Peyğəmbərin (s) bu mübarək ayı şəbanda hansı əməllər daha fəzilətli hesab olunur?


Qəməri aylarının içində Rəcəb, Şəban və Ramazan ayının xüsusi yeri vardır. Mübarək Rəcəb ayını artıq arxada qoyuruq və gözəl Şəban ayına daxil oluruq. Bəs Peyğəmbərin (s) bu mübarək ayında hansı əməllər daha fəzilətli hesab olunur?
1. Peyğəmbərə (s) yaxınlaşmaq. Hədislərimizin buyurduğu kimi, Şəban ayı – Həzrət Peyğəmbərin (s) ayıdır və ona görə də hər birimiz bu ayda ona yaxınlaşmağa çalışmalı və Həzrətin (s) inayətini qazanmalıyıq. Hər kim bu ayın onun üçün bərəkətli olmasını istəyirsə, gərək bu ayın sahibinə təvəssül etsin və yaxınlaşsın. Ona görə də bu ayda salavatlarımızın sayını artırmalı və Həzrətə (s) daha çox təvəssül etməliyik.
2. Oruc tutmaq. Şəban ayında oruc tutmağın xüsusi fəziləti vardır. İmam Rza (ə) buyurur: “Əgər kimsə Şəban ayının bir gününü oruc tutsa, Allah behişti ona vacib edər”. Bu ayın son üç gününün orucu – çox tövsiyə edilən əməllərdəndir. Hər kim bu üç günü oruc tutub, onu Ramazan ayına birləşdirərsə sanki iki ay dalbadal oruc tutmuş kimi olar və onun savabına çatar...


Bütün xəstəliklərin dərmanı – Məsumların (ə) nəzərində südün faydaları!


Süd – o nemətlərdəndir ki, Məsumlarımız (ə) daima ondan istifadə etmiş və bizlərə də tövsiyə etmişdilər. İmam Sadiq (ə) buyurur: “Boğaz ağrısı üçün süd içmək kimi faydalı bir şey yoxdur”. Həzrət Cəfər Sadiq (ə) başqa yerdə buyurur: “Süd iç ki, həm bədəndə ətin əmələ gəlməsinə səbəb olar və həm də sümükləri möhkəm edər”.
İmam Əli (ə) buyurur: “Süd içmək – ölümdən başqa bütün xəstəliklərin dərmanıdır”.
Səhabələrdən biri nəql edir: “İmam Baqirin (ə) yanında mədə ağrısından şikayət etdim və Həzrət (ə) mənə buyurdu: “Niyə inək südü içmirsən? Heç indiyə qədər inək südü içmisən?”. Dedim: “Bəli, dəfələrlə içmişəm”. İmam (ə) buyurdu: “Sənin nəzərinə görə, inək südü necədir?”. Dedim: “Mənim nəzərimə görə mədəni yuyur, böyrəyin ətrafının piylə örtülməsinə səbəb olur və iştahanı artırır”. İmam (ə) buyurdu: “Yaxşı olardı ki, Yənbu limanına gedib, inək südündən içərdik”...


Dörd fəslin faydası və hikməti nədir? – İmam Sadiqin (ə) mübarək izahı


İmam Sadiq (ə) yaxın səhabəsi olan Mufəzzələ yerin və göyün bəzi sirlərini açıqlamışdır ki, biz də onlarla tanış olaq. “Günəşin qalxması və düşməsi və ilin dörd zamanı barəsində təfəkkür et. Qış fəslində hərarət ağacların daxilinə qayıdar və ondan meyvə meydana gələr. Hava dəyişkən olar. Havanın belə dəyişkən olmasından bulud və yağış bir-birinə çatar. Heyvanların bədəni güclənər. Baharda isə həmin hərarət (ki, ağacda və bitkilərdə gizlənmişdi) hərəkət edər. Qışda əmələ gələn maddələr doğulub üzə çıxar. Bitkilər cücərər, ağaclar qönçələyər. Heyvanlar nəsillərini artırmaq üçün həyəcana düşərlər...




Bu 5 nemət – Allahın insana verdiyi ən dəyərli hədiyyələrdir!


Allah Təala insana çox sayda nemət vermişdir. Bəs bu nemətlər içərisində ən dəyərli olanları hansılardır?
1. İnsanın hidayət olması. “Rəhman (dünyada maddi və mənəvi nemətləri həm möminlərə, həm də kafirlərə şamil olan, axirətdə isə yalnız möminləri əhatə edəcək geniş mərhəmət sahibi) olan Allah! (Onun nemətlərinin bəziləri ibarətdir:). (Əzəli elmindən Lövhi-Məhfuza nazil olmuş) Qur\'anı (əvvəlcə yuxarı aləmin məxsus sakinlərinə təlim verdi, oradan Cəbrail vasitəsi ilə Peyğəmbərin (s) qəlbinə nazil etdi və onun dili ilə bəşər cəmiyyətinə) öyrətdi. (Yaradılmışların ən heyrətamizi, varlığın şah əsəri, ən gözəl vücud, ruhi və cismi baxımdan yaradılış aləminin ən kamil varlığı olan) insanı yaratdı. Ona (ən heyrətamiz nemətlərdən olub insanı digər canlılardan üstün edən və bəşər cəmiyyətinə ilahi vəhyin gəlməsinə səbəb olan) bəyan yolunu öyrətdi (qəlbində olanları dildə sözlər yaratmaqla başqasına çatdırmaq qüdrəti verdi)”. (“Rəhman” 1-4)...


Dünyada axirəti xatırladan nümunələr vardırmı?!


Baharı gördükdə Qiyaməti çox yad edin! \"Sən Allahın mərhəmətinin izlərinə bax ki, yeri öldükdən sonra necə dirildir. Şübhəsiz ki, O, ölüləri də mütləq dirildəcəkdir. O, hər şeyə qadirdir.\" (Rum, 50).
İzah: Quran məadı inkar edənlərin onun mümkünsüzlüyü ilə bağlı ortaya atdığı şübhələri rədd etmək üçün bu dünyada məadın nümunələrini onlara xatırladır ki, həm məadın, ölümdən sonrakı həyatın mümkünlüyünə nümunə olsun, həm də bu dünyada “Rəcət”ə (qayıdışa) sübut olsun. Bu nümunələrdən bəzisi bunlardır: Bəni-İsraildən qətlə yetirilmiş birinin dirilməsi (Bəqərə, 72), Üzeyr peyğəmbərin (ə) dirilməsi (Bəqərə, 259)...


Bütün gözlər Qiyamət günü ağlayacaqlar. Üç gözdən başqa…


İmam Əli (ə) buyurur: “Bədəndə göz qədər naşükür şey yoxdur. İstədiyini ona verməyin ki, sizi Allahı yada salmaqdan saxlamasın”. Bütün gözlər Qiyamət günü ağlayacaqlar. Üç gözdən başqa:
1. O göz ki, Allah qorxusundan ağlayar.
2. O göz ki, naməhrəmə baxmaqdan aşağı salınmışdır.
3. O göz ki, Allah yolunda gecə oyaq qalmışdır.


Göz dəyməsinin qarşısını necə almaq olar?


Dinimiz də sehrin, cadunun və göz dəyməsinin mövcud olmasını təsdiqləyir. Məsumların (ə) göz dəyməyin qarşısını almaqla bağlı tövsiyələrinə nəzər salaq:
1. İmam Sadiq (ə) buyurur: “(Göz dəyməsinin qarşısını almaq üçün) 3 dəfə de: ما شاء الله لا قوه الا بالله العلی العظیم Maşəallah lə quvvətə illə billəhil-aliyyil-azim\"
2. “Qələm” surəsinin 51-ci ayəsini oxumaq.
3. Əllərinizi üzünüzün qarşısında qərar verin və “Həmd” (“Fatihə”), “Tövhid” (İxlas), “Nas”, “Fələq” surələrini oxuyun və əlinizi üzünüzə çəkin.
4. “Nas” və “Fələq” surələrini oxumaq...


Həyatın yorucu olmaması üçün nə etməli?


İmam Səccad (ə) Səhifeyi-Səccadiyə kitabının 42-ci duasında buyurur: “Allah, Sən Quranı Həzrət Muhəmmədə (s) və Ali-Muhəmmədə (s) – Allahın salamı və salavatı ona və nəslinə olsun – nazil etmisən. Möcüzəvi elmi, kamil şəkildə ona ilham etmisən. Onun elmini təfsiri ilə birlikdə bizə irs buraxmısan. Bizi, ondan (bu elmdən) xəbərsiz olanlardan üstün bilmisən. Onun agahlıq qüdrətini bizə mərhəmət etmisən ki, bizi ona agahlığı olmayanlardan üstün edəsən”. İmam Səccad (ə) buyurur ki, Quranın möcüzəvi elmi Həzrət Peyğəmbərə (s) kamil şəkildə ilham olunmuşdur və Həzrət (s) də bu elmi özündən sonrakı vəsilərinə miras olaraq buraxmışdır. Burada diqqət etməli oldumuz nöqtə budur ki, vəhy – başqa şeydir, ilham – tamamilə başqa şeydir. Vəhyi adətən Cəbrayil (ə) Allah tərəfindən gətirərdi. Ancaq ilham belə deyildir. İlham özündə gizli işarələr daşıyan bir elmdir. İlhamın vasitəsi yoxdur və hətta başqa pak insanlara belə, ömrü boyu nazil ola bilir. İlham mövzusu – daha geniş bir mövzudur...


Hansı halda insan öz həyatından razı olur?


Şadlıq nədir? Şadlıq – insanın hədəfinə yaxınlaşan zaman büruzə verdiyi həyəcandır. O kəsin ki, həyatda hədəfi kiçik olar, daha xoşbəxt həyata malik olar. Gözü dünya malında olmaz və tək hədəfi – malik olduqları ilə qənaətlənməsidir. “Güldürən və ağladan (bu iki sifəti varlıqlarda yaradan) Odur”. (“Nəcm” 43).
Yəni, Allahın insanların qəm və şadlığının kökündə iradəsi vardır. O kəslər ki, Allah yolunda addım atarlar, Allah onları həyatdan razı və şad edər.
“De: «Allahın lütf və rəhmətinə, (bəli) həmin lütf və rəhmətə sevinsinlər ki, o, onların yığdıqlarından daha yaxşıdır»”. (“Yunus” 58).


Qazi Təbatəbai: Həftəlik rövzə məclisi işlərdə düyünün açılmasına səbəb olar?!


Seyid Əli Qazi Təbatəbainin vəsiyyətnaməsindən bir parça: Əgər həftəlik rövzələr mümkün olmasa, məhərrəm ayının ilk on günü tərk olmasın
Böyük arif və alim Seyid Əli Qazi Təbatəbai Təbrizi vəsiyyətnaməsinin bir hissəsində yazır: Amma digər vəsiyyətlər. Onların ən əsası namazdır. Namazı bazar etməyin. Onu ilk vaxtda xüzu və xüşu ilə qılın. Əgər namazı qoruya bilsəniz, hər şeyiniz qorunar. Namazın təqibində Siddiə-Kubra (ə) təsbihi və ayətul-kürsü oxumağı tərk etməyin...
Müstəhəb işlərdə Seyyidüş-şühədaya (ə) əzadarlıq etmək və o həzrətin ziyarətində süstlük etməyin. İki-üç nəfərlə də olsa həftəlik rövzə məclisi işlərdə düyünün açılmasına səbəb olar. Ömrün əvvəlindən axırına kimi o həzrətin xidmətində təziyə saxlasanız, ziyarət etsəniz və bu kimi digər işlər görsəniz, yenə də onun haqqını yerinə yetirə bilməzsiniz. Əgər həftəlik rövzələr mümkün olmasa, məhərrəm ayının ilk on günü tərk olmasın...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter