa, ölən zaman Allah Təala onu məhbubundan ayırar. Onunla məhbubu arasına ayrılıq salar. Ona görə də dünyadan Allaha qəzəblənmiş halda gedər”. Mərhum Ayətullah Şahabadinin buyurduğu kimi, dünya sevgisinin təsirlərindən biri budur ki, dünyapərəst insan ölən zaman Allaha qəzəblənmiş halda bu dünyanı tərk edər. O zaman ki, Əzrayil (ə) onun canını almağa gələr, dünyaya aşiq və məftun olduğu üçün ondan ayrıldığına görə qəzəblənər. Ona görə də hələ ki, fürsət var, dünya sevgisini qəlbimizdən çıxaraq. Xüsusilə də o kəslər ki, öndə gedirlər. Çünki onların əməlləri başqaları üçün örnək və nümunədir. Əgər onlar dünyadan möhkəm yapışsa, ardıcılları da bu cür əməl edəcək və sonda bədbəxt olacaqlar. Dünya malından və təmtəraqdan çəkinmək lazımdır. Məsumlarımız (ə) kimi sadə yaşamağa meyil edək və başqalarına da bunu tövsiyə edək. Çünki dünya heç bir məhbubuna ziyandan başqasını gətirməmişdir.


Alimlərin 2 dəstəsi. Fərq nədədir? Peyğəmbərin (s) hədisi


Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “Alimlər iki dəstədirlər:
1. O alim ki, öz elminə əməl edər – o, nicat tapmış olar. 2. O alim ki, elmini kənara qoymuşdur ki, o, məhv olar.
Həqiqətən, cəhənnəm əhli elminə əməl etməyən alimin nifrətli iyindən əziyyət çəkər. Cəhənnəm əhlindən ən çox peşman olan və həsrət çəkən o kəsdir ki, bəndəni Allaha tərəf dəvət etmişdir və həmin bəndə cavabını verər və Allaha itaət edər. O, behiştə gələr. Ancaq o kəs ki, onu dəvət etmişdir, Allaha itaətsizlik edər. Və o, öz elmini kənara qoyduğu üçün, nəfsani istəklərinin ardınca getdiyi üçün cəhənnəmə gələr. (Həmin şəxs qalan cəhənnəm əhlindən daha çox həsrət çəkər).
Həqiqətən, bədbəxtlik mənbəyi iki şeydir: nəfsinin ardınca getmək və uzun arzulara malik olmaq. Əvvəli insanı haqdan saxlayar və ikincisi axirətini unutmağa səbəb olar”.


Müəllimin təvazökarlığı hansı bəhrəni verdi?


Cövhər”in müəllifinin şagirdi olmuş və öz zamanının tanınmış alimlərindən hesab olunurdu. Onun çoxlu tələbələri var idi və hamı onu yaxşı müəllim kimi tanıyırdı.
Nəql edirlər ki, o, məscidlərin birində tədrislə məşğul idi. Bir dəfə evindən çıxır və işi olur. Dərsin vaxtına yarım saat qalmışdı. Öz-özünə düşünür ki, əgər evə gedib qayıtsam, faydası olmayacaqdır – çünki vaxt azdır. Ona görə də qərara alır ki, şagirdlərdən əvvəl məscidə getsin və əyləşib gözləsin. Gedir və məsciddə şagirdlərinin gəlməsini gözləyir. Görür ki, bir şeyx kənarda əyləşmişdir və dərs verir. Seyyid bu anda məşğuliyyətsiz olduğu üçün qərara alır ki, əyləşib onun dərsinə qulaq assın. Görür ki, bu şeyx tanınmış insan deyildir, paltarı da qırış-qırışdır. Ancaq çox gözəl dərs keçir. Molladır və mənbələrdən xəbəri vardır. Üsulu, fiqhi bilir. Hər bir şeyi yaxşı açıqlayır. Öz-özünə düşünür ki, görəsən bu şeyx kimdir?
Bu şeyxin cəmi beş tələbəsi var idi. Nəhayət ağanın dərsi sona çatır və alim özü dərsini keçməyə başlayır. Sabahısı günü fikirləşir ki, yenə tez getsin və şeyxin dərsinə qulaq assın. Şeyx yenə də həmin vaxtda tələbələrinə dərs verirdi. O da əyləşir və şeyxin dərsinə qulaq asır. Bu tərtiblə beş gün keçir. Hər dərsdə yeni şeylər öyrənir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter