Islam dininin meyxanaya münasibəti necədir?


Islam dininin meyxanaya münasibəti necədir? Meyxana öz-özlüyündə günah deyil. (yəni şeir şəklində olsa.) Amma haram şərtlərlə deyilərsə, günah olur. Yəni haram musiqi sədaları altında meyxana söyləmək günahdır. Eləcə də, meyxananın sözlərində əxlaqa, dini dəyərlərə zidd olan ifadələr işlətmək, söyüş, qeybət söyləmək, yalandan and içmək də günaha səbəb olar.
Ümumiyyətlə, meyxanaların çoxu adətən, mənasız və faydasız mövzulara həsr edilir. Hətta müqəddəs mövzulara toxunulsa belə, bunu bayağı şəkildə və haram məclislərinə xas olan şəraitdə edirlər. Ona görə də, bacardıqca meyxana deməkdən, meyxanaya qulaq asmaqdan uzaq olmaq məsləhətdir. Vaxtımızı daha dəyərli və savablı işlərə sərf etsək həm bu dünyada, həm də axirətdə xeyir qazanarıq.


Bankdan faizden pul goturmegin hokmu nedir?


Bankdan faizden pul goturmegin hokmu nedir? Sual: Bankdan borc götürdükdə bank (borc alınan miqdardan) artıq alacağını şərt еtsə, bu hallarda mükəlləf bеlə borc almaqda şəriət hakimindən və ya onun vəkilindən icazə almalıdırmı? Zərurət və еhtiyac halı olmadıqda bеlə borc almaq caizdirmi?
Cavab: Borc almağın özündə (əslində), hətta hökumət banklarından olsa bеlə, şəriət hakiminin icazəsi şərt dеyil, vəzi hökm cəhətindən sələmli olsa bеlə, düzdür. Amma sələmli olduğu halda təklifi cəhətdən onu almaq haram sayılır, istər müsəlmanlardan alınsın, istərsə də qеyri-müsəlmanlardan, istər İslam dövlətindən alınsın, istərsə də qеyri-müsəlman dövlətindən. Amma harama mürtəkib olmağın caiz olduğu bir həddə zərurət və çıxılmaz vəziyyətə düşməsi istisna olunur. Haram borc şəriət hakiminin icazəsi ilə alınsa bеlə, halala çеvrilmir. Ümumiyyətlə bu məsələdə onun icazəsinin hеç bir rolu yoxdur. Lakin o şəxs bankın ondan artıq alacağına tam əmin olduğu halda bеlə, artıq alınacaq hissəni vеrməyəcəyini niyyət еtməklə haramdan qaça bilər. Sələmli olmadığı halda borc almağın caiz olması zərurət və еhtiyac halları ilə şərtlənmir.


Bir nəcis paltar necə pak olur, açıqlayın?


Bir nəcis paltar necə pak olur, açıqlayın? Nəcis paltarın necə pak edilməsi:
Nəcis olan paltarın üstündə olan eyni nəcisi təmizləyəndən sonra kür və axar suyun içində yaxalandırılsa pak olar, sudan çıxardan sonra isə sıxmaq lazımdır. Qırantdan gələn su da kür hökmündədir. Amma əgər pak etdiyim suyun miqdarı kürdən az olarsa, bövldən başqa bir şeylə nəcis olan paltarın nəcisini aradan aparandan sonra bir dəfə yumaqla paltar pak olar. əgər nəcis olan paltar bövlə murdarlanıbsa onu iki dəfə qəlil su ilə yuyub sıxmaq lazımdır. - Əgər bövllə nəcis olan paltar südlə bəslənən uşağın nəcisi olsa, nəcis paltarı bir dəfə yumaq kifayət edər.
- Əlavələr: 1-Bulanıq yəni iysi, rəngi və dadı dəyişilmiş su ilə nəcislər pak olunmaz. 2-Paklamaq istənilən hər bir nəcisin su hər bir yerinə çatdırılmalıdır.


And içməyin neçə şərti var?


And içməyin neçə şərti var? Andın bir neçə şərti vardır:
1. And içən şəxs, gərək baliğ və aqil olsun. Qəsd və ixtiyar üzündən and içsin. 2. And içib yerinə yetircəyi iş, gərək haram, ya məkruh olmasın və and içib tərk edəcəyi iş gərək vacib, ya müstəhəbb olmasın. 3. Allahın adlarından birinə and içsin ki, Onun müqəddəs zatından başqa o ad heç kəsə deyilməz, məsələn; «Allah», «Tanrı». Yaxud yalnız Allaha məxsus olan sifət və ya fe`llərlə (işlərlə) Allahı yad etsin, 4. Andı dilə gətirməlidir. Amma lal olan bir şəxs işarə ilə and içərsə, səhihdir. 5. Anda əməl etmək onun üçün mümkün olmalıdır.


Cünub şəxsə haram və məkruh olan şeylər nələrdir?


Cünub şəxsə haram və məkruh olan şeylər nələrdir? =Məsələ 354: Cünuba beş şey haramdır: 1. Öz bədənindən hər hansı bir yeri Qur`anın yazısına ya Allahın adına (hansı dildə olsa) toxundurmaq. 2. Məscidul-Hərama və Peyğəmbər (s) məscidinə girmək. 3. Başqa məscidlərdə və vacib-ehtiyata əsasən İmamlar (ə.s)-ın hərəmlərində dayanmaq. 4. Lazım-ehtiyata əsasən, bir şeyi məscidə qoymaq, 5. Vacib səcdəsi olan ayələri oxumaq: «Səcdə/32-ci surə; «Fussilət/41-cu» surə; «Nəcm/53-ci» surə və «Ələq/96» surə.
=Məsələ 355: Doqquz şey cünuba məkruhdur: 1-2. Yemək-içmək. 3. Qur`anın vacib səcdəsi olmayan surələrdən yeddi ayədən artıq oxumaq. 4. Bədənindən hər hansı bir yerini Quranın cildinə toxundurmaq. 5. Quranı özü ilə, öz yanında gəzdirmək. 6. Yatmaq; amma dəstəmaz alsa və təyəmmüm etsə, məkruh deyil. 7. Həna və buna bənzər şeylərə boyanmaq. 8. Bədənə yağ çəkmək. 9. Möhtəlim olandan (yə`ni yuxuda məni xaric olandan) sonra cinsi əlaqədə olmaq.


Dəstəmazın baş və ayağ məshində müştərək hökmlər hansılardır?


Dəstəmazın baş və ayağ məshində müştərək hökmlər hansılardır? Dəstəmaz alarkən məsh üzvləri olan baş və ayağ bölməsində müştərək hökmlər vardır ki, onlara diqqət olunmasa dəstəmaz batil olar. Dəstəmazın baş və ayağ məshində müştərək hökmlər:
1-Məsh etməkdə gərək əl baş və ayaq qismətində hərəkət etsin,
2-Məsh zamanı əldə məsh etmək üçün nəmişlik yaradan su olmasa, əli yenidən su ilə islatmaq olmaz, gərək dəstəmaz üzvlərindən alınsın,
3-Əlin suyu o qədər olmalıdır ki, məsh üzvlərində təsir qoya bilsin,
4-Məsh üzvləri gərək quru olsun, əlin suyundan nəmişliyi hiss olunan qədər olmasa eybi yoxdur.
5-Məsh üzvlərinə əl çəkdikdə ikisinin arasında bir mane olmasın, misal üçün papaq və ya corab kimi. Çarəsizlik üzündən olsa eybi yoxdur. Məsh etmək çətinlik yaradırsa cəbirə dəstəmazı alınacaqdır.
6-Məsh üzvləri əl çəkilən zaman gərək pak olmuş olsun, məsh çəkmək mümkün olmasa təyəmmüm etmək vacibdir.


Şəriətə görə alqı-satqısı haram olan alverlər hansılardır?


Şəriətə görə alqı-satqısı haram olan alverlər hansılardır? İslam şəriətinə görə hər bir müsəlman şəxsin ticarətində alqı-satqısı 5 hökmdən birinə sahib olur. Yəni Haram, məkruh, Vacib, müstəhəb, və mubah olan alqı-satqılar bu yazımızda İslam şəriətinə görə ticarətdə haram alqı-satqılar:
1-Nəcis şeylərin alqı-satqısı haramdır, murdar olan heyvanın ətinin satılması kimi, 2-Haram üçün istifadə olunan şeylərin alqı-satqısı qadağandır, misal üçün qumar alətləri, 3-Qumar uduşu və oğurluqla ələ gələn şeylərin alqı-satqısı haramdır, 4-Azdırıcı kitabların alqı-satqısı qadağandır, misal: İslamın ziddinə fikirləri təbliğ edən kitabların alqı-satqısı haramdır, 5-Cəmiyyətdə dəyərsiz olan pullarla alqı-satqısı haramdır, 6-İslam düşmənlərinə müsəlmanların ziddinə güclənməsinə səbəb olan əşyaların satılması haramdır, 7-İslam düşmənlərinə müsəlmanların əleyhinə silah satmaq haramdır, 8-Gələcəkdə haram ola biləcək alqı-satqılar, Yəni əgər dini alimlər alqı-satqısı müsəlmanların qeyri-müsəlmanlarla İslam ümmətinin ziyanı olaraq dəyərləndirilərsə, onu etmək də qadağan olunacaqdır.


Qəza namazlarına nisbətdə insanın müxtəlif vəzifələri hansılardır?


Qəza namazlarına nisbətdə insanın müxtəlif vəzifələri hansılardır? Qəza namazına nisbətdə müsəlman bir şəxs müxtəlif vəzifələrlə üzləşə bilər:
1-Qəza namazının olmamasını bilir, heç bir şey ona vacib deyildir,
2-Qəza namazının olması və ya olmaması arasında şəkk edir, yenə də heç bir şey ona vacib deyil,
3-Güman edir ki, qəza namazı qalmışdır, müstəhəbdir ki, ehtiyat edərək qəzaya getmiş namazın börclarını ödəsin,
4-Qəza namazının olduğunu bilir, amma nə müddətlik qəza namazı qalmışdır, onun haqqında heç bir biliyə sahib deyil, yəqin həddinə əməl etsə borcunu ödəmişdir,
5-Əgər qəza namazının neçə gün olduğunu bilirdi, amma yadından çıxartdısa, azını qılsa kifayətdir.
6-Qəza namazının sayını dəqiqliklə bilirsə gərək hamısını qılsın,


Kimlərin namazı səfərdə bütöv qılınmalıdır?


Kimlərin namazı səfərdə bütöv qılınmalıdır? Səfərə çıxan şəxsin 4 rəkətli namazı 2 iki rəkət olacaqdır. Amma İslam şəriətində isə 5 dəstə namaz qılan şəxsin səfərdə Zöhr, Əsr və İşa namazı bütöv qılınmalıdır:
1-Səfərə çıxanda təyin etdiyi məsafə ölçüsünün içində vətənin içindən və ya məsafənin arasında 10 gün bir yerdə qalmaq niyyəti olan yerdən keçə,
2-Vətənindən çıxanda namazın qəsr qılınması üçün lazım olan şəri məsafəni getməyə niyyəti olmaya,
3-Qəsd etdiyi şəri məsafədən, səfərinin ortasında fikrindən dönsə,
4-İşi səfər olan şəxsin namazı tamam qılınmalıdır. misal üçün, gəmişi, pilotçu, taksici və pravadniklərin namazı səfərdə bütöv qılınmalıdır.
5-Səfəri haram ola və ya haram üçün olan şəxsin namazı bütöv qılınmalıdır. Uşağın valideyn narazılığı, qadının ərindən icazə almadan və qulun sahibindən icasi olmadan səfər çıxması qadağan və eləcə də namazları tamam qılınmalıdır.


Sakkal qırxmağın qadağan olunmasının fəlsəfəsi nədir?


Sakkal qırxmağın qadağan olunmasının fəlsəfəsi nədir? Tarix boyunca fiqh elminin nəzəriyyə sahibləri sakkal qırxmağı icazəli bilməyiblər. Bunun dini söykənəcəyi isə rəvayət və səhabələrin bu əmrin ziddinə getməməsidir.
Mərhum Ayətullah Xoinin sakkal qırxmağın qadağan olunması haqda bir neçə fəlsəfəsi:
1-Sakkalı qırxmağ Allahın yaratdığında dəyişiklik etməkdir, bu da qadağandır, (Nisa/118).
2-Rəvayətlərdə gəlmişdir ki, sakkalı uzadın və bığları kəsin, Məcus və Yəhudilərə oxşamaqdan çəkinin,
3-Cəfərilərə məxsus olan rəvayətdə gəlmişdir: Sakkalı kəsən adama Allah lənət edər,
4-Rəvayətlərdə gəlmişdir: Allah düşmənlərinin yolunu getmək icazəli deyildir. Sakkalı qırxmaq da özünü ilahi düşmənlərə oxşatmanın bariz nümunəsidir.
5-Peyğəmbər (s) İran padişahının 2 elçisinə cavabında buyurdu: \" ... Məni Yaradan Allah mənə əmr etmişdir ki, Sakkalımı saxlayım və bığımı qırxım!.
6-İmam Əlinin (ə) bu haqda buyurduğu: \"Bir dəstə tayfa var idi ki, sakkallarını qırxdı və bığlarını saxladılar. Sonucda (heyvani simaya) məsx olundular\".
7- Mərhum Xoi bu hədisi sakkal qırxmağın qadağan olmasına ən kamil dəlil hesab edir: İmam Rzadan (ə) nəql edirlər: \"Peyğəmbər (s) dövründəki dindar təbəqələrin bu sünnətə əməl etməsi. Sakkal qırxmağın qadağan olunmasına ən kamil dəlil hesab olunur\".


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter