İnsanın günah fikri etməsi ona mənfi təsiri vardırmı?!


İnsan o zamana qədər ki, günah etməmişdir – ona günah yazılmaz. Ancaq günah fikrində olmağın insan batininə mənfi təsirləri vardır. Məsumların (ə) buyurduğu kimi, günah fikrində olmaq – ağ rəngli otaqda çıraq yandırmağa bənzəyir. Baxmayaraq ki, otağı yandırmaz, ancaq onun divarlarını qaraldar. Günah fikrində olmaq günah üçün müqəddimələr hazır edər. İnsan yavaş-yavaş elə mərhələyə çatar ki, özünü kontrol edə bilməz və həmin günahı edər. Məsumlardan (ə) soruşurlar ki, necə olur siz heç günah fikrində belə olmursunuz? Həzrət (ə) buyurur ki, heç ayaqyoluna gedib, orada olanı dadmaq istəmisənmi?
Həmin şəxs deyir ki, xeyr. İmam (ə) buyurur ki, bizim də günaha baxışımız o cürdür. Bəli, bütün kamala çatmış insanlar üçün günah fikrində olmaq – belə pisliklər kimidir. Ona görə də günaha batmırlar, çünki onun haqqında heç düşünmürlər də belə...


İslam maarifinə əsasən insanda ümid və Allaha təvəkkül nə həddə olmalıdır?!


İnsan həm namazında və həm də həyat mövzularında təvəssülə malik olmalıdır. Əhli-Beytdən (ə) istəməlidir ki, Qiyamət günü naqis namaz və ibadətlərinə görə ona şəfaət versinlər. Həmçinin ümidə malik olmalıdır ki, bu naqis ibadətlər Allahın izni ilə qəbul olacaqdır və bəndə behiştə gedə biləcəkdir. Çünki bu dünya tarladır və əkin yeridir. Heç kəs zəhmət çəkmədən Allahdan meyvə intizarında ola bilməz. Çünki əgər ağac olmazsa və ona qulluq edilməzsə, meyvə haradan olacaqdır ki?! Ancaq insan zəhmət çəkərsə, mütləq səyinin nəticəsini görər. Bir tələbə alim olmaq üçün dərs oxumalı və həyatının çox hissəsini təhsil almağa sərf etməlidir. Bunun üçün gecə və gündüz çalışmalıdır. Ancaq bundan sonra insanların xidmətində dura bilər. İnsan mütləq ümidə, rəcaya malik olmalıdır. Lakin bu ümid onu düzgün motivləndirməli, yersiz arxayınçılığa sövq etdirməməlidir. Həzrət Peyğəmbər (s) bir gün məsciddə əyləşmişdi və görür ki, bir şəxs gəlir və adi namaz qılır. Təqibatlarını etməmiş əlini dua üçün qaldırır və deyir: “Allahım! Məni behiştlik et və mənə huruleyni inayət et!”.


Ruzinin artmasına və günahın azalmasına duanın təsiri necədir?


Ruzinin artmasına təsir edən amillərdən biri də duadır. Dua – hər bir qapının açarıdır. İbni Əmmar nəql edir: “İmam Sadiq (ə) mənə ruzinin artması üçün bir dua öyrətdi ki, ruzinin cəlb etməkdə ondan yaxşısını görmədim: اَللَّهُمَّ ارْزُقْنِی مِنْ فَضْلِکَ الْواسِعِ اْلحَلالِ الْطَّیِّبِ
Ruzinin azalmasına günahın təsiri çoxdur. Allah Təala bu haqda buyurur: “Məni yad etməkdən üz döndərən kəs üçün isə(qeyb aləmindən qırıldığı, nəfsi qane olmadığı, gözü doymadığı, arxalandığı dayaqlar süst olduğu və hadisələrdən qorxduğu üçün, var-dövləti çox olsa belə) mütləq sıxıntılı həyat olacaqdır və Qiyamət günü onu Məhşərə kor gətirərik”. (“Taha” 124 --- Məsumlarımız (ə) da öz davamçılarını dəfələrlə günahın vurduğu mənfi təsirlərdən söz açmış və günahdan uzaq olmağı tövsiyə etmişdilər. Belə ki, İmam Baqir (ə) buyurur: “Allah bəndəsi günaha düçar olan zaman ruzisi ondan geri götürülər”...


Məsumların tapşırıqlarına əsasən Xəstəliklərdən şəfa tapmağın ən yaxşı yolları hansılardır?!


Əhli-Beyt (ə) bizə həyatın hər bir sahəsində yardım etdikləri kimi, tibb sahəsində də bizə bəzi tövsiyələr edirlər. Əgər onlara əməl etsək bədən və ruhi xəstəliklərimizi müalicə edə bilərik. İmam Sadiq (ə) buyurur: “Biz Əhli-Beyt (ə) (xəstələnən zaman) ancaq xurmadan pəhriz edirik. Çünki Peyğəmbər (s) İmam Əli (ə) xəstə olan zaman onu xirma yeməkdən pəhriz edərdi”. İmam Sadiq (ə) buyurur: “Soyuq su yeməyi mədədə həzm edir”.
İmam Kazım (ə) buyurur: “Qaynanmış su hər şey üçün faydalıdır. Heç bir ziyanı yoxdur”.
Həzrət Peyğəmbər (s) bir gün İmam Əlinin (ə) evinə gəlir və onu qızdırmalı görür və buyurur ki, innab yesin.
İmam Əli (ə) buyurur: “Hərarətin yanğısını bənövşə və soyuq su ilə yatızdırın”...


Qurani-Kərimin məntiqi ilə, hansı 4 yerdə bəndə Allahı xüsusən yada salmalıdır?!


Qurani-Kərim bütün möminlərə buyurur ki, Allahı hər bir halda yada salın:
1. İbadət zamanı yada salın və ixlaslı olun. 2. Günahla üzləşən zaman Allahı yada salın və gözünüzü günaha bağlayın.
3. Nemət zamanı Allahı yada salın və şükrünü yerinə yetirin. 4. Bəla və müsibət zamanı Allahı yada salın.
Xülasə, həyatımızın hər anında Allahı unutmayaq.
Həzrət Peyğəmbərdən (s) soruşurlar ki, Qiyamət günü bəndələrdən hanısısının məqamı başqalarından üstün olacaqdır? Buyurur: “O kəslər ki, Allahı çoxlu yada salırlar”.
Soruşurlar: “Bu insanın məqamı – Allah yolunda cihad edəndən də üstündür?”.
Buyurur: “Əgər qılıncı ilə kafirlərin və müşriklərin bədəninə o qədər vurar ki, qılıncı sınar və qana boyanmış olar – amma o kəslər ki, Allahı çoxlu yada salırlar – onlar daha üstündürlər”.


İnsan dünyaya qədəm basarkən niyə ağlayır?


Bir çox hədislər bizə qəbir əzabından xəbər verir. Ancaq bəzi imanı zəif olan insanlar deyir ki, qəbir əzabını kimsə hiss edibdir, yoxsa qəbirdə olanlar bu haqda kiməsə xəbər veriblər? Təbii ki, bu kimi söhbətləri avam insanlar söyləyərlər. Qurani-Kərim buyurur: “Dedikləri yalnız, ona ilham olunan vəhydir. Onu ona (Peyğəmbərə) qüvvələri möhkəm və güclü olan öyrətmişdir”. (“Nəcm” 3-4). Bu ayələr təsdiq edir ki, Həzrət Peyğəmbər (s) və Məsum İmamların (ə) söylədikləri hər söz və hər bir xəbər doğrudur və onda şübhə etmək olmaz. Əslində Məsumların (ə) bərzəx aləmi ilə rabitələri vardır. Ona görə də onların bərzəx aləmi barəsində verdikləri xəbərlər bizə çox kömək edir.
Məsumların (ə) nəzərinə görə, insan ana bətnində olan zaman üzmək halında olar. Elə ki, dünyaya qədəm basar, yeni dünyaya daxil olmasının qorxusundan ağlayar.
Ona görə də insan bir aləmdən başqa aləmə keçən zaman körpə kimi qorxuya və vahiməyə düçar olur. Elə bilir ki, bu aləmdə qəribdir və təkdir. Yar və yavəri yoxdur...


İnsanın zahiri batinindən xəbər verərmi?


İnsanların əksər hissəsinin zahiri batinlərinə təsir qoyar, eyni zamanda batinləri də zahirlərində əks olunar. İnsan adətən geyimi ilə tanınar. Çünki geyim tərzi onun daxilindən qaynaqlanar. O şeyi ki, gözəl bilər – onu geyinər. Alimlərin buyurduğu kimi, düşündüyü kimi yaşayar. Yəqin siz də yaxşı bilirsiniz ki, hər insan özünəməxsus geyimlər geyinər. Belə ki, nəyi gözəl hesab edərsə, onu da geyinər. Yəni, zahirindən batinini az da olsa, görmək olar. Ancaq bu amil insan batinini aşkar etmək üçün kifayət deyildir. Çünki çox sayda insanlar vardır ki, batinlərini gizlətməyə çalışırlar. Özlərini başqalarına bənzədib, onların üslubunda geyinərlər. Halbuki, bu geyim öz düşüncələrinin seçimi olmamışdır.
Əmirəl-möminin (ə) buyurur: “İnsan heç bir zaman batinini gizlədə bilməz, əslində ağzından çıxan sözlər, qiyafəsində olanlar onu aşkar edər”.
Quran münafiqlər haqqında buyurur: “Əgər istəsək onları sənə göstərərik (və) sən onları üz və simaları ilə tanıyarsan. Sən mütləq onları danışıq tərzlərindən tanıyacaqsan. Allah sizin (bütün) etdiklərinizi bilir”. (“Muhəmməd (s)”, 30)...


Əməli, hissi, zahiri, həqiqi şükür nə deməkdir?


Şükrün növləri və dərəcələri vardır ki, onlarla tanış olaq. Şükrün iki növü vardır: zahiri və həqiqi.
-Zahiri şükür – dildə və səthi deyilən şükürdür. Bu şükür insanın batinindən çıxmaz, bəlkə sadəcə səthi şəkildə dildə deyilər.
-Həqiqi şükür odur ki, insanın batinində qərarlaşar, daxilindən gələr. Həqiqi şükrün öz növbəsində, iki növü vardır: hissi şükür və əməli şükür.
- Hissi şükür – o şükürdür ki, insan öz daxilində təşəkkür hissinə malik olar. Batini bir haldır.
Əməli şükür isə o şükürdür ki, insan Allahın ona verdiklərindən Onun yolunda istifadə edər. Əlbəttə də şükrün bu növü daha ali və daha yüksəkdir...


İnsanın daxili nəfsi olan halda, şeytana (lən) ehtiyac vardırmı?


Quranın nəzərinə görə, insan üç nəfsə malikdir ki, onlar ibarətdir: əmmarə, ləvvamə və mütməyinə.
Əmmarə nəfs – insanın daxilində olan heyvani istəklər nəfsidir ki, insanı daima pisliklərə tərəf cəlb edər. Şeytan (lən) isə cin nəslindən olan və insanları yolundan azdırıb, vəsvəsə edən bir canlı məxluqdur.
İblis (lən) dedikdə isə xüsusi şeytan nəzərdə tutulur ki, cin nəslindəndir və bütün şeytanların (Allah hamısına lənət etsin!) rəhbəridir. Baxmayaraq ki, vaxtı ikən ibadətinə görə mələklərdən belə üstün hesab olunmuşdur, ancaq təkəbbürünə görə behiştdən qovulmuş və insanın qatı düşməni olmuşdur.
Ona görə də deyə bilərik ki, əmmarə nəfs – şeytanın insana nüfuz edə biləcəyi vasitələrdən biridir. Əmmarə nəfsi bəzən şeytanın ordusunun üzvü hesab edirlər...


Bu alim Həzrət Məsumənin (s.ə) hərəmində ilk dəfə camaat namazını təşkil etmişdir


Mərhum Seyyid Murtəza ölən zaman belə vəsiyyət edir: “Bütün ömrüm boyu qıldığım namazları yenidən qılın”.
Səbəbini soruşan zaman, alim deyir: “Mən namaza aşiq və Allahla dərdləşməkdən zövq alan insanam. İbadətlərimdən çox ləzzət almışam.
Həmişə namazın vaxtı girməzdən əvvəl dəqiqələri saymışam. Buna görə də ola bilsin ki, namazlarım xalis olmasın. Onu yerinə yetirən zaman xüsusi ruhi halda olmuşam. O namaz ki, bir faizi belə Allahdan qeyrisi üçün olar, Allah dərgahına layiq olmaz”.
Ayətullahul-üzma Mərəşşi-Nəcəfinin ən bariz sifətlərindən biri namazı, xüsusilə də sübh namazını əvvəl vaxtda qılmaq olmuşdur. Bu arif, Həzrət Məsumənin (s.ə) hərəmində camaat namazını təşkil edən insan olmuşdur.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter