İnsanların ölümdən qorxmasının səbəbi nədir?
Ölüm inkar olunmaz bir həqiqətdir. Quran hər kəsin ölümü dadacağını qəti şəkildə bəyan edir. Buna baxmayaraq hələ də insanlar ölümün qarşısını almaq barədə düşünürlər. Bu da, bu kimi insanların ölümün həqiqətini anlamamaqdan irəli gəlir. İslam etiqadına əsasən ölüm yox olmaq deyil, yer və forma dəyişməkdir. Lakin bununla belə, bu həqiqəti bilənlər də ölümdən qorxur. Elə isə biz ölümdən nə üçün qorxuruq? Bu barədə bir neçə fikrin üzərində dayanmaq olar. Bunlardan ən başlıcası (1-ci) ölümün həqiqətini dərk etəməməyimizdir. Hərçənd bunun əksini iddia etsək belə. Əyər qotxuruqsa demək hələ ölümün həqiqətini dərk etməmişik. İmam Hadi (ə) bu barədə öz səhabələrindən birinə buyurur: “Ey Əbdullah! Sən ölümdən qorxursan. Çünki sən hələ onun həqiqətin dərk etməmisən.” İmam Baqir (ə) isə ölüm anını belə vəsf edir: “Ölüm yuxu kimidir. Qorxmayın!” 2-ci əsas səbəb isə insanın bu həyatdan ayrılmaq istəməməsidir. İnsan burdakı işlərini və ya yaxınlarını tərk etmək istəmir. Bu tərk ona ağır gəlir və ya özündən sonrakılar üçün qorxur. Bu maddi bağlılığdır.
Qiyamətdə insanların 3-cü dəstəsi olan “Müqərrəblər” kimlərdir? – Mürtəza Mutəhhəridən izah
Səadət əhli iki dəsdədən: “sağ yol əhli” və “müqərrəblər” olaraq iki dəstədən ibarətdir. Beləcə səadət əhlinin iki qism olduğu və bu iki dəstənin fərqi məlum oldu.
Dəqiq bilmirəm hədisdir yoxsa ariflərin kəlamlarından, amma belə bir cümlə vardır: “Yaxşıların əməlləri müqərrəblər üçün günahdır”. Yəni bu o deməkdir ki, müqərrəblərin” məqamı o qədər alidir ki, “yaxşılar” dərəcəyə aparan, dərəcəyə çatdıran əməllər onlar üçün kiçik hesab olunur və onları (müqərrəbləri) nəinki ucaldır, bəlkə geri çəkir. Yəni “yaxşıların” ən üstün əməlləri “müqərrəblərin” ən aşağı günahı ilə bir dərəcədədir. Belə olduqda artıq “müqərrəblər” ilə “əshabi-yəmin” (sağ yolun əhli) arasında çox böyük fərq vardır. (Aşina ba Quran - 6cı cild)
Dünyasını dəyişənlərə necə yardım edə bilərik?
Qəbir əhlinin istiğfara və rəhmətə ehtiyacları vardır. Bu haqda İmam Sadiq (ə) buyurur: \"Ölümdən sonra insana üç şeylə savab yetişər: 1. Sədəqə. 2. İnsanın həyatda olan zaman əməl etdiyi düzgün adət-ənənədir ki, başqaları üçün örnək olmuşdur. 3. Layiqli övladlardır ki, ondan sonra məğfirət istəyər və valideynlərinin bağışlanmasına səbəb olarlar”. Həzrət (ə) başqa yerdə buyurur: \"Nə zaman ki, yaşayanlar hədiyyə ilə sevinər, qəbir və bərzəx əhli də onlara edilən istiğfar ilə sevinərlər”.
Məsumlar (ə) bizə ölülərimiz üçün Quran oxumağın faydalı olacağını tövsiyə etmişdilər. O cümlədən: \"Yasin”, \"Saffat”, \"Əhzab”, \"Ayətül-kürsü”, \"Əraf” surəsinin 54-cü ayəsi, \"Bəqərə” surəsinin son üç ayəsi tövsiyə edilir...
İnsan yatan zaman ruhu bədənindən necə çıxır?
Hədislərimizin nəzərinə görə, insan yatan zaman bədənində qalan hissə ruh adlanır. Ancaq o şey ki, bədəni tərk edir, nəfs adlanır.
Başqa sözlə desək, yatan zaman insan ruhunun cisim ilə rabitəsi ən az həddə düşər. Yəni, onların arasında olan rabitələrinin bir hissəsi kəsilir. Ancaq bu rabitə tamamilə qət olmur. Ona görə də ruhun bədənə nisbətdə üç halı vardır:
1. Tam rabitə. (Yəni, oyaq vaxtı olan rabitədir). 2. Naqis rabitə. (Yəni, yatan zaman olan rabitədir). 3. Rabitə tamamilə kəsilər. (Yəni, insan dünyanı tərk edər). Ona görə də Qurani-Kərim yuxunu ölməyə bənzədir. Çünki hər ikisində də ruh insan bədənini tərk edər. Bir fərqlə ki, yatan insan sağ qalarsa, ruh geri qayıdar. Yox, əgər vaxtı sona çatıbdırsa – tamamilə bədəni tərk edər.
Yer üzündə fəsad törətməyin aqibəti nə olacaqdır?
Allah-təalanın həzrət Musaya öyüdlərinin sonunda Allah qorxusu məsələsinə nəzər saldıq. Allah-təala həzrət Musadan tələb edir ki, Bəni-İsrailə belə desin: “Onlara de ki, azğınlığa düçar olsalar ondan çəkinsinlər. Çünki mənim cəzam həqiqətən ağırdır.” Allah-təala həddini aşıb yer üzündə fəsad törədənləri cəzalandırır. İlahi əzablar növbənövdür. Bu əzab fərdi, ictimai, dünyəvi, mənəvi və üxrəvi ola bilər. Allahla minacat ləzzətini duymamaq da bir növ əzabdır. Amma bu dünyada ən ağır əzab istidrac qanununa düçar olmaqdır. Bu qanun ilahi göstərişlərə əməl etməyən, tövsiyələrdən təsirlənməyib gücü çatdıqca fəsad törədənlərə tətbiq edilir...
Dünyada evlilikdə olanlar, behiştdə də olacaqlarmı?
Cavab: “Behiştdə hər cür nemət mövcuddur – ...\" Tövbə/72 Insan dünyada bir şəxsi sevər və ona qovuşa bilməzsə, əgər hər ikisi də iman və təqva əhlidirsə, ümid vardır ki, axirətdə bir-birinə qovuşsunlar”. Hz Peyğəmbər (s) bir nəfərə xitab edərək, belə buyurur: “Əgər Allah səni behiştə daxil etsə, ürəyin istədiyin şeyləri və gözünün ləzzət aldığı şeyləri orada tapacaqsan”. Həmçinin hədislərdə oxuyuruq ki, əgər behiştdə kişinin məqamı həmin qadından yüksək olarsa – kişi həyat yoldaşı baxımından seçim edə bilir. Əgər qadının məqamı yüksəkdirsə - seçib-seçməmək mövzusu onun ixtiyarında olacaqdır.
Cəhənnəm əhlinin kömək xahişinə behişt əhli nə cavab verəcək?
Bu ayə Qiyamət gününü yövmul-tənad günü adlandırmışdır. Yəni, insanların qorxudan bir-birini yardıma çağırdıqları gündür.
İmam Sadiq (ə) buyurur: “Yövmul-tənad o gündür ki, cəhənnəm əhli behişt əhlini səsləyəcəkdir ki, bizə behişt suyundan və ya ruzisindən verəsiniz. Ancaq behişt əhlinin cavabı bir kəlmədə xülasə olacaqdır: “Bacarmırıq”. Çünki Allah suyu və ruzini cəhənnəm əhlinə haram etmişdir. Hər kim bu dünyada mal və şəhvət dənizində qərq olar, hidayət səsinə qulaq verməz, sabahısı günü yardım səsinə bu cür cavab alacaqdır.
Ağvalideynlik edən varlı oğula dəhşətli cəza – Həzrət Əlinin (ə) nəqli?!
Həzrət Əli (ə) nəql edir: “Ağlayan qoca kişi oğlunun əlindən tutub Mədinəyə Peyğəmbərin (s) xidmətinə gəlir. Həzrətə (s) deyir: “Ey Allahın Rəsulu! Bu, mənim oğlumdur ki, kiçikliyindən onu yedizdirmişəm, izzət və ehtiramla böyütmüşəm. Bütün istəklərini yerinə yetirmişəm... İndi isə qocalmışam mənə heç bir maddi yardım etmir”. Hz Peyğəmbər (s) buyurur: “Nə deyirsən?”. Cavan: “Mənim xərclərimi ödəmək və ailəmi saxlamaqdan artıq pulum yoxdur?! Həzrət (s) üzünü qocaya çevirib buyurur: “Sən nə deyirsən?”. Qoca: “Yalan deyir. Buğda, arpa, xurma, kişmiş anbarları, qızıl və gümüşlə dolu pulları vardır”. Cavan evinə qayıdan zaman görür ki, qonşuları anbarlarının yanında toplaşıb, kif iyindən əziyyət çəkdiklərini söyləyirlər. Cavan çırağı götürüb anbarlara daxil olur və görür ki, hər bir şeyi kiflənmiş və məhv olmuşdur...
Qəbirlərin üzərindəki yazıları oxumaq yaddaşı zəiflədirmi?
Cavab: Bəli, qəbirlərin üzərindəkiləri oxumağın yaddaşsızlığa səbəb olduğu deyilir. Toplam şəkildə iki rəvayət nəql olunmuşdur. Bu rəvayətlər sənəd baxımından zəifdirlər. Lap bunu qəbul etsək və sənədinin zəif olmasına göz yumsaq belə, belə bir fikir irəli sürmək olar, ola bilər ki, qəbir üzərində yazılanların oxunmamasını tövsiyə etməkdə məqsəd budur ki, insan qəbiristanlıqda ölüm haqqında təfəkkür etmək, yaxud tanışlarının məzarı başında Quran oxumaq əvəzinə oturub başqalarının məzar daşında yazılanları oxuyaraq zehnini qarışdırmamalıdır.
Nəql olunan rəvayətlər isə belədir: Peyğəmbər buyurmuşdur ki, on xislət unutqanlığa gətirib çıxarır ki, bunlardan biri qəbirlərin üzərini oxumaqdır. (Məclisi, “Biharul-Ənvar”, c.73, s.321)...
Bərzəxdə Veriləcək Suallara Ozümüzü Necə Hazırlaya Bilərik?
İmam Kazım (ə) buyurur: “Qəbirdə mömindən belə sual olunar: Pərvərdigarın kimdir? O, cavab verər: Allah. Ondan sonra sual olunar: Dinin nədir? Cavab verər: İslam. Ondan sonra sual verilər: Peyğəmbərin kimdir? Deyər: Muhəmməd (s). Sual olunar: İmamın kimdir? İmam Zamanının (ə) adını deyər”. Bu sualların hər birinin cavabı behişt qapılarının açarıdır. İndi ki, bu sualların nə olacağını bildik, bəs bu suallara cavab vermək üçün özümüzü necə hazırlaya bilərik? Mühüm olan - əqidə və inancı qorumaqdır. Biz bu dünyada İslam dininə iman gətirmişik. Ömrümüzdən illər keçər və rahatıq ki, dinimizi tanıyırıq. İnancımız - qəlb inancıdır. Lakin mövzu bu cür sadə deyildir. Bizim inancımız rəftarımız və əməlimizdə də özünü göstərməlidir. Hər nə qədər rəftar, əməlimiz Allah istəyən kimi olarsa, inancımızı möhkəmləndirmiş olarıq. Əqidə ancaq dil əqidəsi olmamalıdır.