Oruclunun yediyini geri gətiməsi ilə orucu batil olurmu?
Oruc tutan şəxs bilərəkdən istər xəstə olsun istər olmasın yediyini geri gətirməyə çalışsa və gətirsə, istər çarəsizlik üzündən, orucu batildir. Amma, bilmədən və ixtiyarsız yedikləri geri gəlsə orucu batil deyildir.
Orucun vacib olmasının şərtləri nərlərdir?
Orucluğu batil edən şeylər haqqında çoxlu eşidib və oxumuşuq. Amma bəzi oruc tutanlar , oruc tutmaq nə zaman insana vacib olması haqda şərtləri bilmirlər. Şəriət kitablarından orucun vacibliyi 5 şərtə bağlı olduğu qeyd olunub. Oruc tutmağın vacib olması aşağıdakı şərtlərlədir: 1-Baliğ olmaq, yəni şəriət təyin edən yaşa insanın çatması orucun vacib olmasına səbəbdir. Oğlanlarda 15, qızlarda isə 9 yaş, 2-Aqil olmaq, Bir şəxsin dəliliyi və ya özündən getməsi orucun vacib olmaması və batil olmasına səbəbdir. 3-Səfərdə olmaq, Əgər bir şəxs səfərə çıxa məcburiyyət üzündən və ya gəzinti üçün əgər zöhr azanında öncə yola düşə və zöhr azanından sonra qayıtmasına yəqinedə, tutduğu ocuru, şəhərindən 15 kilometr uzaqlaşandan sonra, sındırmalıdır. 4-Oruc tutmağın zərəri olması, mədə yarası və şəkəri olan şəxslər kimi adamlara oruc tutmaq vacib deyildir. 5- Qadınların aylıq xəstəliyə düçar olmaması və eləcə də Uşaq dünyaya gətirdiyi zaman onlardan xaric olan napaklıqlardan təmizlənməsi zamanı oruc tutmaq qadına vacib olur,
Hansı qadınlara oruc tutmaq vacib deyildir?
O dəstə qadınlara ki, oruc tutmaq vacib deyildir, ibarətdirlər:
A) Hamilə qadın, (bir qadın ki, uşağı dünyaya gətirməsi yaxın zamandadır, və oruc tutması hamiləliyi və özü üçün zərərlidir, B )Süd verən qadın, ( o qadın ki, uşağa süd verir , südü də azdır, istər süd verməsi ana olması üçün olsun, istər dayə olmuş olsun, istərsə də heç bir haqq tələb etmədən, Əgər oruc tutması süd verdiyi uşağa zərər yetirərsə, oruc tutmaq ona vacib deyildir. C) Qoca qadın: hər bir qadın ki, qocalıq üzündən oruc tuta bilmir, ya da oruc tutması onun üçün çətindir, oruc tutmaq ona vacib deyildir,
Həddi büluğa çatmaq vaxtımı dəqiq bilmirəm qəza oruclarım nəqədərdir?
Xamenei həzrətlərinin sual-cavab keçirdi şəri mərasimindən tərcümə:
Sual: Mükəlləflik vaxtıma (hədid büluğ yaşıma) çatmağım haqda dəqiq məlumatım yoxdur. Sizdən (Xamenei həzrətlərindən) xaiş edirəm bildirəsiniz nə zamandan mənə oruc və namaz qəzası vacibdir?
Cavab: Həddi büluğa çatandan sonra Namaz və oruclardan hər nəqədər qəzaya getməsinə yəqin edirsiniz, o miqdar sizə namaz və orucun qəzası vacibdir.
Ramazan ayının başlanmasını neçə yolla əldə etmək mümkündür?
Ərəb aylarının (xüsusən də ramazan) başlanmasını 5 yolla əldə etmək mümkündür: 1-Oruc tutmaq istəyən şəxsin özü ayı görmüş ola, 2-Bir dəstə insanlar deyələr ki, ayı gördük və onların deməsindən ayın başlanmasına yəqinlik əldə oluna, 3-İki adi şəxs deyə ki, ayın çıxdığını və yeni ərəb ayının başlanmasına inandıq, 4-Bir ayın başlanmasından 30 gün keçə ki, sonrası başqa ayın başlanmasını çatdırır. 5-Dini Əhli-Beyt şəri hakim hökm edə ramazan ayının başlanmasına.
Oruclu şəxsin özündən getməsi orucu batil edirmi?
Oruclu olan şəxs əgər özündən gedərsə, öncədnə oruc tutmağa niyyətli olubsa, yaxşıdır ki, o günün orucu tamamlayıb, ramazan ayından sonra da qəzasını da tutsun.
Sübh namazından sonra səhəri yeməyin hökmü necədir?
Əgər bir şəxs səhər oyana və səhəri yemək niyyəti ilə yemək yeyə sonra başa düşə ki, sübh azanı deyilmişdir - belə halda Əgər diqqət edib və elmli olub ki, sübh azanı olmayıb deyə yeməyə oturubdur, orucu düzdür, davam etməlidir və qəzası da yoxdur.
Dişlə bağlı həkimə müraciətlə müxtəlif müalicələrin hökmü necədir?
Dişlə bağlı həkimə müraciət edib Diş çəkdirmək, əsəbi aldırmaq, hissiz etdirmək, doldurdurmaq və sair işlər orucu batil edən deyildir. Bir şərtlə ki, müalicə zamanı diqqət olunsun ki, eşikdən boğaza bir şey bilərəkdən çatmasın.
Ramazan ayında zərurət üzündən 3 dəfə dərman içən şəxsin hökmü necədir?
Ramazan ayında məcburiyyət və zərurət üzündən mütəxəssis həkimin tərəfindən gündə 3 dəfə dərman içmək lazımlı olsa, xəstəliyinin həlli buna bağlıdırsa oruc tutması haramdır. Dərmanları qurtarandan sonra və ramazan qurtarmış olsa ramazan ayının təkcə qəzalarını tutmaq ona vacib olur.
Oruclu halda diş fırçalamağın hökmü necədir?
Oruclu halda dişləri pasta ilə yumağın eybi yoxdur. Amma diqqət etmək lazımdır ki, ağız suyu diş pastası ilə birlikdə qarışıb boğaza getməsin.