Hansı nəzir bizləri hacətimizə tez çatdırar?


Nəzir o əməldir ki, insan özünə vacib edər ki, Allah üçün müəyyən xeyir iş görsün. Bəs hansı nəzir daha təsirlidir? Məsumlardan (ə) gələn hədislərdə oxuyuruq ki, o nəzirlər hacətimizin tez yerinə yetməsinə səbəb olur ki, İmamlar (ə) üçün edilən nəzirlərdir. Misal üçün insan nəzir edə bilər ki, filan hacəti yerinə yetərsə, bir Quran xətm edəcək və savabını Məsumlardan (ə) birinə göndərəcəkdir. Ya nəzir edər ki, 40 gün Aşura ziyarətini oxuyacaq və savabını İmam Zaman ağanın (ə.f) əziz anası Nərciz xatuna (s.ə) hədiyyə edəcəkdir. Nəzir öz-özlüyündə xeyir əməl olmaqla yanaşı, insan taleyini dəyişdirmək qabiliyyətinə malikdir. Bu, duanın və təvəssülün bir növü hesab olunur. Ona görə də insan taleyini dəyişdirə bilir. Yuxarıda qeyd etdiyimiz kimi Məsumlara (ə) təvəssül edib, nəzir etməyin çox böyük təsirləri vardır...


İslam şəriətinə görə kimlərə salam vermək haram və məkruhdurr?!


Salam vermək – o müstəhəb əməllərdəndir ki, dinimiz onu tövsiyə edir. Ancaq bəzi hallarda bu əməli yerinə yetirməyi məsləhət bilmir. O cümlədən:
1. Kişilərin cavan qadınlara salam verməsi. İmam Əli (ə) də Həzrət Peyğəmbər (s) kimi yaşlı qadınlara salam verərdi, ancaq cavan qadınlara salam verməkdən çəkinərdi.
2. Namazqılana salam vermək. Fəqihlərin nəzərinə görə, namazqılan şəxsə salam vermək – məkruh əməllərdəndir.
3. O kəsə ki, cənazənin basdırılması ilə məşğuldur.
4. O kəsə ki, cümə namazına gedən haldadır.
5. O kəsə ki, hamamdadır...


İslam şəriətinə görə İntihar etmək niyə haramdır?


Hər bir insanın həyatında acı hadisələr olur. Bu zaman dünya gözündə qaralar və yaşamağı dəyərsiz hiss edər. Belə olan halda insanları iki dəstəyə bölmək olar.
Birinci dəstə o insanlardır ki, başına müsibət gələn zaman bu müsibətə səbir edərək, Allaha təvəkkül edərək çətinlikləri aradan qaldırmağa cəhd edər.
Ancaq ikinci dəstə insanlar zəif iradəyə malik olduqları üçün, bu çətinlik qarşısında təslim olar. Bunların bəzizi isə hətta intihara da əl atarlar.
O insan ki, İslam qanunları ilə tanışdır, yaxşı bilir ki, intihar etmək qətiyyən çıxış yolu deyildir. Yəni, intihar etmək insanın bu çətinliklərini həll etməz. Bu dünyada elə bir çətinlik yoxdur ki, insan həyatından dəyərli olsun.
İslam dininin nəzərinə görə insanın həyatı – Allahın mülküdür. Allah insan həyatının nə zaman sona çatmasına Özü qərar verər. O zaman ki, insan intihar edər – Allahın iradəsi əleyhinə getmiş olar və özünü cəhənnəm əhlindən edər. İnsanın nəyi varsa – hamısı Allahdandır, istər cismi olsun, istər malik olduğu var-dövləti və nemətləri. Ona görə də insanın haqqı yoxdur ki, Allahın malik olduqlarına ziyan vursun və məhv etsin.


İslam şəriətinə görə Qeybəti eşidən şəxs hansı vəzifəni daşıyır?!


Dinimizin nəzərinə görə, o kəs ki, qeybəti eşidər, qeybət edən kimi cəzaya malik olar. Məgər əgər qeybəti inkar edərsə, ya həmin şəxsin sözünü kəsərsə, ya məclisi tərk edərsə və ya qəlbində ona qəzəblənərsə – o zaman günah qazanmaz. Əgər dilində deyərsə ki, sakit ol, ancaq qəlbində ona meyil edərsə – bu halda nifaq əhlindən sayılar. Ona görə də dindar insan müsəlman qardaşının qeybətini eşidən zaman, gərək onu inkar etsin. Əks halda o da günah qazanacaq və cəza alacaqdır. Ona görə də deyə bilərik ki, qeybətə qulaq asmaq – onu etmək hökmündədir və hər kim bu qeybəti eşidən zaman onu inkar etməzsə, həmin şəxslə bu günahda şərik olar. Çünki dini təlimlərimiz buyurur:
1. Qeybətə qulaq asan, qeybət edənin günahında şərik olar. 2. Qeybətə qulaq asmaq – qeybəti etmək kimidir. 3. O kəs ki, qeybətə qulaq asar – qeybət edənlərdən sayılar.
4. Qeybəti dinləyən – qeybət edənlərdən biridir....


Bu 11 səbəb şəri hökmlərin götürülməsinə səbəb olur!


Dinimiz bizlərə üzrün bəzi qəbul olma amillərini tanıtmış və onu tövsiyə etmişdir. Bu amillər ilə tanış olaq:
1. Zərurət yaranarsa. Əgər kimsə elə şəraitdə qərar tutar ki, gərək əxlaq və dinin əleyhinə əməl etsin, onun üzrü qəbul olar.
2. Məcbur olunmaq. Əgər kimsə insanı üzr istəməyə məcbur edərsə və o, da üzr istəyərsə üzrü qəbul olar.
3. Xəstəlik. İnsan əgər xəstə olduğu üçün xata edərsə üzrü qəbul olunar.
4. Təqiyyə. “Möminlər möminlərin yerinə kafirləri dost, köməkçi və başçı götürməməlidirlər. Hər kim belə etsə - onlardan bir növ təqiyyə etməyiniz istisna olmaqla – (onun) Allahla heç bir əlaqəsi yoxdur. Allah sizi Özündən (əzabından) çəkindirir. (Bütün canlıların) qayıdış(ı) Allaha tərəfdir”. (“Ali-İmran” 28)...


Mərhum Mirza Cavad Təbrizinin tapşırığına əsasən səcdədə deyilə biləcək ən üstün zikr?!


Mərhum Mirzə Cavad Məliki Təbrizi deyir: “Mən bir arif tanıyıram ki, onun kimi uca məqamda olanını görməmişəm. Ondan soruşmuşam ki, maarifi cəlb etmək üçün hansı əməlləri təcrübə etmək lazımdır? O, dedi: “Hər gecə və gündüz bir dəfə uzun səcdəyə getsin. Həmin səcdədə desin:
لا اله الا انت سبحانک انی کنت من الظالمین \"La ilahə illa ənt subhanəkə inni kuntu minəz-zalimin\".
Bu zikri deyən zaman özünü təbiətin zindanında təsəvvür etsin. Etiraf etsin ki, Allah ona zülmü rəva bilməmişdir. Əslində bu, bəndənin özüdür ki, özünə zülm edər.
Səcdənin ədəbi belədir ki, səcdəyə getmək istəyən zaman əvvəl dizləri əymək lazımdır və sonra əlləri yerə qoymaq lazımdır. Bu əməli Əllamə Təbatəbai Həzrət Peyğəmbərin (s) buyuruşu əsasında yerinə yetirərdi”.


İslam şəriətinə əsasən hansı ticarətlər məkruh (ziyanverici) hesab olunur?!


Dinimiz bəzi ticarətləri məkruh hesab edir. O cümlədən:
1. Qəssablıq (heyvan başı kəsməyi özü üçün sənət seçmək).
2. Kəfən satmaq.
3. Alçaq insanlarla ticarət etmək.
4. Sübh azanı ilə günəş çıxana qədər ticarət etmək.
5. Başqasının almaq istədiyi bir şeyi almaq üçün alış-verişə daxil olmaq.


Hz Peyğəmbərin (s) hədisinə əsasən ticarətdə Ğəşş haramdır?!


Həzrət Rəsulullah (s) buyurub: “Ticarət edərkən müsəlmanlara ğəşş edən (onları aldadan) şəxs bizdən deyil. Kim öz müsəlman qardaşı ilə ğəşş etsə, Allah Təala onun ruzisinin bərəkətini çəkər, onun qazanc yolunu bağlayar və onu öz ixtiyarına buraxar”. Ğəşşin bir neçə növü var:
1) Yaxşı malı pis mala, yaxud başqa bir şeyə qatmaq. 2) Olduğunun əksinə olaraq zahirini gözəl bəzəmək.
3) Bir malı başqa mal kimi göstərmək. 4) Müştərinin, satıcının ondan heç nəyi gizlətməməsinə arxayın olduğu halda, malın eybini gizlətmək.


Cümə namazında niyə 2 qunut tutulur?


İlahi ibadət Allah bəndələri üçün həmişə xüsusi şövq və ləzzətə malik olmuşdur. Bu ibadətlər içərisində cümə namazının xüsusi yeri vardır.
İmam Sadiq (ə) bu haqda buyurur: “Bütün namazlarda qunutlar rükudan əvvəl olur. Cümə namazından başqa ki, birinci qunutu rükudan əvvəldir, ikinci qunutu isə rükudan sonradır”. Niyə cümə namazında iki qunut tutulur? Bəli, bu iki qunut cümə namazını başqa namazlardan fərqləndirir və əhkama yenilik qatır. Bu qunutların iki üstünlüyü vardır:
1. İnsanlar üçün yeni bir əməl olduğu üçün onu fərqli halla yerinə yetirirlər.
2. Onlara xatırladır ki, bu ibadət başqa ibadətlərdən daha üstündür...


Namaz niyə vacib olmuşdur?


İbadət və namaz – insanın təkamül vasitələridir. Allahın namaz qılmağa əmr etməsi, Onun tərəfindən olan xüsusi lütf və inayətdir ki, bizi kamala çatdıra bilsin.
Misal üçün, ata və ana övladlarını məktəbə göndərirlər ki, dərs oxusun. Bu əməl övladın öz xeyrinədir. Onun səadətli olmasına xidmət edəcəkdir. Valideynlər isə bu əməli onu sevdikləri üçün edərlər. Çünki onlara övladlarının dərs oxumasının heç bir xeyiri yoxdur. Hər kim ibadət edər və namaz qılar:
1. Allahı yada salar. “Şübhəsiz, bu, Mənəm – tək Allah ki, Məndən başqa bir məbud yoxdur. Buna görə də Mənə ibadət et və namazı Məni anmaq üçün qıl!”. (“Taha” 14).
2. Günahdan saxlayar. “Bu kitabdan sənə vəhy olunanı oxu və namaz qıl. Çünki, namaz (insanı) böyük günahlardan, (şəriətdə və əqldə) xoşagəlməz hallardan çəkindirir”. (“Ənkəbut” 45)...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter