Camaat namazlarında diqqət edilməli bəzi mühüm məsələlər
Camaat namazının düzgünlüyü barədə bir neçə mühüm mətləbləri Ayətullah Sesyyid Sistaninin fətvalarına uyğun olaraq nəzərinizə çatdırırıq:
1- İmama qoşulmaq üçün iqtida (birləşmə) qəsdi olmalıdır.
2- Camaat namazının İmamı, İmama iqtidaedənlər üçün müəyyən olmalıdır, onu ümumi olaraq tanıması kifayətdir. Məsələn; Hazır olan İmama -onu tanımasa belə - iqtida etmə məqsədi daşımalıdır.
3- Camaat İmamı namazında müstəqil olmalıdır. Buna görə də başqa birinə iqtida etmiş olan birinə iqtida etmək caiz deyil.
4- Namaza qoşulan adam namazına iqtida edərək başlamış olmalıdır. Beləliklə, tək olaraq namaz qılan birinin namaz halında niyyətini camaat namazına çevirməsi caiz deyil.(namazı əda edən İmam, qoşulan isə memum adlanır)
Dəstəmaz almağın hikməti və misilsiz faydaları barədə - Hədisdə nə deyilir?
Hədislərdə dəstəmazın hikməti və dəstəmazlı olmaq barədə buyrulub:
-İmam Baqir (ə) buyurub: Dəstəmaz Allahın təyin etdiyi həddlərdəndir. Mütəal Allah dəstəmaz vasitəsi ilə itaətkar və üsyankarı ayıd edir”.
-Peyğəmbər (s) buyurub: “Mütəal Allah qiyamət günü insanları toplayanda mənim ümmətim digər ümmətlərdən dəstəmazın əsəri olan parlaq nurla tanınacaqlar”.
-Həzrət Peyğəmbər (s): “Gücünüz yetdiyi qədər dəstəmazlı olun. Hər kəs dəstəmazlı halda ölərsə ona şəhadət savabı yazılar”.
-İmam Sadiq (ə): Kim evində xeyir bərəkətin çoxalmasını istəyirsə yemək yediyi vaxt dəstəmaz alsın.
Qüsl (dəstəmaz) aldıqdan sonra insanın barmağı kəsilsə, yenidən qüsl (dəstəmaz) almaq lazımdırmı?
Oxucu sual verir: Qüsl və ya dəstəmaz aldıqdan sonra insanın barmağı kəsilsə və ya üzündəki sızanaq deşilib qan gəlsə, yenidən qüsl almaq lazımdırmı?
Qüsl (eləcə də, dəstəmaz) hökmlərində bunları batil edən hallar açıqlanır. Qüsl və dəstəmaz bədəndən yara qanı gəlməklə batil olmaz. Yalnız qadınlara məxsus heyz, nifas və bəzən istihazə qanı gəlməklə qüsl və dəstəmaz batil olar. Bədən yaralanmaqla və ya sızanaq deşilməklə qan gəlsə, dəstəmaz öz qüvvəsində qalır. Amma namaz qılmaq üçün bədənin və libasın pak olması şərtdir. Buna görə də, dəstəmaz və qüsldən sonra bədənindən yara (sızanaq) qanı gəlmiş şəxs qanı yuyub, həmin yeri pak etməlidir. Bundan sonra namaz qılmaq olar. Dəstəmaz və qüslü təzələməyə ehtiyac yoxdur.
Xumsun hesablanması İslam təqvimi ilə olması şərtdirmi?
(Ənfal-41) - Ayədən də göründüyü kimi xums mənəvi, ictimai və iqdisadi təsirlərlə dolu olan əməldir. Bu əməl müsəlmanların sağlamlığına və rifahına xidmət edir.
Xums üçün ilə ərzində bir gün təyin edilməlidir. İnsan il ərzində bütün ehtiyaclarını ödədikdən sonra əlində qalan qazancının beşdə birini dinin etibarlı və səlahiyyətli nümayəndələrinə verməlidir. İl ərzində təyin olunan həmin günün İslami təqvimlə (hicri), yaxud miladi ilə olması barədə redaksiyamıza suallar ünvanlanır.
Bu barədə Ayətullah Seyyid Əli Xameneinin dəftərxanasına sual ünvanlanıb. Cavab: Mükəlləf hicri və ya şəmsi təqvimini seçməkdə ixtiyar sahibidir. Lakin bir şeyi bilməlidir ki, ümumiyyətlə xüms ilinin təyini ixtiyari deyil, vacib bir əməldir. Bu hesablama ilk qazancın əldə edilməsi ilə başlayır.
Naməhrəmlə real və virtual ünsiyyyət zamanı özünənəzarəti necə etmək olar?
Bu barədə bəzi tövsiyələrə diqqət edək:
1. Əgər kiminsə bir başqasını sevməsi evlənmək niyyətilə olarsa, gərək dərhal evliliyin zəminələrini hazır etsin. Münasib yolla elçiliyə gəlsin və bu məsələni dini və ürfi qaydada həll etməyə çalışsın. Ancaq əgər evlənmək niyyəti yoxdursa, bu sevgi onu Allahdan qafil edəcəkdir, zehni, fikiri giriftarlıqlar yaradacaqdır. Gərək təcili öz hisslərini nəzarətə alsın. Qiyamətin dəhşətini göz önünə gətirib, aqibətini məhv olmaqdan xilas etsin.
2. Kimisə nəticəsiz sevmək – get-gedə insanı o kəsə bağlayar və insan ifrat şəklində həmin kəsdən asılı edir. Bu hal da ciddi ruhi sarsıntıya, depressiyaya gətirib çıxardır ki, insana mənfi nəticələr gətirir. Ruhi xəstəliklər isə insanın izzət və şəxsiyyətini məhv edir.
3. Naməhrəmə evlənmək hədəfi olmadan simpatiya bəsləmək insanı şeytanın tələsinə salacaq və onu şeytani xəyallara aparacaq. İnsan iradəsiz və süst bir durumda olaraq, mənliyini itirmək təhlükəsi ilə üz-üzə qalacaq...
Cadugərin yanına getməyin pisliyi haqda məsumlar nə buyurmuşlar?!
Hədislərimizdə oxuyuruq ki, sehrbazlar və cadugərlər əgər tövbə etməsələr, heç bir zaman behiştə daxil olmayacaqlar. Həzrət Peyğəmbər (s) buyurur: “Üç tayfa behiştə daxil olmayacaqdır: daima şərab içən, o kəsin ki, peşəsi sehrdir, o kəs ki, qohumluq əlaqəsini kəsmişdir”.
İmam Sadiqdən (ə) gələn başqa hədisdə oxuyuruq ki, buyurur: “Kahin (qeybdən xəbər verən), münafiq, şərabxor, söz gəzdirən behiştə daxil olmayacaqdır”.
Əmirəl-möminin (ə) nəql edir ki, bir qadın Peyğəmbərin (s) yanına gəlir və deyir: “Bir ərim vardır ki, mənimlə kobud rəftarlar edir. Mən də bir cadu etdim ki, mənimlə məhəbbətlə rəftar etsin”.
İslami baxımdan məzarların üzərinə gül, ətir və bu kimi şeylər aparmaq olarmı?
İnsanlar bəzən ziyarətgahlara, yaxınlarının qərlərini ziyarətə gedərkən gül və ətirlərdən, onlardan qalmış hədiyyələri, yaxud bu kimi şeyləri ora aparır, məzarların üzərində buxur (ətirli bitki) yandırırlar. Bu kimi əməllərin dinlə zidd olması barədə “Hawzahnews.com” agentliyi Ayətullah Şeyx İshaq Fəyyazın dəftərxanasına sual ünvanlayıb:
Sual: Məzarları ziyarətə getmək, ora gül, ətir, əşalar aparmaq, yaxud orada buxur (ətirli çubuğ) yandırmağın hökmü nədir? Bu küfr və şirkə bənzəmirmi?
Cavab: Xeyr! Bu küfrə bənzəmir. Bu işləri görməyin eybi yoxdur. Amma elə olmalıdır ki, meyyitin hörmətini aradan aparmasın.
Gündəlik namazların sıra ardıcıllığı vacibdirmi?
Bu namazların məxsus vaxtları ilə bərabər müştərək vaxtları vardır ki, zöhr və əsr namazları, həmçinin məğrib və işa (xiftən) namazlarının müştərək vaxtları vardır.
Sual: İkinci namazı birincidən əvvəl (məsələn, işa namazını məğribdən əvvəl) qılan şəxsin namazı səhihdirmi?
Cavab: Səhvən, yaxud qəflət üzündən ikinci namazı qabağa salsa və namaz bitdikdən sonra xatırlasa, namazı səhihdir. Amma qəsdən ikinci namazı qabağa salsa, namazı batildir.
Camaat namazında fərdlər arasında olan məsafə nə qədər olmalıdır?
Bəzi hallarda səffləri düzgün sıralanmasına riayət olunmur, yaxud müsafir namazı qılanlar ön cərgələrə keçib, ikinci rəkətdən sonra namazı bitirirlər. Arxa sıralarda olanlar isə bundan narahat olurlar. Bu barədə redaksiyamıza ünvanlanan sualı böyük İslam müctəhidlərinin fətvaları əsasında cavablandırırıq:
1-Əgər fasilə vermədən 2-ci dəfə qoşulsa camaat namazı səhihdir.
2-Əgər digər İmama yaxın olan insanların İmamla, sağ və ya sol tərəfdə olan adamla 1metr 20 sm.dən az məsafə olarsa işkalı yoxdur.
3-Namaz qılanlar arasındakı fasilənin bir insanın əhatə etdiyi (səcdə halında) yerdən az olarsa işaklı yoxdur.
İslam fiqhində məskunlaşma və vətən seçməklə bağlı qaydalar necədir?
Cavab: İnsanın vətəni (yaşadığı yer) iki qismdir: Əsli və əxzi. -Əsli odur ki, insan orada doğula, bir müddət orda yaşaya və orada böyüyüb boya-başa çata. -Əxzi isə sonradan seçilə (məsələn yaşadığı şəhəri dəyişə). Gərək şəxsin orda yaşaması 7 və ya 8 ildən az olmasın. 2)-Elə isə “əxzi” (sonradan seçiln) yerin (vətənin) meyarı nədir?
Cavab: Yaşadığı yerin insan üçün şəri vətən seçilməsi üçün gərək insan ya daimi qalmaq qəsdi edə, yaxud nə qədər burda yaşayacağını bilmirsə orada qalmaq niyyəti etməlidir. Əgər vaxt təyin edəki 10 il, yaxud 15 il burada yaşayacaq bu halda oranın onun üçün şəri vətən olması məlum deyil. Gərək uzun müddət qalmaq qəsdi (niyyəti) etsin. Məsələn 40-50 il qalmağı qəsd etsin. Bir yeri şəri vətən seçmək üçün insanın gərək qəti fikri ola. Əgər bir kəs nə qədər qala bilməyəcəyi bir yerdə yaşaya və camaat onu orada yaşayan hesab edərsə (ən azı 7 il) ora onun vətəni hesab edilir. Ayətullah Xameneinin fətvaları əsasında.