İNSANIN ÖZ GƏLƏCƏYİNİ TƏYİN ETMƏKDƏ TƏSİRLİ ROLA MALİKDİRMİ?
Dünyada mövcud olan varlıqlar iki qismə – canlılar və cansızlara bölünür. Cansızlar öz müqəddəratlarını təyin etməkdə heç bir təsirə malik deyildirlər. Su, od, daş, torpaq və s. şeylər cansız varlıqlardır. Onlar özlərinin yaradılış və inkişaf mərhələsində heç bir rol oynamırlar. Bunlar xarici amillərin təsiri nəticəsində vücuda gəlir və həmin amillər nəticəsində də bəzən inkişaf mərhələsini keçirlər. ...
Əgər dünya pİsdİrsə, Allah onu nə üçün yaradıb?
Sual oluna bilər ki, əgər dünya pisdirsə, Allah onu nə üçün yaradıb? Xeyr, dünya yox, dünyaya pis olmaq pislənilib. Dünyada gördüyümüz bütün ne`mətlər üçün var-dövlət qətiyyn qorxulu deyil. Əksinə, belə insan var-dövlətdən istifadə edərək öz axirəti üçün hazırlıq görür Amma dünyaya qul olan insan üçün halal haramın fərqi yoxdur.
Qəlb üçün həyat üstündür, yoxsa ölüm?
Sual olunur ki, qəlb üçün həyat üstündür, yoxsa ölüm? Sualın cavabında qeyd etməliyik ki, qəlbin fərqli həyatları var. Bə’zən qəlbin həyatı səmərəli olur, insan bu həyat sayəsində kamala çatır. Şübhəsiz ki, belə bir həyat arzulanandır. Amma bə’zən qəlbin həyatı məstlik və qəflət kimi tə’sirlərə malik olur....
QƏZA-QƏDƏR, ALIN YAZISI VƏ ALLAHIN TƏQDİRİ NƏDİR?
Suаl: Qәzа-qәdәr dеdikdә nә bаşа düşülür? Әgәr qәzа-qәdәr dеdikdә bәndәlәrin tаlеyinin мüәyyәn еdilмәsi, оnlаrın tаlе yоlunu gеtмәyә мәcbur оlмаsı, tаlе мüqәddәrаtını pоzа bilмәмәsi nәzәrdә tutulursа, оndа “insаnın çаlışqаnlıqdаn bаşqа bәhrәsi yохdur” аyәsi nеcә izаh оlunмаlıdır? Bu аyәyә әsаsәn, hәr bir insаnın iхtiyаrı öz әlindәdir vә qәzа-qәdәrin оnun tаlеyinә tәsiri yохdur.
İblİs İnsan cİldİnə girə bİlərmİ?
Bəziləri belə düşünürlər ki, şeytan insan cildinə girə bilməz. Ancaq əksər alimlərin nəzəri belədir ki, şeytan insan cildinə girə bilər. Xüsusilə də hədislərimizdə oxuyuruq ki, İblis başqa varlıqlar kimi insan cildinə də girə bilər.
Bu düzdürmü ki, Əhli-Beyt (ə) davamçıları (ə) cəhənnəmə getməyəcəklər?
Əgər Əhli-Beyt (ə) davamçısı dedikdə həqiqi Əhli-Beyt (ə) davamçısı nəzərdə tutulursa, yəni həm əməlində və həm də nəzərində Həzrət Peyğəmbərə (s) və İmamlara (ə) ardıcıllıq edərsə, onları həyatlarının əsl ülgüsü hesab edərsə, həyatın bütün sahəsini dini təlimlər üzərində tənzim edərsə, Allahın eşqi bütün varlığını bürüyərsə, Peyğəmbər (s) və İmamlara (ə) olan sevgisi İlahi hadayətin nişanəsi kimi onu məşğul edərsə - bu cür insan günaha əslən yaxın olmaz və cəhhənəm əhli olmaz. Ancaq əgər bu sualda məqsəd istilahi Əhli-beyt (ə) davamçısıdırsa, ya da daha düzgün desək, Əhli-beyt (ə) davamçısı adı altında tanınan müsəlmandırsa, o zaman onun aqibəti haqda müəyyən heç nə demək olmaz.
MÖCÜZƏLƏR YARADAN DUALAR HANSILARDIR?
Əllamə Həsənzadə Amuli deyir: \"İmamət bəhsinin risaləsini yazmışdım, sona çatdıranda onu Əllamə Təbatəbainin hüzuruna apardım. Bir müddət onun yanında qaldı və onu mütaliə etdi. Bu risalənin bir yerində özüm haqqında dua etmişdim. Risaləni mənə qaytaranda ağa buyurdu: \"Ağa, mən özümü tanıyandan bəri şəxsi dua etməmişəm, dualarım ümumi olmuşdur”.
CİNLƏR KİMDİR VƏ ONLARIN İNSANLARA ZƏRƏRİ TOXUNA BİLƏRMİ?
Günümüzdə toplumda ən çox qabardılan və məlumatsız insanları qorxudan, nəticədə kimlərinsə biznes marağına qulluq edən mövzulardan biri də cin mövzusudur. Və Cinlər elə təqdim olunur ki, insanlara toxuna bilərlər, gözlərinə görünə bilərlər, ay filankəsi cin vurdu və sair. Bu cür məlumatları falçı tayfası yayır ki, sonrasında da TV-yə çıxıb bir verilişdə özlərini insanları cinlərdən təmizləyən kimi təqdim edib, xeyli müştəri əldə etsinlər.
DUA İLƏ ŞƏFA MÜMKÜNDÜRMÜ?
Çox çətinliklə də olsa, bu sənədi imzaladı hər ikisi də. Ananın gözünün yaşı imza atdığı vərəqə süzülürdü. Həkimin sözləri təkrar-təkrar qulağında səslənirdi: \"Artıq çox gecdir. Metastaz bütün ağ ciyərinə yayılıb. ...
HƏDİSLƏRDƏ ZİKR OLUNAN \"Süfyanİ\" KİMLƏRDİR?
1. İbn Əzinə İmam Sadiqin (ə) öz ata-babaları vasitəsilə Əmirəl-möminindən (ə) belə rəvayət etdiyini nəql edir: \"Ciyər-yeyən qadının oğlu quru torpağı olan məntəqədən çıxacaq. O, ortaboy, çirkin və yekə başlı bir adamdır. Üzündə çirkin görü-nüşlü çapıqlar var və ona baxanda elə bilirsən ki, birgözlüdür. O, Əbu Süfyanın nəslindəndir. Adı Osman, atasının adı isə Ənbəsədir. O, üzə çıxaraq \"abad (rahat) və axar sulu” (\"Mu-minun”, 50) bir yerdə minbərə çıxacaq”.