Ayat namazinı camaatla qılmaq olarmı, iqtida edənlər həmd və ixlas surəsini oxumalıdırlarmı?
Ayat namazının hökmlərindən:
Gündəlik 17 rəkət vacib namazlarda vacib və müstəhəb olan şərtlər ayat namazı üçün də gərəkdir. Yalnız ayat namazında azan-iqamə yoxdur. Əgər ayat namazı camaatla qılınsa İmam camaat üçün müstəhəbdir ki, azan-iqamə əvəzinə 3 dəfə əs-səlah desin. Əgər ayat namazı tək qılınsa bu sözə demək lazım deyil. sistani.org
Camaatla qılınan ayat namazında iqtida edənlər həmd və ixlas surəsini deməməlidirlər. khamenei.ir
Domino oynamaq haramdırmı?
Domino oynamağın hökmü:
Hər bir oyun vasitəsi əgər cəmiyyətin baxışında qumar vasitəsi hesab olunursa haramdır, istər udub-uduzmaq (iki tərəfli şərtlənmək) olmasa belə. Əgər bir oyun vasitəsi kemişdə qumar aləti olaraq tanınırdısa və hal-hazırda qumar halətindən çıxmasına şübhəli baxılırsa o oyundan uzaq durmaq lazımdır.
Ümumiyyətlə hər bir oyun vasitəsinin qumar olub olmamasını təklifə (həddi büluğa) çatmış şəxs özü təyin etməlidir. Həddi büluğa çatmış şəxs cəmiyyətin baxışını belə məsələdə nəzərə almalıdır.
Nəticə olaraq deyə bilərik ki, əgər domino oynamaq qumar alətindən istifadə etməklə həyata keçirsə hətta dincəlmək və gün keçirmək məqsədi ilə belə olsa icazəli deyil. Amma domino cəmiyyətin baxışında qumar hesab olunmursa onunla qarşılıqlı şərtlənmədən oynamağın eybi yoxdur.
Şəri suallar cavab kitabı, Ayətullah Xamenei, səh: 1122-1127.
Camaat namazında cərgələr arasında hansı şərtlərə əməl olunmalıdır?
Camaat namazının cərgələrində riayət olunası şərtlər:
1-Arada bir maneə olmamalıdır. İmamla məmun (iqtida edən) şəxs arasında bir-birilərini görməsinə maneə olmamalıdır. İqtida edənlər qadınlar olsa pərdənin çəkilməsinin eybi yoxdur.
2-İmam camaatın dayandığı yerin hündürlüyü ona iqtida edənlərin dayandığı yerdən yuxarıda olmamalıdır.
3-İmam və məmun (iqtida edən) arasında birinci cərgədə fasilə olmamalıdır.
4-Məmun şəxslər İmamdan öndə durmamalıdırlar. Hətta bərabər cərgədə durmaq camaat namazının batil olmasına səbəbdir.
İslam şəriətində məkruh olan 20 əməllər
İslam şəriətinə görə məkruh (bəyənilməyən) 20 əməllər:
1- Yeyməyi isti-isti yemək. (Məkruh)
2-Günaha sövq edən məsələlər haqqında danışmaq. (Məkruh)
3-Qəzəblənmək və başqaları ilə əlaqəni kəsmək. (Məkruh)
4-Təkəbbürlə yol getmək. (Məkruh)
5-Şəhadəti gizləmək. (Məkruh)
6-Pis işləri kiçik saymaq, nəzərə kiçik gəlsə də belə. (Məkruh)
7-Heyvanın ayaqlarını (çubuqla) vurmaq.(Məkruh)
8-Ev əşyalarını qonşudan əsirgəmək. (Məkruh)
9-Meyvəni yetişməmişdən qabaq satmaq. (Məkruh)
10-Cənabət halında yemək. (Məkruh) 11-...
Camaat namazında məkruh olan əməllər nələrdir?
Camaat namazında məkruh olan əməllər:
1-Camaat namazında əgər bir sırada yer varsa təkcə durmaq məkruhdur,
2-İmamın \"Qəd Qamətis-salat\" deməsindən sonra məmumla İmamın danışması məkruhdur,
3-Səfərdə olaraq namazını (zöhr, əsr və işa) qəsr qılan şəxs üçün səfərdə olmayan şəxsə iqtida etməsi məkruhdur,
4-Səfərdə olmayan şəxsin zöhr, əsr və işa namazlarında səfərdə olaraq namazını qəsr qılan şəxsə iqtida etməsi məkruhdur,
5-Cüzam xəstəliyi olan şəxsin sağlam namazqılanlara pişnamazlıq etməsi məkruhdur,
6-Böyük günah edərək İslam dövlətində cəzalanmış şəxsin tövbə edəndən sonra İmam olması məkruhdur,
7-Küfr dövlətində yaşayan şəxsin, islam hökumətində yaşayan insanlara İmamət etməsi məkruhdur,
8-Təyəmmüm alaraq namaza duran şəxsin dəstəmaz və ya qüslla təharət alan insanlara İmamət etməsi məkruhdur,
9-Əgər namazın ortasında İmam üçün namazı davam etmək mümkün olmasa birinci səfdə duran iqtida edən şəxs İmamı əvəz edərək camaat namazını davam etdirə bilər, amma namazın əvvəlindən namaza qoşulan şəxsin İmamı əvəz etməsi məkruhdur, 10...
Fitr bayramı namazında iştirak etmək vacibdirmİ?
Fitr bayramı namazında iştirak etməyin hökmü haqda:
Məsum İmamın yaşadığı (yən cəmiyyətin hüzurunda “qaib olmadığı”) halda fitr bayramı namazında iştirak etmək vacibdir. Amma hazırkı vəziyyətdə ki İmam Zaman (əc) qaibdir fitr bayramı namazını qılmaq müstəhəbdir. İştirak etməyən və iştirak edə bilməyən möminlər üçün günah hesab olmur.
Tösviyə olunur ki, belə əzəmətli ictimai ibadət imkan həddində tərk olunmasın.
Fitr bayramı namazını camaatla və tək qılmaq olar. Fitr bayramı namazının qılınma vaxtı bayram gününün gün çıxan vaxtından zöhr azanına qədərdir.
Fitr bayramı namazında müstəhəb əməllər hansılardır?
Fitr bayramı namaznda savab ümidi ilə aşağıdakı əməlləri yerinə yetirmək müstəhəbdir:
1. Bayram namazında qiraəti ucadan oxumaq. 2. Namazdan sonra cümə namazında olduğu kimi iki xütbə oxumaq. Fərq budur ki, cümə namazında namazdan qabaq, bayram namazında namazdan sonra xütbə oxunur. (Bu xütbə camaatla qılınan namaza aiddir). 3. Bu namazlarda xüsusi bir surə oxumaq şərt deyil. Amma yaxşı olar ki, birinci rəkətdə «Səbbihismi rəbbikəl-əla» surəsinin əvvəli, ikinci rəkətdə «Vəş-Şəms» surəsi oxunsun. 4. Fitr bayramı günü bayram namazından öncə xurma ilə oruc açılsın, 5. Bayram namazından öncə qüsl verilsin, namazdan əvvəl və sonra dua kitablarında verilmiş dualardan oxunsun. 6. Bayram namazında yerə səcdə edilsin, təkbir deyilərkən əllər yuxarı qaldırılsın. 7. Fitr bayramı gecəsi şam və xiftən namazlarından sonra, fitr günü sübh, günorta və ikindi, eləcə də bayram namazından sonra bu təkbirlər deyilsin: «Əllahu əkbər, əllahu əkbər, la ilahə illəllahu vəllahu əkbəru, əllahu əkbəru və lillahil-həmd, əllahu əkbəru əla ma hədana», 8. Bayram namazı açıq fəzada qılınsın. 9-Bayram namazı üçün gözəl paltar geyinilsin və ətir vurulsun.
Fitrə zəkatını qohumlara vermək olarmı?
Fitrə zəkatını qohumlara vermək
243. Fitrə zəkatını hədiyyə ünvanında abırlı və müstəhəq qohumlara vermək olarmı?
Cavab: Hədiyyə ünvanında verilə bilər və bunun fitrə zəkatı olduğunu ona demək lazım deyildir. Amma niyyətdə fitrə zəkatı olduğunu tutmaq lazımdır.
244. Fitrə zəkatını qardaşa vermək olarmı?
Cavab: Əgər fəqir olsa, olar. Ümumiyyətlə, fitrə zəkatını qohumlara, qonşulara, borca görə vətənini tərk edənlərə, fəqihlərə, alimlərə və üstünlükləri olan başqa şəxlərə vermək müstəhəbdir.
Cənab Rəhbər Ayətullah Xameneinin fitvalarına əsasən.
Fitrənin yığılması və fəqirlər arasında bərabər bölünməsi necə olmalıdır?
Fitrənin yığılması və fəqirlər arasında bərabər bölünməsi:
242.Biz fəqirlərə və yetimlərə yardım edən xeyriyyə müəssisəsi olaraq bayram namazından sonra kəndin cami məscidində fitrə zəkatını yığırıq. Bildiyiniz kimi, hər “sa”nın(1) (payın) qiyməti müxtəlifdir. Biz əlimizə çatan məbləği toplayıb, fəqirlər arasında bərabər şəkildə bölüşdürə bilərikmi? Məsələn, bir fəqirə iyirmi “sa” yarım(2) (yaxud yarımdan az və ya çox) verə bilərikmi? Cavab: Ehtiyat-vacibə görə fəqirə bir “sa”dan və ya onun qiymətindən az miqdar verilməməlidir(3) . Hətta fitrəyə müstəhəq olanların hamısına fitrənin miqdarı çatmasa belə, fəqirə qeyd edilən miqdardan az verilməməlidir. Fitrə zəkatından hər fəqirə bir neçə “sa”, hətta illik dolanışıq xərci qədər verilməsinə icazə verilir. Ehtiyat-vacibə görə fəqirə bir illik xərcindən artıq verilməsin və o da bundan artıq götürməsin.
(1) Çəkisi üç kiloqram olan bir ölçü, (2) Yəni 20.5 “sa”, (3) Sualda deyilənlərə cavab olaraq, bir fəqirə iyirmi sa və ya iyirmi bir sa – illik dolanışıq xərcindən cox olmamaq şərtilə – verməyin maneəsi yoxdur və düzgündür. Amma iyirmi və yarım sa verməyin, ehtiyata görə maneəsi vardır və bu, iyirmi sa olaraq hesablanır.
Fitrə zəkatını vermək yaddan çıxarılsa hökm nədir?
Fitrə zəkatını verməyi unutmaq:
239. Fitrə zəkatını verməyi unutmuşam. Bunun hökmü nədir?
Cavab: Əgər fitrə zəkatı verməmisinizsə, fitrə sizin öhdənizdən götürülmür. Əda və ya qəza niyyəti etmədən onu ayırmağınız və verməyiniz vacibdir.
Cənab Rəhbər Ayətullah Xameneinin fitvalarına əsasən