Ölməzdən əvvəl hazırlamalı olduğumuz 10 hədiyyə nələrdir?


Ölməzdən əvvəl hazırlamalı olduğumuz 10 hədiyyə  nələrdir? Bir nəfər Həzrət Peyğəmbərin (s) xidmətinə gəlir və deyir: “Mənə icazə verərsiniz ki, ölümü arzulayım?”. Həzrət (s) buyurur: “Ölüm elə bir şeydir ki, ondan qaçış yoxdur, uzun bir səfərdir. Ancaq o kəs ki, bu səfəri iradə edər, yaxşı olar ki, 10 hədiyyə hazır etsin, sonra bu səfərə daxil olsun”. Sonra Həzrət (s) buyurdu: “Həzrət Əzrayilə (ə) hədiyyə, qəbir üçün hədiyyə, Münkir və Nəkir üçün hədiyyə, tərəzi üçün hədiyyə, Sirat üçün hədiyyə, (cəhənnəm məmuru) Malik üçün hədiyyə, (behişt məmuru) Rizvan üçün hədiyyə, Allahın Peyğəmbəri (s) üçün hədiyyə, Həzrət Cəbrayil (ə) üçün hədiyyə və sonda isə Allah üçün hədiyyə.
Əzrayilin (ə) hədiyyəsi dörd şeydir: 1. Boynunda haqqı olan insanları razı salmaq. 2. Qəza olan namaz və orucları yerinə yetirmək. 3. Allahla görüşməyə şövqə malik olmaq. 4. Ölümü arzulamaq.
Qəbirin hədiyyəsi də dörd şeydir: 1. Söz gəzdirməyi tərk etmək. 2. Özünü nəcasətdən qorumaq. 3. Quran oxumaq. 4. Gecə nafiləsi.


Hansı insanların qəbirdə bədəni çürüməz?


Hansı insanların qəbirdə bədəni çürüməz? İslam təlimlərinə əsasən insanı qəbirdə qoyandan sonra cəsədi çürüyür və torpağa qarışır, amma bəzi insanlar var xoş niyyətli əməllərinə görə İlahi qüdrətin istəyi əsasında cəsədləri qəbirdə çürüməz ki, ibarətdirlər:
On qrup adamın cəsədi qəbirdə çürümür: 1-Cihad edənlər, 2-Azan deyənlər, 3-yaxşılığıa dəvət edib pislikdən çəkindirən alimlər, 4-Quranı əzbər bilənlər, 5-Şəhidlər, 6-Peyğəmbərlər, 7-Doğuş zamanı ölən qadın, 8-Zülm ilə məzlumcasına öldürülən şəxs, 9-10-Cümə günü və ya cümə axşamı ölən şəxs,


Meyitin ruhunun şad olması üçün hansı işləri görmək olar?


Meyitin ruhunun şad olması üçün hansı işləri görmək olar? Müsibətə səbir etmək, onun təsirlərinə diqqət yetirmək və ölümün hamı üçün və haqq olması barədə təfəkkür etməklə müsibətlərin təsirini asanlaşdırmaq olar. Dünyadan gedən şəxslər üçün əncam verilə bilən müstəhəb əməllər: dəfn olunduğu birinci gecədə vəhşət namazı qılmaq, meyitin tərəfindən sədəqə vermək, dua etmək və onun üçün Quran oxumaq. Vəhşət namazını bütün gecələrdə yox, yalnız dəfn gecəsi qılmaq müstəhəbdir. Başqa günlərdə onun yerinə yaxşı olar ki, ölülər üçün digər müstəhəb işlər əncam verilsin.


ƏCƏLİN NEÇƏ NÖVÜ VARDIR?


ƏCƏLİN NEÇƏ NÖVÜ VARDIR?Qurani-Kərim insan üçün iki növ əcəl saymışdır: “Sizi (birinci ata-ananızı birbaşa, o ikisinin nəslini isə vasitə və mərhələlər keçməklə) palçıqdan yaradan, sonra (sizin hər biriniz üçün ömür) müddət(i) müəyyənləşdirən Odur. Müəyyən olunmuş bir müddət də Onun yanındadır (şərti əcəli «məhv və isbat» lövhəsində yazıb, qəti əcəl isə «Lövhi-Məhfuz»dadır, yaxud bu dünyada olan gerçəkliklərdir). Siz (bu qüdrət, nəzm və hikməti müşahidə etdikdən sonra Allah və ya Qiyamət barəsində) yenə də şəkk edirsiniz”. (“Ənam” 2).


Ölüm anı necə olur?


Ölüm anı necə olur?Quran ayələrinə və hədislərə görə ölüm mömin üçün zindandan bağa köçməkdir. Çətinliklərdən və zəhmətdən rahatlığa və istirahətə çıxmaqdır. Kafirlər və qeyri-möminlər üçün isə bağdan zindana köçmək, rahatlıqdan çətinliyə tərəf getməkdir.


Ölümdən sonra təkamül vardırmı?


İnsanın ölümdən sonrakı təkamülü dünya həyatında olan hərəkətin davamıdır. Bərzəx həyatı haqqında danışanda onu yaddan çıxartmaq lazım deyildir ki, insanın ruhu dünyadakı əməlləri ilə rabitəsini tamamilə kəsmir. Belə ki, insanın dünyada iki cür əməli vardır.


Kİmlərdİr cəhənnəmİn odunları?


Ayətullah Cavad Amuli insanın özünü tanımasının zəruriliyi haqqında bəzi nöqtələrə işarə etmişdir ki, onlara nəzər salaq.
“Əgər özümüzü tanımırıqsa, deməli savadımız yoxdur.


Behİştdəkİ bulaqların hansı xüsusİyyətlərİ var?


Mübarək “Muhəmməd (s)” surəsinini 15-ci ayəsində behişt bulaqları haqqında məlumat verilmişdir. Allah buyurur: “Təqvalılara vəd edilmiş cənnətin vəsfi (belədir): “Orada dad və ətri qaçmamış sudan çaylar, tamı dəyişməmiş süddən çaylar, içənlər üçün büsbütün ləzzət olan şərabdan çaylar və saflaşdırılmış baldan çaylar vardır. Orada onlar üçün hər cür meyvə və həmçinin Rəbbləri tərəfindən bağışlanma vardır”.


Bərzəx həyatı necə olur?


Dünya həyatı sona çatan kimi, ruh lətif bir cismə girər. Maddi cismin bəzi çatışmamazlıqlarından uzaqdır. O, maddi cismə bənzədiyi üçün ona misal bədəni deyirlər. O, nə kamilən mücərrəddir və nə də maddi. Bərzəx aləmini dərk etmək, maddi dünyanın əsiri olan bizlər üçün çətindir. O, bu dünyadan daha üstün bir dünyadır. (Əndişeyi-Qum saytı)


QİYAMƏT GÜNÜ AZYAŞLI UŞAQLAR VƏ DƏLİLƏR HESABA ÇƏKİLƏCƏKMİ?


İlk növbədə bunu bilmək lazımdır ki, dini vacibatları yerinə yetirmək üçün insan ağla və həddi-büluğa malik olmalıdır. O zaman ki, insanın üzərində vacibatları olmaz - o, hesaba çəkilməz və savab və cəza almaz.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter