İslam şəriəti baxımından evdə it saxlamağın hökmü nədir?
Cavab: -İt zatən nəcisul-eyindir (bütünlüklə nəcisdir). Etiyac olmadığı surətdə it saxlamaq kərahətlidir. Tıbii ki, paklığa riayət olunduğu halda ov itlərinin və qoruyucu itlərin (həyətdə) saxlanılmasının eybi yoxdur. (Ayətullah Lənkərani)
-İtin alış-verişi caiz deyil. Yalnız ov itndən başqa. Nəcis olsalar belə ov itlərinin qulluğunun heç bir maneəsi yoxdur. İt saxlanılan evdə namaz qılmaq məkruhdur (evdə). Onlara aid bir şeylər almağın öz-özündə işkalı yoxdur. (Ayətullah Sistani)
-Ov itləri ilə, keşik çəkən itlərdən savayı digər itləri saxlamaq məzəmmət olunmuşdur. Xüsusən də özünü qeyri müsəlmanlara oxşatmaq üçün olarsa və onların mədəniyyətinə rəvac verici olarsa haramdır. (Ayətullah Xamenei) Qeyd edək ki, insanın itlə bir mənzil daxilində yaşaması yol verilməzdir.
Borclu adam fitrə zəkatını verməlidirmi?
Özlüyündə borclu olmaq, insanı fitrə zəkatından azad etmir. İnsan edə bilər ki, borclu olsun, amma rifah durumuna xas həyat tərzi keçirsin. Fitrə zəkatından azad olmağın meyarı – insanın fəqir olmasıdır. Yəni, öz aylıq dolanışığını təmin etməkdə böyük çətinlik çəkməsidir. Başqa sözlə desək, insan zəruri həyat ehtiyaclarını qarşılamaqda çətinlik çəksə, fəqir hesab edilir və fitrə zəkatından azad olur. Fitrə zəkatı aqil (psixiki baxımdan normal), baliğ (həddi-büluğa çatmış), huşu başında olan, eyni zamanda fəqir və miskin olmayan insana vacibdir.
Fitrə zəkatı olaraq, 1 sa (təqribən 3 kq) çörək, buğda, düyü və s. və yaxud onların pulu götürülür. Bayram axşamı (Ramazan bayramından öncəki gecə) şam azanından sonra çıxılan fitrə zəkatı, bayram günü bayram namazınadək verilir. Bayram namazını qılmayan şəxs, fitrə zəkatının verilməsini günorta azanınadək təxirə sala bilər...
Ramazan bayramının fitrə zəkatı və bu barədə ətraflı məlumatlar
Fitrə zəkatı barədə bəzi məsələlər:
1-İnsan (ailə başcısı) gərək bayram axşamı, günün batan vaxtı (azan vaxtı, yaxud bir az əvvəl) evində olan hər kəsin zəkatını versin. İstər böyük olsun, istər kiçik, istər müsəlman olsun, istər kafir, istər yaxından olsun, istər uzaqdan gəlsin, ev sahibinə vacibdir.
2- Fitrə zəkatını hər bir kəs imkanı müqabilində arpa, buğda, kişmiş, xurma, düyü, qarğıdalı və bu kimi şeylərdən fitrə ayırmalıdır.
3- Fitrə çıxaran hər bir şəxs adı çəkilən malların hər hansı birindən 3-kq miqdarında, yaxud bu malın pulunu verə bilər.
4- Fitrə zəkatı bayram axşamında aqil, həddi-büluğa çatmış, azad, heç kimin qulu olmayan, heç kimin çörək yeyəni olmayan, fəqir olmayan hər kəsə vacibdir.
5- Yoxsul olan, özünün və ailəsinin illik xərclərini ödəyə bilməyən kəsə vacib deyil...
Hamilə qadının oruc tutmasının şəri hökmü necədir?
Sual: Səkkiz aylıq bir hamilə xanım zəiflikdən və halsızlıqdan əziyyət çəkir. Bu səbəblə onun vitamin və qüvvətləndirici qidalara ehtiyacı vardır. Belə olan halda xanım ramazan ayının orucunu yeyə bilərmi? Cavab: Əgər hamiləliyin irəli aylarında oruc tutmağın zərəri olarsa oruc o qadına vacib deyil. Oruc tutduğu halda həmlə (övlada) zərər yetişərsə o zaman fidyə verməlidir. Oruc tutmadığı hər gün üçün 1 kiloqramın ¾-ü (dörddə üç) qədər un və ya xurma verməlidir. (Şeyx Ayətullah Muhəmməd İshaq Fəyyaz) Qeyd: Doğum vaxtı yaxınlaşan və oruc tutduğu halda özünə və ya həmlinə zərər yetişəcəyi halda oruc tutmaq vacib deyil. Lakin gərək sonradan tutmadığı günlərin qəzasın yerinə yetirsin. Həmçinin oruc tutmadığı hər gün üçün 1 mudd (750 q.) təam (çörək, un, makaron) fəqirə kəffarə verməlidir.(sistani.org/persian)
Yediyini qaytarmaq ramazan ayının orucunu pozurmu?
Hawzahnews.com agentliyi bu barədə Şeyx Ayətullah Muhəmməd İshaq Fəyyazın dəftərxanasına sual ünvanlayıb.
Sualda deyilir: Oruc tutan bir şəxs əgər ramazan ayının gündüzündə qaytararsa (qusarsa) orucu batil olurmu (pozulurmu)?
Cavab: Bilərəkdən (qəsdən) qusmaq orucu batil edər. Hətta müalicə məqsədi ilə olsa belə. Lakin qusmaq qeyri ixtiyari olarsa oruca heç bir zərər gəlməz.
Namazdan sonra əl vermək yaxşıdırmı?
Hədisdə oxuyuruq: “O zaman ki, iki mömin bir-birinə əl verər, payız fəslində ağacdan yarpaqların tökülməsi kimi günahları tökülər”. (Həvzəh)
Merac əhvalatında da oxuyuruq ki, Həzrət Peyğəmbər (s) meracda olan zaman namaz qılır və başqaları ona iqtida edirlər və Həzrət İbrahim (ə) sağ tərəfində dayanıb namaz qılırdı. Namaz bitəndən sonra Peyğəmbərə (s) əl verir (salamlaşır)”.
Orucluqda Təhsil yeri, birinci səfər haqda bir neçə suala cavab...
- Sual: Təhsil yeri vətən hökmündə ola bilərmi?
Cavab: Bütün müctəhidlərin rə`yi (Sistani, Məkarim və Vəhiddən başqa): Təhsil yeri vətən hökmündə deyil. Sistani: Bir il, ya daha uzun müddət həftədə iki gün tam qalarsa, ora vətən hökmündədir. Məkarim: Bir il, ya da daha uzun müddət həftədə üç gün tam qalarsa, vətən hökmündə sayılır.
Vəhid: Bir il və ya daha uzun müddət həftədə dörd gün tam qalarsa, ora vətən hökmündədir. (Vəhidin katibliyi)
-Sual: Səfərə çıxan tələbələrin birinci səfərdə namaz və oruclarının hökmü nədir? Cavab: İmam Xomeyni və Xamenei: Bütün səfərlərdə qəsrdir. Sistani: Birinci ayda ehtiyat etməlidir. Yə`ni namazı tam və qəsr qılsın. Nuri və Safi: Namaz qəsr qılınmalıdır və oruc tutmaq düzgün deyil.
Xanımlara aid orucun bir neçə şəri hökmlərinə cavablar
-Sual: Süd verən qadının vəzifəsi nədir? Cavab: İmam Xomeyni, Xamenei və Nuri: Oruc tutmaq süd azlığına və uşağın narahatlığına səbəb olarsa və ya ana üçün zərərli olarsa, ana üçün oruc vacib deyil və birinci halda gərək hər gün üçün yoxsula bir müdd təam versin. İkinci fərziyyədə (anaya zərərli olduqda) bu iş vacib ehtiyatdır, hər halda gərək orucları qəza etsin...
Sual: Ramazan ayında sübh azanından qabaq heyzdən pak olan qadının hökmü nədir? Cavab: Bütün müctəhidlərin rə`yi: Əgər qüsl vermək üçün vaxt varsa qüsl etməlidir, əgər vaxt geniş olmazsa, gərək təyəmmüm etsin və orucu düzdür. Qəsdən qüsl və ya təyəmmüm etməzsə, orucu batildir və gərək kəffarə ödəsin...
Fitrə kimə verilməlidir haqda gündəmdə olan suallara cavablar
-Sual: Yaşayış xərcini ata-anası tə`min edən şəxsə fitrə zəkatı vermək olarmı? Cavab: İmam Xomeyni: Ehtiyaclı olarsa, başqaları ona zəkat verə bilər.
(İmamdan başqa) Bütün müctəhidlərin rə`yi: Ehtiyaclı olarsa, ata-anası onun xərcini ödəməzsə, başqaları ona zəkat verə bilərlər.
-Sual: İnsan öz ata-anasına (onlar müstəhəqq olduqda) fitrə zəkatı verə bilərmi?
Cavab: Bütün müctəhidlərin rə`yi: Ata-ana yoxsul olarlarsa, övladlar onların vacib xərclərini ödəməlidir və onlara fitrə zəkatı vermək olmaz.
-Sual: Dindar olmayan yoxsul ailəyə fitrə zəkatı vermək olarmı?
Cavab: (Behcətdən başqa) Bütün müctəhidlərin rə`yi: Fitrə zəkatını alan şəxsin ədalətli olması zəruri deyil. Amma açıq-aşkar kəbirə (böyük) günahlara yol verən şəxsə fitrə zəkatı verilməməlidir.
Namaz qılan insanın sosial şəbəkələrə girməsi nə dərəcədə doğrudur?
Sosial şəbəkələrə daxil olmaq, bu şəbəkələrdə fəaliyyət göstərmək öz-özlüyündə haram deyil. İstər müsəlmanların bir-biri ilə ünsiyyət qurması, istər informasiya ötürmək və bilik qazanmaq, istərsə də halal maddı gəlir əldə etmək üçün bunun xeyri var. Amma əgər bu fəaliyyət İslam qanunlarını pozmaqla nəticələnərsə, haramdır.
Ümumiyyətlə, İslam baxımından virtual aləmin qanunları da real həyatdakı kimidir. Məsələn, əgər sosial şəbəkələrdə naməhrəm insanlar müsəlman əxlaqına zidd olan ünsiyyət qurarlarsa, haram şəbəkələr və oyunlar vasitəsilə qazanc əldə edərlərsə, qeybət, söyüş, təhqir kimi xoşagəlməz hərəkətlərə yol verərlərsə, bu cür fəaliyyət günah sayılır və haramdır.