Süfyani nə zaman ortaya çıxacaq? - Zühur əlamətlərindən


Süfyaninin meydana çıxması bir çox şiə və əhli-sünnə mənbələrində böyük xilaskarın – İmam Zamanın (ə.c) zühur əlamətləri və yaxud axır zaman hadisələri sırasında qeydə alınmışdır. (“Biharul-ənvar”, 53-cü cild, səh.182, 190, 192, 206, 208 və 209.)
Bəzi rəvayətlərdən onun Əbu Süfyanın nəslindən olduğu anlaşılsa da, digər rəvayətlərdən isə müəyyən bir şəxsə aid olmadığı və bu adla tarix boyu bir sıra xüsusiyyətlərə sahib olan bir çox insanlara işarə olduğu da başa düşülür. Məsələn, İmam Səccaddan (ə) belə nəql olunur:
“Süfyaninin zühuru şübhə doğurmayan məsələlərdən biridir və hər bir inqilabçının müqabilində bir Süfyani dayanacaqdır.” (“Biharul-ənvar”, 52-ci cild, səh.182.)
Bu hədisdən Süfyaninin müəyyən bir şəxs yox, ümumi bir ad olduğu, həqiqi bir islahatçının müqabilində maneə sayıldığı anlaşılır. İmam Sadiq (ə) buyurur:
“Bizimlə (Əhli-beytlə) Əbu Süfyan övladları ilahi təlimlər uğrunda bir-birimizlə müxalifətçilik edən iki tayfayıq; biz Allah-Taalanın buyruqlarını təsdiq, onlar isə təkzib edirlər...


İmam Məhdinin (ə.f) kitab əhli ilə rəftarı necə olacaqdır?


Bu haqda bir çox təxminlər ürəli sürülmüşdür ki, onların bəzisi ilə tanış olaq. Bu təxminlərdən biri budur ki, bütün kitab əhli İslam dinini qəbul edəcək və müsəlman olacaqdır. Bu əqidənin tərəfdarları çoxdur və məntiqli bir nəzəriyyə hesab olunur. Ayətullah Məkarim Şirazi bu haqda yazır: “Bu böyük insanın dövründə hökumət və bütün inkişaf etmiş vasitələrin onun əlində olmasını nəzərə alaraq, deyə bilərik ki, İslam dininin cazibəsi çox olacaqdır. Qabaqcadan söyləmək olar ki, İslam məntiqli təbliği ilə insanların əksər hissəsinin qəlbini fəth edəcəkdir”. O zaman ki, İmam (ə.f) zühur edəcəkdir, əvvəlki peyğəmbərlərin (ə) təhrif edilməmiş və dəyişdirilməmiş səma kitablarını da özü ilə gətirəcəkdir. Bu kitablarda İmam Sahibəz-Zamanın (ə.f) müjdəsi verilmişdir. İmam Muhəmməd Baqir (ə) buyurur: “Onu Tövrat və İncildə yazılmış halda görəcəklər”. Yəni, İmam (ə.f) bu səma kitablarından İslam dinini yaymaq üçün istifadə edəcəkdir.


İmam Zaman ağanın (ə) neçə cür elmi vardır?


İmam Zaman ağa (ə.f) buyurur: “Biz Əhli-Beytin (ə) elmi üç növdür: keçmişə, gələcəyə və indiyə aid olan elmlər.
- Keçmişə aid olan elm – təfsirdir. -Gələcəyə aid olan elm – xüsusi elmdir. -İndiyə aid olan elm – qəlbə salmaqdır. Qulaqlara zümzümə etməkdir. Bu hissə bizim ən üstün elmimizdir. Bizim Peyğəmbərdən (s) sonra başqa rəsul gəlməyəcəkdir”. İmam Məhdi (ə.f) bu mübarək cavabı Əli ibni Muhəmmədin elmlə bağlı sualına vermişdir.
Mərhum Məclisi bu üç elmin şərhi barəsində buyurmuşdur: “Keçmiş elm odur ki, Peyğəmbər (s) onu öz Əhli-Beyti (ə) üçün bəyan və təfsir etmişdir. Bu, keçmiş ümmətlərə və peyğəmbərlərə aid olan elmdir. Yəni, onların başına nələr gəlmişdir və keçmişdə hansı peyğəmbərlər (ə) olmuşdur.


İmam Zamanın (ə.c) anası Nərciz Xatun (s.ə) nə zaman dünyasını dəyişmişdir?


Tarixçilərin nəql etdiyinə görə Nərcis Xatun Roma imperatorunun nəvəsi olmuşdur. Onun Roma sarayından Samirraya gəlişi və İmam Həsən Əsgəri ilə (ə) ailə qurması möcüzəvi şəkildə baş vermişdir. Xanım (s.ə), Həzrət Rəsuli-Əkrəmin (s) qeybi tövsiyələri ilə özünü əsirlərin arasında gizlətmiş və Samirraya gələrək, İmamla (ə) ailə qurmuşdur. Nərcis xanımın İmam Həsənin (ə) şəhadətindən sonrakı həyatı barəsində çox az məlumatlar mövcuddur. Onun ölümü barəsində beş nəzər vardır.
1. İmam Həsənin (ə) yaxınlarından birinin nəql etdiyinə görə, Xanım İmamdan (ə) xahiş etmişdir ki, dua etsin və ölümü İmamın şəhadətindən (ə) əvvəl həyata keçsin. İmam (ə) da dua edir və o, həyat yoldaşından əvvəl vəfat edir.
2. Bəzilərinin dediyinə görə, Nərcis xanım o dövrün xəlifəsi olan Mötəməd Abbasi tərəfindən zindana atılmış və orada vəfat etmişdir...


İmam Zaman ağanın (ə.f) anamız Zəhraya (s.ə) bənzərliyi nədədir?!


Hədislərdə oxuyuruq ki, xilqətin üç şaxəsi olmuşdur. Peyğəmbər (s) – risalət şaxəsidir. İmam Əli (ə) – vilayət şaxəsidir. Həzrət Zəhra (s.ə) – isə qoruma şaxəsidir. O zaman ki, İmam Əlinin (ə) vilayətini sındırırlar, Xanım (s.ə) onu ayaqda saxlamaq üçün əlindən gələni edir və vilayəti qoruyur.
Hədislərimiz bizə buyurur ki, İmam Zaman ağa (ə.f) – yerin nurudur. Bu hədisi isə bu ayəyə istinad edirlər. “(Həmin gün) yer (üzü)öz Rəbbinin nuru (həmin gün üçün yaradılmış xüsusi nur) ilə işıqlanacaq (Məhşər əhlinin əməllərinin də dərc edildiyi böyük) kitab(Lövhi-Məhfuz bir tərəfə) qoyulacaq. Və bütün peyğəmbərlər və (əməllərin Məsumlar, mələklər və təqvalılardan ibarət) şahidlər(i) gətiriləcək, onların (Məhşər əhlinin) arasında haqq əsasında hökm çıxarılacaq və onlara zülm edilməyəcək, haqları kəsilməyəcək”. (“Zumər” 69).


On ikinci İmam (ə.f) qeybdədir, ya doğulacaq?


Əhli-beyt (ə) ardıcıllarının etiqadına əsasən, Peyğəmbər (s) elminin varisi və ümmətə rəhbərlik edəcək şəxslərin sayı on ikidir. Bu on iki şəxs Həzrət Peyğəmbərin (s) nəslindən gələn və onun övladı hesab edilən on iki İmamdır. İslam Peyğəmbəri (s) ümmətinə on iki İmamı tanıtmışdır Məşhur sünni alimi İsmayıl Buxari \'\'Səhih Buxari\'\' kitabının 9-cu cild, 101-ci səhifəsində yazır: “Həzrət Peyğəmbər buyurmuşdur ki, sizin on iki əmiriniz olacaq və onların hamısı Qüreyşdəndir“\'. Tirmizi “Səhih”inin 2-ci cildində və Əhməd ibn Hənbəl “Müsnəd”ində (c. 1, səh.9; c. 2, səh.101; c. 5, səh.92) Cabirdən nəql edərək belə qeyd edirlər: “Peyğəmbər buyurdu ki, İslam dini hamısı Qüreyş qəbiləsindən olan və sizə xəlifəlik edəcək on iki şəxsiyyətlə sabit və daimi qalacaqdır”. Əhli-beyt ardıcılları Qüreyş qəbiləsindən olan və ümmətə rəhbərlik edəcək on iki şəxsin məhz Peyğəmbər nəslindən olacağını və sonuncu, on ikinci İmamın qeybdə olmasını qəbul edirlər.


İmam Mehdinin (ə.f) zühurunu haradan biləcəyik?


Biz xilaskarı qeyri-müəyyən yox, kоnkret bir şəxs kimi tanıyırıq. Yəni inanırıq ki, İmam Həsən Əskərinin (ə) Mehdi (ə.f) adlı övladı məlum zahiri və batini xüsusiyyətlərlə zühur edəcək. Bu səbəbdən də onu kimsə ilə səhv salmağımız mümkün deyil. Bundan əlavə, möcüzə də o Həzrətin vücudunu təsdiqləyir. Əhli-beytdən (ə) olan məsum İmamların hər biri İmam Mehdinin (ə.f) xüsusiyyətlərini qeyd etmişdir. Əlbəttə, bu inancdan sui-istifadə də edilə bilər. Necə ki peyğəmbərlik məqamından sui-istifadə edilmişdir. Əsrin İmamını Peyğəmbər (s) və məsum İmamlar (ə) tərəfindən qeyd edilmiş xüsusiyyətlərlə tanımaq bizim vəzifəmizdir. Yalnız belə bir tanışlıq sayəsində fırıldaqçılara aldanmarıq.


ZƏMANƏ İMAMINA ƏLİMİZ ÇATMAYANDA NƏ ETMƏLİYİK?‎


Mənsur İmam Sadiqdən (ə) soruşdu: \"Əgər heç bir İmamı görə bilməsəm və ya tabe olmaq üçün heç bir İmam olmasa, bu zaman nə edim? İmam (ə) buyurdu: \"Sevdiyini sev və düşmən kəsildiyin insanla düşmənçilik et. O zamana qədər ki, Allah İmamı sənə aşkara çıxartsın\".
Qeyd: Sevdiyini sev sözündə məqsəd Əhli-beyt və onların şiələrini sevmək nəzərdə tutulur. Düşmən kəsildiyinə düşmən ol isə Əhli-beyt düşmənlərilə və şiələrin düşmənlərilə düşmənçilik etmək nəzərdə tutulur. [Üsuli-Kafi.cild.1.səh.342]


İnsanların hacətini yerinə yetirməklə Allah-Taala (c.c) insana nəyi bağışlayar?!


Hər kim insanların hacətini yerinə yetirər, Allah da onun hacətini yerinə yetirər! İmam Zaman ağa (ə.f) Əbi Həlisin hacətinə görə ümumi olaraq bəzi əxlaqi mövzulara işarə edərək buyurmuşdur: “Hər kim Allahın hacətinin yerinə yetirmək ardınca olar, Allah da onun hacətinin ardınca olar. İstəyini yerinə yetirər”. Bu hədisdə Həzrət (ə.f) Allahın hacəti dedikdə İmam Hüseynin (ə) ziyarətini nəzərdə tutmuşdur. Ancaq ümumi bir mövzuya toxunmuşdur və İmam Hüseynin (ə) ziyarətini o mövzulardan biri kimi göstərmişdir. Yəni, insan elə iş görər ki, əcri Allahın istədiyi olsun, bu işi Allahın hacəti və istəyi adlandırmaq olar. Allah da onun işini islah edər...


İmam Zaman ağa (ə.f) kimləri əziyyət verən adlandırır?


İmam Zaman ağa (ə) buyurur: “Əhli-Beyt (ə) davamçılarının nadanları və ağılsızları və o kəslər ki, ağcağanadın qanadları onun dindarlığından daha möhkəm və üstündür – bizə əziyyət verərlər”. İmam Məhdi (ə.f) bu nurani sözləri Muhəmməd ibni Əli ibni Hilalın məktubuna cavab olaraq bəyan etmişdir.
Əhli-Beyt (ə) davamçısının vəzifələrindən biri budur ki, İmamlarını (ə) olduqları kimi tanımalıdırlar. Yəni, nə onları adi insanların səviyyəsinə salmalıdırlar, nə də qüdrətdə Allaha şərik qoşmalıdırlar. Əmirəl-möminin İmam Əli (ə) “Nəhcul-bəlağə”də buyurur: “İki kəs mənim barəmdə həlak olacaqdır: biri o kəsdir ki, məni sevməkdə ifrat yolunu gedər. Biri də odur ki, mənimlə düşmənçilikdə təfritə düşər”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter