Oruc tutan şəxsin səhv üzündən bir şey yediyini görsək təzəkkür vermək vacibdir?


Oruc tutan şəxsin səhv üzündən bir şey yediyini görsək təzəkkür vermək vacibdir? Əgər bir oruc tutan şəxsin səhv və unutqanlıq üzündən orucu batil edən (yemək yediyini) əməli gördüyünü görsəniz ona oruclu olduğunu demək sizə vacib deyildir.


Oruc tutan şəxsin ağzından qan gəlsə, orucu batil olarmı?


Oruc tutan şəxsin ağzından qan gəlsə, orucu batil olarmı? Bununla oruc batil olmaz, amma vacibdir ki, qanın boğazına çatmasının qarşısını alsın.


Hamiləliyin ilk aylarında qadına oruc tutmaq vacibdirmi?


Hamiləliyin ilk aylarında qadına oruc tutmaq vacibdirmi? Təkcə hamiləliyin orucun vacibliyi üçün hеç bir manеəsi yoxdur. Amma oruc tutmaqla qadının özü və ya bətnində olan uşağı üçün zərər təhlükəsi olsa və bu təhlükə ağıl qəbul еləyən bir еhtimaldan doğsa, onda o qadına oruc tutmaq vacib dеyildir.


Televiziyadan elan olunan orucluğun başlanması nəqədər qəbul olunasıdır?


Televiziyadan elan olunan orucluğun başlanması nəqədər qəbul olunasıdır? Əgər şəhərlərin birində şəvvalın ayı görünməsə, amma radio-tеlеviziyada ayın görünməsi еlan olunsa, onunla kifayətlənmək olarmı, yoxsa bu işdə tədqiqat aparmaq lazımdır? -- Cavab: Əgər ayın görünməsi barədə xatircəmlik hasil olunsa və ya bu hökm vəliyyi-fəqih tərəfindən vеrilsə, onda kifayət еdər və tədqiqata еhtiyac yoxdur.


Qeyri-müsəlman ölkənin vətəndaşlığını alıb dövlət icra orqanlarda işləmyin hökmü necədir?


Qeyri-müsəlman ölkənin vətəndaşlığını alıb dövlət icra orqanlarda işləmyin hökmü necədir? Cavab: Əgər dövlət işlərinə daxil olmaq fəsad bünövrəsi olmasa, haram iş görməklə sonuclanmasa və eləcə də vacibdən üz döndərmək kimi bir işlərlə sonuclanmasa eybi yoxdur.


Ölkə yol qanun-qaydalarında işləyən şəxsin qanun pozuntuluğunu görür lazımi orqanları xəbərləndirməsi qarşı tərəfə ziyan vursa hökm necədir?


Ölkə yol qanun-qaydalarında işləyən şəxsin qanun pozuntuluğunu görür lazımi orqanları xəbərləndirməsi qarşı tərəfə ziyan vursa hökm necədir? -Cavab: Cəmiyyətin nizam-intizamı üçün yazılmış qanun-qaydalara hər halda riayət etmək (ölkəsindən aslı olmayaq bütün sürücülərə) vacibdir. Baxmıyaraq ki, bu qanunlar cəmiyyətin xeyrinə qeyri-müsəlman ölkələrində yazılmış olsun. Halal öhdəliklər qarşısında (şəri icazəli olan hər bir iş qarşısında) aylıq maayış almağın heç bir eybi yoxdur.


Qeyri müsəlman ölkələrində öhdəliklər qəbul etməyin hökmü necədir?


Qeyri müsəlman ölkələrində öhdəliklər qəbul etməyin hökmü necədir? Cavab: İcazəliyi bu şərtə bağlıdır ki, işin özü özlüyündə icazəli öhdəlik və vəzifə olmuş olsun.


Namazda kişilərin paltarı necə olmalıdır?


Namazda kişilərin paltarı necə olmalıdır? Namazda kişilərə icazə verlir ki, qısa qollu paltarla və ya eləcə də gödək şalvarla misal üçün idman şalvarı ilə namaz qılsın, bir məsələyə diqqət gərəkir: bu icazə yalnız namazı tək qılandadır, yəni naməhrəm olan yerdə namaz cəmiyyətin hörmət həddə geyinilməsi lazım olan paltar geyinmək gərəkir.


Uşaq tərəfdən Quranın xəttinə dəstəmazsız əl vurmanın hökmü necədir?


Uşaq tərəfdən Quranın xəttinə dəstəmazsız əl vurmanın hökmü necədir? Yetkinlik (şəri baxışdan) yaşına çatmayan uşaqların Qurana dəstəmazsız əl vurmasının eybi yoxdur. Əgər dəstəmazsız Qurana əl vuralar tərbiyəçi üçün vacib deyildir ki, onu bu işdən çəkindirsin.


Ayaqyoluna Quranı özü ilə aparmağın hökmü necədir?


Ayaqyoluna Quranı özü ilə aparmağın hökmü necədir? Quranı özü ilə ayaqyoluna aparmağın şəri haramlığı yoxdur. (yəni əgər boynunda Quran ayələri olan adam ayaq yoluna gedəndə onu çıxartması lazım deyildir). Amma bəyənilir ki, çıxartsın. (Bütün müctəhidlərin dəftəri, və Təbrizi, İstiftaat, səh: 1927).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter