Serialların ailələri məhv edən 8 CƏHƏTİ
Psixoloqlar serialların gənclər üzərindəki təsirini araşdırdılar, dəhşətli nəticələr ortaya çıxdı.
Araşdırmanın nəticələri:
1. Əsas olan eşqdir, xoşlanmadır. Bunun üçün evlilik, namus və ata-ana fəda edilə bilər.
2. Kasıb insanlar əsla xoşbəxt ola bilməzlər. Xoşbəxt olmağın tək yolu zəngin və ya məşhur olmaqdır.
3. Nikahsız cinsi əlaqəyə girməkdə heç bir problem yoxdur. Əgər böyümüsənsə, istədiyin qız və ya oğlanla istədiyin şəkildə bərabər ola bilərsən.
4. Kiminsə qiymətli, dəyərli və bəyənilən olması üçün gözəl, yaraşıqlı və zəngin olması vacibdir. Əks halda cəmiyyətdə dəyərsiz hesab edilir.
5. Başqalarını alçaltmaq və gözdən salmaq səni məşhur edər.
6. Yalan danışmaq və oğurluq etmək yaxşı məqsədlər üçün edilirsə, bu günah sayılmır.
7. Əgər ata və anan bir-birinə ilk günki kimi aşiq deyilsə, boşanıb başqaları ilə evlənməlidir və sən də onları dəstəkləməlisən.
8. Qadının gözəl olması onun arıqlığından və mini ətək geyinməsindən asılıdır. Kişinin yaraşıqlı olması isə güclü əzələlərdən və bunu hər fürsətdə göstərməkdən asılıdır.
Dini mərasimlərdə insanlar daha çox hansı mövzulara maraq göstərir?
Ən gözəl mövzular arasında Əhli-Beytin (ə) söz və rəftarları yer alır. Əxlaqi mövzulara da yer vermək lazımdır. Cəmiyyətin həmişə əxlaqi mövzulara ehtiyacı var. Təbliğatçı əxlaqi nöqtələri ayə və rəvayətlərdən çıxarış edib xalqa çatdırır. Söhbətində ibrətamiz hadisələrdən bəhrələnir. İslam tarixi və İslam əxlaqı ən gözəl mövzulardır. Bütün xalqın əxlaqi mövzulara ehtiyacı var. Şahidik ki, insanlar xırda söz-söhbətlərə görə bir-birindən inciyir, bir-birindən gileylənir. Kiçik bir maşın qəzası baş verəndə sürücülər bir-biri ilə sərt davranır. Bütün bunlar əxlaqdakı nöqsanlardan irəli gəlir. Ruhanilər minbərdə insanları gözəl əxlaqa dəvət etməlidir.
Nə üçün məsum imamlar ən ali dini məfhumları insanlara çatdırmaq üçün dua yolunu seçib?
Höccətülislam Şeyx Hüseyn Ənsariyan cavab verir:
-Çünki bütün insanların vücudu duaya ehtiyaclıdır. İnsan başdan-ayağa qədər istəklərdən ibarətdir. İnsanın “istəyirəm” sözünə bağlılığı dua ehtiyacıdır. “Çatmaq istəyirəm”, “üstün olmaq istəyirəm”, “varlı olmaq istəyirəm” kimi istəklər hamısı duadır. İmam Hüseyn (ə) məşhur Ərəfə duasında insana öyrədir ki, bütün bunların mayası sənin canındadır və kimsə sənin qarşını kəsə bilməz. O düzgün istəmək yolunu öyrədir.
-Məsum İmamlar insanların vücudunda olan bu istedaddan bəhrələnərək onlara doğru yolu öyrədiblər. Mənə bir dəfə qənaətbəxş olmayan bir xanım məndən hər gün namaz qıldığımı soruşdu? Dedim bəli. Dedi biz çox bədbəxtik, siz bizə dua edin. Məsum İmamlar duanın insanların vücuduna yoğrulduğunu biliblər. Ona görə bu yolu seçiblər. Başqa dinlərdə də bundan istifadə olunub. Məsihilər, zərdüştilər, kəlimilər də dua edirlər. Məsumlar biliblər ki, insanları dua vasitəsi ilə doğru yola yönəltmək daha asandır.
-Məsələn, elə Ərəfə günü xalqa elan etsinlər ki, böyük bir din alimi sizə əxlaqdan danışmaq istəyir. Bu söhbətə heç 30 nəfər yığışmaz. Amma deyilsə ki, dua mərasimi var, dua başlamamışdan da qabaq xeyli insan toplanar. Çünki insanların vücudunda duaya ehtiyac var. Bu ehtiyacı başqa söhbətlərə münasibətdə hiss etmirlər.
Namazı təsvir etmək istəsək necə tanıtdıra bilərik?
Namazın haqqında 40 sima:
1-Namaz behiştə gedənlərin tacıdır.
2-Namaz qeyb aləminə açılmış bir pəncərədir.
3-Namaz yerdən göy aləminə pərvaz etməkdir.
4-Namaz insanın Allahın rəhmət süfrəsində oturmasına səbəb olur.
5-Namaz dini abadlaşdırır.
6-Namaz xoşbəxtlik iksiridir.
7-Namaz insanı xilqətlə eyni ahəngdə edir.
8-Namaz yerlə göy arasında bir körpüdür.
9-Namaz Allahla dostluğu davam etdirməkdir.
10-Namaz möminin simasındakı iman cilvəsidir. 11...
Necə edək ki düzgün qidalanaq?
Orqanizmin sağlam və gümrah olmasında ən əsas amillərdən biri düzgün qidalanmadır. Hətta ən müasir kosmetik vasitələr belə insanın xarici görünüşünə düzgün və sağlam qidalanma kimi müsbət təsir göstərə bilməz.
1. Aclıq hissi olmadan süfrə arxasına keçməyin. Cəmisi bir neçə gün buna əməl etsəniz növbəti günlərdə qidalanmanız sutka ərzində rejimə düşəcək.
2. İstənilən qida məhsulunu xırda tikələrlə qəbul edin.
3. Düzgün qidalanmanın əsas şərtlərindən biri ağız boşluğunda qidanın yaxşı çeynəlinməsidir.
4. Ayaqüstü qidalanmadan imtina edin.
5. Gündəlik qida rasionunu 2-3 dəfəyə deyil, 4-5 hissəyə bölün. Yəni az-az və vaxt baxımından tez-tez.
6. Qida rasionunuzun çox hissəsini günarta yeməyində qəbul edin.
7. Yeməkarası və yeməkdən dərhal sonra su və digər mayelər içməyin.
8. Köhnə yeməklərdən imtina edin, çalışın təzə hazırlanmış xörəklərlə qidalanasınız...
İnsan bədəninə faydalı olan 7 idman növü hansılardır?
İnsan bədəninə faydalı olan 7 idman növləri:
Başqa idman hərəkətləri ilə vaxtınızı boşuna sərf etməyin. İstədiyiniz bədənə sahib olmaq üçün sizə kömək edəcək idman növləri bunlardır.
1-İplə tullanmaq: Bir dəqiqədə çox kalori yandırmağa kömək edir. 2-Squat: Ürək sağlığını da yaxşılaşdırmaq üçün tullanmaq növünü edə bilərsiz. 3-Jim: Qolları formaya salmaq, bədəni fitləşdirmək üçün edə bilərsiz. Ürək-damar sağlığı üçün bunu etmək duruşu da yaxşılaşdırır. 4-Hücum idmanı: Ayaqların ayrı ayrılıqda hərəkət etdirilməsi çox gözəl effekt verəcək. Gündə 3 dəfə, hər dəfəsində 10 hərəkət edin. 5-Üzgüçülük: Fərqli əzələləri hərəkət elətdirir. Qan təzyiqini aşağı salır, ürəyi gücləndirib aerobik tutumu artırır. 6-Qaçış: (yerimək və qaçmaq arasında olan qaçış növü daha çox faydalıdır) Ürək sağlığını yaxşılaşdırır, depresiyya riskini azaldır. 7-Velosiped sürmək: Ayaqları hərəkət elətdirən velosiped ayaq, qol, omba əzaları, ürəyi gücləndirir və artıq çəkini azaldır.
Sağlamlığa zərərli ibadət vardırmı?
Həzrət Məsumənin (s.ə) zəvvarına düzgün yola göstərməsi:
Mərhum Heydər Ağa Tehrani ləyaqətli şair və təqva ilə zinətlənmiş zahid olub. Onun “Ləməate-eşq” adılı kitabı var. Həmin divanda Xanım Məsumə mərsiyə və rövzələr var. O Qumda olduğu zaman çilə (ibadətlə məşğuldu) saxlayırdı. Ağa Tehrani heyvani mərtəbələri tərk etməyə müvəffəq oldu. O boş vaxtlarını Əhli-beytdən (ə) nəql olunmuş zikr və virdlərlə keçirirdi.
Gecələrin birində Ağa Tehraninin “Feyziyyə” mədrəsəsi ilə “Darul-şifanın” arasında yerləşən hücrəsində qızdırması şiddətli qalxır, o müvazinətini itirir. Özünü ölüm halında hiss edən Ağa Xanım Məsuməyə (s.ə) təvəssül edir. Röya aləmində bir cam su alaq, içdikdən sonar sağalır. Yenə də çoxsaylı zikrlərə üz tutur. Gecələrin birində röya aləmində Xanım Məsumənin (s) müqəddəs görüşünə nail olur. Xanım Ağa Tehraniyə buyurur: “Əgər Allahın razılığını istəyirsənsə yalnız vaciblərə riayət et. Müstəhəblərdən əl çək.” Mərhum Ağa Tehrani buyurur: Bu səbəbdən illərdir mən vird və zikr deməyi tərk etmişəm və mənə vacib olanları həyata keçirirəm. Aman, aman! Müqəddəs şəriətin buyurduqlarını əldən çıxarmayın. Çünki belə virdlər və zikrlər qəlbin paklanması və ilahi eşq yolunda qəlbin səfası üçün müəyyən həddə faydalıdır. Yəni ki, cismə zərər dəyməsin və ruhu solğunlaşdırmasın.
İnsan vücuduna zərərli olan şəriətdə məkruh əməllər:
İslam şəriətində məkruh buyurlmuş insan bədəninə ziyanlı şeylər:
1-Axşam cağı ayaq üstə su içmək,
2-Nahar və axşam vaxtı arasında yeməklər,
3-Çox yemək,
4-Axşam yeməyi yeməmək,
5-Yemək yeyən zaman su içmək,
6-Bişməmiş əti yemək,
7-Günəş altında əyləşmək,
8-Nərdibanlardan istifadə etmək,
9-Çox su içmək,
10-Nəmişli yerdə oturmaq, ...
İnsan vücuduna xeyirli olan şəriətdə müstəhəb əməllər:
İnsan vücuduna xeyirli olan şəriətdə müstəhəb əməllər:
1-Oruc tutmaq,
2-Ağız suyunu məscidə atmaqdan çəkinmək,
3-Gün ərzində ayaq üstə su içmək,
4-Az yemək,
5-Səfərə çıxmaq,
6-Yeməyi udmazdan öncə yaxşı çeynəmək,
7-Yeməkdən doymazdan öncə əl çəkmək,
8-Acmamış yemək yeməkdən çəkinmək,
9-Hər meyvəni öz fəslinin əvvəlində yemək,
10-Az su içmək, ...
Kompyuter və sağlamlıq haqda professorlərin baxış və məsləhətləri nələrdir?
Kompyuter və sağlamlıq haqda baxış və məsləhətlər:
Kompyuterdən yanlış və hədsiz istifadə insan orqanizmi üçün olduqca zərərlidir. Kompyuter arxasında fasiləsiz və qaydalara əməl etmədən vaxt keçirməyin axırı bədəndə quruma, göz ağrısı, əzələ ağrıları, qol ağrıları, boyun və bel ağrıları, baş ağrısıdır.
Kompyuter arxasında sutkada 2 saatdan artıq əyləşən adamlarda “kompyuter göz sindromu” yaranması ehtimalı böyükdür. Kanadalı professor Cenefer Eşton bu barədə yazır: “CVS deyilən sindrom kompyuter və başqa elektron cihazlardan hədsiz istifadədən yaranır. Bu sindromun əsas əlaməti göz yorğunluğu, ümumi yorğunluq və davamlı baş ağrılarıdır.”
Kompyuterdən istifadə edənlərə məsləhətlər: 1)=İşlədiyiniz kompyuterin monitoru, stol və kreslo standarta uyğun olsun; 2)=10 dəqiqədə bir dəfə gözlərinizi qırpın; 3)=20 dəqiqədə bir dəfə 6 metrlik məsafədə olan nöqtəyə gözlərinizi zilləyin; 4)= işıq başınız üzərində olsun və iş stolunu əhatə etsin; 5)=30 dəqiqədə bir dəfə ayağa qalxıb dartının və dərindən nəfəs alın...