Qurban bayramının əməllərini yazın?


Qurban bayramının əməllərini yazın? Qurban bayramının əməlləri
Müstəhəb qüsl almaq, bayram namazını qılmaq, bayram namazından sonra qurbanlıq ətlə qidalanmaq – Qurban bayramı günündə çox bəyənilmişdir.
Bundan əlavə, bu gündə İmam Səccadın (ə) Qurban bayramına aid olan dualarını oxumaq, “Nüdbə” duasını oxumaq tövsiyə edilir. Həcdə olmayanlar üçün də Qurban bayramı günündə qurban kəsmək - bəyənilmiş əməllərdəndir. Namazdan sonra bu təsbihləri təkrar etmək bəyənilir: “Əllahu əkbəru Əllahu əkbər, lə ilahə illəllahu vəllahu əkbər. Əllahu əkbəru və lillahil-həmd. Əllahu əkbəru əla mə hədanə, Əllahu əkbəru əla mə rəzəqənə min bəhimətil-ən’am, vəl həmdu lillahi əla mə əblanə”.


Hansı halda sükut etmək qadağandır?


Hansı halda sükut etmək qadağandır? İslamda bidət yaransa hər bir şəxsə, xüsusi ilə din alimlərinə vacibdir ki, haqqı deyib, batili inkar etsinlər. Din alimlərinin sükutu elm və İslam alimlərinə sui-zənnə səbəb olarsa, istənilən bir şəkildə haqqı bəyan etmək vacibdir. Bunun təsirsiz qalacağı bilinsə də, addım atılmalıdır. Düzgün ehtimal edilsə ki, sükut pis işin yaxşı, yaxşı işin pis iş kimi tanınması ilə nəticələnəcək, hamıya, xüsusi ilə İslam alimlərinə haqqı demək vacibdir və sükut yolverilməzdir. Əgər İslam alimlərinin və başqalarının sükutu zalımı gücləndirərsə və ya ona cəsarət verərsə, haqqı deyib batili inkar etmək vacibdir. Bunun təsiri ötəri olsa da addım atılmalıdır.
ÜÇ halda sükut etmək qadağandır: 1)-Әgәr İslаm dinindә bidәtlәr bаş vеrәrsә, hаmıyа, хüsusilә İslаm аlimlәrinә hаqqı izhаr, bаtili inkаr еtmәk vаcibdir. Әgәr аlimlәrin sükut еtmәlәri еlmin mәqаmınа hörmәtsizliyә, İslаm аlimlәrinә qаrşı sui-zәnnә sәbәb оlаrsа, mümkün оlаn hәr vаsitә ilә hаqqı izhаr еtmәk–hәttа tәsir еtmәcәyini bilsә dә, vаcibdir. 2) -Әgәr sükut еdilmәsinin münkәrin mәruf vә yа mәrufun münkәr оlmаsınа sәbәb оlаcаğınа sәhih еhtimаl vеrsәlәr, hаmıyа хüsusilә İslаm аlimlәrinә hаqqı izhаr vә оnun аşkаr еdilmәsi vаcibdir, sükut еtmәlәri isә cаiz dеyil. 3)-Әgәr İslаm аlimlәrinin sükut еtmәsi zаlımın güclәnmәsinә, tәsbit оlunmаsınа, sаir hаrаm işlәrә cürәtlәnmәsinә sәbәb оlаrsа, hаqqı izhаr, bаtili inkаr еtmәk–hәttа hаl-hаzırdа tәsiri оlmаsа dа vаcibdir.


Qurban bayramının hökümlərindən yazın?


Qurban bayramının hökümlərindən yazın? Qurban bayramı ərəfəsindəyik. İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramının təqribən 3000 ildən çox tarixi vardır.Həzrəti İbrahim Peyğəmbərin (s) öz oğlu İsmayılı Allah yolunda qurban kəsmək niyyətini bildirən hadisə ilə əlaqələndirilir. Allah öz sevimlisi İbrahim Peyğəmbərin sadiqliyini sınamaq üçün ondan yeganə oğlu İsmayılı qurban kəsməyi tələb edir. Həzrəti İbrahim Peyğəmbər tərəddüd etmədən bu tələbi yerinə yetrərkən Allahın göndərdiyi mələk Cəbrail göydən yerə enərək onun əlini saxlayır. Mələk Allahın ondan razı qaldığını bildirir və İsmayılın əvəzinə Tanrının göndərdiyi qoyunu kəsməyi təklif edir. Din tarixində dərin iz salmış bu hadisə Allahın inamın, dərin etiqadın nümunəsidir. Həmin vaxtdan müsəlmanlar hər il ev heyvanlarından birini Allah yolunda kəsib, ona öz itaətkarlıqlarını bildirirlər. A) Kəsilən heyvanın şərtləri: 1) Əgər kəsilən qurbanlıq qoyundursa yeddi aylıqdan yuxarı, inəkdirsə bir ili tamamlayıb ikinci ilə daxil olmuş olsun. 2) Qurbanlıq heyvan nöqsansız və sağlam olsun. 3) Arıq olmasın.
B) Heyvanın başının kəsilməsində yeddi şərt vardır: 1) Kəsən şəxs müsəlman, 2) Heyvanın başını kəsən kəsici alət dəmirdən olmalıdır. 3) Heyvan üzü qibləyə, 4) Heyvanın başını kəsəndə “Bismillah” yaxud “Allahu Əkbər” desə kifayətdir. 5) Heyvan başı kəsiləndən sonra can vermiş olsun. 6) Heyvanın başı kəsiləndən sonra məmuli qayda da qan axmış olsun. 7) Boğazın kəsilməsi kəsmək qəsdi ilə olmalıdır.


Paltaryuyan maşın paltarı pak edərmi?


Paltaryuyan maşın paltarı pak edərmi?Cavab 1: Əgər eyni-nəcasət aradan getdikdən sonra kür suya bağlı olan paltaryuyan maşındakı paltarın hər yerinə bu su çatsa və su maşının içini tamamilə əhatə etsə, bu paltarlar pak olar. Eyni şəkildə az su ilə maşın paltarları 2 dəfə yuyarsa, pak olar. Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası
Cavab 2: Paltarları bir neçə dəfə yuyub suyunu sıxan avtomat paltaryuyan maşınlar vasitəsilə yuyulan paltarlar pakdır. İstər paltarları yuyarkən borulardan gələn suya birləşmiş olsun, istər su kəsiləndən sonra yumağa başlasın. Ayətullahul-uzma Şeyx Məkarim Şirazinin dəftərxanası


Şərabla murdarlanmış qabı neçə dəfə yumaq lazımdır ki, şəri olaraq pak sayılsın?


Şərabla murdarlanmış qabı neçə dəfə yumaq lazımdır ki, şəri olaraq pak sayılsın? Cavab 1: Az su ilə yuyulsa, 3 dəfə yuyulsa, pak olar. 7 dəfə yuyulması daha yaxşıdır. Kürr yaxud axar suda yuyulan nəcis qabın 1 dəfə yuyulma ilə pak olması, üstün nəzər olsa da 3 dəfə yuyulması ehtiyata uyğundur.
Cavab 2: Şərabla nəcis olmuş qab gərək 3 dəfə yuyulsun. Bu hökmdə az su, kürr və axar su arasında fərq yoxdur. Müstəhəbb ehtiyat budur ki, 7 dəfə yuyulsun.


Halali harama qarışan maqağalarda işləməyin hökmü necədir?


Halali harama qarışan maqağalarda işləməyin hökmü necədir? Bir kafe var ki, orada hem yemək həmdə haram içkilər verilir. Mən orda işləsəm və əgər içki istəyənə içki verməsəm, sadəcə yemək versəm, budan aldığım əmək haqqı halal sayılırmı?
Cavab: Sualda qeyd olunan halda, orada işləməyə və bunun əvəzində maaş almağa icazə yoxdur. (Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası)


İnsanın günah və şəhvətli fikirləri zehnindən keçirməsi günahdırmı?


Cavab: Sırf günah düşünmək, günah sayılmır, lakin ehtirasını oyadarsa icazə yoxdur. (Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası)


Kafir (və ya qeyri-müsəlman) ölkələrin seçkilərində iştirak etmək müsəlmanlar üçün caizdirmi?


Kafir (və ya qeyri-müsəlman) ölkələrin seçkilərində iştirak etmək müsəlmanlar üçün caizdirmi? Qanuni olan ictimai və siyasi vəzifələri yerinə yetirmək üçün seçilən millət vəkillərinə səs verməyin eybi yoxdur. Bu namizədin müsəlman və ya qeyri-müsəlman olmasının fərqi yoxdur. (Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası)


Şərab kimi Haram əşyaları satan super marketlərdə işləməyin hökmü nədir?


Şərab kimi Haram əşyaları satan super marketlərdə işləməyin hökmü nədir? Rəhbər bu suala ki, donuz əti konserva fabrikində və gecə klublarında və fəsad mərkəzlərində işləmək və ondan gələn gəlirin hökmü barədə suala cavabında buyurmuşlar: Donuz əti konserva fabrikində və gecə klublarında və fəsad mərkəzlərində və bu kimi Haram işlərdə işləmək cayiz deyildir. (İcazə verilmir) və onlardan gələn gəlir haramdır və insan o işlərin qarşılığında aldığı maaşın maliki hesab edilmir. ...


Qadınlar cümə namazına getməlidirmi?


Qadınlar cümə namazına getməlidirmi? Cümə surəsinin 9-10-cu ayələrində deyilir: “Ey iman gətirənlər! Cümə günü namaza çağıran azan oxunan zaman, Allahı anmağa tələsin, alış-veriş işlərini qoyun bir yana. Bunun sizə xeyrini bilsəydiniz. Elə ki, bitirdiniz namazı, dağılışın yer üzünə. Allahın lütfündən pay diləyin. Allahı çox anın ki, bəlkə uğura uğrayasız”. Göründüyü kimi, xitab kişilərə yox, bütün möminlərədir. Qadınların bu namazda iştirakını çətinləşdirən üzrlü səbəblər ola bilər. Amma qadınların cümə namazına getməməsini prinsip halına gətirmək yanlışdır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter