Əgər qadın hicaba riayət etmirsə, əri günahkar sayılırmı?


Əgər qadın hicaba riayət etmirsə, əri günahkar sayılırmı? İslam dini məcburiyyət dini deyil. Quranda da buyurulur ki, dində məcburiyyət yoxdur. İnsan dinin hökmlərinə könüllü və səmimi şəkildə riayət etməlidir. Əgər hökmlərə riayət etmirsə, özü günah qazanır. Hər kəs öz əməllərinə görə cavabdehdir. Lakin hər kəsin başqalarına nisbətdə müsəlmanlıq borcu da var. Bir kəsin günaha bulaşdığını görəndə onu çəkindirməli, nəsihət verməliyik. Buna İslam əxlaqında “nəhy ənil-münkər” deyirlər. Şərait imkan verdiyi halda günahkarın günahını görə-görə onu bu işdən çəkindirməmək insanın öhdəsinə məsuliyyət gətirir...


Marketlərdə alış-veriş zamanı karta yüklənən bonuslara görə verilən hədiyyələr halaldırmı?


Marketlərdə alış-veriş zamanı karta yüklənən bonuslara görə verilən hədiyyələr halaldırmı? Marketlərdə satılan mallar və o malların alışı zamanı ödənilən pullar market sahibinin mülkü sayılır və o mülkdən istifadə hüququ da marketin sahibinə məxsusdur. Əgər marketin rəhbərliyi öz alıcılarını alış-verişə həvəsləndirmək üçün könüllü şəkildə bu üsullardan istifadə edirsə, burda haram yoxdur. Alıcılar marketdə qoyulan qaydalara əsasən alış-veriş zamanı qazandıqları bonus ballarına uyğun olaraq onlara verilən hədiyyəni qəbul edə bilərlər. Eləcə də, əgər lotereya bileti əlavə pul ödənilmədən, alış-veriş müqabilində alıcıya təqdim edilirsə və müəyyən müddətdən sonra püşkatma yolu ilə qalıb seçilirsə, burda da günah yoxdur...


Qadın səcdə edərkən yaylıq onun alnı ilə möhür arasında qalsa nə etməlidir?


Qadın səcdə edərkən yaylıq onun alnı ilə möhür arasında qalsa nə etməlidir?Səcdə zamanı yeddi bədən üzvünün yerə dəyməsi lazımdır. Bunlar alın, iki əlin içi (ovuc), iki diz qapağı və iki ayağın baş barmaqlarıdır. Səcdə zamanı alın mütləq torpağın (möhürün) və ya torpaqdan çıxan, amma yeyilməyən və geyilməyən maddənin üzərində olmalıdır. Digər 6 üzvün torpaq və ya torpaqdan çıxan, yeyilməyən və geyilməyən maddə üzərində olması vacib deyil. Ovuclar, dizlər və ayaq barmaqları xalçanın üzərində də ola bilər. Həmçinin, alınla möhür arasında gərək maneə də olmasın. Əgər qadının hicabı alnı ilə möhürün arasında qalsa və bu maneəni aradan qaldırmasa, səcdə etibarsız sayılacaq. Buna görə də alnı möhürdən qaldırmadan ehmalca hicabı alınla möhürün arasından dartıb kənara çəkmək və səcdə zikrini söyləmək lazımdır.


Tacirlər gərək hansı 5 şeydən çəkinsinlər?!


Tacirlər gərək hansı 5 şeydən çəkinsinlər?!Əziz Peyğəmbərdən (s) belə bir hədisimiz vardır ki, buyurub: “O kəs ki, alış-veriş edir, gərək 5 şeydən uzaq olsun, əks halda alış-veriş etməsin: sələm, and içmək, malının eybini gizlətmək, satan zaman malını çox tərifləmək və alan zaman malı pisləmək”. Tacirlərin bir çoxu alış-veriş zamanı öz mənafelərini güddükləri üçün Allahı, Peyğəmbəri (s) unudurlar. İmamlarımızdan (ə) eşitdiyimiz hədislərdə də bunun açıq şahidi oluruq. İmam Əli (ə) bazara gəlir və öz yerində dayanıb deyərdi: “Salam olsun sizə, ey bazar əhli! Allahdan qorxun və and içməyin. Çünki and içmək malın bərəkətini aparar”. Həzrət (ə) başqa yerdə buyurur: “Ey dəllal insanlar! Az and için ki, bu əməl malı satdırar və (həqiqi) gəliri aradan aparar”. İmam Sadiq (ə) buyurur: “Allah Təala malını and içməklə satan insana nifrət edər”...


Gecə dırnaq tutmağın maneəsinin islami əsası varmı?


Gecə dırnaq tutmağın maneəsinin islami əsası varmı? Allah Rəsulu (s) buyurub: Təmizlik imandandır. İnsana paklığı ilə əlaqədar tövsiyyə olunan müstəhəb əməllərdən biri də dırnaq tutmaqdır. Bu əməl hər vaxt icra olunsa insan üçün bəyəniləndir. Lakin cümə günü dırnaq tutmaq isə insana daha çox savab qazandırır (bu cümənin fəzilətli gün olması ilə əlaqədardır). Dırnağı kəsməmək, onu uzatmaq bəyənilməyən işlərdəndir. Həmçinin dırnağı dişləmək, dişlə qoparmaq nəhy olunmuş (qadağan) əməllərdəndir. İnsan günün hansı saatında təmizliklə məşğul olsa məqbuldur. Hədisdə bığ, saqqal və dırnağın kəsimi barəsində buyurulur: Allah pakdır. Bütün bunları istəsəniz cümə günündə, istəsəniz digər günlərdə edə bilərsiniz. Cümə günü etmək daha üstündür. Dırnağın gecə kəsilməsinin kərahəti barəsində heç bir mənbədə rast gəlinməyib. Hədislərə əsasən bu iş istər gecə, istər gündüz olsun icazəlidir...


İslam dininin qalstuk kimi əcnəbi geyimlərə münasibəti necədir?


Qalstuk, kəpənək və bu kimi şeylər də nə ürfümüzdəndir (mentalitet), nə də dinimizdən. Amma bu son zamanlar çox rast gəlinən hallardandır. Bəzən möminlərdən də bu geyimdən istifadə edir. Xüsusən də toy, nişan və bu kimi hallarda daha tez-tez rast gəlinir. İslam şəriətində qalstuk, kəpənək və bu kimi şeylərdən istifadə etməyin hökmü nədir?
1-Ayətullah Sistani: Özü özlüyündə manesi yoxdu. Amma ortama uyğun haramla nəticələnir.
2-Ayətullah Behcət: Ehtiyatın xilafınadır.
3-Ayətullah Xameneyi: İcazəli deyil.
4-Ayətullah Məkarim Şirazi: Bizim ətrafımızda əcnəbilərin mədəniyyətini təbliğ etməli olduğundan, istifadə etmək icazəli deyil.


Hansı 15 yerdə namaz qılmaq bəyənilmir və məkruhdur?


...Amma bəzi yerlər vardır orada namaz qılmaq bəyənilmir, lakin namaz batil olmur. Lakin çarəsiz qalmadığı halda orada namaz qılmasın:
1-Hamam 2-Duzlu yer 3-Başqa insanın qarşısında 4-Açıq qapı önündə 5-İnsanların gəlib getdiyi küçə və xiyabanlarda ( insanlara zəhmət verməsə belə) İnsanlara zəhmət versə icazəli deyil 6-Atəş və çırağ qarşısında 7-Mətbəxdə və atəş olan yerdə 8-Nəcasət dolu çuxur və quyu qarşısında 9-Hər hansı canlının şəkili ilə üz-bəüz...


Hansı 15 yerdə namaz qılmaq bəyənilmir və məkruhdur?


...Amma bəzi yerlər vardır orada namaz qılmaq bəyənilmir, lakin namaz batil olmur. Lakin çarəsiz qalmadığı halda orada namaz qılmasın:
1-Hamam 2-Duzlu yer 3-Başqa insanın qarşısında 4-Açıq qapı önündə 5-İnsanların gəlib getdiyi küçə və xiyabanlarda ( insanlara zəhmət verməsə belə) İnsanlara zəhmət versə icazəli deyil 6-Atəş və çırağ qarşısında 7-Mətbəxdə və atəş olan yerdə 8-Nəcasət dolu çuxur və quyu qarşısında 9-Hər hansı canlının şəkili ilə üz-bəüz...


Səhv səcdəsini nə zaman yerinə yetirmək lazımdır?


Səhv səcdəsini nə zaman yerinə yetirmək lazımdır?3 şey üçün səhv səcdəsini yerinə yetirmək lazımdır:
1. Bilməyərəkdən namazda söz demək.
2. Bir səcdəni unutmaq.
3. 4-rükətli namazda ikinci səcdədən sonra şəkk edər ki, dördrükətli qılmışdır, yoxsa beşrükətli.
Bundan başqa iki hal da vardır ki, ehtiyati-vacib səhv səcdəsi yerinə yetirilməlidir:
1. Namaza salam verməyin lazım olmadığı yerdə. Misal üçün 4-rükətli namazda ikinci rükətdə salam vermək lazım olmadığı halda, bilməyərəkdən salam vermək.
2. Təşəhhüdü unudan zaman.


İnternetdə qızla oğlanın çatlaşması günahdırmı?


İnternetdə qızla oğlanın çatlaşması günahdırmı?Sual:İnternetdə qızla oğlanın çatlaşması günahdırmı? Sadəcə salam verib və dini sual-cavab etmək kimi şeylərə icazə varmı? Zəhmət olmasa cavablandırardınız.
Cavab: Naməhrəmlə çatlaşmaq əgər lazımlı və zəruri bir məsələ üçün olsa (misal olaraq şərii suala cavab vermək) və çatlaşmada ləzzət almaq qəsdi və şəhvətin oyanmasına səbəb olan sözlər olmasa zərurət miqdarında çatlaşmaq olar. Amma əgər çatlaşmaq cinsi ləzzət almaq üçün və fəsada səbəb olsa haramdır.
(Bu fətva Ayətullah Xamneinin fətvasına əsasəndir.)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter