İmam Zaman ağa (ə.f) kimləri əziyyət verən insalar adlandırır?


İmam Zaman ağa (ə) buyurur: “Əhli-Beyt (ə) davamçılarının nadanları və ağılsızları və o kəslər ki, ağcağanadın qanadları onun dindarlığından daha möhkəm və üstündür – bizə əziyyət verərlər”. İmam Məhdi (ə.f) bu nurani sözləri Muhəmməd ibni Əli ibni Hilalın məktubuna cavab olaraq bəyan etmişdir.
Əhli-Beyt (ə) davamçısının vəzifələrindən biri budur ki, İmamlarını (ə) olduqları kimi tanımalıdırlar. Yəni, nə onları adi insanların səviyyəsinə salmalıdırlar, nə də qüdrətdə Allaha şərik qoşmalıdırlar.
Əmirəl-möminin İmam Əli (ə) “Nəhcul-bəlağə”də buyurur: “İki kəs mənim barəmdə həlak olacaqdır: biri o kəsdir ki, məni sevməkdə ifrat yolunu gedər. Biri də odur ki, mənimlə düşmənçilikdə təfritə düşər”. /Deyerler.


İmam Zaman ağa(ə.f)Hansı duaları oxumağı tövsiyə etmişdir?!


İmam Zaman ağa (ə.f) buyurur: “Nə zaman bizim vasitəmizlə böyük məqamlı Allaha diqqət etmək istəsəniz, bizə tərəf üz tutmaq istəsəniz, Allah Təalanın buyurduğu kimi deyin: سلامٌ علی آل یاسین İsfahan ticarətçilərindən biri ki, alimlər tərəfindən etimad edilən şəxs idi, yuxuda görür ki, İmamın (ə.f) xidmətindədir və Həzrətdən (ə.f) soruşur: “Sizin fərəciniz nə zaman gəlib çatacaqdır?”. İmam (ə.f) buyurur: “Yaxındır, bizim davamçılarımıza deyin ki, “Nüdbə” duasını cümə günləri oxusunlar”.
Mərhum Məclisi “Rövzeyi-müttəqin” kitabında nəql edir: “Büluğ çağımın əvvələrində İsfahan məscidlərinin birində yuxu ilə oyaqlıq arasında İmam Zamanı (ə.f) ziyarət etmişdim və demişdim: “Mənim Mövlam! Sizin xidmətinizə həmişə gələ bilmirik. Ona görə də bizə elə kitabı tövsiyə edin ki, həmişə ona əməl edək!”. İmam (ə.f) da başqa bir şəxsin vasitəsilə “Səhifeyi-Səccadiyyə” kitabını ona təqdim etmişdi.
Mərhum Hacı Əli Bağdadi nəql edir: “İmam Zamanla (ə.f) birlikdə İmam Kazımın (ə) və İmam Cavadın (ə) hərəminə daxil olduq və zərihə yapışıb, onu öpdüm. İmam (ə.f) mənə buyurdu: “Ziyarət oxu!”.


İlahi hacətləri yerinə yetirin ki istəkləriniz qəbul olunsun?! Hədisin izahı


İmam Zaman ağa (ə.f) buyurur: “Hər kim Allah Təalanın hacətinin ardınca olar, Allah da onun hacətinin yerinə yetməsinin ardınca olar”.
Hədisin şərhi: Bu hədisi Şeyx Səduq nəql etmişdir. Belə ki, İmam Zaman ağa (ə.f) Əbi Həlisin hacətinə görə ümumi olaraq bəzi əxlaqi mövzulara işarə edərək buyurmuşdur: “Hər kim Allahın hacətinin yerinə yetirmək ardınca olar, Allah da onun hacətinin ardınca olar. İstəyini yerinə yetirər”. Bu hədisdə Həzrət (ə.f) Allahın hacəti dedikdə İmam Hüseynin (ə) ziyarətini nəzərdə tutmuşdur. Ancaq ümumi bir mövzuya toxunmuşdur və İmam Hüseynin (ə) ziyarətini o mövzulardan biri kimi göstərmişdir. Yəni, insan elə iş görər ki, əcri Allahın istədiyi olsun, bu işi Allahın hacəti və istəyi adlandırmaq olar. Allah da onun işini islah edər...


İmam Zamanın (ə.c) xüsusi köməkçiləri olan 313 nəfərin ən mühüm xüsusiyyətləri nələrdir?!


İmam Zamanın (ə.c) xüsusi köməkçiləri olan 313 nəfərin ən mühüm xüsusiyyətləri:
1. Allah Təalaya olan dərin elmi. İmam Sadiq (ə) buyurur: “Onlar o insanlardır ki, ürəkləri dəmir parçası kimidir. Allahın müqəddəs zatına qarşı heç bir şübhələri yoxdur. Onlar gecə oyaq qalan insanlardır ki, namazlarının zümzüməsi arıların səsi kimi qulaqlara çatar. Gecələri oyaq qalaraq başa vurarlar və atların belində Allaha təsbih edərlər”.
2. İmama (ə.f) olan dərin elm. İmam Səccad (ə) buyurur: “Onlar İmam Məhdinin (ə.f) İmamətliyinə inanırlar”. Bu dərin elmin nəticəsi – İmama (ə.f) olan sonsuz eşqdir.
3. İxlaslıdırlar. İmam Cavad (ə) buyurur: “O zaman ki, onun üçün bu 313 ixlas əhli cəm olacaq, Allah onun əmrini zahir edəcəkdir”...


Zühur zamanı Həzrət İmam Məhdinin (ə.f) edəcəyi ilk işlər!


Zühur zamanı əziz İmamın (ə.f) Məkkə şəhərində edəcəyi ilk işlər:
1. Tanıtmaq. İmam Səccad (ə) buyurur: “O Həzrət danışacaq və deyəcəkdir ki, ey insanlar, mən filankəsəm, filankəsin oğluyam. Mən Peyğəmbərin (s) övladıyam. Sizi o şeyə dəvət edirəm ki, Allahın Peyğəmbəri (s) dəvət etmişdir”.
2. Təcavüzkarlara qarşı müdafiə. Hədisin ardınca deyilir: “Ona hücum ediləcəkdir ki, onu öldürsünlər. 313 nəfər onu müdafiə edəcəkdir”.
3. Beyət almaq. İmam Sadiq (ə) buyurur: “Bu zaman səmadan onun adına nida gələcəkdir və o, məqamın arxasında olacaqdır. Səhabələri ona deyəcəklər: “İndi sizin adınızla nida olundu, nəyi gözləyirsiniz?”. Bu zaman onun əlindən tutub ümumi beyət üçün gətirərlər. Həzrət gələr və Həcərul-əsvədə söykənər”.


İmam Zaman ağaya (ə.f) ilk beyət edən kim olacaqdır?


Mufəzzəl ibn Ömər İmam Sadiqdən (ə) nəql edir ki, buyurub: “O zaman ki, Allah Həzrət Qaimə (ə.f) qiyam üçün izacə verəcəkdir, Həzrət minbərə çıxacaqdır. İnsanları özünə tərəf dəvət edəcək və Allaha and içəcək və onları öz haqqına çağıracaqdır. Onlarla Peyğəmbərin (s) sünnəti ilə rəftar edəcəkdir. Bu zaman Allah Cəbrayili (ə) göndərər ki, onun yanına getsin. Cəbrayil (ə) Hicri-İsmayilda onun yanına gələr və deyər: “İnsanları nəyə çağırırsan?”. Həzrət Qaim (ə.f) öz dəvətini ona xəbər verər. Cəbrayil (ə) deyər: “Mən ilk kəsəm ki, sənə beyət edirəm. Beyət üçün əlini aç”. Əlini Həzrətin (ə.f) əlinə qoyar və 310-dan çox insan onun yanına gələr və ona beyət edərlər. Məkkədə qalarlar o zamana qədər ki, tərəfdaşlarının sayı on min nəfərə çatar. Sonra oradan Mədinəyə yollanarlar”...


Müntəzir bu 4 mövzuya diqqət etsə, İmam Məhdi (ə.f) ondan razı olar!


Müntəzirlər vilayət mövzusuna olan inanclarını möhkəmləndirməklə günahdan uzaq qalıb, İmam Zaman ağanı (ə.f) özlərindən razı sala bilərlər. Bəs bu inanclar hansılardır?
1. Qeybdə olan İmamın (ə.f) varlığı inancı. Hər kim İmam Zaman ağanın (ə.f) İmam Həsən Əsgərinin (ə) övladı olduğuna əmin olar və İmamın (ə.f) hələ sağ olması barədə düzgün əqidədə olar və onun zühur etməsinin intizarını çəkər – çalışar ki, özünü hər bir rəzil sifətlərdən pak saxlasın.
Həzrət Peyğəmbər (s) buyurur: “Axırəz-zamanın insanları – ən üstün insanlardırlar. Çünki Peyğəmbərlərini (s) görməmişdirlər və İmamları (ə) qaib olar. Buna baxmayaraq, ağın üzərində olan qaraya iman gətirərlər”.
2. İmamın (ə.f) zühur edəcəyi inancı. Hər kim İmamın (ə.f) zühur edəcəyi inancında olarsa, çalışar ki, İmamı (ə.f) sevindirən əməlləri yerinə yetirsin və o Həzrəti (ə.f) narahat edən əməllərdən çəkinsin. İmam Zaman ağa (ə.f) buyurur: “Sizlərdən hər biriniz gərək bizim razılığımız olan şeyləri yerinə yetirsin. O şey ki, bizi qəzəbləndirər – ondan uzaq olsun. Çünki bizim zühur hadisəmiz anidən olacaqdır”...


Həzrət Məhdi (ə.f), zühur zamanı neçə yaşında görünəcəkdir?


Yer üzü hüccətdən boş olmaz. İmam Zaman ağa (ə.f) buyurur: “Yer, heç bir zaman hüccətdən boş olmayacaqdır – istər o hüccət zahir olsun, istərsə də gizli”.
Əba Sələt İmam Rzadan (ə) nəql edir ki, buyurub: “Bizim Qaimin (ə.f) nişanəsi budur ki, qoca kişi yaşında olan bir cavandır. Belə ki, hər kim o Həzrəti (ə.f) görər, onu 40 yaşında və daha az hesab edər”. Mövla (ə.f), yollarda addım atar və insanlara salam verər.
Əmirəl-möminin (ə) buyurur: “Əlinin (ə) Pərvərdigarına and olsun ki, Allahın hüccəti (ə) insanların arasındadır. Yollarında (küçələrində) addım atar, onlara salam verər, ancaq müəyyən vaxta və İlahi vədəyə qədər tanınmaz”.


İmam Zaman ağa (ə.f) ata ilə bağlı alimə hansı tövsiyəni verir?!


Seyyid Muhəmməd Musəvi Nəcəfi-Hindi adı ilə məşhur olan Əmirəl-möminin (ə) hərəminin İmam-cüməsi və böyük alimdir.
Bu alim Şeyx Baqirdən nəql edir ki, etimad olunan və mömin insanlardan olmuşdur. Onun qoca bir atası var idi ki, daima xidmətində durmaq üçün səy göstərirdi. Məgər çərşənbə günündən başqa ki, həmin gündə Səhlə məscidinə gedər və gecəni orada ibadətlə məşğul olardı. Ancaq bir müddət sonra məscidə getməyi tərk etdi. Ondan bunun səbəbini soruşan zaman demişdi: “40 gün çərşənbə axşamı oraya getdim. 40-cı gecə təxirə düşdü. Günəş batan zaman yola düzəldim və yolun üçdə biri qalmışdı ki, mehtab yolumu işıqlandırdı. Bir nəfər ərəbi gördüm ki, ata minmişdi. Mənə tərəf gəlirdi. Ürəyimdə dedim ki, bu şəxs yəqin ki, quldurdur və məni soyacaqdır...


Həzrət Davudun (ə) Zəburunda İmam Məhdi (ə.f) barədə nə buyurulub?


Həzrət Davudun (ə) Zəbur kitabında İmam Məhdinin (ə.f) zühur xəbərləri verilmişdir. Demək olar ki, Zəburun hər bir hissəsində Həzrətin (ə.f) zühuruna işarə edən xəbərlər
vardır. Salehlərin şər insanlara qələbə çalması, beynəlxalq bir dövlətin təşkil ediləcəyi, bütün dinlərin vahid bir din ətrafında toplaşması... kimi xəbərlər verilmişdir.
Qurani-Kərim Zəburun bu xəbərləri haqqında buyurur: “Həqiqətən Biz (Lövhi-Məhfuzdan sonra bütün səma kitablarında), Zikrdən (Musanın Tövratından) sonra (Davudun) Zəbur(un)da (və bu kitabların hamısından sonra Qur’anda) yazdıq və qərara aldıq ki, bu yerin varisi (sahibi, hakimi və bərəkətlərindən tam istifadə edən) Mənim saleh bəndələrim olacaqlar (və bunları qəsbkarların və zalım rəhbərlərin əlindən alıb, ədalət İmamları və onların canişinlərinə ötürəcəklər)”. (“Ənbiya” 105)...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter